Birliyin Fəaliyyətində
Şirkətlər mümkün olduqda məcburi əməyi aradan qaldırmaq üçün
birlik fəaliyyətlərini genişləndirməyi dəstəkləyə bilər, işçilərə məcburi
əməkdən xilas olmağa və öz istəkləri ilə seçilmiş işlər tapmaqda
yardım edə bilər.
Digər şirkətlərlə, bölmə birlikləri və işəgötürənlərin təşkilatları ilə bu
məsələyə sənaye miqyasında yanaşmaqla ortaq fəaliyyət göstərmək,
həmkarlar ittifaqları, qanun icraedici orqanlarla, əmək müfəttişlikləri
və digər təşkilatlarla əlaqələr yaratmaq.
Yerli, dövlət və ya milli səviyyədə təmsilçi isə götürənlərin təşkilatında
iş birliyi və ya məcburi əmək üzrə komitə təsis etmək və ya bunlarda
iştirak etmək.
Milli səviyyədə məcburi əməklə mübarizə aparmaq üçün əsas
tədbirlərin bir hissəsi və qurumsal tərtibat kimi məcburi əməyə qarşı
Milli Fəaliyyət Planının inkişafını dəstəkləmək.
Şirkətin nüfuz sahəsində məcburi əməyin keçmiş qurbanları üçün
bacarıqların inkişaf etdirilməsi və peşə təlimi imkanları yaratmaqla
qarşı alma və yenidən inteqrasiya proqramlarında iştirak etmək.
Mümkün olduqda , media kompaniyaları daxil olmaqla milli və
beynəlxalq proqramlarda iştirak etmək və yerli və milli orqanlarla
,fəhlə təşkilatları ilə və digər tərəfdaşlarla əməkdaşlıq etmək.
- -
23
Uşaq әmәyinin aradan qaldırılmasını
dәstәklәmәk
(BMT Qlobal Sazişinin 5-ci Prinsipi)
Uşaq əməyinə nə aiddir
Beynəlxalq Əmək Təşkilatı konvensiyaları (Minimum yaş həddi
Konvensiyası No 138, Uşaq Əməyinin Ağır Formaları No 182) milli
qanunvericilik üçün işə qəbul prosesində icbari təhsili tamamlama yaşından
və ya hər bir halda 15 yaşdan az olmayan minimum yaş təyin etmək üçün
çərçivə qoya bilər. Daha az yaşlar müvəqqəti olaraq icazə verilə bilər. –iqtisadi
və təhsil imkanları az inkişaf etmiş ölkələrdə minimum yaş həddi 14, və
yüngül işlər üçün isə 12-dir. Bununla yanaşı təhlükəli işlər üçün minimum yaş
həddi bütün ölkələrdə 18-dir.
Cədvəl 5
İşə qəbul üçün minimum yaş həddi
İnkişaf etmiş ölkələr İnkişaf etməkdə olan ölkələr
Adi iş 15 yaş 14 yaş
Təhlükəli iş 18 yaş 18 yaş
Yüngül iş 13yaş 12 yaş
- -
24
Uşaq əməyi gənclərin məşğulluğu ilə qarışdırılmamalıdır, belə ki,
gənclər istədikləri işlə məşğul ola bilərlər, lakin təhlükəli işdən və uşaq
əməyinin digər ağır formalarından qorunmalıdırlar.
Uşaq əməyi insan hüquqlarını pozan istismar növüdür. Bu beynəlxalq
vasitələrlə qiymətləndirilib və müəyyənləşdirilib. Bu beynəlxalq ictimaiyyətin
və demək olar ki bütün ölkələrin uşaq əməyinin aradan qaldırılması üçün
bəyan edilmiş siyasətidir.
Beynəl xalq Əmək Təşkilatı 182 No Konvensiyası hökumətləri 18
yaşdan az uşaqlar müəyyən olunmuş işlərdə çalışdıqda təcili və təxirəsalınmaz
tədbirlər görməyə çağırır.Onlar:
Ağır məcburi əməyin bütün formaları-uşaq alveri, borc qarşılığı əmək,
məcburi və icbari əmək və uşaqların silahlı qarşıdurmada istifadə
edilməsi.
Əxlaqsızlıq ,pornoqrafiya istehsalı və pornoqrafik məqsədlərlə
uşaqların istifadəsi və onlara təklif edilməsi,
Qanuna zidd fəaliyyət xüsusilə qeyri-qanuni
ticarət və narkotik
istehsalı məqsədilə uşaqların istifadəsi və onlara təklif edilməsi,
Sağlamlıqlarına təhlükəsizliklərinə və onların təbiəti etibarı ilə
tərbiyələrinə zərərli təsir göstərən işlər və şərait.
Şirkətlər uşaq əməyini ləğv etmək üçün səy göstərməlidirlər. Uşaq
əməyinin ağır formalarının ləğvi üçün göstərilən cəhdlər digər uşaq əməyi
formalarına bəraət qazandırmaqda istifadə olunmamalıdır.
Nə üçün şirkətlər uşaq əməyindən narahat
olmalıdırlar.
Uşaq əməyi uşağın fiziki, sosial əqli, psixoloji və ruhi inkişafına xələl
gətirir. Uşaq əməyi onları uşaqlıqdan və böyüklükdən məhrum edir. Onlar
təhsildən məhrum edilir və ola bilsin ki ailələrindən ayrı salınır.Orta təhsilini
tamamlamayan uşaqlar çox vaxt savadsız qalır və heç vaxt sənət əldə etmək
üçün bacarıqlara yiyələnmir və müasir iqtisadiyyatın inkişafında rol oynamır.
Nəticə etibarı ilə, uşaq əməyi səriştəsiz, keyfiyyətsiz fəhlə yetişdirir və iş
qüvvəsində bacarıqların inkişafını təhlükə altında qoyur.
Uşaqlar insan hüquqlarından böyüklərdən heç də az faydalanmır.
Onların yaşlarından və onların hələ böyüməkdə və bilik və təcrübə
qazanmasından qaynaqlanan bəzi hüquqları var. Bu hüquqlar iqtisadi
istismardan və onların sağlamlığına, təhlükəsizliyinə, tərbiyəsinə zərərli,
inkişafına əngəl törədən təhsildən uzaqlaşdıran səbəblərdən qorumağı əhatə
- -
25
edir. Uşaq əməyi məsələsinin mürəkkəbliyi şirkətlərə bu
məsələyə həssas
yanaşmağı, işləyən uşaqların daha çox istismara məruz qalmasına səbəb olan
tədbirlər görməməyi ifadə edir. Bununla belə, 5-ci prinsipdə bildirildiyi kimi,
bütün şirkətlərin məqsədi nüfuz sahələrində uşaq əməyini aradan qaldırmaq
olmalıdır.
Uşaq əməyi ilə əlaqənin olması şirkətin etibarını zədələyə bilər. Geniş
təchizat və xidmət dairəsi olan transmilli şirkətlərin biznes ortağı vasitəsi ilə
olsa belə, titulunu zədələməyə və gəlir və hissə sənədinin dəyərində güclü
geriləmələrə səbəb ola biləcəyi doğrudur.
Nəyə görə şirkətlər uşaq əməyinə görə narahat
olmalıdırlar?
Uşaq əməyi hər bir şirkətdə narahatlıq doğurmalıdır. Bu hal hazırda bir
çox inkişaf etməkdə olan ölkələrdə ciddi məsələdir. Lakin bu az da olsa inkişaf
etmiş ölkələrdə məsələn immiqrant cəmiyyətlərdə də gözə çarpır.
Uşaq əməyinin səbəb və nəticələrini anlamaq, təbliğatı inkişaf etdirmək
ilkin addımdır. Bu məsələləri müəyyənləşdirmək və biznes daxilində uşaq
əməyinin problem olub olmamasını aydınlaşdırmağı ifadə edir. Coğrafi olaraq
uzaq məsafədə tədarük dairələrində xüsusi sənaye bölmələrindən satın alan
şirkətlər daha ehtiyatlı olmalıdırlar. Gərəkli etina ilə davranışın bir hissəsinə
şirkətin fəaliyyət göstərdiyi sahələrdə uşaq əməyinə meyilli sektorlardan
xəbərdar olmaq üçün Beynəlxalq Əmək Təşkilatı və başqa araşdırmaları
nəzərdən keçirmək daxil olmalıdır.
- -
26