Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   7   8   9   10   11   12   13   14   ...   44

26 
 
Səciyyəvidir ki, əvvəlcədən paleolit dövrünə  aid olunan insan fiqurlarının 
əksəriyyətinə yalnız Qobustanda rast gəlinir. 
Paleolit dövrü obrazlarına uzaq ekskursiyaya  başlayaq. Paleolit 
incəsənətində insan təsvirlərini qadın, kişi və digər obyektlərlə kompozisiya təşkil 
edən təsvirlərə bölmək olar. Qadın təsvirləri üslub və  yaş etibarilə  ən qədim 
təsvirlərdir və onları təxminən üst paleolitin madlen dövrünə aid etmək olar. Qadın 
təsvirləri iki qrupa bölünür. Birinci qrupa Qobustanda aşkar olunmuş «İbtidai 
realizm» üslubunda daş qadın heykəlləri, necə deyərlər, «Venera»lar daxildir. 
Qobustanda qadın olması yalnız zənn edilən kobud surətdə  daşdan hazırlanmış 
qadın heykəlləri tapılmışdır (ill. 56-a, b, c; 57-b, c). Analoji fransız, italyan 
(Savinyan), mezinsk (Ukrayna) heykəllərinin yaşı orinyak, qravett, pavlov, solütre 
dövrləri ilə ölçülür [78, 365], (ill. 57-b,c; 58). 
Qobustan «Venera»ları ilə  yanaşı, bu qrupa üslublaşdırılmış və  qadın 
cinsinin təcəssümü əlamətlərini əks etdirən təsvirlər və yumşaq daşdan kəsilmiş bir 
neçə kiçik heykəli aid etmək olar (166, 92-95). 
Yaşı dəqiq müəyyən olunmuş Kostenki-1-in üst mədəni təboqəsində 
«medalyonlar» formasında qadın cinsi nişanələri olan analoji təsvirlər aşkar 
olunmuşdur [77; 3; 138, 50-66]. Həkk olunmuş vulva (qadının xarici tənazül 
orqanı) təsvirinə, eyni zamanda Abri Selye (I Orinyak) və La Ferrassi (II Orinyak) 
mağaralarının yaşı müəyyən olunmuş mədəni təbəqələrində  aşkar olunmuş daş 
qalıqların üzərində rast gəlmək olar [77, 365]. 
İkinci qrupa, əsasən bir qədər qabağa əyilmiş və yandan çəkilmiş fiqurların 
təsviri aiddir. Bunların əksəriyyəti mağara divarlarındakı oymalar və kiçik formalı 
incəsənət abidələridir [167, 99  103], (ill. 59). 
Azərbaycanda sifəti təfərrüatı ilə  əks olunmuş paleolit dövrünə aid kiçik 
fiqurlara təsadüf olunmur. İkinci qrup üçün iri, yoğun budlu, əlsiz və  ayaqsız, 
xüsusi qeyd edilmiş döş və sallanan qarınlı qadın fiqurlarının təsvirləri səciyyəvidir 
(ill. 56-58). 
Yaşı dəqiq müəyyən edilmiş Qarğalar təpəsi və  Şulaverisqora  -  bişirilmiş 
gildən hazırlanmış eneolit dövrü kiçik heykəlləri xüsusi maraq kəsb edir. 
Ölçülərinə  və  formalarına görə  onlar Qobustanın Kiçikdaş heykəllərindən birinə 
bənzəyir. Onların hamısı başsız və  qolsuz, yarı-oturaq vəziyyətdə  hazırlanmışdır. 
Bəzi arxeoloqlar Şula-verisqoradan tapılmış qadın fiquru obrazını nəsilartırma 
ideyası ilə  əlaqələndirirlər [104, 163]. Digər tərəfdən güman etmək olar ki, 
Qobustanın Böyükdaş dağının yuxarı  səkisindəki Yeddi gözəl mağarasında aşkar 
olunmuş bədəni naxışlı qadınlar (ill.60) sonralar öz əksini Mollaisaklı, Mingəçevir
Şamaxı və Qəbələnin antik dövr yaşayış məskənlərində və nekropollarında tapılmış 
çılpaq ilahələr - gildən hazırlanmış heykəllərdə  tapmışdır. Onların belləri kəmər, 
boyunları isə bir neçə sıra yapma boyunbağı ilə bəzədilmişdir [98, 21]. 
Paleolit insan təsvirləri yalnız Azərbaycanın cənub-şərq hissəsi - 
Qobustanla məhdudlaşır. Azərbaycanın digər zonalarında üst paleolit dövrünə aid 


27 
 
olan insan qayaüstü təsvirləri aşkar olunmamışdır. Buraya ilk növbədə üslublu, 
yandan həkk olunmuş, adətən başsız, naxışlı, (tatuirovkalı) və irəliyə doğru əyilmiş 
fiqurlar aiddir (ill. 57-a). Adətən bu təsvirlərin başı uzadılmış konusvari çıxıntı 
formasında olur. Onların Avropanın paleolit dövrü «Venera»ları ilə  qəribə 
oxşarlığı vardır (ill. 57). Madlen dövrü üçün səciyyəvi olan daş üzərində digər 
oymalar Qobustanın Anazağa mağarasında aşkar olunmuşlar. Burada eyni üsulla 
daş üzərində bütöv bir qrup fiqurlar təsvir olunmuşdur (şək. 39). Bu, bərqərar 
olunmuş üslubun mövcudluğunu sübut edir. Bütün fiqurlar kəmər-çinli, başlarında 
lələk və  saçları çıxıntı şəkildə  yığılmış formada təsvir olunmuşlar (Böyükdaş 
dağının yuxarı səkisində 38 və 34a №-li daşlar), (şək. 40-a,b,c). 
Son paleolit dövründə tayfa təsviri sənəti mağaralarda, necə deyərlər, 
«müqəddəs yerlər»də, yəni divarlarda, müxtəlif təsvirləri həkk etmək üçün xüsusi 
olaraq nəzərdə  tutulmuş dərin yerlərdə  yaradılırdı. Bu cür mağaralar Qobustanda 
çoxluq təşkil edir. Onlardan birində yalnız naxışlı qadınlar (Böyükdaş, yuxarı səki, 
Yeddi gözəl mağarası), digərlərində  qadınlar başqa obyektlərlə  əlaqəli (Kiçikdaş, 
qadınla öküzün əlaqəli təsviri), üçüncüsündə hamilə  qadınlar (Böyükdaş, yuxarı 
səki, 46 №-li daş; şərq hissəsi, 49 №-li daş) təsvir olunmuşlar. 
Bədəni naxışla bəzədilmiş (tatuirovkalı) qadın təsvirləri geniş yayılmış 
süjetdir. Yandan çəkilmiş Qobustan naxışlı qadın təsvirləri daha sonrakı tripol 
mədəniyyəti heykəlləri ilə, Drutsi I yaşayış məskənlərində  aparılmış qazıntılarda 
tapılmış antropomorf heykəllə [173, 3861 və cənub-şərqi Qaraqumda tapılmış kiçik 
qadın heykəli ilə (e.ə. IV minillik) [176, 34] oxşarlıq təşkil edir. 
Konqoda baluba tayfalarında başçıların taxtını saxlayan çoxsaylı kiçik qadın 
heykəlləri göbək  ətrafında çapıq formalı rombvari naxışla bəzədilmişdir. Onlara 
çox vaxt rəngli çalarlar verilirdi [19,19]. Naxışlı antropomorf fiqurların marallarla 
əlaqəli təsvirlərinə Norveçin (Vingen əyaləti) mezolit dövrü petroqlifləri arasında 
rast gəlmək olar [292,513]. Müxtəlif məqamları  - estetik, dini, ovsun, totemist və 
sosial məqamları əks etdirən naxış, tatuirovka, bəzək oşyalarının çəkilməsinin 
bütün rəngarəngliyini təsvir etmək çətindir. Buraya ov və  hərbi qənimətləri 
(öldürülmüş heyvanın dişi) bəzək əşyası kimi taxmaq da aiddir. 
Yeddi Gözəl (Qobustan, Böyükdaş dağı) mağarasında oyulmuş ən qadın 
təsviri aşkar edilmişdir. Onlar çiyinlərindən, çox güman ki, dini ayin və 
mərasimlərdə istifadə  olunan mifik silah büt asılmış və barelyefin əksi formada 
öndən çəkilmişlər. Qeyd etmək lazımdır ki, Şimali Amerikanın bəzi alqonkin 
tayfaları, Fici adalarının yerli əhalisi, Birmada karenlər, ocibve tayfaları silahlara, 
məişət və digər əşyalara ruh verir, yəni «hər hansı bir xeyirxah ruhu cansız əşyaya 
yerləşdirib» [183. 290, 330, 352], ona ilahi qüvvə kimi sitayiş edirdilər. 
Kiçikdaş dağında qayaların birində qadın təsvirini kəsən öküz rəsmi vardır. 
Öküz təbii ölçüdə, qadın isə  yandan, başsız təsvir olunmuşdur. Madlen dövrü 
oymaları arasında bu cür səhnələrə misal olaraq, Fransadakı Aşağı Lojeri (qadının 
maralla həkk olunması) və  Mas d'Azil (heyvanın arxasında insan silueti) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə