Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə58/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   54   55   56   57   58   59   60   61   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

182


rindən və ayaqlarından yaralanmış üç qadın görmüşəm; Məni 8595 rubl 

məbləğinə qarət ediblər. Siyahını təqdim edirəm və işə əlavə olunmasını 

xahiş edirəm. Mənim əşyalarımın qiyməti bu gün 35.380 rubldur və onun 

mənə ödənilməsini xahiş edirəm. Mənim öhdəmdə dörd uşaq qalıb, ən ki-

çiyinin üç yaşı var.

Oxundu. Pir Xanım Məmməd Həsən qızı. 

Komissiya üzvləri: Aleksandroviç, A.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 81. 



Sənəd № 420

Dindirmə protokolu

1918-ci il, 11 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Zərəfşan Bəyəli qızı, 40 yaşım var, Bakı şəhəri, 10-cu Kanitapinska-

ya küçəsi, 34 №-li evdə yaşayıram, savadsızam.

Bu ilin mart ayının 19-da erməni əsgərləri yuxarıda göstərilən evə 

soxuldular, mənim 20 yaşlı oğlum Məmməd Əli Nəcəf Qulu oğlunu öl-

dürdülər və mənzilimi qarət etdilər. 5124 rubl dəyərində qarət edilmiş əş-

yaların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. 

Ermənilər 300 rubl nağd pulumu sandıqdan çıxardılar. Məni uşaqlarımla 

birlikdə əsir apardılar və dörd gün saxladılar. İki yaşlı oğlum əsirlikdə qol-

larımın üstündə öldü. Onun adı Abbasəli idi. Mənim ərim bağrı çatlaya-

raq öldü. Dörd gündən sonra məni buraxdılar və elə həmin gün iki oğlum

6 yaşlı Həsən Bala və 9 yaşlı Hüseyn Bala da acından öldülər. Mən bir tikə 

çörəyə möhtac qalmışam.

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: A.Kluge, M. Təkinski (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, i. 14, v. 152.




183

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ



Sənəd № 423

Dindirmə protokolu

1918-ci il, 7 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Yaxşı Xanım Hacı Əli Mərdan qızı Manafova, 52 yaşım var, Bakı 

şəhəri, Çadrovaya küçəsi, 178 №-li evdə yaşayıram.

Bu ilin martında ermənilərin müsəlmanlara qarşı çıxışlarının 

üçüncü günü bizim kirayənişinimiz olan Aleksandrın (familiyasını 

bilmirəm) başçılıq etdiyi erməni əsgərləri dəstəsi bizim evimizə gəl-

dilər və bizim əşyalarımızı qarət etməyə başladılar. Sonra onlar məni 

Mailov teatrının binasına əsir apardılar, mənim oğlumu isə Aleksandr 

kənara çəkdi və ondan sonra onu mənim gözlərimin qabağında gül-

lələdilər. Bu Aleksandrı sonra biz hökumətə göstərdik, onu hətta həbs 

etdilər, lakin sonradan buraxdılar. Mənim qətlə yetirilən oğlumun adı 

Ağaverdi idi. Mənə məlum olduğu kimi, ermənilər mənim nağd 15.000 

rubl pulumu aparıblar. Bundan əlavə, onlar 60.000 rubl məbləğində 

zinət əşyalarını və digər əmlakımı aparıblar. Mart hadisələrindən son-

ra Aleksandr Qoqolevskaya küçəsi, dalan № 2, ev № 14-də yaşayırdı. 

Aleksandrı təxminən bir ay əvvəl həbs etmişdilər, amma mən indi öy-

rənmişəm ki, o artıq beş gündür ki, azadlıqdadır. 

Oxundu. Savadsız olduğuna görə imzaladı: (imza). 

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 124.




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

184


Sənəd № 427

Dindirmə protokolu

1918-ci il, 8 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Tutu Xanım Məşədi Hüseyn qızı, 20 yaşım var, Bakı sakini, Çadro-

vaya küçəsi, 220 №-li evdə yaşayıram, savadsızam.

Bu il mart ayının ortalarında on nəfər silahlı erməni əsgəri Tatar-

skaya küçəsi, 55 №-li evə girdilər və mənim 27 yaşlı ərim Ağa Kərim 

Xanbaba oğlunu, onun 70 yaşlı atası Xanbaba Almaz oğlunu, 18 yaşlı 

Baba Rəşid oğlunu və Rəşid Eyvaz oğlunu apardılar. Onların hamısı-

nı küçədə öldürdülər, Xan Babanın cəsədini isə lap evin qarşısından 

tapdım. Onların hamısını evdən səhər saat 8-də çıxarmışdılar, axşam 

saat 10-da isə erməni əsgərləri yenidən gəldilər və məni əsir götürüb 

apardılar, Mailov teatrında üç gün saxladılar. Ermənilər mənim iki 

min rubl pulumu, üç min rubl dəyərində zinət əşyalarımı, qızıl və gü-

müşümü əlimdən aldılar, kostyumları, tikiş maşınını və bütün ev ava-

danlığını apardılar.

Oxundu. Savadsızdır. 

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 130.

Sənəd № 428

Dindirmə protokolu

1918-ci il, 23 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Xanım Hüseyn qızı, 50 yaşım var, Bakı şəhəri, Çadrovaya küçəsi, 157 

№-li evdə yaşayıram, savadsızam.



185

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ

Bu il Bakıda mart qırğınları zamanı ermənilər mənim qardaşım Əbdül 

Hüseyn oğlunu öldürülmüş və bizim 15.000 rubl məbləğində əmlakımızı 

qarət etmişlər. Onların siyahısını işə əlavə etməyi xahiş edirəm.

Oxundu. Xanım Hüseyn qızı. Savadsızdır.

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 63.



Sənəd № 429

Dindirmə protokolu

1918-ci il, 18 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Zəhra Ələkbər qızı, 45 yaşım var, Bakı şəhəri, Çadrovaya küçəsi, 83 

№-li evdə yaşayıram.

 Bakıda mart qırğınları zamanı ermənilər mənim ərimi və oğlanlarımı 

öldürdülər, mən isə azyaşlı qızlarımla dul qaldım. Ermənilər mənim mən-

zilimi cəmi 30.750 rubl məbləğində qarət etmişlər. Mən əmlakımın siya-

hısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Mənə 30.750 

rubl məbləğində zərərin ödənilməsini xahiş edirəm.

Oxundu. Zəhra Ələkbər qızı. Savadsızdır.

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 63.

Sənəd № 433

Dindirmə protokolu

1918-ci il, 5 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə