yaradılması niyyətləri haqqında Bəyanət (1997); AR Hökuməti və Ukrayna Nazirlər
Kabineti arasında neft sahəsində əməkdaşlığın prinsipləri haqqında Saziş (2004): AR
Höküməti və Yunanıstan Hökuməti arasında təbii qaz və neft sahəsində əməkdaşlıq
haqqında Memorandum (2007); AR və İran İslam Respublikası Hökuməti arasında
Ordubad və Marazad Su elektrik Stansiyalarının tikintisi barədə (2007) Protokol və s.
qeyd edilə bilər.
Enerji Xartiyasına Müqavilə bir çox universal və regional sazişlərin hüquqi
tənzimetmə əsasmı təşkil edir. «Səkkizlər qrupunun» 2006-cı il Qlobal enerji
təhlükəsizliyinin Sankt-Peterburq sammitinin sənədlərində enerji təhlükəsizliyinin
təminatı üçün EXM-in prinsiplərinə istinad edilir.
Dövlətlərarası neft və qaz nəqli sistemlərinin yaradılması üçün təşkilatı
prinsiplərə dair 1999-cu il (Kiyev) Çərçivə sazişinin Preambulasında deyilir ki,
dövlətlərarası neft və qaz nəqli sistemlərinin tranzit riskləri, sərmayə qoyuluşu,
təhlükəsizlik məsələləri və s. beynəlxalq iqtisadi hüququn qaydalarına və Enerji
Xartiyasına Müqavilədə bəyan edilmiş prinsiplərə uyğun həll ediləcək.
EXM-in əsas məqsədini energetika sahəsində əməkdaşlığa rəvac verən hüquqi
çərçivənin yaradılması təşkil edir. Müqavilənin 3-cü maddəsində beynəlxalq enerji
bazarına çıxışın yaradılması yönümündə fəaliyyət göstərmək və ümumilikdə enerji
material və məhsulları üçün açıq və rəqabətli bazarı inkişaf etdirmək nəzərdə tutulub.
Enerji Xartiyasına Müqavilə GATT-la birlikdə eyni istiqamətli struktur elementi kimi
nəzərdə tutulduğundan onun qaydalarına söykənir.
EXM enerji təhlükəsizliyi üçün investisiyaların təminat prinsiplərilə yanaşı
(221), mübahisələrin həlli prosedurunu nəzərdə tutmaqla energetika sahəsində
beynəlxalq hüquqi əsaslar yaradır.
Beynəlxalq enerji hüququnun spesifik mənbəyi kimi EXM-in əhəmiyyətini
qısaca olaraq növbəti qaydada ifadə etmək olar:
- kollektiv enerji təhlükəsizliyi üzrə beynəlxalq hüquq düşüncəsinin
reallaşdırılması;
- enerji sektorunda iqtisadi fəaliyyətlə ətraf mühitin beynəlxalq hüquqi
mühafizəsində hüquqi mütənasibliyin bərqərar edilməsi:
- texnologiyanın mübadiləsinin təşviq edilməsi;
- beynəlxalq enerji şəbəkəsinin, infrastrukturunun yaradılması istiqamətində
inteqrasiya prosesinin sürətlənməsi və 90-cı illərin əvvəllərində siyasi müstəqillik
əldə etmiş dövlətlərin milli dövlətçiliyinin gücləndirilməsi:
- dövlətlərin energetika qanunvericiliyinin təkmilləşdirilməsi;
- enerji resurslarının tranzit qaydaların müəyyən edilməsi;
- mübahisələrin həlli qaydaları və s. qeyd edilə bilər.
11.4. Beynəlxalq enerji münasibətlərinin institusional
tənzimetmə mexanizmi
İnstitusional tənzimetmə proseduru beynəlxalq enerji diplomatiyasının realizəsi
üçün də xarakterik olmaqla müəyyən bir tarixə malikdir. Beynəlxalq energetika
sferasında
beynəlxalq
təşkilatlar
çərçivəsində
universal
əməkdaşlıq
öz
başlanğıcını
BMT-nin
yaradılmasından
götürür.
Beynəlxalq
enerji
hüququnun
formalaşmasını
sürətləndirən
amillərdən
biri
də
bu
sahədə
kifayət
qədər
beynəlxalq
təşkilatların
fəaliyyət
göstərməsidir.
Beynəlxalq
enerji münasibətlərinin tənzimlənməsi sferasında fəaliyyət göstərən təşkilatlar kimi
- BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC):
- Ərzaq və Kənd təsərrüfatı Təşkilatı (FAO). Təşkilatın fəaliyyət sahələrindən
birini məhz kənd yerlərində yeni və bərpa olunan enerji mənbələrinin
mənimsənilməsi təşkil edir;
- Beynəlxalq Valyuta Fondu (IMF);
- Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı; (IBRD);
- Beynəlxalq Maliyyə Korporasiyası (IFC);
- İnvestisiya Təminatları üzrə Çoxtərəfli Agentlik (MIGA);
- Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA):
- Ticarət və İnkişaf üzrə BMT Konfransı (UNCTAD):
- Beynəlxalq Enerji Agentliyi (IEA). Beynəlxalq energetika proqramına
müvafiq olaraq 1974-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı çərçivəsində
təsis edilib;
- Nüvə Enerjisi Agentliyi (NEA). 1958-ci ildə Avropa Nüvə Enerjisi Agentliyi
kimi təsis edilmiş, 1972-ci ildən isə müasir adı ilə tanınır. İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatı çərçivəsində fəaliyyət göstərir. Mənzil-qərargahı Parisdə yerləşir;
- Neft İxrac Edən Ölkələrin Təşkilatı (OPEC). 1960. Vyana;
- Avropa Kömür və Polad Birliyi 1951, Paris;
- Atom Enerjisi üzrə Avropa Birliyi, 1957, Roma;
- Ərəb iqtisadi və sosial inkişaf fondu (AFESD). 1971, Səfət (Küveyt);
- Şərqi və Cənubi Afrika Ümumi Bazarı (COMESA). 1994. Lusaka (Zambiya)
və s. qeyd edilə bilər.
BMT
özünün
əsas
məqsəd
və
vəzifələrini
həll
etmək
üçün XX əsrin ortalarından meydana gələn və qloballaşma dövrünün
problemlərindən və iqtisadi inkişafın maddi əsası olan təbii ehtiyatların rasional,
təhlükəsiz istismarı ilə sağlam ətraf mühit hüququnu təmin etməlidir. Təbii
ehtiyatlardan, xüsusən də, enerji resurslarından istifadə BMT çərçivəsində müəyyən
bir tədbirlər sisteminin yaradılmasını zəruri edib: Bu sahədə kompleks tədbirlər kimi
Ətraf mühit üzrə BMT Proqramının (UNEP) təsis edildiyi I972-ci il (Stokholm) Ətraf
mühit problemləri üzrə konfrans, 1992-ci il BMT-nin İqlim dəyişikliyi üzrə çərçivə
Konvensiyasını qəbul edildiyi konfrans və d. belə təşkilati tədbirlər qeyd edilməlidir.
Ətraf mühitin mühafizəsi üzrə BMT-nin fəaliyyəti yalnız problemin bir aspekti ilə,
daha doğrusu, nəticəvi fəaliyyətlə bağlı olan bir məsələdir. Burada daha əhəmiyyətli
məsələ enerji resurslarının idarə edilməsi ilə bu resursların istifadəsindən yaranan
tullantıların qarşısının alınması və ya bu tullantıların ləğv edilməsini koordinasiya
etmək təşkil edir.
Dostları ilə paylaş: |