Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 3,41 Mb.
səhifə44/61
tarix18.06.2018
ölçüsü3,41 Mb.
#49706
1   ...   40   41   42   43   44   45   46   47   ...   61

QIRX BEŞİNCİ DƏRS


 İmamiyyə məzhəbinin əqidə üsulları hansılardır?

 İmamiyyə məzhəbi ilə digər məzhəblər arasında mövcud olan ixtilaflar nədən ibarətdir?


İMAMİYYƏ ƏQİDƏSİ (1)


Bu dərsimizdə İmamiyyə məzhəbinin e᾿tiqadlarını nəzərdən keçirəcək və növbəti dərslərimizdə tutulan iradlar barədə ətraflı söhbət açacağıq. Əlbəttə, kəlam alimlərinin bu barədə olan baxış və nəzəriyyələrindən ətraflı danışmaq istəsək, bu mövzuda yazılmış onlarla kitaba ayrı-ayrılıqda müraciət etməli və yetkin nəticəyə gəlməliyik.

İmamiyyə məzhəbi isə üsulidinin bunlardan ibarət olduğunu hesab edir:


1. TÖVHİD


İmamiyyə məzhəbi belə bir əqidədədir ki, O böyük Allah (Əhəd) yeganə, ehtiyacsız və heç bir oxşarı olmayan bir varlıqdır. Ondan əvvəl heç bir varlıq olmamışdır; qədim, əzəli və əbədidir. Onun nə başlanğıcı var, nə də sonu; alim, həkim, daim diri, hər şeyə qadir, hər şeyi görən, eşidən və ehtiyacsızdır. Onu məxluqatın sifət və xüsusiyyətləri ilə vəsf etmək olmaz. Çünki O, nə cismdir, nə də müəyyən surətə malikdir. O nə cövhərdir və* nə də ərəz.* Ağırlıq və yüngüllük Onun vücuduna aid edilməz; Onun nə zamanı var, nə də məkanı. Onu nişan və əlamətlərlə xarici aləmdə göstərmək də qeyri-mümkündür. Onun nə şəriki var, nə oxşarı və nə də qarşılığı. Aləmi idarə etməkdə nə yardımçısı var, nə də övladı. Aləmdə Ona oxşar ikinci bir varlıq təsəvvür etmək belə, mümkün deyildir. Kimsə ona bərabər ola bilməz. Gözlər Onu görməkdə aciz olsalar da, O hamını görür. Şiələr, Allahı varlıqlardan birinə oxşadan, yə᾿ni Onun üçün üz, əl, göz və s. bədən üzvləri təsəvvür edən və ya Allahın göylərə enərək özünü Cənnət əhlinə göstərməsini təsəvvür edən şəxsləri kafir və müşrik hesab edirlər. Onların əqidəsinə görə, belə bir təfəkkür-tərzinə malik olan şəxslər Allahı tanımaqdan məhrum olmuşlar. Bir sözlə, ən zərif təxəyyülə malik olmaqla, Allahı hər hansı bir varlığa bənzədəriksə, imam Baqir (ə) buyurduğu kimi, «O Allaha deyil, yenidən bizim özümüzə aid olacaqdır». Yə᾿ni, sözün əsl mə᾿nasında O, bizim deyil, biz Onun yaradanı (xaliqi) olacağıq. Həmçinin Allahın qiyamət günü Özünü insanlara göstərəcəyinə e᾿tiqadı olan şəxslər zahirdə Allaha bənzər bir varlığı inkar etsə də, sözün əsl mə᾿nasında Allaha başqa bir varlıq oxşatmış və bunun üçün də küfr etməkdə ittiham olunmuşlar. Belə bir yanlış əqidə, həmin şəxslərin Qur᾿an ayələrinin və hədislərin zahiri mə᾿naları ilə kifayətlənib onların batini mə᾿nalarına diqqət yetirməmələrindən irəli gəlmişdir.

İmamiyyə şiələri Allahın birliyinə hər baxımdan e᾿tiqad bəsləyirlər. Çünki, əvvəla onlar Allahı Öz zatında vacibəl-vücud* və yeganə hesab edirlər. İkincisi, onlar belə bir əqidədədirlər ki, Allah, rəqibi və oxşarı olmayan bir varlıqdır. Yə᾿ni, Onun sifətləri Onun zatıdır və zati sifətlərində heç bir oxşarı yoxdur. Demək, Onun elmdə, qüdrətdə, yaradıcılıqda, ruzi verməkdə və bütün xüsusiyyətlərdə heç bir rəqib və oxşarı yoxdur. Üçüncüsü, onlar ibadətdə də Allahı pərəstişə layiq olan yeganə varlıq hesab edirlər. Yə᾿ni, Allahdan başqa digər varlıqlara ibadət etməyi düzgün hesab etmirlər. İstər namaz kimi gündəlik vacib ibadətlərdə, istərsə də müstəhəb əməllərdə Allaha şərik qoşmur və belə bir əqidəyə əsaslanırlar ki, ibadətdə Allaha şərik qoşan şəxslər kafir və müşrikdirlər. Onların əqidəsinə görə, riyakarlarla müşrik və bütpərəstlərin heç bir fərqi yoxdur.1


2. İLAHİ ƏDALƏT


Şiələr, ədaləti Allahın kamal sifətlərindən biri hesab edirlər. Belə ki, Allah-taala gördüyü bütün işlərdə ədalətlidir. O bir kimsəyə zülm etməz və eləcə də zalimanə [haqsız] hökm verməz. Ona tabe olanları mükafatlandırır, tabe olmayanları isə haqlı olaraq cəzalandırır. Bəndələrini bacardıqlarından artıq hər hansı bir işə əmr etməz. Onları cəzalandırdıqda da ədalətdən kənara çıxmaz. Allah-taala məsləhət olan xeyirli işləri tərk etməz və heç vaxt nalayiq və xoşagəlməz işlər görməz. Çünki O, xeyirli işlər görməkdə əsla aciz deyildir; nəyin pis və nəyin yaxşı olduğunu bilir; bir şeyə möhtac olmadığı, bir şeydən qorxmadığı və heç bir qüvvənin qarşısında aciz olmadığı üçün xoşagəlməz işlər görməyə də heç bir ehtiyacı yoxdur.

Şiələr qəza-qədər məsələsində Əhli-beyt yolunu davam etdirərək nə mütləq cəbr,* nə də mütləq təfviz* nəzəriyyəsini qəbul edirlər. Onlar «Əmrun beynə əmreyn» nəzəriyyəsinə əsaslanaraq deyirlər: Gördüyümüz hər bir iş bir tərəfdən həqiqətən bizim özümüzə aiddir; onun amili və təbii səbəbkarı biz özümüzük; həmin işləri tərk etməkdə tam ixtiyar sahibiyik. Lakin digər bir nöqteyi-nəzərdən, gördüyümüz bütün işləri Allahın qüdrət və iradəsi ilə yerinə yetiririk. Çünki O, bütün varlıqların həyat, enerji və rəhmət mənşəyidir.

Hər iki nəzəriyyədən belə bir nəticəyə gəlmək olar ki, gördüyümüz iş həqiqətən bizə aid olduğu üçün əməli olaraq, onun yerinə yetirilməsində və ya tərk olunmasında tam azad və ixtiyar sahibiyik. Demək, Allah-taala bizi heç də həmin işləri görməyə vadar etməmişdir ki, günahlarımıza görə cəzalandıqda Onun zülm etdiyini fikirləşək. Eləcə də yaradılış aləmində bizi tamamilə özbaşına buraxmamışdır ki, özümüzü Onun qüdrət və iradəsindən xaricdə hesab edək.2

3. NÜBUVVƏT (PEYĞƏMBƏRLİK)


İmamiyyə şiələri peyğəmbərliyi ilahi bir vəzifə hesab edirlər ki, onu başqa ifadə ilə Allahın yer üzündəki nümayəndəsi də adlandırmaq olar. Allah-taala bu məqamı özünün ən layiqli və ən kamil bəndələri üçün müəyyən etmişdir; onlara, bəşəriyyəti qeyri-əxlaqi xüsusiyyətlərdən, xoşagəlməz davranışlardan uzaqlaşdırıb, onları əxlaqi dəyərlərə də᾿vət etməyi və nəhayət, əbədi səadətə qovuşduran haqq yola hidayət etməyi əmr etmişdir. Peyğəmbərlərin ən başlıca vəzifəsi insanlara hikmətamiz öyüd-nəsihətlər vermək və kamala çatmaq üçün səadət qapılarını onların üzünə açmaqdan ibarətdir. Onların tə᾿lim-tərbiyələrindən bəhrələnən hər bir şəxs, həm dünya, həm də axirətin ən yüksək məqamına nail ola bilər.

Şiələr belə bir əqidədədirlər ki, lütf qanununa* əsasən, öz bəndələrinə qarşı olduqca mehriban olan Allah-taala, bəşəriyyətin haqq yola hidayət olması üçün onlara nümayəndə olaraq peyğəmbərlər göndərməlidir. Allah-taala kimin peyğəmbərliyə tə᾿yin olunmasını yaxşı bilir və yaranmışlar onun seçilməsində heç bir ixtiyara malik deyillər.

Haqq olmasını sübuta yetirmək və insanların iman gətirmələri üçün hər bir peyğəmbər bə᾿zi dəlil və əlamətlərə malik olmalıdır. Mö᾿cüzə adlandırdığımız xariqül-adə bir iş bəşəriyyətin elm və bacarığından olduqca üstün və uca bir şeydir. Belə ki, camaat belə bir işi müşahidə etdikdə onun qarşısında təslim olmalıdır. Bunun üçün də hər bir peyğəmbərin mö᾿cüzəsi yaşadığı dövrün şəraitinə uyğun olmalıdır. Məsələn, Musa peyğəmbərin dövründə sehr və cadugərlik geniş yayılmış və bu iş ümumi kütləni özünə cəlb edə bilmişdi. Musanın (ə) göstərdiyi mö᾿cüzə isə onların hər birinə üstün gəlmiş, əlindəki əsa ilana dönüb onların cadugərlik alətlərini udaraq məharətlərini batil etmişdi.

Peyğəmbərimizin əbədi mö᾿cüzəsini də [Qur᾿ani-kərimi] buna misal çəkmək olar. Bəşəriyyət bu günə qədər fəsahət və bəlağət elminin ən yüksək nümunəsi olan Qur᾿andan üstün bir şey yaza bilməmiş və bundan sonra da yaza bilməyəcəkdir. Qur᾿an elə bir dövr və şəraitdə nazil olmuşdur ki, ərəb söz ustaları öz şe᾿r və xütbələrinin fəsahət və bəlağəti ilə öyünür, ərəb ictimaiyyətinə meydan oxuyurdu. O gündən indiyədək Qur᾿an əbədi mö᾿cüzə olaraq qalır; kimsə nə onun oxşarını gətirə bilmiş, nə də ayələrini təhrif etməyi bacarmışdır. Qur᾿an təhrifolunmaz sonuncu ilahi kitabdır. Qiraət olunan hal-hazırkı Qur᾿an Peyğəmbərə (s) nazil olmuş orjinal nüsxənin nümunəsidir. Bu barədə başqa bir nəzəriyyə irəli sürən şəxslər haqq yoldan azmışdır, onlar yalançı və iftiraçıdırlar. Qur᾿anın özündə bu barədə buyurulur:

«Nə öncə, nə də sonra batil ona yol tapa bilməz...»1

Şiələr peyğəmbərləri mə᾿sum və günahsız hesab edərək deyirlər: İsmət, insanın hər bir günah, səhv və unutqanlıqdan uzaq olmasına deyilir. Lakin bu heç də o demək deyildir ki, peyğəmbərlərin günah etmələri, hətta əqlən də qeyri-mümkün olmuşdur. Şiə əqidəsinə görə, həqiqətən onlar heç vaxt günaha düçar olmamışlar. Onlar bütün peyğəmbərlərə və onlara nazil olmuş asimani kitablara iman gətirməyi Allaha iman gətirməyin əsas şərtlərindən biri, inkar etməyi isə küfrə bərabər hesab edirlər. Bu məzhəbin əqidəsi budur ki, həzrət Məhəmməd ibni Əbdullah (s) Allah tərəfindən bəşəriyyətə göndərilmiş sonuncu və ən üstün peyğəmbərdir.1

4. İMAMƏT


Şiələr imaməti dinin əsaslarından (üsulidinin) biri hesab edir və ona e᾿tiqad bəsləmədən islamı qəbul etməyi kamil saymırlar. Bu məsələdə ata-babalardan, qohum-əqrəbadan və alimlərdən təqlid olunmamalıdır. Tövhid və peyğəmbərliyi sübut etmək üçün əsaslı dəlillər tələb olunduğu kimi, imamət məsələsini qəbul etmək üçün də tutarlı dəlil və sübutlar lazımdır. Şiələr imaməti də peyğəmbərlik kimi ilahi lütf hesab edirlər. Onların fikrincə, bəşəriyyəti haqqa hidayət etmək üçün imamlar peyğəmbərlərin vəzifəsini öz üzərlərinə götürməli, bütün dövrlərdə onları hər iki dünyanın kamal və səadətinə çatdırmalıdırlar. Demək, imamət peyğəmbərliyin davamıdır. Peyğəmbərliyin Allah tərəfindən göndərilməsi zəruri olduğu kimi, imamətin də peyğəmbərlərdən sonra davam etməsi vacib və zəruridir. Bunun üçün də şiələr belə bir əqidədədirlər ki, imam Allah tərəfindən peyğəmbərin vasitəsi ilə tə᾿yin olunmalıdır və camaat imamın seçilməsində və ya tə᾿yin olunmasında heç bir rol oynamır. Onlar istədikləri şəxsi imam vəzifəsinə seçmək və ya istəmədikdə onu tutduğu məqamdan kənarlaşdırmaq səlahiyyətinə malik deyillər. Çünki, Peyğəmbərdən (s) bu barədə bir neçə hədis nəql olunmuşdur. Onlardan birində deyilir: «Kim zəmanəsinin imamını tanımadan dünyasını dəyişsə, cəhalət dövrünün insanları kimi dünyadan getmiş olur.»

Demək, istər qeybdə olsun, istərsə də zahirdə və istər camaat ona tabe olsun, istərsə də tabe olmasın, yer üzündə Allah tərəfindən tə᾿yin olunan, itaət olunması vacib olan imamın olması zəruridir və belə bir vücudun olmaması mümkün deyildir.

Qur᾿ani-kərimdə belə buyurulur:

«...Elə bir ümmət yoxdur ki, onu içindən [kafirləri Allahın əzabı ilə] qorxudan bir peyğəmbər [yaxud alim] gəlib getməsin!»2



Şiələr belə bir əqidədədirlər ki, Peyğəmbər (s) Əli ibni Əbu Talibi özünə canişin tə᾿yin etmiş, ondan sonra müsəlman ümmətinə rəhbərlik edəcək on iki mə᾿sum imamın adını ayrı-ayrılıqda çəkmiş və onlara tabe olmağı hər bir müsəlmana əmr etmişdir.

On iki mə᾿sum imam bunlardan ibarətdir:

1. İmam Əbül Həsən Əli ibni Əbu Talib; ləqəbi Mürtəza, təvəllüdü: Hicrətdən 33 il əvvəl. Şəhadəti: Hicrətin 40-cı ili.

2. İmam Əbu Məhəmməd Həsən ibni Əli; ləqəbi Müctəba. Təvəllüdü: Hicrətin 2-ci ili. Şəhadəti: Hicrətin 50-ci ili.

3. İmam Əbu Əbdullah Hüseyn ibni Əli; ləqəbi Seyyidüş-şühəda. Təvəllüdü: Hicrətin 3-cü ili. Şəhadəti: Hicrətin 61-ci ili.

4. İmam Əbu Məhəmməd Əli ibni Hüseyn; ləqəbi Zeynəlabidin və Səccad. Təvəllüdü: Hicrətin 38-ci ili. Şəhadəti: Hicrətin 95-ci ili.

5. İmam Əbu Cə᾿fər Məhəmməd ibni Əli; ləqəbi Baqir. Təvəllüdü: Hicrətin 57-ci ili. Şəhadəti: Hicrətin 114-cü ili.

6. İmam Əbu Əbdullah Cə᾿fər ibni Məhəmməd; ləqəbi Sadiq. Təvəllüdü: Hicrətin 83-cü ili. Şəhadəti: Hicrətin 148-ci ili.

7. İmam Əbu İbrahim Musa ibni Cə᾿fər; ləqəbi Kazim. Təvəllüdü: Hicrətin 128-ci ili. Şəhadəti: Hicrətin 183-cü ili.

8. İmam Əbül Həsən Əli ibni Musa; ləqəbi Riza. Təvəllüdü: Hicrətin 148-ci ili. Şəhadəti: Hicrətin 203-cü ili.

9. İmam Əbu Cə᾿fər Məhəmməd ibni Əli; ləqəbi Cavad. Təvəllüdü: Hicrətin 195-ci ili. Şəhadəti: Hicrətin 220-ci ili.

10. İmam Əbül Həsən Əli ibni Məhəmməd; ləqəbi Hadi. Təvəllüdü: Hicrətin 213-cü ili. Şəhadəti: Hicrətin 254-cü ili.

11. İmam Əbu Məhəmməd Həsən ibni Əli; ləqəbi Zəki və Əskəri. Təvəllüdü: Hicrətin 232-ci ili. Şəhadəti: Hicrətin 260-cı ili.

12. İmam Əbül Qasim Məhəmməd ibni Həsən; ləqəbi Məhdi. Təvəllüdü: Hicrətin 255-ci ili. Qeybə çəkilmişdir.


5. MƏ᾿AD


Digər firqələr kimi, İmamiyyə şiələri də cismani mə᾿adı və məhşərdə sorğu-sual gününü, sirat körpüsünü, cənnət və cəhənnəmin olacağına e᾿tiqad bəsləyirlər. Onlar bu barədə Qiyamət surəsinin 3-cü, Rə᾿d surəsinin 5-ci və Qaf surəsinin 15-ci ayələrinə istinad edirlər.

SUALLAR VƏ TAPŞIRIQLAR


1. İmamiyyə məzhəbinin ilahi sifətlər barədə olan baxışı necədir?

2. İmamiyyə məzhəbinin cəbr və ixtiyar barədə olan nəzərini izah edin.

3. İmamiyyənin ibadi tövhid barədə olan baxışı nədən ibarətdir?

4. İmamiyyə ardıcılları Allahın ədalətli olmasını necə sübuta yetirirlər?

5. Onlar nə üçün peyğəmbərləri günahsız hesab edirlər?

6. İmamiyyənin imamət barədə olan baxışı necədir?

7. Peyğəmbərin (s) özündən sonra canişin tə᾿yin etdiyi imamların adını çəkin.


Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə