Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 3,41 Mb.
səhifə48/61
tarix18.06.2018
ölçüsü3,41 Mb.
#49706
1   ...   44   45   46   47   48   49   50   51   ...   61

BEŞİNCİ FƏSİL



QIRX DOQQUZUNCU DƏRS


Şeyxiyyə firqəsi necə meydana gəlmişdir?

Şeyxiyyə firqəsinin əqidəsi nədən ibarətdir?


ŞEYXİYYƏ FİRQƏSİNİN YARANMASI


Şeyxiyyə firqəsi şiə məzhəbindən ayrılan və Şeyx Əhməd İhsai tərəfindən tə᾿sis olunmuş kiçik cərəyanlardan biridir.

Şeyx Əhməd hicrətin 1166-cı ilində İran körfəzinin qərbində, yə᾿ni Ərəbistan yarmadasının Qətif məntəqəsində yerləşən «İhsa» və ya «Lihsa» şəhərində dünyaya gəlmişdir. O, 1186-cı ildə elm və təhsil əldə etmək məqsədilə Kərbəlaya gəlmiş və orada məşhur şiə alimlərindən olan «Ağa Baqir Behbəhani», «Seyyid Mehdi Bəhrul-ulum», «Şeyx Cə᾿fər Kaşiful-Ğita» və bu kimi digər görkəmli şəxsiyyətlərdən dərs almışdır. Fiqh, üsul və hədis elmləri ilə yanaşı tibb, astronomiya, riyaziyyat və bu kimi digər dəqiq elmlərə də yiyələnmişdir. Şeyx İhsai hicri tarixi ilə 1221-ci ildə İrana gələrkən «Fətəli Şah» tərəfindən səmimiyyətlə qarşılanır, daha sonra Fətəli Şahın oğlu «Məhəmməd Əli Mirzə»nin də᾿vəti ilə Kermana gələrək üç il orada qalır. 1241-ci ildə ziyarət məqsədilə Məkkəyə gedir, qayıtdıqda Mədinə yolunda dünyasını dəyişir və elə oradaca dəfn olunur.

Şeyx Məhəmməd İranda olduğu illər ərzində bir çox şəhərlərə səfər edir. Yiyələndiyi elmlərin sayəsində böyük bir kütlənin diqqətini özünə cəlb edə bilir.

Bu müddət ərzində ilk dəfə Qəzvin alimləri ilə görüşüb orada tədrisə başlayır. Lakin biruzə verdiyi əqidələrinin bə᾿zilərinə görə Şəhid Salis kimi tanınan Molla Məhəmməd Təqi Bərğani tərəfindən təkfir və ifşa olunur. Şəhid Salisin verdiyi fətva İran və İraq alimləri tərəfindən qəbul edilir. Şeyx Əhməd İhsainin ölümündən sonra şagirdi «Seyyid Kazim Rəşti» ustadının yerini tutur. O, Şeyx Əhməd Yəzd şəhərində olduğu illərdə ondan dərs almış və şeyxin qabaqcıl şagirdlərindən biri olmuşdur. Seyyid Kazim Kərbəlaya gedib orada ömrünün sonunadək Şeyxiyyə əqidəsinin təbliği ilə məşğul olur və hicrətin 1259-cu ilində vəfat edir. Deyilənlərə görə o, Osmanlı hakimi Nəcib paşanın xəfiyyələri tərəfindən zəhərlənlərək qətlə yetirilmişdir. Onun özündən sonra iki şagirdi qalır. Onlardan biri, yə᾿ni Məhəmməd Kərim Kermani Şeyxiyyə firqəsinə rəhbərlik edir, digəri isə, yə᾿ni Məhəmməd Əli Şirazi ondan sonra «Babiyyə» firqəsini yaradır.



Seyyid Kazim vəfat etdikdən sonra bir müddət canişinlik məsələsində ixtilaf meydana gəlir. Nəhayət, münasib ictimai mövqeyə malik olan Məhəmməd Kərim Xan Kermani firqəyə rəhbərliyi öz üzərinə götürür. Şagirdlər arasında rəğbət qazanmasına ilk növbədə onun müəllimi ilə səmimi münasibətdə olması, digər tərəfdən də Qacar şahlarına yaxın olması səbəb olmuşdur. Çünki Zəhirud-dövlə ləqəbi ilə məşhur olan atası İbrahim xan, Fətəli şahın həm əmisi oğlu, həm kürəkəni, həm də Xorasan və Kerman vilayətinin valisi idi. O da Şeyx Əhmədlə səmimi münasibətdə olmuş və onun şahla görüşünün təşkil olunmasında mühüm rol oynamışdır. Qeyd etmək lazımdır ki, Şeyxiyyə firqəsinin əqidələrinin bir çoxu, o cümlədən «dörd bünövrə» əqidəsi Məhəmməd Kərim xanın uydurmaları olmuşdur.

Məhəmməd Kərim xanın dövründə Şeyxiyyə firqəsinin mərkəzi Kerman şəhərində yerləşmişdir. Lakin o, öz təbliğatçılarını ətraf şəhərlərə də göndərirdi. Hicrətin 1288-ci ilində vəfat etdikdən sonra oğlu «Hacı Məhəmməd Xan» onun canişini tə᾿yin olunsa da, iki əsaslı səbəbdən bu məsələ ətrafında ixtilaf meydana gəldi.

Əvvəla ona görə ki, oğlanları Hacı Rəhim, Hacı Zeynəlabidin, Məhəmməd xan və canişinlik arzusunda olan tərəfdarları arasında böyük ixtilaf və qarşıdurmalar meydana gəlmişdi. Bu səbəbdən də Hacı Kərim xanın ölümündən sonra Şeyxiyyə firqəsi bir neçə yerə bölündü.

Məhəmməd Baqir Xəndəq Abadinin adı ilə bağlı olan «Baqiriyyə» firqəsinin meydana gəlməsini buna misal çəkmək olar. O, əvvəllər Hacı Kərim Xanın Hindistandakı nümayəndəsi olsa da, sonralar Kerman şeyxiyyələrindən ayrılmışdı. Bu səbəbdən də onun tərəfdarları «Baqiriyyə» adlandırıldı.

«Azərbaycan Şeyxiyyələri» adlanan başqa bir firqə də Azərbaycanda meydana gəldi. Mirzə Şəfi Siqətul-islam Təbrizinin tərəfdarları olduqları üçün, bu firqə «Siqətul-islamiyyə» kimi məşhurlaşdı.

Şeyxiyyə firqəsinin «İhqaqiyyə» adlanan bir qolu da Kərbəlada meydana gəldi. Onlar Molla Baqir Üskuyinin tərəfdarları idilər. Yazdığı «İhqaqul-həqq və ibtalul-batil» adlı kitabında Məhəmməd Kərim Xanla müxalif olduğunu bildirdiyi üçün onun tərəfdarları «İhqaqiyyə» ləqəbi ilə şöhrət tapmağa başladı. Bu firqənin davamçıları Kərbəla, Küveyt və İran Azərbaycanında yerləşirlər.


ŞEYXİYYƏ FİRQƏSİNİN ƏQİDƏLƏRİ


Şeyxiyyə firqəsi üsulidinin tövhid, nübuvvət, imamət və dörd bünövrədən ibarət olduğunu hesab edir. Göründüyü kimi, bu firqə qeyd olunan əvvəlinci üç məsələdə digərləri ilə həmfikirdir. Lakin onlar üsulidinə «dörd bünövrə» adlandırdıqları başqa bir əqidəni də əlavə etmişlər. Onların əqidəsinə görə, ədalət və məad ayrı-ayrılıqda təsəvvür olunmamalıdır. Çünki Allaha və Onun peyğəmbərinə iman gətirmək, bu iki şeyə iman gətirmək deməkdir. Belə ki, Allaha və Onun peyğəmbərinə e᾿tiqad bəsləməyin zəruriliyi Qur᾿ana iman gətirməyə səbəb olur. Hər iki mətləb yə᾿ni, ədalət və məad da öz növbəsində orada sübuta yetirilmişdir. Demək, Qur᾿ana e᾿tiqadı olan hər bir şəxsin təbii olaraq, ədalət və məada da e᾿tiqadı olacaqdır. Bütün bunlarla yanaşı, «ədalət» Allahın sübutiyyə sifətlərindən biridir. Tövhid bəhsində də Allahın sübutiyyə sifətlərindən bəhs olunduğu üçün istər-istəməz orada ədalət barədə də söhbət açılır.

İslami dəstələrin bir çoxundan fərqli olaraq, Şeyxiyyə firqəsi məadın cismani olmasını qəbul etmir. Onların fikrincə, cism dağılaraq aradan getdikdən sonra yerdə qalan ünsür lətif bir cismdir ki, «cism huvə rəqləyali*» adlanır. Şeyx Əhməd İhsai deyir: İnsan iki cismə malikdir.

1. Zaman ünsürlərindən ibarət olan, həmçinin ərəz şəklində həqiqi cism üçün yaradılan bir varlıq. Bu, insanın gündəlik geyinib-çıxardığı paltara bənzəyir. İnsan vəfat etdikdən sonra fani olaraq aradan gedən də məhz həmin cismdir.

2. Həqiqi cism: Bu, insan vücudu üçün yoğrulan və yaranan təbiətdən ibarətdir. Belə bir cismin zamanla heç bir bağlılığı yoxdur və o «hurqəlya*» aləminə aiddir. Bu səbəbdən də insan vəfat etdikdən sonra yaşadığı aləmdə qalır. Qiyamət günü də məhşərə həmin cism ilə gələcək, savab və əzab da məhz həmin cismə veriləcəkdir.

«Rukni rabe» (dörd bünövrə) də yalnız Şeyxiyyə firqəsinə aid olan bir əqidədir. Əlbəttə, belə bir əqidə Məhəmməd Kərim xan Kermani tərəfindən meydana gəlmişdir, çünki «Azərbaycan şeyxiyyələri» belə bir əqidəni qəbul etmirlər. Buna görə də yalnız Məhəmməd Kərim xanın tərəfdarları olan Kerman Şeyxiyyələrinə «Rukniyyə» yə᾿ni, dörd bünövrəyə e᾿tiqadı olanlar deyilirdi. Dörd bünövrə deyildikdə, imanı kamil olan şiə nəzərdə tutulur ki, mübəlliğ və birinci natiq adı ilə şiələrlə qeybdə olan imam arasında vasitə rolunu oynayır. Çünki o, arada heç bir vasitə olmadan şər᾿i hökmləri qeybdə olan imamdan alıb onu şiələrə təbliğ və bəyan edir.

Şiə alimlərinin bə᾿ziləri belə bir nəzər irəli sürmüşlər ki, dörd bünövrə deyildikdə, «təvəlla və təbərra» yə᾿ni, şiələrin füruidinin bir hissəsi hesab etdikləri - Əhli-beytin dostları ilə dost, düşmənləri ilə düşmən olmaq – nəzərdə tutulur. Şeyxiyyə ardıcılları isə həmin işə tə᾿kid olunsun deyə, onu müstəqil bir əqidə üsulu kimi qələmə verirlər.

Lakin bu nəzəriyyə bir o qədər də əsaslı və düzgün nəzərə çarpmır. Çünki dərsin əvvəlində qeyd etdik ki, Şeyxiyyə firqəsi yiyələndiyi əqidələrə görə, şiə alimləri tərəfindən küfr etməkdə ittiham olunmuşlar. Burada belə bir sual meydana gəlir. Onlar hansı əqidələrinə görə qeyd olunan hökm və fətvalara məruz qalmışlar? Tövhid, Ədalət, Nübuvvət, İmamət və Məad məsələlərində elə bir mühüm ixtilaf nəzərə çarpmır. Zamandan asılı olmayan cismə, təvəlla və təbərraya olan e᾿tiqada görə isə onların küfrə düçar olduqlarını güman etmək olmaz. Lakin böyük qeybət dövründə İmam Zamanla birbaşa əlaqədə olmaq və onun yer üzündə naibliyinə dair «dörd bünövrə» əqidəsinə verilən birinci tə᾿rif isə, imamiyyə məzhəbi tərəfindən qətiyyətlə rədd edilir və təbii ki, belə bir əqidəyə sahib olan hər bir şəxs küfrə düçar olmuşdur. Kamil şiə mə᾿nasını daşıyan dörd bünövrə qeybdə olan imamla şiələr arasında vasitəçi olan Şeyxiyyə rəhbərlərinə verilən addır. Yə᾿ni, onlar özlərini imamla camaat arasında vasitəçi və şər᾿i hökmləri onlara çatdıran mübəlliğ hesab edirlər. Şeyxiyyə firqəsi dörd bünövrəni və ya kamil şiəni İmam Zamanın məhzəri yə᾿ni, həzrətin hər hansı bir şəxsdə zühur və hülul etməsi hesab edir.

SUALLAR VƏ TAPŞIRIQLAR


1. Şeyx Əhməd İhsainin tərcümeyi-halını xülasə şəkildə bəyan edin.

2. Şeyx Əhməd vəfat etdikdən sonra Şeyxiyyə firqəsində nə kimi hadisələr baş verdi?

3. Şeyxiyyə firqəsi Ədalət və Məadı nə üçün üsulidinin bir hissəsi hesab etmir?

4. Şeyxiyyənin Məada olan baxışı nədən ibarətdir?

5. Dörd bünövrə nə deməkdir?


Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə