AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ
FÖVQƏLADƏ TƏHQİQAT KOMİSSİYASININ SƏNƏDLƏRİ
BAKI. MART 1918-ci il
AZƏRBAYCAN QIRĞINLARI
SƏNƏDLƏRDƏ
Tərtib edən:
Solmaz Rüstəmova-Tohidi
tarix elmləri doktoru, professor
Bakı-2013
“Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri”
silsiləsindən olan bu kitab Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə
yenidən nəşr olunur.
Rüstəmova-Tohidi Solmaz Əli qızı.
Bakı. Mart 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə.
Bakı, 2013-cü il, 456 səhifə.
Kitab Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə 2009-cu ildə
nəşr olunmuş “Bakı. Mart 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə” (Bakı,864s.) adlı sənəd-
lər toplusunun qisadılmış variantıdır.
Topluya Azərbaycan Hökumətinin Birinci Dünya müharibəsi başlanandan bütün Cənubi
Qafqaz ərazisində müsəlman əhalisinə və onun mülkiyyətinə qarşı həyata keçirilmiş zorakı-
lıq, qırğın və soyğunçuluq faktlarının araşdırılması üçün 1918-ci il 15 iyul tarixində yaratdığı
Fövqəladə Təhqiqat Komissiyası (FTK) tərəfindən toplanmış və tərtib olunmuş sənədlər daxil
edilmişdir. Toplu FTK materiallarının yalnız bir hissəsini – 1918-ci il Bakıda mart hadisələ-
rinə aid sənədləri əhatə edir və bolşevik-daşnak birləşmələri tərəfindən bir neçə gün ərzində
böyük əksəriyyəti azərbaycanlılardan ibarət olan 12 mindən çox dinc sakinin qətlə yetirildiyi
mart qırğınlarına bilavasitə həmin hadisələri yaşamış insanların gözü ilə baxmağa imkan
verir. Bakı şəhəri və ətraf kəndlərin dinc müsəlman əhalisinə qarşı erməni hərbi qüvvələri-
nin və yerli erməni əhalisinin bir qisminin vəhşilikləri və amansızlıqları haqqında çoxlu say-
da faktlar, tanınmış, zəngin azərbaycanlıların ünvanlarından ibarət siyahıların əvvəlcədən
hazırlanması, hərbi əməliyyatların şəhərin müxtəlif hissələrində eyni vaxtda başlanması və
s. kimi məlumatlar dinc müsəlman əhalisinin məqsədyönlü və kütləvi şəkildə məhv edil-
məsinə dair planın mövcud olduğunu göstərir. Bu plan isə öz növbəsində erməni millətçilə-
rinin öz gələcək dövlətləri üçün potensial ərazi kimi baxdıqları Azərbaycanın bütün region-
larında müsəlman əhalisinin sayının maksimum azaldılmasına yönəlmiş daha iri miqyaslı
əməliyyatların və planların tərkib hissəsi idi.
Sənədlər toplusuna həmçinin problemin tarixinə həsr edilmiş və müəllif tərəfindən ye-
nidən işlənmiş elmi oçerk, geniş yardımçı-informasiya aparatı, FTK tərəfindən çəkilmiş fo-
to-sənədlər və 1918-ci il Bakı şəhərinin xüsusi məzmunlu xəritəsi daxil edilmişdir.
ISBN: 978-9952-483-43-7
© Solmaz Rüstəmova-Tohidi
© Heydər Əliyev Fondu
© Heydər Əliyev Mərkəzi
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
5
MÜNDƏRİCAT
Bakıda 1918-ci il mart hadisələri:
ilkin şərtləri, xüsusiyyətləri, nəticələri .................................................. 6
Azərbaycan Hökumətinin Fövqəladə
Təhqiqat Komissiyasının yaradılması haqqında qərarları .................. 88
Fəsil I
Azərbaycanlı sakinlərin şahid ifadələri ................................................ 90
Fəsil II
Azərbaycanlı qadınların şahid ifadələri ................................................ 162
Fəsil III
Müxtəlif millətlərdən olan bakılıların və
xarici vətəndaşların şahid ifadələri ...................................................... 226
Fəsil IV
Dəymiş ziyanlar (mülki, sənaye, sosial, ticarət və
digər obyektlər) haqqında şahid ifadələri ............................................. 266
Fəsil V
Bakı şəhəri və Bakı kəndlərinin sakinlərinin şahid ifadələri
(1918-ci ilin mart-sentyabr ayları) ........................................................308
Fəsil VI
Məhkəmə-istintaq sənədləri ................................................................. 336
Qeydlər ....................................................................................................... 366
İnzibati-coğrafi adların göstəricisi ......................................................... 411
Əlavə: Bakı şəhərinin və Bakı qəzasının
əhalisinin 1916-cı ilə olan milli-dini tərkibi
Foto-sənədlər ............................................................................................. 425
Bakı şəhərinin və Bakı qəzasının 1918-ci il xüsusi məzmunlu xəritəsi
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
6
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ:
İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
1918-ci il. XX əsr Azərbaycan tarixində bu il, bir-birini sürətlə əvəz
edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələr – istər
əlamətdar, istərsə də faciəli – baxımından yəqin ki, ən əhəmiyyətli zaman
kəsiyidir. Həmin hadisələrin ən yüksək zirvəsi, sözsüz ki, 28 may 1918-ci
il tarixi – Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsidir. Sonrakı
mühüm tarixi hadisələr – 1918-ci il sentyabrın 15-də Bakının birləşmiş
Türk-Azərbaycan hərbi qüvvələri tərəfindən azad edilməsi və Azərbaycan
hökumətinin Bakıya köçməsi, 1918-ci il dekabrın 7-də Azərbaycan Parla-
mentinin yaranması və nəhayət, 1918-ci ilin 28 dekabrında Azərbaycan
hökumətinin Cənubi Qafqazda İttifaq qoşunlarının komandanlığı və İn-
giltərə hökuməti tərəfindən qanuni hakimiyyət kimi tanınması – bütün
Şərqdə ilk demokratik quruluşun və azərbaycanlıların ilk milli dövlətçi-
liyinin – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əsasını qoy-
muşdur.
Lakin 1918-ci ilin bu əlamətdar hadisələrindən əvvəl bütün Azərbay-
can xalqı üçün ümumi faciəyə çevrilmiş və onun mövcudluğunu şübhə
altında qoymuş daha mühüm - qanlı hadisələr baş vermişdir.
Bakıda 1918-ci ilin mart hadisələri bu qanlı zəncirin başlanğıcı olmuş-
dur. Belə ki, bir neçə mart günləri ərzində şəhərin və onun ətraf kənd-
lərinin dinc müsəlman – azərbaycanlı əhalisi görünməmiş dəhşətli cəza
aksiyalarına – talan və ölümlərə, əzilmək, əsir alınmaq, qarət edilmək –
bir sözlə, amansızlıqla özbaşınalıq edən bolşevik-daşnak hərbi qüvvələri
tərəfindən hər şeyin və hər kəsin məhv edilməsinə məruz qalmışdır. İlk
baxışdan, “Evelina” gəmisi ilə bağlı təsadüfi hadisə və yaxud, adları sona-
dək naməlum qalan icraçılar tərəfindən Qızıl Ordunun kiçik dəstəsinin
atəşə tutulması ilə başlayan mart hadisələrinin, şübhəsiz ki, dərin kökləri
və səbəbləri vardır.
Birinci Dünya müharibəsinin başlanması ilə, xüsusilə də, 1917-ci ilin
fevral inqilabından və Rusiya İmperiyasının süqutundan sonra, müha-
ribədə iştirak edən dünya dövlətlərinin Cənubi Qafqazda güclənmiş ma-
raqları toqquşurdu. Eyni zamanda Qafqaz xalqlarının qarşısında öz mil-
li-siyasi ideya və əzmlərini həyata keçirmək üçün geniş imkanlar açılırdı.
Etiraf edilməlidir ki, erməni ideoloqları özlərinin çoxillik məqsədyönlü