Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə49/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   45   46   47   48   49   50   51   52   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

150


Komissiya üzvü: А.Kluge (imza).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 148.



Sənəd № 146

Dindirmə protokolu

1918-ci il, 31 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı çə-

kilən şəxsi zərərçəkmiş qismində dindirmiş və o Cinayət Prosessual Məcəlləsinin 

307 və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstərmişdir:

Hacı Ağa Manafov, 25 yaşım var, Bakı şəhəri, Serkonaya küçəsi, ev 

№ 171, (6-cı polis sahəsi) ünvanda yaşayıram.

Bu il mart ayının 19- da, səhər saat 9-a yaxın bizim evə 9 nəfər silahlı 

erməni soxuldu və bizim bütün əmlakımızı qarət etməyə başladılar. Son-

ra məni, qardaşlarımı və əmim oğlanlarını, ümumilikdə beş nəfəri Mailov 

teatrına apardılar. Küçədə məni bir erməni süngü ilə kürəyimdən yaraladı, 

digər üç erməni isə qardaşım Hənifəni tüfəngdən açılan beş güllə ilə öldür-

dü. Sonradan, artıq məni Mailov teatrına apardıqdan sonra, qarət zamanı 

ermənilərdən biri bacım Ağa Bacının sinəsinə üç süngü yarası yetirmişdir. 

Bizim köhnə qiymətlə altmış min rubl dəyərində əşyalarımızı qarət ediblər.

Oxundu. İmza. Hacı Ağa Manafov.

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar) 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 59.



Sənəd № 151

Dindirmə protokolu

1919-cu il, 22 fevral. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Firidun Hacı Süleyman oğlu İmanov, 38 yaşım var, Bakıda, Serkov-

naya küçəsi, 185 №-li evdə yaşayıram.



151

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

Ötən il mart hadisələri zamanı ermənilər mənim evimə soxularaq, bü-

tün əmlakımı qarət etmişlər. Qarət olunmuş əşyaların siyahısını təqdim 

edirəm və işə əlavə olunmasını xahiş edirəm. Mənə ümumilikdə 42.400 

rubl dəyərində ziyan vurulmuşdur.

Mənim evimlə yanaşı dayım Hacı Hənifə İmanovun mənzili yerləşirdi. 

Ermənilər onu – 60 yaşlı qocanı, onun 60 yaşlı arvadı Böyük Xanımı, 50 

yaşlı o biri arvadı Hürsümü, 29 yaşlı oğlu Mirzə Ağanı və onun satıcısının 

oğlunu qətlə yetirmişlər.

Oxundu. İmza.

Komissiya üzvləri: А.Kluge, A.Hacı-İrzayev (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 83.

Sənəd № 166

Dindirmə protokolu

1918-ci il, 5 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

İsmayıl Yusif oğlu Məmmədov, Bakılı, 26 yaşlı, Staraya-Poçtovaya 

küçəsi, 87 №-li evdə yaşayıram.

Bu il mart ayının 18-də şəhərdə atışma başlandı. 19 martda səhər 

tezdən ermənilər bizim məhəlləni mühasirəyə aldılar. Atamla birlik-

də Staraya-Poçtovaya küçəsi ilə qaçmağa çalışdıq, lakin ermənilər ata-

mı öldürdülər, məni isə başımdan yaraladılar. Mən qaçıb gizlənə bildim. 

Xanlarovun evində mənim içində 11.000 rubl dəyərində mal olan ticarət 

müəssisəm var idi. Ermənilər mənim malımın hamısını çıxarıb apardı-

lar və Xanlarovun evini yandırdılar. Verdiyim ərizədə ermənilər tərəfin-

dən qarət olunmuş əşyalarımın siyahısı göstərilmişdir və bu ərizəmin işə 

əlavə olunmasını xahiş edirəm. 

Oxundu. İmza (ərəb hərfləri ilə).

Komissiya üzvləri: M. Xan Təkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 103.

 



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

152


Sənəd № 174

Dindirmə protokolu

1919-cu il, 4 fevral. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Ağa Kərim Məşədi Dərya oğlu Mehdiyev, 34 yaşlı, Bakı şəhər sakini, 

Nijnyaya-Priyutskaya küçəsində, 116 №-li şəxsi evimdə yaşayıram.

1918-ci ilin mart ayının 20-də Bakı şəhərində təxminən günorta saat 

2-də ermənilərin silahlı quldur dəstəsi mənim kürəkənim Əliyulla Cövzəli 

oğlunun Nijnyaya-Priyutskaya küçəsindəki 118 №-li evinə soxularaq, onun 

özünü, qardaşları Əliyoldaşı və Qurbanəlini, qaynı Məmməd Həşimi və təsa-

düfi qonaqları olan Bakı quberniyasının Kürdəxanı kənd sakini Fərəcullanı 

qətlə yetirmişlər. Bu cür vəhşiliklər törədərək və Sarı Məşədi Dərya qızını 

əsir götürərək, onlar ümumilikdə 52.250 rubl məbləğində ziyan vurmaqla

mənzili tamamilə qarət etmişlər. Sarı Məşədi Dərya qızının ərizəsinin qarət 

edilmiş əşyaların siyahısı ilə birlikdə işə əlavə olunmasını xahiş edirəm. 

Savadlı adama oxundu. İmza.

Komissiya üzvləri: M. Xan Təkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 59.

Sənəd № 198

Dindirmə protokolu

1918-ci il, 26 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Həsən Mikayılov, 40 yaşım var, Bakıda, Bondarnaya və Mariinskaya 

küçələrinin kəsişməsində, 46\67 №-li evdə yaşayıram. 

Bu il mart ayının 20-də, çərşənbə axşamı, səhər saat 10-a yaxın bi-

zim evə, mənim və qardaşlarım: 50 yaşlı Məlik Məmməd və 38 yaşlı 



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə