Bmt-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix31.08.2018
ölçüsü0,76 Mb.
#65919
1   2   3   4   5   6   7   8   9   ...   23

c)   bu  maddənin  2-ci  bəndində  nəzərdə  tutulan  sorğuya  uyğun  olaraq  sorğu  edən  İştirakçı 

dövlətin istinad etdiyi faktları əks etdirən ərizə və xahiş olunan tədbirlərin təsviri. 

4.  Bu maddənin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulan qərarlar və tədbirlər sorğu alan İştirakçı 

dövlət  tərəfindən,  onun  öz  daxili  qanunvericiliyinin  müddəalarına  və  onun  prosessual  norma 

larına və ya sorğu alan İştirakçı dövlətlə əlaqələri tənzimləyən istənilən ikitərəfli və ya çoxtərəfli 

müqavilələrə,  sazişlərə  və  ya  razılaşmalara  uyğun  olaraq  və  onlara  riayət  etmək  şərti  ilə  qəbul 

edilir. 

5.  Hər bir İştirakçı dövlət bu maddənin müddəalarının həyata keçirilməsini təmin edən öz qanun 

və  qaydalarının  mətnlərini,  habelə  bu  cür  qanun  və  qaydalara  edilən  sonrakı  dəyişikliklərin 

mətnlərini  və  ya  onların  təsviredici  mətnlərini  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  katibinə 

təqdim edir. 

6.   Əgər  hər  hansı  bir  İştirakçı  dövlət  bu  maddənin  1-ci  və  2-ci  bəndlərində  nəzərdə  tutulan 

tədbirlərin  görülməsini  müvafiq  müqavilənin  mövcudluğu  ilə  şərtləndirmək  istəsə,  onda  həmin 

İştirakçı dövlət bu Konvensiyanı kifayət qədər və zəruri hüquq-müqavilə əsası kimi götürür. 

7.   Bu  maddəyə  əsasən,  əgər  sorğunun  aidiyyəti  olan  cinayət  bu  Konvensiya  ilə  əhatə  olunan 

cinayətlərə aid edilmirsə, onda İştirakçı dövlətlə əməkdaşlıqdan imtina oluna bilər. 

8.   Bu  maddənin  müddəaları  üçüncü  vicdanlı  tərəflərin  hüquqlarına  xələl  yetirən  kimi  şərh 

edilmir. 

9.  İştirakçı dövlətlər bu maddəyə əsasən həyata keçirilən beynəlxalq əməkdaşlığın səmərəliliyini 

artırmaq üçün ikitərəfli və ya çoxtərəfli razılaşmaların, sazişlərin və ya müqavilələrin bağlanması 

mümkünlüyünü müzakirə edirlər. 

 

 



Maddə 14  

Cinayətdən əldə olunmuş gəlirlərə və ya əmlaka sərəncam vermək 

 

 



1.   Bu  Konvensiyanın  12-ci  maddəsinə  və  ya  13-cü  maddəsinin  1-ci  bəndinə  əsasən  İştirakçı 

dövlət tərəfindən müsadirə edilmiş, cinayətdən əldə olunmuş gəlirlərə və ya əmlaka sərəncamı öz 

daxili  qanunvericiliyinə  və  inzibati  prosedurlarına  uyğun  olaraq  həmin  İştirakçı  dövlət  həyata 

keçirir. 

2.   Bu  Konvensiyanın  13-cü  maddəsinə  uyğun  olaraq  digər  İştirakçı  dövlət  tərəfindən  alınmış 

sorğuya əsasən İştirakçı dövlətlər öz daxili qanunvericiliyinin buna icazə verdiyi həcmdə hərəkət 

edərkən və müvafiq sorğu aldıqda, cinayətlərdən əldə edilmiş gəlirlərin və ya əmlakın sorğu alan 

İştirakçı  dövlətə  qaytarılması  məsələsini  ilk  növbədə  müzakirə  edir  ki,  həmin  İştirakçı  dövlət 

cinayətdən  zərərçəkənlərə  kompensasiya  ödəyə  bilsin  və  ya  cinayətdən  əldə  edilən  bu  cür 

gəlirləri və ya əmlakı onların qanuni sahiblərinə qaytara bilsin. 




3.  İştirakçı dövlətlər bu Konvensiyanın 12-ci və 13-cü maddələrinə uyğun olaraq digər İştirakçı 

dövlət  tərəfindən  alınmış  sorğuya  əsasən  hərəkət  edərkən,  aşağıdakılara  dair  sazişlərin  və  ya 

razılaşmaların bağlanılması mümkünlüyünü xüsusi müzakirə edirlər: 

a)   cinayətdən  əldə  olunmuş  gəlirlərin  və  ya  əmlakın  və  ya  bu  cür  gəlirlərin  və  ya  əmlakın 

satılması nəticəsində əldə olunan vəsaitlərin və  ya onların bir hissəsinin dəyərinə müqabil olan 

məbləğin  bu  Konvensiyanın  30-cu  maddəsinin  2(c)  bəndinə  uyğun  olaraq  bu  məqsəd  üçün 

nəzərdə  tutulan  hesaba  köçürülməsinə  və  ya  mütəşəkkil  cinayətkarlığa  qarşı  mübarizədə 

ixtisaslaşan hökumətlərarası orqanların hesabına köçürülməsinə; 

b)  cinayətdən  əldə  olunmuş  gəlirlərin  və  ya  əmlakın  və  ya  bu  cür  gəlirlərin  və  ya  əmlakın 

satılması  nəticəsində  əldə  olunan  vəsaitlərin  və  ya  onların  bir  hissəsinin  öz  daxili 

qanunvericiliyinə  və  inzibati  prosedurlarına  uyğun  olaraq  müntəzəm  və  ya  birdəfəlik  əsaslarla 

digər İştirakçı dövlətə verilməsinə. 

 

 

Maddə 15  



Yurisdiksiya 

 

 

1. Hər bir İştirakçı dövlət bu Konvensiyanın 5, 6, 8 və 23-cü maddələrinə uyğun olaraq cinayət 



kimi tanınmış cinayətlərə dair öz yurisdiksiyasının müəyyən edilməsi üçün tələb olunan tədbirlər 

görür: 


a) cinayət həmin İştirakçı dövlətin ərazisində törədildikdə; və ya 

b) cinayət, cinayət törədilən zaman İştirakçı dövlətin bayrağı altında üzən gəminin göyərtəsində 

və  ya  həmin  İştirakçı  dövlətin  qanunvericiliyinə  uyğun  olaraq  o  zaman  qeydiyyatda  olan  hava 

gəmisində törədildikdə. 

2.  Bu Konvensiyanın 4-cü maddəsinin şərtlərinə riayət etməklə İştirakçı dövlət eyni zamanda öz 

yurisdiksiyasını bu cür hər hansı bir cinayət barəsində müəyyən edə bilər: 

a)  cinayət həmin İştirakçı dövlətin vətəndaşına qarşı törədildikdə; 

b)  cinayət  həmin  İştirakçı  dövlətin  vətəndaşı  tərəfindən  və  ya  həmin  dövlətin  ərazisində  daimi 

yaşayan vətəndaşlığı olmayan şəxs tərəfindən törədildikdə; və ya 

c)  cinayət: 

i) bu Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq cinayət kimi tanınmış hər 

hansı  cinayətlərdən  biri  olduqda  və  onun  ərazisində  ciddi  cinayət  törətmək  məqsədi  ilə 

onun hüdudlarından kənarda törədildikdə



ii)  bu  Konvensiyanın  6-cı  maddəsinin  1  (b)(i)  bəndinə  uyğun  olaraq  cinayət  kimi 

tanınmış hər hansı cinayətlərdən biri olduqda və həmin Konvensiyanın 6-cı maddəsinin 1 

(a)(i)  və  ya  (ii)  və  ya  (b)(ii)  bəndlərinə  əsasən  cinayət  kimi  tanınmış  hər  hansı 

cinayətlərdən birinin törədilməsi məqsədi ilə onun hüdudlarından kənarda törədildikdə. 

3.  Bu Konvensiyanın 16-cı maddəsinin 10-cu bəndinin məqsədləri üçün hər bir İştirakçı dövlət, 

cinayət  törətməkdə  şübhəli  bilinən  şəxs  onun  ərazisində  olduqda  və  o,  bu  cür  şəxsin  onun 

vətəndaşından  biri  olması  səbəbinə  görə  həmin  şəxsi  vermədikdə,  həmin  Konvensiya  ilə  əhatə 

olunan cinayətlərə dair öz yurisdiksiyasını müəyyən etmək üçün lazımi tədbirlər görür. 

4. Hər bir İştirakçı dövlət, cinayət törətməkdə şübhəli bilinən şəxs onun ərazisində olduqda və o, 

həmin  şəxsi  vermədikdə  bu  Konvensiya  ilə  əhatə  olunan  cinayətlərə  dair  öz  yurisdiksiyasını 

müəyyən etmək üçün lazımi tədbirlər görür. 

5.  Əgər bu maddənin 1-ci və 2-ci bəndlərinə əsasən öz yurisdiksiyasını həyata keçirən İştirakçı 

dövlət bir və ya bir neçə İştirakçı dövlətdən eyni əməl ilə əlaqədar istintaqın, cinayət təqibinin və 

ya  məhkəmə  baxışının  həyata  keçirilməsi  haqqında  bildiriş  alırsa  və  ya  digər  qaydada 

məlumatlandırılırsa,  onda  həmin  İştirakçı  dövlətlərin  səlahiyyətli  orqanları  öz  fəaliyyətlərini 

əlaqələndirmək məqsədi ilə lazım gəldikdə bir-biri ilə məsləhətləşmələr aparırlar. 

6.  Bu Konvensiya ümumi beynəlxalq hüquq norma larına xələl gətirmədən İştirakçı dövlətlərin 

öz  daxili  qanunvericiliyinə  uyğun  olaraq  müəyyən  etdiyi  hər  hansı  cinayət  yurisdiksiyasının 

həyata keçirilməsini istisna etmir. 

 

 



Maddə 16  

Cinayətkarın verilməsi 

 

 



1.  Bu  maddə,  bu  Konvensiya  ilə  əhatə  olunan  cinayətlərə  və  ya  əgər  mütəşəkkil  cinayətkar 

qrupun  və  verilməsi  tələb  olunan  şəxsin  3-cü  maddənin  1  (a)  və  ya  (b)  bəndində  göstərilən 

cinayətlə  əlaqəsi  varsa,  həmin  hallarda  tətbiq  edilir,  bu  şərtlə  ki,  verilmə  ilə  əlaqəsi  olan  əməl 

həm sorğu edən İştirakçı dövlətin, həm də sorğu alan İştirakçı dövlətin daxili qanunvericiliyinə 

əsasən cinayət qanunu ilə cəzalandırılan əməl olsun. 

2.  Əgər verilmə haqqında sorğu bu maddə ilə əhatə olunmayan bəzi bir neçə fərdi ciddi cinayətə 

aiddirsə, onda sorğu alan  İştirakçı  dövlət bu maddəni  həmin sonuncu cinayətlərə də tətbiq  edə 

bilər. 


3.  Bu maddənin tətbiq edildiyi hər bir cinayət cinayətkarın verilməsi ilə nəticələnən cinayət kimi 

İştirakçı  dövlətlər  arasında  verilmə  haqqında  mövcud  olan  istənilən  müqaviləyə  daxil  edilmiş 

hesab edilir.  İştirakçı  dövlətlər bu cür cinayətləri cinayətkarın  verilməsi  ilə nəticələnən cinayət 

kimi gələcəkdə onlar arasında bağlanan hər hansı bir verilmə haqqında müqaviləyə daxil etməyi 

öz öhdələrinə götürürlər. 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə