Təşkilatın ehtiyaclarını, həcmini və imkanlarını nəzərə alaraq
işçilərin
nümayəndələrinə işlərini effektiv şəkildə iş görməyə və heç bir maneə
olmadan öz xidmətlərini icra etməyə imkan verən müvafiq şərait
yaradılmalıdır. İşçilərin nümayəndələri məna kəsb edən danışıqlar üçün tələb
olunan informasiya ilə təmin olunmalıdırlar.
Birgə danışıqların aparılması prosesi aktual danışıqlarda əvvəlki dövrü də
əhatə edir-informasiyanın paylanılması, məşvərət, birgə dəyərləndirmələr-
eləcə də kollektiv razılaşmaların icra edilməsi. Kollektiv razılaşmalar
mübahisələrin həlli üçün müddəaları əhatə etməlidir.
Danışıqları asanlaşdırmaq üçün könüllü və ya qanunla təsis olunmuş
barışıq və vasitəçiliyin istifadəsinə yol verilə bilər. Digər tərəfdən isə yalnız
hər iki tərəfdən rica olunduğu və qanunla tələb olunduğu zaman arbitraj
qanuni sayılır.
Hökumәtin vәzifәsi nәyi ifadә edir
Cəmiyyətin müstəqilliyi prinsipini və birgə danışıqların aparılması
hüququnu reallaşdırmaq təcrübədə bu hüquqların tətbiqinə zəmanət verən
qanuni əsas tələb edir. Bunun üçün işəgötürən və işçi təşkilatları və ya onların
hər ikisi arasında üçtərəfli qurumsal struktur vacibdir. Öz səslərini çatdırmaq
hüququnu istifadə etməyə çalışan fərdlər ayrı seçkiliyə məruz qalmamalıdır.
İşçilərin və işəgötürənlərin təşkilatları birgə problemlərin həlli və ikitərəfli
çətinliklərin yoluna qoyulmasında digər tərəfi tərəfdaş kimi qəbul etməlidir.
Hökumətlər qanuni və qurumsal strukturların lazımi qaydada yaradılması
və fəaliyyət göstərməsi üçün məsuliyyət daşıyır. Onlar həmçinin qarşılıqlı
saziş və əməkdaşlıq mədəniyyətinin inkişaf etdirilməsinə yardımçı
olmalıdırlar.
Hökumətlər beynəlxalq öhdəliklərini yerinə yetirmədikdə qanunvericiliyi
və idarə etməni inkişaf etdirmək üçün cəhd göstərilməlidir. Beynəlxalq əmək
normalarına müvafiq qanunvericilik olmadığı təqdirdə, işəgötürənlər və
həmkarlar ittifaqları bu imtiyazların qadağan olunmadığı ölkələrdə prinsipləri
mühafizə etmək üçün cəhd göstərməlidirlər. Qanunvericiliyin hüquqları
mühafizə etdiyi lakin qeyri adekvat nəzarətə görə qanunların icrası zəif olan
ölkələrdə işəgötürənlər hər halda qanuna riayət etməlidirlər.
Cəmiyyətin müstəqilliyi prinsipinin demokratiyanın inkişafı və
güclənməsində böyük rolu var. Real, müstəqil sivil cəmiyyətin mövcudluğu
bu hüquqdan asılıdır. Müstəqil həmkarlar ittifaqları və işəgötürənlərin
təşkilatları cəmiyyətdə əsas və nüfuzlu mənbə kimi başqalarına hökumətlərlə
sərbəst şəkildə əməkdaşlıq etmək və müdaxilə olmadan fəaliyyət göstərmək
üçün imkanlar bəxş edir. Sənaye münasibətləri dövlətin “özünüidarə”
- -
16
müstəqilliyini təyin edir. Bütün bu və digər
səbəblərə görə Cəmiyyətin
müstəqilliyi prinsipi BM Qlobal Sazişinin digər 9 prinsipini dəstəkləyir.
Assosiasiya azadlığı vә kollektiv danışıqların
aparılması üçün hüquqların effektiv şәkildә
tanınması nә üçün mühümdür
Hüquq olmaqdan əlavə Assosiasiya azadlığı işçilərə və işəgötürənlərə
yalnız iqtisadi maraqlarını deyil, eləcə də yaşam, təhlükəsizlik, toxunulmazlıq,
şəxsi və kollektiv azadlıq haqları kimi sivil azadlıqlarını daha yaxşı qorumaq
üçün birləşməyə imkan yaradır. Demokratiyanın ayrılmaz hissəsi kimi bu
prinsip digər bütün fundamental prinsipləri və haqları həyata keçirmək üçün
əhəmiyyətlidir.
Kollektiv danışıqların aparılması iş şəraiti və işə götürülmənin şərtləri
işəgötürənlər və işçilər və ya onların səlahiyyətli təşkilatları arasında
münasibətləri diqqətə alan konstruktiv forumdur. Bu çox vaxt dövlət
tənzimlənməsindən daha səmərəlidir. Birgə danışıqların aparılması potensial
problemlərin öncədən sezilməsində və onları həll etmək üçün sülh
mexanizmlərini yaxşılaşdırmasında və hər iki tərəfin prioritetlərini və
ehtiyaclarını nəzərə alaraq çıxış yolları tapılmasında yardımçı ola bilər.
Sağlam birgə danışıqların aparılmasından həm idarəetmə və həm də işçilər
faydalanır və bu sülhü və stabilliyi təmin edir ki, bundan da ümumilikdə
cəmiyyət faydalanır. Birgə danışıqların aparılması mühüm idarəetmə
müəssisəsi ola bilər –bu idarə edilənlərə birbaşa təsir göstərən qərarlara
onların da cəlb olunması vasitəsi ilə onların razılığının əldə olunmasının
üsullarıdır.
Şirkәtlәr assosiasiya azadlığı vә kollektiv
danışıqların aparılması hüququnun effektiv
şәkildә tanınmasını necә mühafizә edә bilәrlәr
Sürətlə dəyişən qlobal bazarda bizneslər çox tərəddüdlərə məruz qalır.
Müstəqil şəkildə seçilmiş işçi nümayəndələri ilə səmimi dialoqlar qurulması
həm işçilər həm də işəgötürənlərə bir-birinin problemlərini anlamağa və həll
yolları tapmağa imkan yaradır. Nümayəndəliyin təhlükəsizliyi hər iki tərəf
üçün inam yaratmaqda bünövrədir. Cəmiyyətin müstəqilliyi və birgə
danışıqların aparılmasının həyata keçirilməsi konstruktiv dialoqlar və
qarşıdurmaların həlli üçün imkanlar yaradır və bu təşkilatların və cəmiyyətin
mənafeyi üzrə həll yolları üzərində mərkəzləşmək üçün enerji ilə təmin edir.
- -
17
Cəmiyyətin müstəqilliyinin mahiyyəti digər hüquqlardan daha geniş təyin
edilib. Hər bir halda deyil, lakin bir çox hallarda bu qərarlar onların
mahiyyətini anlamaq üçün işəgötürənlərə faydalıdır. Aşağıdakı siyahı əlaqədar
prinsiplərin bir qismini təsvir edir.
İŞ YERİNDƏ
Milli qanuna uyğun olaraq , bütün işçilərin
hədə və təzyiq tədbirləri
olmadan öz seçimləri ilə həmkarlar ittifaqları yaratmaq və onlara
qoşulmaq hüquqlarına hörmətlə yanaşmaq.
Həmkarlar ittifaqları və sindikatlarla bağlı, işə götürülmə fəaliyyətləri,
vəzifədə inkişaf, işdən azad edilmə və vəzifənin dəyişilməsi ilə bağlı
qərəzsiz tədbirlər, prosedurlar hazırlamaq.
Səmərəli kollektiv razılaşmanın inkişafına yardım etməsi üçün işçi
nümayəndələrini müvafiq imkanlarla təchiz etmək.
DANIŞIQLAR MASASINDA
Birgə danışıqların aparılmasının
məqsədləri üçün nümayəndə
təşkilatlarını tanımaq.
Birgə danışıqların aparılması üçün həmkarlar ittifaqının
nümayəndələrinin real qərar vericilərə müraciət etməsini təmin etmək.
Məna kəsb edən sövdələşmə üçün informasiya ilə təmin etmək.
Problem həlli və yenidənqurma və təlim, qüvvə artıqlığı proseduraları,
təhlükəsizlik və sağlamlıq məsələləri, münaqişə və mübahisə həlli
proseduraları və nizam-intizam qaydaları daxil olmaqla işçilərin və
idarəetmənin maraqlarına diqqət yetirmək.
BİRLİYİN FƏALİYYƏTİNDƏ
Milli işəgötürənlərin nümayəndələrinin rol və funksiyalarını hesaba
almaq.
Xüsusilə həmkarlar ittifaqları və birgə danışıqların aparılmasını
tanımaq üçün adekvat qurumsal və qanuni
struktur olmayan ölkələrdə
əmək idarəetməsi münasibətlərində vəziyyəti yaxşılaşdırmaq üçün
addımlar atmaq.
- -
18