Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə56/137
tarix22.10.2018
ölçüsü2,89 Mb.
#75303
1   ...   52   53   54   55   56   57   58   59   ...   137

175

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ

 Mart hadisələri zamanı bizim evə ermənilər soxuldular və bizi polis 

bölməsinə əsir apardılar. Mən ertəsi gün evə qayıdanda bütün əmlakımın 

qarət edildiyini gördüm. Qonşuların dediyinə görə bunu ermənilər etmiş-

lər. Qarət olunmuş əmlakın siyahısını təqdim edirəm. Mənə köhnə qiy-

mətlərlə 5000 rubl məbləğində zərər vurulmuşdur. Silahlı ermənilər bizi 

zorla əsir apardılar və hətta bir nəfəri bizimlə getmək istəmədiyi üçün 

evin darvazasının qabağında öldürdülər. Öldürülən mənim qaynım idi; 

öldürəndən sonra ermənilər onun qızıl saatını və pullarını götürdülər. 

Əsirlikdə bizi bir gün yox, üç gün saxladılar və çox az çörək verirdilər.

Oxundu. Savadsızdır. Onun əvəzinə imzaladı: İmza.

Komissiya üzvü: А.Kluge (imza)

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 158.



Sənəd № 393

Dindirmə protokolu

1919-cu il, 13 yanvar. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Zinyət Ağabala qızı, 18 yaşım var, Bakı şəhərində, Kanitapinskaya 

küçəsi, ev № 119 ünvanda yaşayıram, savadsızam.

 1918-ci ilin mart ayında erməni əsgərləri bizim evə hücum etdilər, 

mənim ərim Məşədi Rəhim Cabbar oğlunu öldürdülər və təqdim etdiyim 

ərizədə göstərilən 10.000 rubl dəyərində bütün əşyalarımızı qarət etdilər. 

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: M. Təkinski, А.Kluge (imzalar)

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 18.



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

176


Sənəd № 394

Dindirmə protokolu

1918-ci il, 13 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Xədicə Qəni qızı, 35 yaşım var, Bakı sakini, 1-ci Kanitapinskaya 

küçəsi, dalan № 7, ev № 8 ünvanda yaşayıram, savadsızam.

Bu ilin mart ayının 19-da səhər tezdən yüz nəfərdən artıq ermə-

ni əsgəri yuxarıda göstərilən evə soxuldular və mənim 45 yaşlı ərim 

İsmayıl Kərbəlayı Abbas Qulu oğlunu öldürdülər, mənim mənzili-

mi 6240 rubl dəyərində qarət etdilər, ərimin cibindən isə 7000 rubl 

pulunu çıxardılar. Mən azyaşlı uşaqlarımla yəhudi qadının evində 

gizlənmişdim. Bir saatdan sonra ermənilər məni əsir götürdülər. 

Ermənilər mənim əşyalarımı mənim mənzilimdən avtomobilə qo-

yurdular və aparırdılar. Erməni əsgərləri qonşularımızı da öldü-

rürdülər və evlərini qarət edirdilər. Mənim ərimi tüfənglə öldürür-

dülər və ayaqlarını kəsdilər. Qarət edilmiş əşyaların siyahısını sizə 

təqdim edirəm. 

Oxundu. Savadsızdır.

Komissiya üzvü: M. Təkinski (imza). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 195.

Sənəd № 396

Dindirmə protokolu

1918-ci il, 18 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Səriyyə Hacı Gül Məmməd qızı Qurbanova, 38 yaşım var, 1-ci Kani-

tapinskaya küçəsi, 103 №-li evdə yaşayıram, Bakı, savadsızam.



177

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ

Bu il mart ayının 19-da erməni əsgərləri yuxarıda göstərilən evə soxuldu-

lar, mənim ərim Qulam Əli Qurban oğlunu, 45 yaşlı, və oğlum Ələkbəri, 20 yaşlı, 

əsir apardılar və küçədə öldürdülər. Mənim mənzilimi isə 28.775 rubl məbləğin-

də qarət etdilər, oğurlanmış əmlakın siyahısını təqdim edirəm.

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: M. Təkinski, А.Kluge (imzalar)

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 24. 

Sənəd № 400

Dindirmə protokolu

1918-ci il, 18 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Qızqayıt Rüstəm qızı, 35 yaşım var, Bakıda, 1-ci Kanitapinskaya 

küçəsi, 115 №-li evdə yaşayıram, savadsızam.

Bu il mart ayının 19-da erməni əsgərləri mənim evimi qarət etdilər

mənim ərim Ağababa Əbusalam oğlunu, 60 yaşlı, öldürdülər. Mənim mən-

zilimi 3275 rubl məbləğində qarət etmişlər, Bundan əlavə 100 pud buğda 

aparmışlar. Oğurlanmış əmlakın siyahısını təqdim edirəm.

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: А.Kluge, M. Təkinski (imzalar)

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 24.



Sənəd № 406

Dindirmə protokolu

1918-ci il, 18 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

178


Səriyyə Xanım Mirzə Hüseyn qızı, 25 yaşım var, Bakı şəhəri, 7-ci Ka-

nitapinskaya küçəsi, 6 №-li evdə yaşayıram, savadsızam.

Bu il mart ayının 19-da erməni əsgərləri yuxarıda göstərilən evə soxul-

dular, mənim 35 yaşlı ərim Gül Hüseyn Əhliman oğlunu və 20 yaşlı Ağa 

Hüseyn Baba oğlunu öldürdülər. Mənim ərimin cibindən 1500 rubl pu-

lunu çıxardılar və mənzilimi 21.100 rubl dəyərində qarət etdilər. Qarət 

edilmiş əşyaların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş 

edirəm. Erməni əsgərləri məni əsir götürdülər. Qonşu müsəlmanları cin-

sindən və yaşından asılı olmayaraq öldürür və qarət edirdilər. Mən mö-

cüzə nəticəsində sağ qalmışam, yəqin ki, Allah belə istəyirmiş ki, mən sağ 

qalım və erməni dəhşətlərinin şahidi olum. 

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: A.Kluge, M. Təkinski (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 27.



Sənəd № 407

Dindirmə protokolu

1918-ci il, 11 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Fatma Xanım Şamxal qızı, 14 yaşım var, Bakı şəhəri, 7-ci Kanita-

pinskaya küçəsi, 5 №-li evdə yaşayıram, savadsızam. 

Bu ilin mart ayının 19-da səhər tezdən erməni əsgərləri yuxarıda 

göstərilən evə soxuldular, mənim ərim Abuzər Mahmud oğlunu, 32 yaşlı, 

və atam Şamxal Allah Qulu oğlunu öldürdülər, mənzilimi qarət etdilər və 

20.000 rubl dəyərində əşyalarımı apardılar. Ermənilər komoddan 100.000 

min rublu da götürdülər. Mənim ərim topdan satış alver edirdi və irimiq-

yaslı dəmir ticarəti ilə məşğul idi. Məni ermənilər əsir apardılar.

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: M. Təkinski, A.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 151.




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə