Мә’сумларын нурлу кәламларындан 500 һәдис
15
* * *
Hədis 35: Həzrət Məhəmməd (s) buyurur: “Hər
kəs Allahdan bir şey istəməsə,
Allah ona
qəzəblənər.”
* * *
Hədis 36: Həzrət Məhəmməd (s) buyurur: “Öz
sübhünüzü sədəqə verməklə başlayın, çünki bəla
sədəqənin üstündən keçə bilmir.”
* * *
Hədis 37: Həzrət Məhəmməd (s) buyurur: “Sübh
tezdən ruzi və hacət dalınca gedin,
çünki tezdən
durmaq bərəkət və qurtuluşa səbəbdir.”
* * *
Hədis 38: Həzrət Məhəmməd (s) buyurur:
“Varlıların yediyi, fəqirlərin isə məhrum olduğu toy
xörəyi necə də pisdir.”
* * *
Hədis 39: Həzrət Məhəmməd (s) buyurur: “Paxıl
(xəsis) o şəxsdir ki, adım
çəkiləndə mənə salavat
göndərmir.”
* * *
Hədis 40: Həzrət Məhəmməd (s) buyurur: “Çox
yemək qəlbdə qəsavət (daşürəklilik) yaradır.”
* * *
Hədis 41: Həzrət Məhəmməd (s) buyurur: “Oruc
tutarkən obaşdan yeyin, çünki obaşdanlıq bərəkətin
əsasıdır.”
Hədis 42: Həzrət Məhəmməd (s) buyurur: “Bir-
birinizə əl verin (görüşün) ki, qəlbinizdən kin
xaric
olsun.”