Karbohidrogenləri digər resurslarla əvəz etmək mümkün olmadıqda onlara
müraciət olunmalıdır.
Qlobal enerji təhlükəsizliyi üçün nüvə enerjisi sahəsində beynəlxalq müqavilələr
böyük rol oynayır. EXM-in preambulası nüvə enerjisinin dinc məqsədlərlə
istifadəsinin hüquqi tənzimlənməsini nəzərdə tutan beynəlxalq müqavilələrə istinad
edir.
Xüsusən
də,
EXM-də
Nüvə
silahının
yayılmaması
haqqında
Müqavilə
və
Nüvə
materiallarının
ixracının
rəhbər
prinsipləri
qeyd olunmuşdur. Hər iki sənəd beynəlxalq aləmdə tam tanınmasa da, nüvə
dünyasının fəaliyyətinin hüquqi əsasını təşkil edir. Birinci adı çəkilən müqavilə
hüquqi məcburi qüvvə kəsb etsə də bütün nüvə dövlətləri onun üzvü deyildir. İkinci
sənəd
isə
tövsiyyə
xarakteri
daşıyır
və
nüvə
materiallarının
təchizatı
şərtləri
və
qeyri
nüvə
dövlətləri
üçün
fəaliyyət
istiqamətlərinin
əsas
prinsipləri
müəyyənləşdirilir. Buna baxmayaraq hər iki sənədin əsasında duran ümumi ideya ona
əsaslanır ki, nüvə enerjisindən gələn fayda bütün dövlətlər üçün açıq olmalıdır. Lakin
problem olaraq sağlamlığın, ətraf mühitin qorunması standartları və nüvə qurğuları
üçün təhlükəsizliyin beynəlxalq minimal standartları müəyyən olunmamışdır.
Müvafiq olaraq ətraf mühitin mühafizəsini və nüvə qurğularının beynəlxalq
təhlükəsizlik standartlarının daha geniş aspektdə tanınması təmin edilməlidir. Bu
məsələ Çernobıl (Ukrayna) qəzasından sonra daha da aktual olmuşdur. Nüvə
energetika obyektlərinin istismarının tənzimlənməsi məsələsində spesifik yanaşma
tələb edilir. Bilavasitə nüvə qurğularının təhlükəsizliyi, ətraf mühitin mühafizəsi
sahəsində normalar olmasa da, nüvə enerjisindən istifadə nəticəsində dəymiş zərərə
görə maddi məsuliyyət, sığorta, həmçinin dəymiş zərərin ödənilməsində dövlətin
iştirakının qayda və şərtləri haqqında məsələləri tənzimləyən normalar sistemi
fəaliyyət göstərir.
Nüvə energetikasının istifadəsinə aid istənilən layihələr beynəlxalq hüquqi
baxımdan qiymətləndirilməlidir. BMT-nin Baş Katibliyi tərəfindən (2003) təsis
olunmuş təhlükələr, tədbirlər və dəyişikliklər üzrə yüksək səviyyəli Qrupun
məruzəsində yeni mexanizmin işlənib hazırlanması haqqında danışıqların
aparılmasına israrlı çağırış təsbit olunmuşdur. Bu mexanizm sayəsində Beynəlxalq
Atom
Enerji
Agentliyinin
təminatı
altında
bölünən
materialların mülki nüvə istehlakçılarına bazar qiyməti ilə çatdırılmasına zəmanət
verilə bilər.
Beləliklə, beynəlxalq enerji hüququ, ekoloji aspekt də daxil olmaqla enerji
resurslarının ənənəvi və bərpa olunan enerji mənbələrinin hasilatı, nəqli və istifadəsi
sferasında münasibətləri tənzim edən norma və prinsiplərin məcmuu kimi təzahür
edir. Beynəlxalq enerji hüququnun təkmilləşdirilməsi və problemin tədqiqi
baxımından onun elminin sistemini də müəyyən etmək zərurəti yaranır.
Beynəlxalq enerji hüququ kursunun sistemini aşağıdakı kimi müəyyən etmək
olar:
- beynəlxalq enerji hüququnun yaranma tarixi, anlayışı, predmeti və sistemi;
- beynəlxalq enerji hüququnun mənbə və prinsipləri;
- beynəlxalq enerji hüququnun subyektləri;
- bərpa olunan və bərpa olunmayan enerji resurslarından istifadə hüququ;
- beynəlxalq nüvə hüququ;
- beynəlxalq neft-qaz hüququ;
- enerji resurslarının nəqli hüququ;
- enerji resurslarından istifadədən dəymiş zərərə görə məsuliyyət:
- mübahisələrin həlli üsulları.
Beynəlxalq enerji hüququnun normativ sistemini isə tənzimetmənin
əhəmiyyətindən və mexanizmindən asılı olaraq kurs üçün müəyyən etdiyimiz
sistemdəki 1-ci bənd istisna olmaqla müəyyənləşdirmək olar. Təsadüfı deyil ki,
iqtisadiyyatın konkret enerji sektorunu əhatə edən və ilk çoxtərəfli beynəlxalq
məcəlləşdirmə aktı olan 1994-cü il Enerji Xartiyasına Müqavilədə də həmin
institutlar tənzimetmə obyektinə daxil edilib. Qeyd olunan normativ sistem Özünün
formalaşma mərhələsini yaşadığı üçün müəyyən dəyişikliklərə üğramaqla daha da
təkmilləşəcək.
11.3. Beynəlxalq enerji münasibətlərinin tənzimlənməsi
sferasında hüquq qaydası
Beynəlxalq enerji münasibətləri sferasında qəbul edilən beynəlxalq sazişlərin
milli hüquqi implementasiyası, institusional tənzimetmə mexanizmləri, beynəlxalq
enerji hüquq münasibətlərinin bütün elementlərinin qarşılıqlı asılılığını zəruri edir.
Enerji münasibətləri beynəlxalq və dövlətdaxili hüquqla qarşılıqlı əlaqədə olan və
əsasən xüsusi hüquq subyektlərinin hüquqyaratma məhsulu kimi meydana gələn
qeyri-dövlət tənzimetmə mexanizmini də normativ hüquqi sistemin əsas
komponentlərindən biri kimi nəzərə alınmasını vacib edir. Müvafiq olaraq beynəlxalq
enerji münasibətlərinin hüquqi tənzimlənməsinin mənbələrini növbəti qaydada
müəyyən etmək olar:
- beynəlxalq müqavilələr:
a) ikitərəfli - enerji təhlükəsizliyi və əməkdaşlığı üzrə beynəlxalq sazişlər;
b) sahəvi, çoxtərəfli beynəlxalq sazişlər;
- dövlətdaxili qanunvericilik:
- transmilli hüquq:
a) davranış məcəllələri;
b) texniki standartlar (prinsiplər), praktika;
c) enerji resurslarının hasilatı, nəqli, idarəçiliyi və s. üzrə kontraktlar:
- konsessiya kontraktları;
- hasilatın pay bölgüsü sazişləri;
- servis kontraktları və s.
Beynəlxalq enerji münasibətləri sferasında ikitərəfli müqavilələr, bəyannamələr
bir qayda olaraq, enerji əməkdaşlığı və təhlükəsizliyi məsələləri üzrə bağlanılır. Bu
sahədə daha geniş praktika Avropa ittifaqı tərəfindən təşviq edilməkdədir. AR ilə
Avropa İttifaqı, RF, Qazaxıstan və d. dövlətlərlə belə sazişlər bağlanmışdır. Xüsusən
də, AR ilə RF arasında Azərbaycan neftinin RF ərazisindən tranziti haqqında
Müqavilə (1996); AR və ABŞ arasında energetikanın inkişafı üzrə ikitərəfli dialoq
Dostları ilə paylaş: |