Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   6   7   8   9   10   11   12   13   ...   44

24 
 
mövcud olduğu dövrü dəqiq təyin etmək analoji qayaüstü təsvirlərin yaşının 
müəyyən olunması üçün vacib amil ola bilər. 
Azərbaycanın qayaüstü təsvirlərində tez-tez rast gəlinən süjetlərdən biri də 
at - qulan təsvirləridir. Bu təsvirlərə  yalnız Qobustanda təsadüf olunur. Kiçik 
formalı incəsənətdə qulan təsvirlərini nadir hallarda görmək olar. Məsələn, 
Qobustanda Anazağa mağarasındakı 31 №-li daşda, Ovçular mağarasında 46 №-li 
daşda olan təsvirləri göstərmək olar (ill. 22;23). Azərbaycanda  Equus heminous 
Pall  növünə aid vəhşi atlar yaşamışlar. Daha sonrakı dövrlərə aid at təsvirlərinə 
(qoşqulu və  qoşqusuz) Qobustan və  Gəmiqaya qayaüstü rəsmlərində rast gəlmək 
olar. Qeyd etmək lazımdır ki, Əliköməktəpə torpaq qəbirlərində, Qızılvəngin daş 
qutularında və Qobustan kurqanlarında at skeletləri aşkar olunmuşdur. Bu tapıntılar 
tədqiqatçıları tunc dövründə  ata sitayiş edilməsi barədə fikir söyləməyə sövqedir 
[15,169] . 
 
Gazella Subgutturoza Guld ceyran və  ahuları xüsusi müşahidə 
obyektidir (şək. 27; ill. 46). Zaqafqaziyada saxsı qablarda və kiçik heykəllərdə ahu 
təsvirləri maraq kəsb edir (55, tablo XIV, XVI, XXIX). Şir, pələng, bəbir və qaban 
kimi yırtıcı heyvanların təsvirləri də xeyli maraq doğurur (şək. 28; 29; 30; 31-a, b, 
c; ill. 47; 48). Pələng qədim insanların təsəvvüründə eyni vaxtda həm xeyri, həm 
də şəri təcəssüm etdirir, həm dağıdıcı, həm də yaradıcı obrazı təmsil edirdi. 
Mifoloji rəvayətlərdə və nağıllarda pələng heyvanların şahı, meşənin sahibi 
kimi qələmə verilir. Çində isə təkcə heyvanların şahı kimi deyil, həm də xəstəliklər 
gətirən şeytanların qənimi kimi göstərilir. Yaponiyada pələng - igidlik rəmzi, 
Şamanlıqda fövqəlinsan gücündə  (meşə  Allahının ruhudur) təcəssüm olunur. 
Atseklərdə  pələng günəşin qərbdən batması, Heraldikada erkək və  dişi pələng 
ehtiras və güc rəmzidir. Ukrayna kurqanlarında aparılan qazıntılarda aşkar olunmuş 
təsvirlərdən bizə  bəbir kəllələri, Maykop kurqanından şirləri  əks etdirən nişanlar, 
Semibratsk kurqanından ox qabının qızıl örtüyündə  maralı parçalayan şir təsviri 
məlumdur. Bu şir təsvirləri Qobustan, Gəmiqaya, Kəlbəcər və  Abşeron 
qayalarındakı  şir təsvirləri  ilə    müəyyən  oxşarlığa malikdir. Gəmiqayada dağ 
keçisinə hücum edən bəbir təsvirləri, xüsusilə diqqətəlayiqdir və  ən  maraqlı 
süjetlərdən biri [14,105] hesab olunur. 
Buzlaşmaarası istiləşmə dövründə  sayını artıran vəhşi qaban təsvirlərinə 
Qobustanda və Azərbaycanın digər rayonlarında rast gəlmək olar (ill. 49). 
Dəvə  təsvirləri çox nadir süjetdir. Onlar əsasən orta əsrlərin sonuna aid 
edilirlər. Bəzi tədqiqatçılar ehtimal edirlər ki, Azərbaycan  ərazisinə  dəvəçilik 
Mərkəzi Asiya-dan gəlmiş və  onun inkişafı e.ə. II minilliyin sonu - I minilliyin 
əvvəlinə təsadüf edir. 
Bunlar Mingəçevirdə  və  Füzuli rayonunda tapılmış dəvə sümükləri və 
skeletləri ilə  təsdiq edilir [229,33-40]. Qədim Azərbaycan  ərazisində  dəvəçiliyin 
geniş yayılması haqqında antik müəlliflər məlumat verirlər. Klavdi Klian qeyd edir 
ki, Albanlar dəvələri balıq, balıq yağı və dəvə yunu ilə yükləyib Ekbatana satmağa 


25 
 
aparırdılar [108,226]. «Kitabi-Dədə  Qorqud» dastanında və orta əsr Azərbaycan 
bədii əsərlərində də dəvə xatırlanır [244, 30- 58; 255, 122; 125,484-667]. 
Qeyd etmək lazımdır ki, hazırda Daşqışlaq (Kiçikdaş) yaxınlığında yerli 
maldarlar dəvəçiliklə  məşğul olurlar. (Qeyd: müəllifin şəxsi müşahidəsi) (şək. 32, 
ill. 50; 51). 
Nadir süjetlər sırasında naxışlı qoyun (Kiçikdaş dağı, 15 №-li daş), balıq 
(Kiçikdaş dağı, 5 №-li daş; Böyükdaş dağının yuxarı səkisi 104, 105 №-li daşlar) 
(ill. 52; 53; 27) və quşların bəzi növlərinin (Böyükdaş dağının yuxarı səkisi,63 №-
li daş (şək. 33) təsvirləri vardır. Qoyun təsvirləri Lena yazılarındakı naxışlı heyvan 
təsvirlərinə oxşayır. 
Kiçikdaş dağı 5 №-li daş üzərindəki balıq təsviri xüsusi tədqiqat 
predmetidir. Bu təsvir daha çox delfini xatırladır. Delfinlər - afalinlər  (Tursiops 
truncatus)  hazırda da Aralıq və Qara dənizlərində  yaşayırlar [80, səh. 283-300]. 
Görünür, qədim rəvayətlərdəki delfinlər elə afalinlərdir. Delfinin analoji 
təsvirlərinə (lakin xeyli kiçikölçülü) Avstraliyanın qayaüstü təsvirlərində rast 
gəlmək olur (ill. 54). 
Quş təsvirləri nadir süjetlərə aiddir. (şək. 33). Gəmiqayada kəklik (ülkəklik) 
təsvirlərinə təsadüf olunur [237]. 
Azərbaycanın qayaüstü təsvirlərinin xüsusi süjetlərindən biri olan ilan 
təsvirlərinə tez-tez rast gəlinir [şək. 34; 35; 36; 37; 38). Onlara Abşeron və 
Dübəndi qayalarında təsadüf olunur (ill. 55). 
Real üslubda çəkilmiş canavar təsviri Gəmiqaya petroqlitləri arasında nadir 
hadisə deyildir. Bitki süjetləri, ancaq Naxçıvanda müşahidə olunur. Yeganə bitki 
təsviri Gəmiqayada, 102 №-li daş üzərindədir [237]. 
 
II.1.2. İNSAN TƏSVİRLƏRİ 
 
Azərbaycan qayaüstü incəsənətində  xüsusi yer tutan insan obrazı bir çox 
tədqiqatçıların diqqətini cəlb etmişdir. İnsan təsvirləri ölkəmizin müxtəlif coğrafi 
nöqtələrində - Qobustanda, Abşeron yarımadasında, Kəlbəcərdə  və  Naxçıvanda 
aşkar olunmuşdur. Yaşına, üslubuna, işlənilmə  texnikası və üsuluna görə bir-
birindən fərqlənən çoxsaylı insan təsvirləri bir sıra ümumi cəhətlərə  də malikdir
hətta təkrarlanır. Bu obrazlar bəşər tarixində ən qədim təsviri sənət abidələri hesab 
oluna bilər. Bir çox tədqiqatçılar onları dini etiqad və  mərasimlərlə  əlaqəsi olan 
abidələr hesab edirlər. Bu da mövzunun daha diqqətli öyrənilməsini tələb edir. 
Müxtəlif rayonların, hətta dünyanın bir çox yerlərində  yaşayan müxtəlif xalqların 
rəngarəng süjetli rəvayətlərinin (miflərin) müqayisəsi nəticəsində öz əksini tayfa 
incəsənətində  tapmış ümumi, əsaslı və ümumbəşəri mifoloji süjetləri olan 
arxetiplər meydana gəlir. Onlara qadın (ana nəslin başçısı), kişi və digər 
obyektlərlə kompozisiyada insan mifoloji təsvirlərini aid etmək olar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə