Bmt-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix31.08.2018
ölçüsü0,76 Mb.
#65919
1   2   3   4   5   6   7   8   9   ...   23

2.   Bu  Konvensiyanın  heç  bir  müddəası  İştirakçı  dövlətə  digər  dövlətin  ərazisində,  müstəsna 

olaraq  yalnız  həmin  digər  dövlətin  daxili  qanunvericiliyinə  uyğun  olaraq  öz  orqanlarının 

səlahiyyətlərinə aid edilən yurisdiksiyanı və funksiyaları həyata keçirmək hüququnu vermir. 

 

 



Maddə 5  

Mütəşəkkil cinayətkar qrupda İştirakçılığın kriminallaşdırılması 

 

 



1.  Hər  bir  İştirakçı  dövlət  aşağıdakı  əməlləri,  onlar  qəsdən  törədildikdə,  cinayət  qanunu  ilə 

cəzalandırılan cinayətlər kimi tanımaq üçün müvafiq qanunverici və digər tədbirlər görür: 

a) onları cinayətin törədilməsi cəhdinə aid etməyərək və cinayət əməlinin faktiki törədilməsindən 

asılı olmayaraq, aşağıdakı əməllərdən hər ikisi və ya biri: 

i) əgər bu, daxili qanunvericilikdə nəzərdə tutulursa, habelə sövdələşmə İştirakçılarının biri 

tərəfindən sövdələşmənin reallaşması üçün hər hansı bir hərəkətin faktiki törədilməsi və ya 

mütəşəkkil cinayətkar qrupla əlaqəsi güman edilirsə, birbaşa və ya dolayı maliyyə və ya digər 

maddi mənfəət əldə etmək məqsədi ilə bir və ya bir neçə şəxslə ciddi cinayətin törədilməsinə 

dair sövdələşmə;  

ii) aşağıdakı fəaliyyətlərdə: 

a.  mütəşəkkil cinayətkar qrupun cinayətkar fəaliyyətində; və 

b.   öz  iştirakının  yuxarıda  göstərilən  cinayətkar  məqsədə  nail  olunmasına  yardım  edəcəyini 

dərk edən mütəşəkkil cinayətkar qrupun digər növ fəaliyyətində; 

fəal  iştirak  edən  və  mütəşəkkil  cinayətkar  qrupun  məqsədini  və  ümumi  cinayətkar 

fəaliyyətini yaxud onun müvafiq cinayəti törətməsi niyyətini dərk edən hər hansı bir şəxsin 

əməli; 


b) mütəşəkkil cinayətkar qrupun iştirakı ilə törədilmiş ciddi cinayətə dair təşkilatçılıq, rəhbərlik, 

təhrikçilik, səy və ya kömək göstərmək. 

2.   Dərk  etmə,  niyyət,  qəsd,  məqsəd  və  ya  cinayətin  törədilməsinə  dair  bu  maddənin  1  -ci 

bəndində adı çəkilən sövdələşmə işin obyektiv və faktiki hallarından asılı olaraq müəyyən edilə 

bilər. 

3.   Daxili  qanunvericiliyi  bu  maddənin  1  (a)(i)  bəndinə  uyğun  olaraq  cinayət  kimi  tanınmış 



cinayətlərin tərkib elementi kimi mütəşəkkil cinayətkar qrupların əlaqəsi olmasını nəzərdə tutan 

İştirakçı dövlətlər təmin edirlər ki, onların daxili qanunvericiliyi mütəşəkkil cinayətkar qrupların 

iştirakı ilə törədilən bütün cinayətləri ciddi cinayətlərə aid etsin. Bu cür İştirakçı dövlətlər, habelə 

daxili  qanunvericiliyi  bu  maddənin  1  (a)(i)  bəndinə  uyğun  olaraq  cinayət  kimi  tanınmış 




cinayətlərin  tərkib  elementi  kimi  sövdələşmənin  reallaşması  üzrə  faktiki  hərəkətlərin 

törədilməsini nəzərdə tutan İştirakçı dövlətlər bu Konvensiyanı imzalayarkən və ya ratifikasiya 

sənədini  və  ya  qəbuletmə,  təsdiqetmə  və  ya  qoşulma  haqqında  sənədini  saxlanca  verərkən 

Birləşmiş Millətlər Təşkilatının Baş katibini bu haqda məlumatlandırırlar. 

 

 

Maddə 6  



Cinayətdən əldə edilən gəlirlərin yuyulmasının kriminallaşdırılması 

 

 



1.  Hər  bir  İştirakçı  dövlət  öz  daxili  qanunvericiliyinin  başlıca  prinsiplərinə  uyğun  olaraq 

aşağıdakı  əməlləri,  onlar  qəsdən  törədildikdə,  cinayət  qanunu  ilə  cəzalandırılan  əməl  kimi 

tanımaq üçün zəruri qanunverici və digər tədbirlər görür: 

a) 


i)  əmlakın  konversiyası  və  ya  köçürülməsi,  əgər  məlumdursa  ki,  bu  cür  əmlak,  onun 

cinayət  mənbəyinin  gizlədilməsi  və  ya  ört-basdır  edilməsi  və  ya  əsas  hüquqpozmanın 

törədilməsində  iştirak  edən  istənilən  şəxsə,  onun  öz  əməllərinə  görə  məsuliyyətdən 

yayınmaq  üçün  köməyin  göstərilməsi  məqsədi  ilə  edilən  cinayətlərdən  əldə  edilmiş 

gəlirdir; 

 

ii)  əmlakın  həqiqi  xarakterinin,  mənbəyinin,  yerinin,  ona  sərəncam  vermə  üsulunun, 



aidiyyətinin, əmlak hüquqlarının və  ya onun kimə məxsus olmasının gizlədilməsi və ya 

ört-basdır edilməsi, əgər məlumdursa ki, əmlak cinayətlərdən əldə edilən əmlakdır; 

b) öz hüquqi sisteminin əsas prinsiplərinə riayət etmək şərti ilə: 

i) əmlakın əldə edilməsi, ona sahiblik və ya onun istifadəsi, əgər bu cür əmlakın alınması 

zamanı məlumdursa ki, əmlak cinayətdən əldə edilən əmlakdır; 

ii)  bu  maddəyə  uyğun  olaraq  cinayət  kimi  tanınmış  cinayətlərdən  birinin  törədilməsi 

məqsədi  ilə  İştirakçılıq,  cinayətlə  əlaqə  və  ya  onun  törədilməsinə  cəhd,  sövdələşmə, 

habelə təhrikçilik, kömək və ya onun törədilməsi zamanı məsləhət vermə. 

2. Bu maddənin 1-ci bəndinin həyata keçirilməsi və ya tətbiq edilməsi məqsədi ilə: 

a)   hər  bir  İştirakçı  dövlət  bu  maddənin  1-ci  bəndini  ən  geniş  yayılmış  əsas  hüquqpozmalara 

tətbiq etməyə çalışır; 

b) hər bir  İştirakçı  dövlət,  Konvensiyanın  2-ci  maddəsində müəyyən edildiyi  kimi,  bütün  ciddi 

cinayətləri  və  bu  Konvensiyanın  5,  8  və  23-cü  maddələrində  cinayət  kimi  tanınmış  cinayətləri 

əsas  hüquqpozmalara  aid  edir.  İştirakçı  dövlətlərin  qanunvericiliyində  əsas  hüquqpozmaların 




konkret siyahısı nəzərdə tutulduğu təqdirdə, ona ən azı mütəşəkkil cinayətkar qrupun fəaliyyəti 

ilə əlaqəsi olan müfəssəl müəyyən edilmiş cinayətlər də aid edilir

c) (b) yarımbəndinin məqsədləri üçün müvafiq İştirakçı dövlətin həm yurisdiksiyası altında olan 

ərazidə, həm də onun hüdudlarından kənarda törədilən cinayətlər əsas hüquqpozmalara aid edilir. 

Lakin  hər  hansı  bir  İştirakçı  dövlətin  yurisdiksiyasından  kənarda  törədilən  cinayətlər  əsas 

hüquqpozmalara  o  şərtlə  aid  edilir  ki,  həmin  əməl  həm  onun  törədildiyi  dövlətin  daxili 

qanunvericiliyinə əsasən cinayət qanunu ilə cəzalandırılan əməl olsun, həm də, əgər bu əməl bu 

maddənin  həyata  keçirildiyi  və  ya  tətbiq  edildiyi  dövlətin  ərazisində  törədilmiş  olsaydı,  həmin 

dövlətin daxili qanunvericiliyinə əsasən cinayət qanunu ilə cəzalandırılan əməl olardı; 

d)   hər  bir  İştirakçı  dövlət  bu  maddənin  müddəalarının  həyata  keçirilməsini  təmin  edən  daxili 

qanunlarının mətnlərini, habelə bu cür qanunlara sonradan edilən dəyişikliklərin mətnlərini və ya 

həmin qanunların təsviredici mətnlərini Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim edir; 

e)  əgər İştirakçı dövlətin daxili qanunvericiliyinin əsas prinsipləri bunu tələb edirsə, onda nəzərə 

alına  bilər  ki,  bu  maddənin  1-ci  bəndində  göstərilən  cinayətlər  əsas  hüquqpozmanı  törədən 

şəxslərə aid edilmir; 

f)  bu maddənin 1-ci bəndində qeyd olunan cinayətin tərkib elementi kimi dərk etmə, qəsd və ya 

məqsəd işin obyektiv hallarından asılı olaraq müəyyən edilə bilər. 

 

 



Maddə 7  

Pul vəsaitlərinin yuyulmasına qarşı mübarizə tədbirləri 

 

 



1. Hər bir İştirakçı dövlət: 

a) pul vəsaitlərinin yuyulmasının bütün formalarının qarşısını almaq və aşkar etmək məqsədi ilə 

banklar  və  qeyri-bank  maliyyə  təşkilatları,  habelə,  lazım  gəldikdə,  pul  yuyulması  nöqteyi-

nəzərindən  digər  orqanlar  üçün  öz  səlahiyyəti  çərçivəsində  müfəssəl  daxili  tənzimləmə  və 

nəzarət rejimini müəyyən edir. Həm də qeyd edilməlidir ki, bu cür rejim müştərinin şəxsiyyətinin 

müəyyən edilməsi, hesabatların aparılması və şübhə doğuran əqdlər haqqında məlumatın təqdim 

edilməsi tələblərinə əsaslanmalıdır; 

b)  bu  Konvensiyanın  18-ci  və  27-ci  maddələrinə  xələl  gətirmədən  təmin  edir  ki,  inzibati, 

idarəedici, hüquq mühafizə və pul vəsaitlərinin yuyulması ilə mübarizə aparan digər orqanlar (o 

cümlədən  daxili  qanunvericiliyə  uyğun  olduqda,  məhkəmə  orqanları  da)  onun  daxili 

qanunvericiliyinin  müəyyən  etdiyi  şərtlər  əsasında  milli  və  beynəlxalq  səviyyədə  əməkdaşlığın 

və məlumat mübadiləsinin həyata keçirilməsinə qadir olsunlar və bu məqsədlə pul vəsaitlərinin 

yuyulması  hallarına  aid  olan  məlumatı  toplayan,  təhlil  edən  və  yayan  mərkəz  kimi  fəaliyyət 

göstərəcək operativ maliyyə məlumatı üzrə bölmənin yaradılması məsələsini müzakirə edir. 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə