Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə66/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   62   63   64   65   66   67   68   69   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

208


lili və 18 yaşlı oğlum Əli Abbası öldürdülər. Bir az keçdikdən sonra başqa 

11 nəfər ermənilər gəldilər, ərizəmdə göstərdiyim əşyalarımı - 22.250 rubl 

dəyərində, götürdülər, məni isə əsir apardılar. Əsirlikdə məni və digər 

müsəlman qadınları ələ salaraq bizim kişilərimizin və valideynlərimizin 

harada olduğunu soruşurdular.

Oxundu. Savadsızdır. 

Fövqəladə Təhqiqat Komissiyasının sədri: 

Ələkbər bəy Xasməmmədov (imza).

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 150.



Sənəd № 499

Dindirmə protokolu

1918-ci il, 10 dekabr, Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Dost Xanım Əli qızı, 10 yaşım var, Bakı şəhərində, Bolşaya Morska-

ya küçəsində, 12 №-li evdə yaşayıram. 

 Mart hadisələri zamanı ermənilər mənim anamı Um Xanım Nadir qı-

zını və qardaşım Bəymirzə Əli oğlunu öldürmüşlər və bizim mənzilimizi 

qarət etmişlər. Bu zaman təqdim edilən siyahıda göstərilən və dəyəri köh-

nə qiymətlərlə 9750 rubl, indiki qiymətlərlə isə təxminən 30.000 rubl olan 

əşyalarımızı aparmışlar.

Oxundu. Savadsızdır.

Komissiya üzvü: А.Kluge (imza). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 120.



209

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ



Sənəd № 500

Dindirmə protokolu

1918-ci il, 18 dekabr, Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Nisə Xanım İmam Əli qızı, 35 yaşım var, Bakı şəhərində, Bolşaya 

Morskaya küçəsində, 87 №-li evdə yaşayıram. Savadsızam. 

 Bu il martın 19-da erməni əsgərləri göstərilən evə soxuldular, mənim 

40 yaşlı ərim İsrafil Cəfər Qulu oğlunu öldürdülər və təqdim edilən siya-

hıda göstərilən və dəyəri 90.100 rubl olan əmlakımızı apardılar. Bundan 

başqa, mənim ərimin cibindən 800 rublu çıxardılar. 

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 23.



Sənəd № 501

Dindirmə protokolu

1918-ci il, 18 dekabr, Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Balaxanım Kərbəlayı Hadı qızı, 28 yaşım var, Bakıda, Bolşaya Mors-

kaya küçəsi, 91 №-li evdə yaşayıram. Savadsızam. 

 Bu il martın 19-da erməni əsgərləri göstərilən evə soxuldular, mənim 

atamı, 45 yaşlı Kəblə Hadı Mövsüm oğlunu və ərimi, 26 yaşlı Abbas Bay-

ram Əli oğlunu öldürdülər, ərimin cibindən 39.100 rublunu çıxardılar. 

Qarət olunmuş əmlakımın siyahısının işə əlavə olunmasını xahiş edirəm. 

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 23.




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

210


Sənəd № 506

Dindirmə protokolu

1919-cu il, 16 yanvar, Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Gülbacı Rəcəb Əli qızı, 46 yaşım var, Bakıda, Malaya Morskaya küçə-

si, 2 №-li evdə yaşayıram. 

 Mart hadisələri zamanı ermənilər mənim oğlanlarım Bala Kərimi və 

Məmməd Hüseyni, gəlinimi və iki nəvəmi öldürmüşlər, sonra isə bütün 

mənzili qarət etmişlər. 62.720 rubl dəyərində qarət olunmuş əmlakımın 

siyahısını təqdim edirəm. 

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 29.

 

Sənəd № 510

Dindirmə protokolu

1918-ci il, 12 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Bida Bədir qızı, 25 yaşım var, Bakıda, Budaqovskaya küçəsi, 119 №-li 

evdə yaşayıram.

 Mart hadisələri zamanı ermənilər mənim evimə basqın etdilər və tə-

piklərlə mənim bir yaşlı uşağımı – Ağəli Bəyəli oğlunu öldürdülər. Mənim 

təqdim etdiyim siyahıda göstərilən 17.000 rubl dəyərində əmlakımı qarət 

etdilər.

Oxundu. Savadsızdır.

Komissiya üzvü: А.Kluge (imza). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 183.




211

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ



Sənəd № 512

Dindirmə protokolu

1918-ci il, 12 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Xanım Mir Nəsrulla qızı, 35 yaşım var, Bakıda, Yenox-Budaqovskaya 

küçəsi, 99 №-li evdə yaşayıram.

Mart hadisələri zamanı ermənilər mənim oğlum Abbas Heydər oğlunu 

öldürmüş və mənim təqdim etdiyim siyahıda göstərilən 3525 rubl dəyə-

rində əmlakımı qarət etdilər.

Oxundu. Savadsızdır.

Komissiya üzvü: А.Kluge (imza). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 181.

Sənəd № 513

Dindirmə protokolu

1918-ci il, 12 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Çimnaz Xanım Qədir qızı, 19 yaşım var, Bakıda, Budaqovskaya küçə-

si, 119 №-li evdə yaşayıram.

Bu ilin martında ermənilər mənim ərim Mirzə Əli Əli oğlunu öldür-

dülər və təqdim etdiyim siyahıda göstərilən 11.920 rubl dəyərində əmlakı-

mı qarət etdilər.

Oxundu. Savadsızdır.

Komissiya üzvü: А.Kluge (imza). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 183.



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə