mülkiyyətinə, arxivlərinə və dövlət borclarına münasibətdə hüquqi varislik haqqında
Vyana Konvensiyalarında (m. 13 və m. 16) qeyd edilir ki, konvensiya qaydaları
dövlətin təbii ehtiyatları üzərində bolünməz suverenlik prinsipinə toxunmur. 1982-ci
il Dəniz hüququ üzrə BMT Konvensiyasında da müstəsna iqtisadi zonanın və
kontinental şelfin canlı və minerai ehtiyatları üzərində sahil dövlətinin suveren
hüquqları əks olunub.
Enerji resursları üzərində dövlət suverenliyi prinsipi EXM-də enerji resursları
üzərində milli suverenlik, milli hökumətlərin neft-qaz və vergiqoyma sferasındakı
siyasəti, həmçinin enerji resurslarının kəşfiyyatı, hasilatında iştirakı həyata keçirmək
üçün müvafiq ərazini ayırmaq hüququ vurğulanır. Avropa Enerji Xartiyası üzrə
Konfransın Yekun Aktına I Əlavədə qeyd olunur ki, razılığa gələn tərəflər dövlət
suverenliyini və enerji resurslarına münasibətdə suveren hüquqları tanıyır və bir daha
süverenliyin və suveren hüquqlann beynəlxalq hüquq normalarına uyğun həyata
keçirilməsini təsdiqləyirlər (m. 18(1)). Hər bir dövlət özünün «ərazisi» daxilində
enerji resurslarının kəşfiyyatı, işlədilməsi və həmçinin işlədilmənin üsul və sürətini,
istənilən vergi, royaltı və digər maliyyə ödəmələrini müəyyən etmək, kəşfiyyatın
təhlükəsizliyini və ətraf mühitin mühafizə aspektlərini, belə kəşfıyyatda və
işlədilmədə, birbaşa və ya dövlət müəssisələri vasitəsiiə iştirak etməklə istənilən
coğrafi rayonu müəyyən etmək hüququnu özündə saxlayır (m. 18 (3)).
Beynəlxalq enerji hüququnun dövlətlərin enerji resursları üzərində suverenlik
prinsipi
- dövlətin özünün iqtisadi fəaliyyətində müstəqilliyini, təbii ehtiyatlanna, o
cümlədən enerji resurslarına sərbəst sahibliyi, sərəncam və istifadə hüququnu;
- enerji resurslarına, o cümlədən xarici investisiyalara. TMK-nın fəaliyyətinə
effektli nəzarət hüququnu;
- enerji resurslarından istifadənin hüquqi rejimini (konsessiyaları), bir sözlə,
- iqtisadiyyatda dövlət idarəçiliyinin iştirak dərəcəsini müəyyən etmək
hüququnu;
- milli iqtisadı inkişafa naıl olmaq hüququnu;
- enerji resurslarının istifadəsi zamanı dəymiş zərərə görə kompensasiya almaq
hüququnu;
- təbii ehtiyatların istismarında xarici mülkiyyətin beynəlxalq hüququn yol
verdiyi əsasda milliləşdirilməsi hüququnu;
- enerji resurslarının istismarı zamanı dövlətə qarşı hər hansı məcburiyyət
tədbirlərinə yol verilməməsi hüququnu;
- xammal istehsalçılarının təşkilatında birləşmək hüququnu:
- suverenliyin müvəqqəti itirilməsi ilə bağlı işğal olunmuş ərazilərdə dövlətin
özünün təbii ehtiyatları üzərində nəzarətıni bərpa etmək və təbii ehtiyatların
istismarına görə dəymiş zərəri almaq hüququnu əks etdirir.
Enerji resursları üzərində suverenlik prinsipi dövlətdaxili hüquqi aktlarda -
konstitusiyada, digər normativ hüquqi aktlarda ifadə edildiyi kimi, müvafiq
münasibətləri bilavasitə tənzimləyən konsessiya kontraktlar da bağlanarkən həmin
prinsipə əsaslanır («Əsrin Müqaviləsi». m. II). Kontrakt sahəsinə hüquqların
verilməsindən başlayaraq ekoloji-texniki ekspertiza, maliyyə mənbələrinin təftişi,
sərf olunan məsrəflərin hesablanması və s. məsələlər enerji resursları üzərində dövlət
suverenliyi prinsipinə uyğun həll edilir.
11.7. Beynəlxalq enerji təhlükəsizliyi prinsipi
Milli təhlükəsizliyin elementlərindən biri kimi çıxış edən enerji təhlükəsizliyi
iqtisadiyyatın, əhalinin enerji resursları ilə səmərəli və davamlı təminatını nəzərdə
tutur. Enerji təhlükəsizliyi yalnız, cari dövr üçün deyil, həm də perspektiv inkişafı
şərtləndirməlidir.
Enerji təminatı, həm də tarixi bir kateqoriyadır. İnsanın mövcud olduğu tarix
boyu bəşəriyyətin təşəkkül tapması və inkişafı enerjinin əldə edilməsi və istifadəsi və
sıx bağlıdır. İnsanın tələbatı yalnız enerjinin əldə olunması şəraitində ödənilə bilər:
enerji nə qədər əlverişli və asan əldə edilərsə, insanın həyat keyfiyyəti yüksək və
ömrü uzun olar. Enerjinin insan həyatı üçün əhəmiyyəti o qədər yüksək olmuşdur ki,
qədim xalqlarda enerjinin (odun) əldə edilməsinə mifık abidələr də həsr edilmişdir.
Eyni zamanda mənbələrdə insan tərəfindən onun əldə edilməsi bəşəriyyətin ən qədim
və uğurlu nailiyyəti hesab edilir.
Müasir dövrdə enerji təhlükəsizliyinin daha qabarıq formada meydana çıxması
əhalinin artımı ilə, resursların tükənmə tendensiyası ilə bağlıdır. Qlobal səviyyədə
enerji təhlükəsizliynin humanitar aspekti həyat keyfıyyətinin tərəqqisi əsası kimi
adambaşına istifadə olunan enerjinin miqdarı ilə sıx bağlıdır. Məsələn, hazırda Yer
kürəsinin əhalisinin hər bir sakinininə gün ərzində 2 kVt-a yaxın enerji düşür.
Halbuki, insanın həyat keyfiyyət norması 10 kVt saat gücü ilə səciyyələnir. Buna isə
yalnız bəzi inkişaf etmiş ölkələrdə (məsələn, ildə Norveçdə adambaşına 25 min kVt
saat, İsveçdə 16 min kvt. Fransada 6 min kVt, İtaliyada 3 min kVt saat elektrik
enerjisi hasil etməklə) nail olunub.
XX əsrin 70-ci illərində baş vermiş enerji təchizatının (təhlükəsizliyinin)
pozulması bütün dövlətlərin təhlükəsizliyi üçün enerji resurslarının əhəmiyyətini
qiymətləndirməyin zərurətini gündəmə gətirdi. Enerji böhranından həmin bazarla
əlaqəsi olan bütün dövlətlərin sosial-humanitar, iqtisadi sistemi ciddi sarsıntıya
məruz qalmışdı.
Enerji
təminatı
bir
qayda
olaraq
beynəlxalq
sülh
və
təhlükəsizlik problemlərinə birbaşa təsir edir. Franstz müəlliflərindən Jan Tuskoz
beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsini beynəlxalq sülhün və inkişafın,
beynəlxalq iqtisadi inkişafın əhəmiyyətli elementi kimi» qiymətləndirir.
Dünya bazarında neft məhsullarının və digər enerji resurslarının qiymətlərinin
qaldırılması əmtəələrin bahalaşmasına səbəb olaraq tələbin azalmasına gətirib çıxarır.
Nəticədə, maliyyə və investisiya bazarları sarsıntıya məruz qalır. Kredit və kredit
sistemi ilə bağlı ümidsizlik, qeyri-sabitlik güclənməklə təhlükəli ərazilərdən kapitalın
axınını sürətləndirir. Nəticədə ayrı-ayrı milli iqtisadiyyatlar və bütövlükdə, dünya
iqtisadiyyatı problemlərlə üz-üzə qalır.
Yalnız, neft bazarında deyil, həmçinin digər enerji resurslarının, o cümlədən,
nüvə enerjisindən dinc istifadə bazarında da yeni investisiya qoyuluşu, tullantısız
Dostları ilə paylaş: |