c) bu maddənin 2-ci bəndində nəzərdə tutulan sorğuya uyğun olaraq sorğu edən İştirakçı
dövlətin istinad etdiyi faktları əks etdirən ərizə və xahiş olunan tədbirlərin təsviri.
4. Bu maddənin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulan qərarlar və tədbirlər sorğu alan İştirakçı
dövlət tərəfindən, onun öz daxili qanunvericiliyinin müddəalarına və onun prosessual norma
larına və ya sorğu alan İştirakçı dövlətlə əlaqələri tənzimləyən istənilən ikitərəfli və ya çoxtərəfli
müqavilələrə, sazişlərə və ya razılaşmalara uyğun olaraq və onlara riayət etmək şərti ilə qəbul
edilir.
5. Hər bir İştirakçı dövlət bu maddənin müddəalarının həyata keçirilməsini təmin edən öz qanun
və qaydalarının mətnlərini, habelə bu cür qanun və qaydalara edilən sonrakı dəyişikliklərin
mətnlərini və ya onların təsviredici mətnlərini Birləşmiş Millətlər Təşkilatının Baş katibinə
təqdim edir.
6. Əgər hər hansı bir İştirakçı dövlət bu maddənin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulan
tədbirlərin görülməsini müvafiq müqavilənin mövcudluğu ilə şərtləndirmək istəsə, onda həmin
İştirakçı dövlət bu Konvensiyanı kifayət qədər və zəruri hüquq-müqavilə əsası kimi götürür.
7. Bu maddəyə əsasən, əgər sorğunun aidiyyəti olan cinayət bu Konvensiya ilə əhatə olunan
cinayətlərə aid edilmirsə, onda İştirakçı dövlətlə əməkdaşlıqdan imtina oluna bilər.
8. Bu maddənin müddəaları üçüncü vicdanlı tərəflərin hüquqlarına xələl yetirən kimi şərh
edilmir.
9. İştirakçı dövlətlər bu maddəyə əsasən həyata keçirilən beynəlxalq əməkdaşlığın səmərəliliyini
artırmaq üçün ikitərəfli və ya çoxtərəfli razılaşmaların, sazişlərin və ya müqavilələrin bağlanması
mümkünlüyünü müzakirə edirlər.
Maddə 14
Cinayətdən əldə olunmuş gəlirlərə və ya əmlaka sərəncam vermək
1. Bu Konvensiyanın 12-ci maddəsinə və ya 13-cü maddəsinin 1-ci bəndinə əsasən İştirakçı
dövlət tərəfindən müsadirə edilmiş, cinayətdən əldə olunmuş gəlirlərə və ya əmlaka sərəncamı öz
daxili qanunvericiliyinə və inzibati prosedurlarına uyğun olaraq həmin İştirakçı dövlət həyata
keçirir.
2. Bu Konvensiyanın 13-cü maddəsinə uyğun olaraq digər İştirakçı dövlət tərəfindən alınmış
sorğuya əsasən İştirakçı dövlətlər öz daxili qanunvericiliyinin buna icazə verdiyi həcmdə hərəkət
edərkən və müvafiq sorğu aldıqda, cinayətlərdən əldə edilmiş gəlirlərin və ya əmlakın sorğu alan
İştirakçı dövlətə qaytarılması məsələsini ilk növbədə müzakirə edir ki, həmin İştirakçı dövlət
cinayətdən zərərçəkənlərə kompensasiya ödəyə bilsin və ya cinayətdən əldə edilən bu cür
gəlirləri və ya əmlakı onların qanuni sahiblərinə qaytara bilsin.
3. İştirakçı dövlətlər bu Konvensiyanın 12-ci və 13-cü maddələrinə uyğun olaraq digər İştirakçı
dövlət tərəfindən alınmış sorğuya əsasən hərəkət edərkən, aşağıdakılara dair sazişlərin və ya
razılaşmaların bağlanılması mümkünlüyünü xüsusi müzakirə edirlər:
a) cinayətdən əldə olunmuş gəlirlərin və ya əmlakın və ya bu cür gəlirlərin və ya əmlakın
satılması nəticəsində əldə olunan vəsaitlərin və ya onların bir hissəsinin dəyərinə müqabil olan
məbləğin bu Konvensiyanın 30-cu maddəsinin 2(c) bəndinə uyğun olaraq bu məqsəd üçün
nəzərdə tutulan hesaba köçürülməsinə və ya mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə
ixtisaslaşan hökumətlərarası orqanların hesabına köçürülməsinə;
b) cinayətdən əldə olunmuş gəlirlərin və ya əmlakın və ya bu cür gəlirlərin və ya əmlakın
satılması nəticəsində əldə olunan vəsaitlərin və ya onların bir hissəsinin öz daxili
qanunvericiliyinə və inzibati prosedurlarına uyğun olaraq müntəzəm və ya birdəfəlik əsaslarla
digər İştirakçı dövlətə verilməsinə.
Maddə 15
Yurisdiksiya
1. Hər bir İştirakçı dövlət bu Konvensiyanın 5, 6, 8 və 23-cü maddələrinə uyğun olaraq cinayət
kimi tanınmış cinayətlərə dair öz yurisdiksiyasının müəyyən edilməsi üçün tələb olunan tədbirlər
görür:
a) cinayət həmin İştirakçı dövlətin ərazisində törədildikdə; və ya
b) cinayət, cinayət törədilən zaman İştirakçı dövlətin bayrağı altında üzən gəminin göyərtəsində
və ya həmin İştirakçı dövlətin qanunvericiliyinə uyğun olaraq o zaman qeydiyyatda olan hava
gəmisində törədildikdə.
2. Bu Konvensiyanın 4-cü maddəsinin şərtlərinə riayət etməklə İştirakçı dövlət eyni zamanda öz
yurisdiksiyasını bu cür hər hansı bir cinayət barəsində müəyyən edə bilər:
a) cinayət həmin İştirakçı dövlətin vətəndaşına qarşı törədildikdə;
b) cinayət həmin İştirakçı dövlətin vətəndaşı tərəfindən və ya həmin dövlətin ərazisində daimi
yaşayan vətəndaşlığı olmayan şəxs tərəfindən törədildikdə; və ya
c) cinayət:
i) bu Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq cinayət kimi tanınmış hər
hansı cinayətlərdən biri olduqda və onun ərazisində ciddi cinayət törətmək məqsədi ilə
onun hüdudlarından kənarda törədildikdə;
ii) bu Konvensiyanın 6-cı maddəsinin 1 (b)(i) bəndinə uyğun olaraq cinayət kimi
tanınmış hər hansı cinayətlərdən biri olduqda və həmin Konvensiyanın 6-cı maddəsinin 1
(a)(i) və ya (ii) və ya (b)(ii) bəndlərinə əsasən cinayət kimi tanınmış hər hansı
cinayətlərdən birinin törədilməsi məqsədi ilə onun hüdudlarından kənarda törədildikdə.
3. Bu Konvensiyanın 16-cı maddəsinin 10-cu bəndinin məqsədləri üçün hər bir İştirakçı dövlət,
cinayət törətməkdə şübhəli bilinən şəxs onun ərazisində olduqda və o, bu cür şəxsin onun
vətəndaşından biri olması səbəbinə görə həmin şəxsi vermədikdə, həmin Konvensiya ilə əhatə
olunan cinayətlərə dair öz yurisdiksiyasını müəyyən etmək üçün lazımi tədbirlər görür.
4. Hər bir İştirakçı dövlət, cinayət törətməkdə şübhəli bilinən şəxs onun ərazisində olduqda və o,
həmin şəxsi vermədikdə bu Konvensiya ilə əhatə olunan cinayətlərə dair öz yurisdiksiyasını
müəyyən etmək üçün lazımi tədbirlər görür.
5. Əgər bu maddənin 1-ci və 2-ci bəndlərinə əsasən öz yurisdiksiyasını həyata keçirən İştirakçı
dövlət bir və ya bir neçə İştirakçı dövlətdən eyni əməl ilə əlaqədar istintaqın, cinayət təqibinin və
ya məhkəmə baxışının həyata keçirilməsi haqqında bildiriş alırsa və ya digər qaydada
məlumatlandırılırsa, onda həmin İştirakçı dövlətlərin səlahiyyətli orqanları öz fəaliyyətlərini
əlaqələndirmək məqsədi ilə lazım gəldikdə bir-biri ilə məsləhətləşmələr aparırlar.
6. Bu Konvensiya ümumi beynəlxalq hüquq norma larına xələl gətirmədən İştirakçı dövlətlərin
öz daxili qanunvericiliyinə uyğun olaraq müəyyən etdiyi hər hansı cinayət yurisdiksiyasının
həyata keçirilməsini istisna etmir.
Maddə 16
Cinayətkarın verilməsi
1. Bu maddə, bu Konvensiya ilə əhatə olunan cinayətlərə və ya əgər mütəşəkkil cinayətkar
qrupun və verilməsi tələb olunan şəxsin 3-cü maddənin 1 (a) və ya (b) bəndində göstərilən
cinayətlə əlaqəsi varsa, həmin hallarda tətbiq edilir, bu şərtlə ki, verilmə ilə əlaqəsi olan əməl
həm sorğu edən İştirakçı dövlətin, həm də sorğu alan İştirakçı dövlətin daxili qanunvericiliyinə
əsasən cinayət qanunu ilə cəzalandırılan əməl olsun.
2. Əgər verilmə haqqında sorğu bu maddə ilə əhatə olunmayan bəzi bir neçə fərdi ciddi cinayətə
aiddirsə, onda sorğu alan İştirakçı dövlət bu maddəni həmin sonuncu cinayətlərə də tətbiq edə
bilər.
3. Bu maddənin tətbiq edildiyi hər bir cinayət cinayətkarın verilməsi ilə nəticələnən cinayət kimi
İştirakçı dövlətlər arasında verilmə haqqında mövcud olan istənilən müqaviləyə daxil edilmiş
hesab edilir. İştirakçı dövlətlər bu cür cinayətləri cinayətkarın verilməsi ilə nəticələnən cinayət
kimi gələcəkdə onlar arasında bağlanan hər hansı bir verilmə haqqında müqaviləyə daxil etməyi
öz öhdələrinə götürürlər.
Dostları ilə paylaş: |