BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
64
Amma AXC yaradıcılarının öz xalqı qarşısında ən mühüm xidmətlə-
rindən biri, yəqin ki, azadlıq və müstəqillik ideallarının yaradılması idi ki,
70 ildən sonra, dəyişmiş siyasi şəraitdə yenidən bu ideallar azərbaycan-
lıların yeni nəsillərinin ruhuna və varlığına hakim kəsildi və öz dövlət
müstəqilliyinin bərpasına gətirib çıxardı.
Bununla belə, Azərbaycan dövlətçiliyinin yarandığı və möhkəmləndiyi
dövr, eyni zamanda böyük faciəvi hadisələrlə də əlamətdar olmuşdur. Bu
hadisələr arasında Azərbaycan xalqının tarixinə yeni anlayış – soyqırımı
anlayışını daxil etməklə, Bakı şəhərində baş vermiş 1918-ci ilin mart ha-
disələri xüsusi yer tuturdu. Lakin bütün faciəviliyinə baxmayaraq mart
hadisələri də milli qüvvələrin sosial bazasını əhəmiyyətli dərəcədə möh-
kəmləndirməklə, müəyyən müsbət nəticələrə gətirib çıxardı ki, bunlardan
ən mühümü Azərbaycan milli hərəkatında ayrı-ayrı qüvvələrin birləşmə-
si prosesinin güclənməsi sayıla bilər. “Milli varlığın məhvedici təhlükə-
si qarşısında, müxtəlif siyasi partiyalar mart hadisələrinin mahiyyətinin
və nəticələrinin qiymətləndirilməsi işində vahid cəbhədən çıxış etdilər.
Məhz bu zəmində Azərbaycanın əsas siyasi partiyalarının milli hərəka-
tın inkişafının perspektivləri və məqsədləri baxımından mövqelərinin
yaxınlaşması baş verdi. Mart faciəsindən sonra “Müsavat” partiyası öz
fəaliyyətini Azərbaycanın tam dövlət müstəqilliyi kursuna yönəltdi. Ya-
ranmış vəziyyətdə milli müstəqilliyin əldə edilməsi demək olar ki, ölkə-
nin istisnasız olaraq bütün siyasi partiyalarının əsas məqsədinə çevrildi.
Məhz milli qüvvələrin mütəşəkkilliyi bu ideyanın tezliklə həyata keçiril-
məsinə gətirib çıxardı və artıq 1918-ci ilin may ayının 28-də Azərbaycanın
dövlət müstəqilliyi elan edildi”. (135)
Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu və 1920-ci illərdə 31 mart ta-
rixini ümummilli matəm günü kimi qeyd etdi. Bakıda mart faciələri
günlərində, habelə Şamaxıda, Qubada və respublikanın digər qəzaların-
da əzablı ölümlə həlak olmuş bütün qurbanların xatirəsi əziz tutulmaq-
la, M.Ə.Rəsulzadənin sözləri ilə deyilərsə, onlar eyni zamanda “Azərbay-
canın azadlıq və müstəqillik ideallarının qurbanları və şəhidləri” hesab
edildilər. (136)
“Mart hadisələri inqilab təqvimində artıq yalnız sadə bir dönüş nöqtə-
si deyil, “yaddaşın bir parçası”, yaxud “yaddaş yeri”, vətəndaş şüurunun və
milli tarixin başlanğıcı idi. Azərbaycan türkləri Böyük müharibə dövrünün
bütün qurbanları arasında öz şəxsi nadir milli qurbanını tapdı, və bu, onla-
65
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
ra Versalda Antanta dövlətlərini öz qiymətli təyini-müqəddərat hüquqlarını
böyük əziyyətlə qazandıqlarına inandırmağa imkan verdi”. (137)
Milli hakimiyyəti əvəz etmiş yeni siyasi qüvvələr 70 ildən çox müd-
dət ərzində Azərbaycan xalqının yaddaşından bu faciəli, eyni zamanda
əlamətdar hadisələri silməyə və ya onların mahiyyətini saxtalaşdırmağa
çalışdılar. Lakin tarix göstərdi ki, Azərbaycan Xalq Cümhuriyyəti rəhbərli-
yi özü Fövqəladə Təhqiqat Komissiyasını yaratmaqla, bu hadisələr haqqın-
da Həqiqətin sonrakı nəsillərə çatdırılmasının “qayğısına qalmışdı”. Bakı-
da, Şamaxıda, Qubada və Azərbaycanın digər şəhər və qəzalarında 1918-ci
ilin faciəli günlərini yaşamış və yaddaşında saxlamış insanların dili ilə
səsləndirilən bu Həqiqət FTK üzvləri tərəfindən sənədlərə köçürüldü. Bu
baxımdan, 1918-ci ilin qanlı hadisələrini tarixi sənədlərlə əbədiləşdirmiş
Komissiyanın bütün üzvlərinin adlarını bir daha və xüsusi ehtiramla
çəkmək zəruridir: Fövqəladə Təhqiqat Komissiyasının sədri, andlı iclas-
çı Ələkbər bəy Xasməmmədov, Gəncə Köçürmə İdarəsinin üzvü Nikolay
Mixayloviç Mixaylov, Gəncə Dairə Məhkəməsinin üzvü Andrey Fomiç
Novatski, Bakı Dairə Məhkəməsi Prokurorunun köməkçisi Aleksandr Yev-
genyeviç Kluge, andlı iclasçı Məmməd Xan Təkinski, Gəncə Dairə Məh-
kəməsinin üzvü İsmayıl bəy Şahmalıyev, andlı iclasçı Aley Adamoviç
Aleksandroviç (Litovski), hüquqşünas Abbas Əli bəy Hacı İrzayev, Gəncə
Dairə Məhkəməsi Prokurorunun köməkçisi Çeslav Boleslavoviç Klossov-
ski, həqiqi mülki müşavir V.V.Qudvillo, prokuror köməkçisi Bahadır bəy
Yusifbəyov, müəllim Mirzə Cavad Axundzadə, tərcüməçi-katib Əyyub bəy
Xanbudaqov, həmçinin bu işdə böyük əməyi olmuş texniki heyət.
* * *
Fövqəladə Təhqiqat Komissiyasının materialları, Azərbaycan Xalq Cüm-
huriyyətinin tarixinə aid olan bütün digər sənədlər kimi, yalnız XX əsrin
80-ci illərinin sonlarında, keçmiş SSRİ-də yenidənqurma siyasətinin baş-
lanması ilə əlaqədar əvvəllər bağlı olan arxiv fondlarından istifadə etmək
imkanı yarandığı zaman Azərbaycanın mütəxəssislərinin və alimlərinin
ixtiyarına verildi. Bütün Şərqdə ilk demokratik dövlət olan, cəmi 23 ay (1918
may – 1920 aprel) ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi
azərbaycanlı tədqiqatçılar üçün uzun illər qadağan edilmiş bir mövzu ol-
maqla bir çox istiqamətlərdə tədqiqatlar aparmaq zərurəti yaratdı.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
66
1988-ci ilin əvvəlində azərbaycanlılara qarşı erməni təcavüzünün yeni
mərhələsinin – Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə əlaqədar
olaraq bu tarixin ayrı-ayrı səhifələri və aspektləri xüsusi aktuallıq kəsb
etdi. Dağlıq Qarabağ problemi tarixinin əsaslı surətdə və sənədlərə əsasən
işıqlandırılması günün mühüm məsələsinə çevrildi. Azərbaycan Nazirlər
Soveti yanında Baş Arxiv idarəsinin rəhbərliyi, mütəxəssislərə respublika
arxivlərində saxlanılan sənədlərlə işləmək imkanı verməklə yanaşı, baş
verən siyasi hadisələr, xüsusilə Dağlıq Qarabağa muxtariyyətin verilmə-
si, müxtəlif dövrlərdə azərbaycanlıların Ermənistandan deportasiya edil-
məsi tarixi və s. bu kimi xüsusilə aktual olan mövzularda hökumət üçün
müvafiq məruzə və arayışlar hazırlamağa başladı.
Arxiv sənədləri açıldıqca və tədqiq olunduqca, azərbaycanlıların er-
mənilər tərəfindən kütləvi surətdə qırılması, sürgün edilməsi, öz doğma
torpaqlarından qovulmasına dair saysız acınacaqlı faktlar aşkar olunur-
du ki, bunu da soyqırımı kimi xarakterizə etmək olardı. 1918-ci ilin mart
hadisələri Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyəti sayəsində hüquqi
cəhətdən araşdırılmış və sənədlərlə rəsmiləşdirilmiş bir tarixi həqiqət ol-
maqla, heç bir halda bəraət qazandırılmayan, dəfələrlə Azərbaycan xalqı-
na qarşı həyata keçirilmiş və uzun müddət ərzində lazımi siyasi-hüquqi
qiymətini almamış qanlı təcavüzlər zəncirində xüsusi yer tuturdu.
Bu baxımdan olduqca diqqətəlayiqdir ki, məhz 1918-ci ilin mart ha-
disələri müasir Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən erməni
millətçilərinin əməllərinə siyasi qiymət verilməsi üçün əsas olaraq sayıl-
mışdır. 1998-ci ilin mart ayının 26-da, həmin hadisələrin 80 illiyi ərəfə-
sində, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladı-
ğı fərmana əsasən “Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı
faciələrini qeyd etmək məqsədilə” 31 mart –azərbaycanlıların soyqırımı
günü kimi elan edilmişdir. Fərmanda deyilirdi: “Azərbaycanın XIX-XX əs-
rlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq,
ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata
keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu
hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək
cəhdi göstərilmişdir” və qeyd edilirdi ki, “Azərbaycan Xalq Cümhuriyyəti-
nin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata
keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə
siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.” (138)
Dostları ilə paylaş: |