Бисмиллаһир-рәһманир-рәһим


b) QEYRİ-MÜSƏLMAN QADINLAR



Yüklə 1,72 Mb.
səhifə4/29
tarix12.10.2018
ölçüsü1,72 Mb.
#73233
1   2   3   4   5   6   7   8   9   ...   29

b) QEYRİ-MÜSƏLMAN QADINLAR


Məsələ 31: Qeyri-müsəlman olan naməhrəm qadınları­nın – istər kitab əhli, istərsə də kafirlərin bədəninin müəyyən yerlərinə – adətən örtmədiyi yerlərə baxmağın işkalı yoxdur, bu şərtlə ki, ləzzət və reybə qəsdi ilə olmasın. Lakin vacib ehtiyata görə, kişi onların adət üzrə örtdükləri yerə baxmamalıdır.

İmam, Fazil və Məkarim: "Ürvə", "nikah", məsələ: 27.

İmam: "Təhrir", "nikah", məsələ: 27; "Tovzihul-məsail", məsələ: 2448.

Təbrizi: "Tovzihul-məsail", məsələ: 2443.

Fazil: "Tovzihul-məsail", məsələ: 2502.

Bəhcət: Zimmə əhlinin4 qadınları və doğulduğu zamandan küfrə hökm olunan kafir qadınlar və onların adətən örtmədikləri yerlərə ləzzət qəsdi olmadan baxmaq – harama düşmək qorxsu olmazsa – caizdir. Amma onların adət üzrə örtdükləri yerə baxmaq caiz deyildir. "Camiul-məsail", 3- cild, səh.37; "Tovzihul-məsail", məsələ: 1935.

Xamenei: Qeyri-müsəlman qadınların bədəninə – örtülməsi adət olmayan miqdarda – ləzzət qəsdi olmadan baxmağın işkalı yoxdur. İstifta.

Sistani: Hicaba əmr edildikləri surətdə etina etməyən hicabsız qadınların bədəninə baxmağın işkalı yoxdur, bu şərtlə ki, insanın ləzzət qəsdi olmasın və harama düşmək ehtimalı verilməsin. Bu hökmdə kafir qadınlarla digər qadınlar arasında (müsəlman, məsihi, yəhudi və s.) heç bir fərq yoxdur, eləcə də onların əlləri və üzü ilə örtülməsi adət olunmayan yerləri arasında fərq yoxdur.



"Tovzihul-məsail", məsələ: 2443.

İzah: Qeyri-müsəlman naməhrəm qadınları onların öz aralarındakı qadınların adət üzrə örtdüyündən özlərini az örtərlərsə, ehtiyat-vacibə görə ona baxmaq olmaz. Misal üçün, şəhvət və ləzzət məqsədilə xüsusi paltar geyinmiş olsalar. Deməli, qeyri-müsəlman qadınlarının adətən örtmədikləri yerlərə – saçlar, əllər, dizə qədər ayaqlar və bədənlərinin digər yerlərə baxmağın işkalı yoxdur.

Məsələ 32: Kafirin övrəteyninə baxmaq, ehtiyat-vacibə görə caiz deyildir.

Sistani: "Minhacus-salehin", "nikah", məsələ: 32; "Tovzihul-məsail", məsələ: 2445.

Bəhcət: Kafirin övrəteyninə baxmaq haramdır.

Məsələ 33: Əgər insan qeyri-müsəlman naməhrəmə baxacağı təqdirdə, fəsada düşəcəyindən qorxsa, onda ona baxmamalıdır.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.



İmam: "Tovzihul-məsail", 2434-cü məsələdən istifadə etməklə.

KİŞİNİN UŞAQLARA BAXMASI


Məsələ 34: Əgər uşaq oğlan olarsa, onun bədəninə baxmaq müməyyiz olduğu vaxtdan əvvəl işkalı yoxdur, bu şərtlə ki, ləzzət və reybə qəsdi olmasın. Amma müməyyiz həddinə çatdıqdan sonra, ehtiyat-vacibə görə, onun övrəteyninə baxmaq caiz deyildir.

İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 4-cü məsələdən qabaqkı məsələlərdən istifadə etməklə.

İmam: "Təhrir", "nikah", məsələ: 24; "Tovzihul-məsail", məsələ: 2436.

Təbrizi və Xamenei: İstifta

Sistani: "Minhacus-salehin", məsələ: 12; "Tovzihul-məsail", məsələ: 2445.

Fazil: "Tovzihul-məsail", məsələ: 2405.

Bəhcət: Hətta həddi-büluğa çatmayan müməyyiz oğlan uşağının övrəteyninə baxmaq haramdır, hətta ləzzət qəsdi olmasa belə.



"Tovzihul-məsail", 1938 1943- məsələlərdən istifadə etməklə.
* NƏTİCƏDƏ:

Atalar ehtiyatlı olmalı və bilməlidirlər ki, hamamlarda, yaxud başqa yerlərdə özlərinin müməyyiz olan övladlarının övrətinə baxmasınlar.

Məsələ (Sual) 35: Müməyyiz yaşı hansı yaşdır?

Cavab: Kişi ilə qadının öz aralarında başa düşdüyü şeyləri onlar da başa düşdüyü həddə deyilir.



İmam: İstifta

Bəhcət, Sistani və Məkarim: Uşağın, kişi və qadının arasında baş verən işlərin yaxşı və pis olduğunu dərk etdiyi yaş həddidir.

Bəhcət və Fazil: Uşağın yaxşı və pisi bir-birindən ayırd etdiyi yaş həddidir.

Bəhcət: "Tovzihul-məsail", 1938-ci məsələdən istifadə etməklə.

Fazil: İstifta.

Sistani və Məkarim: Uşağın həddi-büluğa çatmadığı, lakin yaxşı ilə pisi ayırd etdiyi yaşdır və ehtimal verilir ki, onun naməhrəmə baxması şəhvətin təhrik olunmasına səbəb olsun.



Sistani: "Tovzihul-məsail", 2444-cü məsələdən istifadə etməklə.

Məkarim: "Tovzihul-məsail", 2082-ci məsələdən istifadə etməklə.

Məsələ 36: Əgər uşaq insana məhrəm olan qız olarsa, məsə­lən insanın öz qızı, bacısı, qardaşının qızı, bacı­sının qızı və s. müməyyizlik həddindən qabaq onun bədəninə baxmağın işkalı yoxdur, amma ondan sonra, ehtiyat-vacibə görə, onun övrəteyninə baxmaq olmaz.



İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 4-cü məsələdən qabaqkılardan istifadə etməklə.

Fazil: "Tovzihul-məsail", məsələ: 2504.

Sistani: "Minhacus-salehin", "nikah", məsələ: 12; "Tovzihul-məsail", məsələ: 2445.

Bəhcət, Təbrizi: Həddi-büluğdan qabaq müməyyiz qızın övrəteyninə baxmaq hətta ləzzət qəsdi olmadan belə, haramdır.



Bəhcət: "Tovzihul-məsail", 1938 və 1943-cü məsələlərdən istifadə etməklə.

Təbrizi: İstifta.

Xamenei: Hətta müməyyiz və məhrəm olan qız uşağı­nın da övrəteyninə baxmaq caiz deyildir. Baxmayaraq ki, ləzzət və reybə qəsdi olmadıqda müməyyizlik yaşından əvvəl ona baxmağın işkalı yoxdur. İstifta

Məsələ 37: Əgər qız insana naməhrəm olan müməyyiz həd­dində olarsa, ehtiyat-vacibə görə, kişi qızların adə­tən örtükləri yerlərə baxmamalıdır.

İmam: "Tovzihul-məsail", məsələ: 2433 və 2436; "Təhrir", "nikah", məsələ: 25, nəzər məsələsi.

Məkarim: "Tovzihul-məsail", məsələ: 2081.

Bəhcət, Təbrizi, Xamenei, Sistani və Fazil:

Sual: Həddi-büluğa çatmayan qız uşağının bədəninə baxmaq "Tovzihul-məsail"in 2447-ci məsələsində reybə olmadığı təqdirdə caiz hesab olunmuşdur, lakin həmin risalənin 578-ci səhifəsində yalnız adətən örtülməyən yerlərə baxmaq caiz hesab edilmişdir. Bunlardan hansı səhihdir və hansına əməl olunmalıdır?



"Təhrirul-vəsilə"nin "nikah" kitabına baxın.

İzah: Bu məsələdə Xamenei ilə İmam Xomeyninin nəzərində heç bir fərq yoxdur.

Bəhcət: Ehtiyat-vacibə görə kişinin, doqquz yaşı tamam olmayan, lakin yaxşı ilə pisi ayırd edə bilən (müməyyiz) qız uşağının saçına və bədəninə baxması caiz deyildir, baxmayaraq ki, ləzzət qəsdi yoxdur.

"Tovzihul-məsail", məsələ: 1932.

Təbrizi: Zərurət halı istisna olunmaqla, müməyyiz uşağın övrəteyninə baxmaq caiz deyildir. İstifta.

Xamenei: Kişinin naməhrəm qız uşağının bədəninə baxması həddi-büluğa çatmayıncaya qədər ləzzət və reybə üzündən olmadıqda, işkalı yoxdur. Əlbəttə, övrəteyn istisna olunur ki, müməyyizlik həddində ona baxma caiz deyildir. İstifta.

Sistani: Həddi-büluğa çatmayan qızın bədəninə baxmaq ləzzət və reybə qəsdi olmadan işkalı yoxdur. (Övrəteynin hökmü istisna olunur ki, onun hökmü yuxarıda deyildi.) Baxmayaraq ki, ehtiyat-müstəhəbbə görə yaxşı olar ki, qızların adətən adi paltarların vasitəsilə örtdükləri yerlərə baxılmasın.



"Minhacus-salehin", "nikah", məsələ: 23.

Fazil: Həddi-büluğa çatmayan qızın bədəninə və saçlarına baxmaq əgər ləzzət qəsdilə olmazsa və insanın şəhvətini təhrik etməzsə, eləcə də ona baxmağın vasitəsilə insanın harama düşəcəyindən qorxusu olmazsa, eybi yoxdur.



"Tovzihul-məsail", məsələ: 1932.
* NƏTİCƏDƏ:

Naməhrəm olan həddi-büluğa çatmamış qız uşağının saçlarına, əlinə, dizə qədər ayaqlarına, boynuna və üzünə baxmağın bu şərtlə işkalı yoxdur ki, ləzzət və reybə qəsdi olmasın.

Məsələ (Sual) 38: Onların bədəninin başqa yerlə­rinə, o cümlədən bud, qarın, övrəteyn, sinə və sair kimi yerlərə baxmaq ehtiyat vacibə görə caiz deyildir.

İmam: "Tovzihul-məsail", məsələ: 2433 və 2436; "Təhrir", "nikah", məsələ: 25.

Fazil: İstifta

Məkarim: "Tovzihul-məsail"in 2-81-ci məsələsindən istifadə etməklə.

Bəhcət, Xamenei və Sistani:

Bəhcət: Müməyyiz qızın bədəninə baxmaq ehtiyat-vacibə görə, caiz deyildir, amma onun övrəteyninə baxmaq haramdır.



"Tovzihul-məsail", məsələ: 1943–1948 və 1932-ci məsələlərdən istifadə etməklə.

Xamenei: Övrəteynə, müməyyizlik həddə olduqda baxmaq caiz deyildir və onun bədəninə baxmaq həddi-büluğa çatmazdan qabaq ləzzət və reybə qəsdi olmazsa, işkalı yoxdur. İstifta.

Sistani: Ehtiyat-müstəhəbbə görə, yaxşı olar ki, müməyyiz qız uşağının bədəninə baxılmasın, lakin onun övrəteyninə baxmaq ehtiyat-vacibə görə, caiz deyildir.

"Minhacus-salehin", "nikah", məsələ: 12 və 23; "Tovzihul-məsail", məsələ: 2545-dən istifadə etməklə.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə