BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə16/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   12   13   14   15   16   17   18   19   ...   62

AYƏ 37:


﴿ الَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ النَّاسَ بِالْبُخْلِ وَيَكْتُمُونَ مَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ وَأَعْتَدْنَا لِلْكَافِرِينَ عَذَابًا مُّهِينًا ﴾

TƏRCÜMƏ:


«Həmin o kəsləri ki, (mal elmi sərf etməkdə özləri) xəsislik edir, camaatı da (söz əməllə) xəsisliyə sövq edirlər Allahın Öz fəzl mərhəmətindən onlara verdiyini gizlədirlər. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.»

TƏFSİR:

RİYA ÜZÜNDƏN OLAN İNFAQLAR VƏ İLAHİ HƏDİYYƏLƏR


Əvvəlki ayələrdə təkəbbürlülərin və özünü öyənlərin məzəmmət olunmasının ardınca bu ayədə buyurulur ki, təkəbbürlülər o adamlardır ki, nəinki özləri camaata ehsan etməkdən boyun qaçırır, simiclik edir, üstəlik camaatı da simiclik etməyə dəvət edirlər. Bundan əlavə, Allah-təalanın Öz fəzl və mərhəməti ilə onlara əta etdiyi şeyləri həmişə gizlətməyə çalışırlar ki, cəmiyyət üzvlərindən hər hansı birinin onlardan heç bir təvəqqesi olmasın.

Sonra onların işinin axır-aqibəti belə bəyan edilir: «Biz kafirlər üçün xaredici bir əzab hazırlamışıq.»

«Kafirlər» təbiri gətirilməsinin səbəbi bu ola bilər ki, simicliyin mənşəyi əksər hallarda kafirlikdir. Çünki simic adamlar həqiqətdə Allahın sonsuz nemətlərinə iman gətirməmişlər. «Onlar üçün xaredici əzab vardır» – deyə buyurulmasının səbəbi də bu ola bilər ki, onlar təkəbbürlük və özünü öyməyin cəzasını məhz bu yolla görəcəklər.

AYƏ 38:


﴿ وَالَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمْ رِئَـاء النَّاسِ وَلاَ يُؤْمِنُونَ بِاللّهِ وَلاَ بِالْيَوْمِ الآخِرِ وَمَن يَكُنِ الشَّيْطَانُ لَهُ قَرِينًا فَسَاء قِرِينًا ﴾

TƏRCÜMƏ:


«Həmin o kəslər ki, mallarını riya camaata göstərmək xatirinə xərcləyirlər Allaha axirət gününə imanları yoxdur. Yoldaş həmdəmi Şeytan olan kəs (bilsin ki,) o çox pis bir həmdəmdir »

TƏFSİR:


Şeytan müəyyən şeyləri bəzən uzaqdan, bəzən isə yaxından təlqin edərək vəsvəsə yaradır. Möminlər onun vəsvəsəsindən daim qaçırlar, amma bəzən şeytan müəyyən adamların əbədi yoldaşı olur. Belə ki, «Zuxruf» surəsinin 36-cı ayəsində buyurulur: «Hər kəs Allahdan üz döndərsə, onun üçün bir şeytan qərar verərik ki, onunla əbədi müsahib yoldaş olsun.»

İNCƏ MƏTLƏBLƏR

1. Həm infaqın tərk olunması, həm də riyakarcasına infaq edilməsi qadağan olunmuşdur. Əvvəlki ayədə simiclik məzəmmət olunurdu, bu ayədə isə riyakarcasına edilən ehsan və infaqlar tənqid atəşinə tutulur.

2. Riyakarlıq Allaha və Qiyamət gününə həqiqi imanın olmamasından irəli gəlir. Riyakar insan özü kimi insanlara arxalandığından, axirət savabından məhrumdur.

3. İnfaq və ehsanda əsas hədəf təkcə yoxsulların qarnını doydurmaq deyildir. Çünki bu məqsəd riyakarlıqla da təmin oluna bilər. İnfaqda əsas məqsəd infaq edən şəxsin mənəvi və ruhi yüksəlişidir.


AYƏ 39:


﴿ وَمَاذَا عَلَيْهِمْ لَوْ آمَنُواْ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَأَنفَقُواْ مِمَّا رَزَقَهُمُ اللّهُ وَكَانَ اللّهُ بِهِم عَلِيمًا ﴾

TƏRCÜMƏ:


«Əgər Allaha axirət gününə iman gətirsəydilər Allahın onların ruzisi etdiklərindən xərcləsəydilər, onlara ziyanı olardı?! Allah həmişə onları(n halını) biləndir

TƏFSİR:


Bu ayədə yuxarıda qeyd olunan şəxslərin halına yanaraq təəssüf izhar edilir və buyurulur ki, əgər onlar bu azğın yoldan qayıdaraq Allaha və Qiyamət gününə iman gətirsəydilər, habelə Allahın onlara əta etdiyi nemətlərdən pak niyyətlə, ixlasla Allahın bəndələrinə infaq etsəydilər və bu yolla da dünya və axirət xoşbəxtliyini əldə etsəydilər, nə olardı?!

Ümumiyyətlə, Allah onların həm əməllərindən, həm də niyyətlərindən xəbərdardır. Buna müvafiq şəkildə də onlara cəza və ya mükafat verəcəkdir.





Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə