Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə46/137
tarix22.10.2018
ölçüsü2,89 Mb.
#75303
1   ...   42   43   44   45   46   47   48   49   ...   137

141

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

Teatra müsəlmanları dəstə ilə gətirirdilər və onlar deyirdi ki, əvvəl-

dən 30 nəfər olmuşlar, yolda ermənilər güllələdikdən sonra isə 10 nəfər 

qalmışdılar. Belə hallar çox olmuşdu. Hətta 20 nəfərlik dəstədən tək qal-

mış bir nəfəri gətirmişdilər. Mənim atam bir milyon rubldan artıq qarət 

olunmuşdur. Bu qırğınlar zamanı bizim çoxlu qohumlarımız: atamın qar-

daşı, mənim doğma qardaşım ağır yaralanmışdı və az qala atam da yara-

lanmışdı. Bizim qohumlarımızdan ümumilikdə ermənilər tərəfindən 45 

nəfər uşaq, qadın və kişi qətlə yetirilib. 

Mailov teatrında qadınların hədsiz qorxudan və sarsıntıdan necə ölü 

düşdüklərini mən öz gözlərimlə görmüşəm. Mən 14-15 belə hadisə gör-

müşəm. Sarsıntıdan hətta kişilər də ölürdülər. Mən qarnımdan və əlim-

dən yaralanmışdım.

Mənim palto və kostyumum yararsız hala salınmışdır, indi onların 

qiyməti 3000 rubldur. Bizə 1.085.550 rubl məbləğində vurulan zərər barədə 

bu gün atamız tərəfindən ərizə verilmişdir.

Oxundu. İmza.

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 53-54.



Sənəd № 55

Dindirmə protokolu

1919-cu il, 11 yanvar. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Abbas Hacı Şahbaz oğlu Şahbazov, Bakı şəhərinin sakini, Poçtovaya 

küçəsi, dalan 19, ev 1. 

 1918-ci ildə Bakıda mart hadisələri zamanı mən və oğlanlarım ermə-

nilər tərəfindən köhnə qiymətlərlə 20.045 rubl məbləğində qarət olunmu-

şuq, indiki qiymətlərlə bu məbləğ ən azı 40.000 rubl təşkil edir. Qarətdən 

sonra mən və oğlanlarım xoşbəxt təsadüf nəticəsində küçədə qarşımıza 

çıxan gürcü əsgəri tərəfindən “Rekord” teatrına əsir aparılmışıq və orada 

2 gün qalmışıq. “Rekord” da mən erməni əsgərlərinin ora gəlməsinin və 



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

142


bizim hamımızı yandıracaqları və güllələyəcəkləri ilə hədələməsinin şa-

hidi olmuşam. Bundan başqa oraya erməni ziyalıları da gəlir, bizi ələ salır 

və bədbəxtliyimizə sevinirdilər. Həmin bu erməni ziyalıları hələ öz arvad-

larını da bizim rüsvayçılığımıza baxmağa gətirirdilər. Bir qoca müsəlman 

qadını elə oradaca dəli oldu. 

Oxundu. Abbas Şahbazov (İmza).

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 15.

 

Sənəd № 56

Dindirmə protokolu

1918-ci il, 4 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Ələkbər Manafov, 32 yaşlı, Bakıda, Tatarskaya küçəsi, 114 № li evdə, 

Nijnyaya-Priyutskaya küçəsinin tini, yaşayıram.

Mart qırğınlarının ikinci günü bizim evə 10 ya 12 nəfər əsgər basqın 

etdi, onların arasında 2 rus var idi, qalanları erməni idi. Onlar bizim ev əş-

yalarımızı, qiymətli bəzək şeylərini, paltarları və s., cəmi 80.000 rubl məb-

ləğində, qarət etdilər. Sonra məni ailəmlə, eləcə də ərlərini öldürdükləri 

qonşu müsəlman qadınları ilə birlikdə Mailov teatrına apardılar. Biz bu-

rada, deyəsən 2 günə qədər qaldıq. Ermənilər mənim evimi qarət etdikdən 

sonra onu yandırmışlar.

Oxundu. İmza. 

Ələkbər Manafov. Əlavə ifadə verirəm:

Mən öz qohumlarımın cəsədlərini axtararkən Mixaylovskaya xəstəxa-

nasının


86

 həyətində dəhşətli dərəcədə eybəcər hala salınmış meyitlər 

görmüşdüm. Orada döşləri və bir ayağı kəsilmiş tamamilə çılpaq qadın 

cəsədi var idi; yerə başları tamamilə, yaxud bir hissəsi kəsilmiş çoxlu say-

da kişi meyitləri yığılmışdı. Meyitlərin çoxunun əlləri, ayaqları kəsilmiş, 

qarınları yarılmış, içalatları – bağırsağı, ciyəri və s. tikə-tikə doğranmış-

dı. Həyətdə həm uşaqların, həm qoca qadınların cəsədləri var idi. Demək 



143

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

olar ki, elə bu vəziyyətdə olan meyitləri mən yeni Gömrüyün həyətində də 

görmüşdüm. Burada bütün torpaq eybəcər hala salınmış meyitlərlə örtül-

müşdü. Mənim üç qardaşım oğlanlarının qarınları yırtılmışdı, kəllə sü-

mükləri isə o qədər dağıdılmışdı ki, mən onları çox çətinliklə tapa bildim. 

Mənim bir çox öldürülmüş qonşularımın meyitləri isə tamamilə itmişdi 

və onları tapmaq mümkün olmadı. Şahidlərin dediyinə görə, ermənilər 

meyitləri yanan evlərin içinə tullayırdılar. Mən öz yanmış evimin xara-

balıqlarına baxarkən həqiqətən yanmış insan sümükləri tapdım, bəzi sü-

müklərin üzərində yanmış ət parçaları görünürdü. 

Oxundu. İmza. Ələkbər Manafov. 

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 92-93.



Sənəd № 57

Dindirmə protokolu

1918-ci il, 27 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Həbib Sadıqov, 37 yaşım var, Bakı şəhəri, Spasskaya küçəsi, ev № 73 

ünvanda yaşayıram.

Bu ilin martında, ermənilərin müsəlmanları qırdığı zaman, Serkov-

naya küçəsi, 181 №-li evdə mənim 75 yaşlı dayım Hacı Hənifə İmanov 

yaşayırdı. Ermənilər onu tüfəng gülləsi ilə sağ qasığından öldürmüş-

dülər; sonradan biz onun cəsədini yeni gömrüyün həyətində tapdıq. 

Onun 55 yaşlı bir arvadını iyirmi süngü zərbəsi ilə öldürmüşdülər, 50 

yaşlı ikinci arvadının cəsədində isə 23 süngü yarası saymışdıq. Əmim 

oğlu – 28 yaşlı Mirzə Ağa sol gicgahından və sinəsinin sol tərəfindən iki 

güllə ilə qətlə yetirilmişdi. Kəllə sümüyü sındırılmışdı. Mirzə Ağanın 

dükanında satıcı kimi bir türk - Əli adında 15 yaşlı oğlan uşağı işləyirdi; 

o yoxa çıxdı və biz onun cəsədini heç tapa da bilmədik. Hacı Hənifənin 

bütün mənzili qarət edilmişdi, təxminən 38.100 rubl dəyərində. Hacı 

Hənifənin yalnız iki qızı sağ qalmışdı, belə ki, onlar hələ şənbə günü, 



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə