Nüvə enerjisindən dinc məqsədlər üçün istifadə sahəsində dövlətlərarası
əməkdaşlığın genişləndirilməsi istiqamətində BMT ilə sıx əməkdaşlıqda olan
beynəlxalq təşkilatlar çıxış edilir. Bu sahədəki funksional fəaliyyətin önündə
Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) dayanır. Agentliyin yaradılması
məsələsi BMT Baş Məclisində yekdilliklə qəbul edilən «Sülh naminə Atom» (1954)
Qətnaməsilə irəli sürülmüş və 1957-ci ildə onun Nizamnaməsi qüvvəyə minmişdir.
Agentlik nüvə enerjisinin sülh naminə istifadə edilməsi üçün yaradılmış universal
təşkilatdır. Mənzil qərargahı Vyanada (Avstriya) yerləşən bu hökumətlərarası
təşkilatın təyinatını qeyd etdiyimiz kimi, dinc məqsədlər üçün nüvə energetikası
sferasında beynəlxalq əməkdaşlığı genişləndirmək təşkil edir. Agentlik BMT ilə sıx
əməkdaşlığa malik olsa da, BMT-nin ixtisaslaşdırılmış müəssisəsi hesab edilmir.
Belə ki. BMT Nizamnaməsinin 57-ci, 63-cü maddələri, eləcə də IX və X fəsilləri ilə
ixtisaslaşdırılmış müəssisə kimi Agentliyin bütün xüsusiyyətləri əhatə edilmir. 1957-
ci ildə BMT ilə bağlanan sazişə görə Agentlik BMT-nin ümumi rəhbərliyi altında
atom enerjisinin sülh məqsədləri üçün tətbiqi ilə bağlı beynəlxalq fəaliyyətə görə
məsuliyyət daşıyır. Agentlik hər il özünün fəaliyyətinə görə BMT-nin əsas
orqanlarından Baş Məclis, zərurət olduqda Təhlükəsizlik Şurası, həmçinin İqtisadi və
Sosial Şura qarşısında hesabat verir (m.III. B.4: m.XII).
Qlobal
enerji
təhlükəsizliyinin
institusional
mexanizmi
ilə
bağlı
müzakirələr
Beynəlxalq
Enerji
Forumu
çərçivəsində
daha
tez-tez səslənməkdədir. Dünya enerji bazarında məlumat mübadiləsi enerji
forumlarını daha yüksək səviyyədə təşkil etmək üçün Beynəlxalq Enerji Forumunun
hələ 2000-ci ildə Səudiyyə Ərəbistanı tərəfindən (7-ci Ər-Riyad forumunda) daimi
katibliyin yaradılması təklifi irəli sürülmüşdür. Əksər iştirakçı dövlətlər katibliyin
yaradılmasının enerji resursları istehsalçıları və istehlakçıları ilə qlobal dialoqun, o
cümlədən müxtəlif beynəlxalq təşkilatlar (BMT, Beynəlxalq Enerji Agentliyi, Dünya
Bankı, Beynəlxalq Valyuta Fondu, OPEC və d.) arasında qarşılıqlı fəaliyyətin təmin
edilməsində mühüm rol oynayacağını qeyd etmişlər. Beynəlxalq Enerji Forumu
enerji siyasəti məsələləri üzrə çoxtərəfli forum kimi iki ildən bir keçirilir. Onun
fəaliyyəti qeyri-formal xarakter kəsb etsə də, enerji siyasətində müəyyən
koordinasiyanı təmin edir. Beynəlxalq Enerji Forumunun fəaliyyəti analiz edilərkən
o, dünya enerji siyasətində inteqrasiya prosesini təşviq edən siyasi dialoq mərkəzi
kimi diqqəti cəlb edir. Buna baxmayaraq əsasən 2002-ci il Osaka, 2004-cü il
Qleniqls, 2006-cı il Sankt-Peterburq Qlobal enerji təhlükəsizliyi sammitləri
nəticəsində daha dəqiq təşkilatlanma istiqamətində tədbirlərin genişlənməsi tədricən
nizamnaməsiz və beynəlxalq təsis müqaviləsi olmayan «enerji» BMT-nin yaranması
meylləri; işçi katibliyin mövcudluğu, dünya enerji bazarında resursların istehsalçıları
və istehlakçıları arasında dialoqun, şəffaflığın və stabilliyin yüksəldilməsi
tendensiyaları diqqəti cəlb edir.
Enerji resurslarının istifadəsində ətraf mühitə mənfi təsiri azaltmaq məqsədilə
BMT-nin fəaliyyət istiqamətlərindən biri də Katibliyi Bonnda (Almaniyada) yerləşən
BMT-nin İqlim dəyişikliyi üzrə çərçivə Konvensiyasıdır. Həmçinin konvensiyaya
qəbul edilmiş eyni adlı (1997) Kioto Protokolunun implementasiyası ilə əlaqədar
üzv-dövlətlərin Nəzarət Konfransı qeyd edilməlidir. Nəzarət Konfransı (Komitəsi)
çərçivəsində keçirilən danışıqlar elektrik enerjisinin yeni, bərpa olunan, həmçinin
bərpa olunmayan mənbələrindən istifadə, onların nəqli və d. məsələləri əhatə etməklə
üzv-dövlətlərin ticarət siyasətinə əhəmiyyətli təsir etməkdədir.
BMT çərçivəsində enerji məsələsi ilə məşğul olan digər struktur Ticarət və
İnkişaf üzrə BMT Konfransıdır (UNCTAD). UNCTAD ayrı-ayrı təbii resursların
istifadəsi üzrə model hüquqi tənzimetmə qaydalarını hazırlamaqla yanaşı inkişafda
olan ölkələrin iqtisadi mövqeyini möhkəmləndirmək üçün tədbirlər də həyata keçirir.
Transmilli korporasiyaların davranış qaydaları, kontrakt modelləri, eləcə də enerji
resurslarının ticarətinə Dünya Ticarət Təşkilatının «hüquq» qaydasının tətbiqi, enerji
ekspertizası və d. məsələlərin həlli UNCTAD-ın fəaliyyət istiqamətlərindəndir. 1986-
cı ildə UNCTAD çərçivəsində yaradılan Dəniz Dibinin İstifadəsi üzrə Beynəlxalq
İdarə sahil sularında, həmçinin dəniz dibində faydalı qazıntıların hasilatı sferasında
siyasətin formalaşdırılması və hüquqi rejimin müəyyən edilməsi istiqamətində
fəaliyyət göstərir.
11.5. Beynəlxalq enerji hüququnun prinsipləri
Beynəlxalq hüququn norma və prinsiplərinin sistemləşdirilməsi yeni normaların
yaradılması baxımından əhəmiyyətlidir. Belə bir nəticə beynəlxalq enerji hüququ
üçün də qiymətlidir. Burada yardımçı prinsip və normaların təşəkkül prosesi
getməkdədir və bu zaman EXM, onunla bağlı Protokol, nüvə enerjisi sahəsində
müqavilələr və digər beynəlxalq hüquqi aktlar müvafıq prinsiplərin əsası kimi çıxış
edir.
Beynəlxalq enerji hüquq münasibətlərinin subyektləri, iştirakçıları üçün prinsipləri
növbəti ardıcıllıqla müəyyən etmək olar:
- enerji resursları üzərində dövlət suverenliyi prinsipi;
- enerji təhlükəsizliyinin təmin edilməsi prinsipi;
- enerji bazanın tənzimlənməsində liberallaşdırma prinsipi;
- enerji effektivliyi və ətraf mühitin mühafızəsi prinsipi:
- enerji dövriyyəsində əməkdaşlıq və monitorinq prinsipi.
11 .6. Enerji resursları üzərində dövlət suverenliyi prinsipi
Enerji resursları üzərində döviət suvereniiyi prinsipi «dövlətlərin suveren
bərabərlik» və yaxud «dövlətlərin təbii ehtiyatları və bütün iqtisadi fəaliyyət üzərində
suverenliyi» prinsipindən doğur. Təbii ehtiyatlar, enerji resursları üzərində dövlət
suve-renliyi prinsipi BMT Baş Məclisinin məlum 1962-ci ıl Qətnaməsində, 1974-cü
il «sənədlər üçlüyündə» və d. aktlarda ifadə edilıb.
1974-cü il Dövlətlərin iqtisadi hüquq və vəzifələri Xartiyasında «Dövlətlərin
hüquqları» bölməsində qeyd olunur ki, hər bir dövlət özünün bütün ehtiyatları
üzərində tam və daimi suverenliyə malik olmaqla iqtisadi fəaliyyəti, o cümlədən,
sahiblik, istifadə və istismarı azad həyata keçirməlidir (m.2 .b.l). 1978-ci il
Dövlətlərin müqavilələrə münasibətdə hüquqi varisliyi haqqında və 1983-cü il Dövlət
Dostları ilə paylaş: |