BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə11/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   7   8   9   10   11   12   13   14   ...   62

AYƏ 24:


﴿وَالْمُحْصَنَاتُ مِنَ النِّسَاء إِلاَّ مَا مَلَكَتْ أَيْمَانُكُمْ كِتَابَ اللّهِ عَلَيْكُمْ وَأُحِلَّ لَكُم مَّا وَرَاء ذَلِكُمْ أَن تَبْتَغُواْ بِأَمْوَالِكُم مُّحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً وَلاَ جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُم بِهِ مِن بَعْدِ الْفَرِيضَةِ إِنَّ اللّهَ كَانَ عَلِيمًا حَكِيمًا﴾

TƏRCÜMƏ:


« (həmçinin) ərli qadınlar - (müharibə zamanı kafirlərdən) əsir düşənlər istisna olmaqla - (sizə haram oldu). (Çünki onların ərsiz əsir düşmələri təlaq hökmündədir.) Bunlar (bu hökmlər) Allahın sizin üçün yazdığı qərara aldıqlarıdır. Bunlardan (sadalanan on dörd qismdən) başqaları sizə halal oldu ki, günahdan çəkinən zinadan uzaq halda öz mallarınızla (onlarla evlənmək) istəyəsiniz. (Sadalanan on dörd qismdən başqa) müvəqqəti evləndiyiniz qadınların mehriyyələrini vacib (mal) olaraq ödəyin. Vacib mehriyyə təyin olunduqdan sonra (mehriyyənin aradan götürülməsi ya onun azaldılıb-çoxalması barəsində aranızda) qarşılıqlı razılığa gəldiyiniz şeydə sizin üçün günah yoxdur. Həqiqətən Allah həmişə (işlərin xeyrini) bilən (şəriət xilqətdə) möhkəm yaradılış sahibidir

TƏFSİR:


Kafir qadınların əsirliyə alınması əvvəlki ərindən boşanıb təlaqalma hökmündədir. Eləcə də bir qadının kafirliyə davam edən əri ola-ola özünün iman gətirməsi də onun öz ərindən ayrılmasına səbəb olur.

İslam nəzərindən ərli qadınlarla evlənmək, millət və dinindən asılı olmayaraq haramdır. Lakin bir arvadın kafirlərdən əsir alınması ona təlaq verilməsi hökmündədir və qadın əsir düşdükdən sonra bir heyz müddətində, hamilə olduqda isə doğuşa qədər iddə saxlamalıdır. İddə müddətində cinsi məsələlər caiz deyildir. Bu cür (daimi, yaxud müvəqqəti) evlənmə onların kafirlərə qaytarılması, yaxud başsız qoyulmasından daha yaxşıdır.



Əhli-Beytin (ə) buyurduğuna, eləcə də əksər sünni müfəssirlərinin dediyinə görə, «fəməstəmtətum» cümləsi müvəqqəti evliliyə – mütəyə dəlalət edir.

AYƏ 25:


﴿وَمَن لَّمْ يَسْتَطِعْ مِنكُمْ طَوْلاً أَن يَنكِحَ الْمُحْصَنَاتِ الْمُؤْمِنَاتِ فَمِن مِّا مَلَكَتْ أَيْمَانُكُم مِّن فَتَيَاتِكُمُ الْمُؤْمِنَاتِ وَاللّهُ أَعْلَمُ بِإِيمَانِكُمْ بَعْضُكُم مِّن بَعْضٍ فَانكِحُوهُنَّ بِإِذْنِ أَهْلِهِنَّ وَآتُوهُنَّ أُجُورَهُنَّ بِالْمَعْرُوفِ مُحْصَنَاتٍ غَيْرَ مُسَافِحَاتٍ وَلاَ مُتَّخِذَاتِ أَخْدَانٍ فَإِذَا أُحْصِنَّ فَإِنْ أَتَيْنَ بِفَاحِشَةٍ فَعَلَيْهِنَّ نِصْفُ مَا عَلَى الْمُحْصَنَاتِ مِنَ الْعَذَابِ ذَلِكَ لِمَنْ خَشِيَ الْعَنَتَ مِنْكُمْ وَأَن تَصْبِرُواْ خَيْرٌ لَّكُمْ وَاللّهُ غَفُورٌ رَّحِيمٌ﴾

TƏRCÜMƏ:


«Sizlərdən azad möminə qadınlarla evlənməyə maddi imkanı olmayan şəxs malik olduğunuz kənizlərdən cavan möminə qızlarla evlənsin. Allah imanınızı daha yaxşı bilir. Hamınız bir-birinizdənsiniz (hamınız iman telləri vasitəsi ilə bir-birinizə bağlanmış bədənin üzvlərisiniz). Buna görə sahiblərinin icazəsi ilə onlarla evlənin mehriyyələrini zina əhli gizlin aşnası olana deyil, namuslu olduqları təqdirdə gözəl bir tərzdə onlara ödəyin. Beləliklə əgər bu qadınlar (kənizlər) evlənəndə(n sonra) çirkin işə (zinaya) mürtəkib olsalar, onların cəzası azad qadınlar üçün olanın yarısı qədərdir. (Kənizlə evlənməyə verilən) bu (icazə) sizin (subaylıq) məşəqqət(in)dən (zinanın) zərər(in)dən qorxanınız üçündür. Sizin üçün səbr etmək daha yaxşıdır. Allah çox bağışlayan mehribandır

TƏFSİR:


Evlilik mövzusunun davamında bu ayədə kənizlərlə evlənmə şərtləri bəyan edilir. Əvvəldə buyurulur: İmanlı, pak, iffətli və azad qadınlarla evlənmə qüdrətinə malik olmayanlar imanlı kənizlərlə evlənə bilərlər, çünki adətən, onların mehriyyələri az və sair xərcləri yüngüldür.

Sonra buyurulur: Siz onların imanlı olmasını ayırd edərkən batininə deyil, zahiri əlamətlərinə diqqət yetirməyə vəzifəlisiniz. Allah sizin iman və əqidənizə hamıdan artıq agahdır.

Bəziləri kənizlərlə evlənməyə ikrah hissi ilə yanaşdığından Quran buyurur: Sizin hamınız bir atadan və bir anadan dünyaya gəlmisiniz, bəziləriniz bəzilərinizdəndir. Buna əsasən kənizlərlə evlənməyə ikrah hissi ilə yanaşmamalısınız.

Sonra belə evlənməyin şərtlərindən birinə işarə edilir: Bu evlilik kəniz sahibinin icazəsi ilə baş verməlidir. Onun icazəsi olmadan batil sayılır.

Sonrakı cümlədə buyurulur: Onların mehriyyələrini özlərinə verin.

Bu cümlədən məlum olur ki, mehriyyə onların öz vəziyyətlərinə münasib və layiqli şəkildə verilməlidir, həmçinin onu kənizin özünə vermək lazımdır. Eləcə də məlum olur ki, qullar qanuni yolla əldə etdikləri mal-dövlətə sahib ola bilərlər.

Bu evliliyin şərtlərindən biri də budur ki, onlar gərək iffətli olsunlar, aşkarda zina əməlinə mürtəkib olmasınlar.

Sonrakı cümlədə kənizlərlə evlənmə və onların hüquqlarının müdafiəsi, eləcə də iffətə zidd olan zina əməlinə mürtəkib olduqları zaman cəzalandırılmaları hökmü qeyd olunur. Belə ki, əgər iffətə zidd olan zina əməlinə mürtəkib olsalar, azad qadınlar barəsində icra olunan hökmün (cəza tədbirinin) yarısı onlar üçün icra olunacaq, yəni onlara təkcə 50 şallaq zərbəsi vurulacaqdır.

Sonra buyurulur: O kəslər kənizlərlə belə evlənə bilər ki, cinsi qərizə onlara çox şiddətli təzyiq göstərsin və azad qadınlarla evlənməyə imkanları olmasın. Deməli, belə evlilik qeyd olunanlardan başqası üçün caiz deyildir.

Sonra buyurulur: Bir sıra əxlaqi və ictimai məsələlərə görə belə evlilikdən uzaq olmaq sizin xeyrinizədir (bu iş gərək zərurət miqdarında yerinə yetirilsin və siz günaha aludə olmayasınız).

Ayənin axırında buyurulur: Allah sizin, xəbərsizlik ucbatından keçmişdə etdiyiniz əməlləri bağışlayandır və O, mehribandır.


Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə