Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə57/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   53   54   55   56   57   58   59   60   ...   137

179

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ



Sənəd № 409

Dindirmə protokolu

1918-ci il, 11 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Şərəbanı Nəcəf Qulu qızı, 32 yaşım var, Maştağa kəndinin saki-

niyəm, Bakı şəhəri, 7-ci Kanitapinskaya küçəsi, 5 №-li evdə yaşayıram, 

savadsızam. 

Bu ilin mart ayının 19-da səhər tezdən erməni əsgərləri yuxarı-

da göstərilən evə soxuldular, mənim 45 yaşlı ərim Şamxal Allah Qulu 

oğlunu, və 32 yaşlı qaynım Abuzər Mahmudu öldürdülər, mənzilimi 

qarət etdilər və 60.000 rubl dəyərində əşyalarımızı avtomobillərə 

yükləyib apardılar. Erməni əsgərləri ərimin 40.000 rubl pulunu zor-

la aldılar, sonra isə özünü öldürdülər. Əşyaların siyahısını təqdim 

edirəm və işə əlavə olunmasını xahiş edirəm. Ermənilər demək olar 

ki, bütün müsəlman kişiləri öldürürdülər. Məni və mənim ailəmi 

ermənilər əsir götürdülər. Ermənilər apara bilmədikləri hər şeyi qı-

rıb-tökdülər.

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: A.Kluge, M. Təkinski (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 151.

Sənəd № 410

Dindirmə protokolu

1918-ci il, 12 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Samət Məhərrəm qızı, 41 yaşım var, Bakı şəhəri, 7-ci Kanitapinska-

ya küçəsi, 6 №-li evdə yaşayıram, savadsızam.



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

180


Mart hadisələri zamanı erməni əsgərləri tərəfindən mənim oğlum Əs-

gər Xalıq oğlu öldürülmüşdür, onlar bizim siyahıda göstərilən 19.000 rubl 

məbləğində əmlakımızı qarət etmişlər. 

Oxundu. Savadsızdır.

Komissiya üzvü: A.Kluge (imza). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 182.



Sənəd № 411

Dindirmə protokolu

1918-ci il, 12 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Mina Bəyim Mirzə Əli qızı, 45 yaşım var, Bakı şəhəri, 7-ci Kanita-

pinskaya küçəsi, 6 №-li evdə yaşayıram, savadsızam.

Bu ilin martında ermənilər tərəfindən mənim oğlum Ağa Hüseyn 

Baba oğlu və kürəkənim Gül Hüseyn Əlməmməd oğlu öldürülmüşdür və 

mənim təqdim edilən siyahıda göstərilən 14.450 rubl məbləğində əmla-

kım qarət edilmişdir. 

Oxundu. Savadsızdır.

Komissiya üzvü: A.Kluge (imza). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 182.



Sənəd № 416

Dindirmə protokolu

1918-ci il, 8 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Fatma Bədir qızı, 30 yaşım var, Bakı qəzası Maştağa kəndinin saki-




181

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ

ni, uşaqlıqdan Bakı şəhəri 7-ci Kanitapinskaya küçəsi, 119 №-li evdə 

yaşayıram, savadsızam. 

 Mart ayında silahlı ermənilər bizim və qonşuların – müsəlmanların 

evlərinə soxuldular, kişilərin hamısını qırdılar, biz qadınları isə əsir gö-

türərək, üç gün saxladılar; onlar bizi də öldürmək istəyirdilər, amma ba-

rışıq elan edildi və bizi azad etdilər. Mən erməni canilərinin çoxunu ya-

dımda saxlamışam və üzləşmə zamanı tanıya bilərdim; amma adlarını 

bilmirəm. Ermənilər əvvəlcə qoca atamı öldürdülər, bacıma atəş açaraq, 

ayağından yaraladılar, sonra isə əmlakımızı qarət etdilər, ümumilikdə 

9605 rubl dəyərində və təqdim etdiyim siyahıda ətraflı şəkildə göstərilən 

əşyalarımızı oğurladılar

Hadisə Bakıda baş vermişdir. İfadə oxunmuşdur; ermənilər əsirlikdə 

revolverlə bizə hədə-qorxu gəlir, su, yemək vermir, saman üzərində yat-

mağa məcbur edirdilər. 

Savadsızdır. 

Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ə. Xasməmmədov (imza).

Komissiya üzvü: А.Kluge (imza). 

AR Pİİ SSA, f. 277, s. 2, i. 14, v. 65.



Sənəd № 419

Dindirmə protokolu

1918-ci il, 8 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Pir Xanım Məmməd Həsən qızı, 40 yaşım var, Bakı şəhər sakini

Aziatskaya küçəsi, dalan № 5, ev № 2 ünvanda yaşayıram. 

Bakıda baş vermiş 1918-ci ilin mart qırğınlarında ermənilər 10-cu Ka-

nitapinskaya küçəsindəki 3 №-li evimizdə mənim 55 yaşlı ərim İbrahimi, 

on yaşlı oğlum Ələsgəri öldürmüş, biz qadınları isə əsir götürmüşlər və 

beş gün əsirlikdə saxlamışlar. Mənim yanımda 4 uşaq var idi; biz Kanita-

pinskaya küçəsindəki Qorodskoy domda (Şəhər evi) saxlanılırdıq. Orada 

təxminən iki min nəfərə yaxın əsir var idi. Mən orada, öz yanımda əllə-



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə