Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə45/137
tarix22.10.2018
ölçüsü2,89 Mb.
#75303
1   ...   41   42   43   44   45   46   47   48   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

138


kimi, üç oğlumla birlikdə evimizi tərk etdik və “Poxlu Dərə” adlanan 

müsəlman rayonuna qaçdıq və üç oğlumla birlikdə “Bahi”

83

 məscidində 



gizləndik. Məsciddə xeyli müsəlman, qadın, uşaq və kişilər var idi. Səhərə 

yaxın ermənilər “Poxlu Dərə” rayonunu tamamilə mühasirəyə aldılar, 

“Bahi” məscidinə soxuldular və gənc müsəlmanların demək olar ki, ha-

mısını öldürdülər, qoca, qadın və uşaqları isə 8-ci polis sahəsinə əsir apar-

dılar. Bizi üç gün əsirlikdə saxladılar, əsirlikdən sonra mən “Bahi” məsci-

dinə qayıtdım və orada qətlə yetirilmiş iki oğlumun – Əhmədin və Hacı 

Məmmədin meyitlərini tapdım. “Poxlu Dərə” rayonunun bütün evləri və 

küçələri müsəlman kişi, qadın və uşaq meyitləri ilə dolu idi. Adı çəkilən 

rayonun əhalisi ermənilər tərəfindən demək olar ki, tamamilə qırılmış-

dı. Meyitlərin başları, qolları və ayaqları kəsilmişdi, yanıb qaralmış cəsəd-

lər də var idi. Ölülərin sayını müəyyən edə bilmərəm, onlar həddən artıq 

çox idi. Ermənilər mənim mənzilimi tamamilə qarət ediblər, oğurlan-

mış əşyaların siyahısını sizə təqdim edirəm və işə əlavə edilməsini xahiş 

edirəm. Mənim Fabriçnaya küçəsi, ev № 62 ünvanda evim var idi və ev 

ermənilər tərəfindən yandırılmışdır.

Oxundu. Imza (ərəb hərfləri ilə).

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 61.



Sənəd № 53

Dindirmə protokolu

1918-ci il, 5 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Əlixan Şamxalov, 28 yaşım var, Bakı şəhəri, Mariinskaya küçəsində 

yaşayıram, “Neft”

84

 Rus Birliyi kontoru.



1918-ci il mart qırğınları zamanı mən Kolyubakinskaya küçəsi, Taraye-

vin evi, “Neft” Rus Birliyinin kontorunda növbətçi idim. Ermənilər tərə-

findən əsir götürülmüşəm, əmlakım isə qarət edilmişdir. Mənim iki kür-

kümü, 650 rubl pulumu, 500 rubl dəyərində gümüş sağanaqlı xəncərimi, 




139

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

400 rublluq yapıncımı, 180 rublluq uzunboğaz çəkmələrimi, 550 rublluq 

gümüş qazelli çərkəzi çuxamı, 250 rublluq şalvarımı, 1200 rubl nağd pu-

lumu və 4330 rubl dəyərində digər əşyalarımı qarət ediblər. Mənim qarət 

edilmiş əşyalarımın siyahısını işə əlavə etmənizi xahiş edirəm. Mənim 

çəkdiyim zərərin ödənilməsini xahiş edirəm. İndiki qiymətlə 6160 rubl, 

ümumilikdə isə 7360 rubl.

Mənimlə bərabər iki gənc gürcü də əsir alınmışdı, tutulmaqlarına 

etiraz edirdilər. Bu etirazlarına görə erməni əsgərləri onlara atəş açdılar 

və gürcülərin hər ikisini yaraladılar, birini çiynindən vurdular və onun 

sifətini tüfəngin qundağı ilə dağıdaraq sifətini qana boyadılar. Mən er-

mənilərə dedim ki, kontorda növbətçiyəm, milliyyətcə ləzgiyəm və şəhər-

də baş verən hadisələrlə məni heç bir işim yoxdur. Bizi Mailov teatrına 

gətirdilər və biz burada iki sutka qaldıq. Mən teatrda, öz yaxınlarının və 

əzizlərinin, qardaşlarının, ərlərinin, övladlarının ölümündən sarsılaraq, 

ürək partlamasından vəfat etmiş on iki müsəlman qadının cəsədini gör-

müşəm. Teatrda o qədər adam var idi ki, keçmək mümkün deyildi. Mən 

öz ifadəmə düzəliş edirəm: bir Maştağa sakini yaralanmışdı, sifəti dağılan 

isə gürcü idi. Bizi küçə ilə apararkən mən hər tərəfdə çoxlu ölülər görür-

düm, aralarında qadınlar da var idi. Mən bütün gördüklərimdən olduqca 

sarsılmışdım. Ətrafda hər şey yanırdı, qarət baş alıb gedirdi və mən çalı-

şırdım ki, heç nəyə baxmayım.

Oxundu. İmza.

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 34 - 35.



Sənəd № 54 

Dindirmə protokolu

1918-ci il, 7 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Mir Əbdül Ələsgərov, 40 yaşlı, Bakı şəhəri, Çadrovaya küçəsi, ev № 

215 ünvanda, xüsusi evimdə yaşayıram.



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

140


1918-ci ilin mart qırğınları zamanı, hadisələrin ikinci günü 14-15 nəfər-

dən ibarət erməni əsgərləri bizim evimizə soxuldu, tüfənglərinin qundağı 

ilə bizim mənzilimizin qapısını qırmağa başladılar və qışqırdılar ki, qa-

pını onlara açaq. Bizim mənzilimizdə 10 nəfər – 4 kişi və 6 qadın var idi, 

biz qorxurduq, hamı ağlayır və gözləyirdi ki, bizi öldürəcək. Elə bu zaman 

ermənilər Bondarnaya küçəsi tərəfdən bizim mənzilimizə güllə atmağa 

başladılar, ətrafda güllələr otaqdan otağa uçur, çilçıraqları, güzgüləri, şkafı, 

bufeti sındırıb tökürdü. Bu dəhşətli anda biz qapını açmalı idik, və onlar 

əllərində xəncər, mauzer, tüfəng, qılınc və xeyli patronla içəri soxuldular. 

Onlar mənzilə girən kimi əvvəlcə qışqırmağa başladılar ki, pulları, qızıl və 

brilyantları verin. Sonra onlar qadınların çadralarını çıxarmağa və onla-

rın üzərilərindəki bütün zinət əşyalarını qoparmağa başladılar, qadınlar 

düşünürdülər ki, onlara toxunmayacaqlar və hər şeyi öz üstlərində saxla-

mışdılar. Biz bilərəkdən bütün zinət əşyalarını sandıqlardan çıxarıb sax-

lamaq üçün qadınlara vermişdik. Ermənilər qadınları qarət etdikdən son-

ra xəncərlə mənim üzərimə atıldılar, hamımızı mühasirəyə alaraq küçəyə 

çıxardılar və hamımızı birdən güllələmək istədilər. Lakin ermənilər-

dən biri dedi ki, bura yeri deyil və bizi dalana apararaq güllələmək üçün 

tüfəngləri bizə tuşladılar. Atam və qadınlar ağlamağa başladılar, mən isə 

dedim ki, biz hər şeyimizi sizə verdik ki, bizi öldürməyəsiniz. Ermənilər 

bizi söyür və deyirdilər ki, pul kömək etməyəcək, siz müsəlmansınız və 

biz sizi öldürəcəyik. Bu zaman ermənilərdən biri xəncərlə məni sol tərəf-

dən qarnımdan vurdu, mən isə dedim ki, ona pul verərəm, təki bizi öl-

dürməsin. Mən və atam bizdə ayrı-ayrı olan 73.000 rublu onlara verdik. 

Bu pullara və milyon rubldan artıq dəyəri olan zinət əşyalarına görə bizi 

öldürmədilər və Hürriyyət

85

 meydanına apardılar. Lakin orada yer olmadı-



ğına görə bizi Mailov teatrına gətirdilər və biz burada iki sutkadan artıq 

qaldıq. Mən teatrda xeyli yaralı kişi və qadın gördüm. Onların hamısı er-

mənilər tərəfindən əsir alınmış müsəlmanlar idi. Evdən teatra gedərkən 

mən yolboyu ətrafda yüzdən artıq müsəlman meyitinə rast gəldim, me-

yitlərin əksəriyyəti arıq qarət olunmuşdu, çəkməsiz, paltarsız, qalstuksuz 

idilər. Yalnız kasıb geyimli öldürülmüş müsəlmanlara toxunulmamışdı. 

Mən Bolşaya Morskaya və Çadrovaya küçələrinin tinindəki küçədə səkkiz 

erməninin əhatəsində olan iki gənc müsəlman qızı gördüm. Ermənilər 

mənim gözümün qabağında qısa xəncərlə qızların gözlərini çıxardılar, 

amma onları öldürmədilər, bu vəhşi yolla onları kor etdilər.




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə