Bmt-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix31.08.2018
ölçüsü0,76 Mb.
#65919
1   2   3   4   5   6   7   8   9   ...   23

4.   Əgər  verilməni  müqavilənin  mövcudluğu  ilə  şərtləndirən  İştirakçı  dövlət,  onunla  verilmə 

haqqında müqaviləsi olmayan digər İştirakçı dövlətdən verilmə haqqında sorğu alırsa, onda o, bu 

Konvensiyasını bu maddənin tətbiq edildiyi hər hansı bir cinayətlə əlaqədar verilmə üçün hüquqi 

əsas kimi götürə bilər. 

5.  Verilməni müqavilənin mövcudluğu ilə şərtləndirən İştirakçı dövlətlər: 

a) öz təsdiqnamələrini və ya bu Konvensiyanın qəbul edilməsi və ya təsdiq edilməsi və ya ona 

qoşulma haqqında sənədlərini saxlanca verərkən bu Konvensiyadan verilmə məsələlərində həmin 

Konvensiyanın  digər  İştirakçı  dövlətləri  ilə  əməkdaşlıq  üçün  hüquqi  əsas  kimi  istifadə  edilib-

edilməməsi barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildirirlər; və 

b)   əgər  onlar  bu  Konvensiyadan  verilmə  məsələlərində  əməkdaşlıq  üçün  hüquqi  əsas  kimi 

istifadə  etmirlərsə,  onda  onlar  bu  maddənin  tətbiq  edilməsi  məqsədi  ilə  həmin  Konvensiyanın 

digər İştirakçı dövlətləri ilə verilmə haqqında müqavilələr bağlamağa çalışırlar. 

6.   Verilməni  müqavilənin  mövcudluğu  ilə  şərtləndirməyən  İştirakçı  dövlətlər  öz  aralarındakı 

münasibətdə  bu  maddənin  tətbiq  edildiyi  cinayətləri  verilmə  ilə  nəticələnən  cinayətlər  kimi 

tanıyırlar. 

7. Verilmə sorğu alan İştirakçı dövlətin daxili qanunvericiliyində nəzərdə tutulan müddəalara və 

ya  verilmə  haqqında  tətbiq  edilən  müqavilələrə,  o  cümlədən  verilməyə  uyğun  olaraq  minimal 

cəza  tələbləri  ilə  bağlı  şərtlərə  və  sorğu  alan  İştirakçı  dövlətin  verilmədən  imtina  edə  biləcəyi 

əsaslara uyğun olaraq həyata keçirilir. 

8.  Bu  maddənin  tətbiq  edildiyi  istənilən  cinayətə  münasibətdə,  İştirakçı  dövlətlər  öz  daxili 

qanunvericiliklərinə riayət etmək şərti ilə verilmə prosedurlarını sürətləndirmək və onunla bağlı 

sübutların təqdim edilməsi tələblərini sadələşdirmək üçün səy göstərirlər. 

9.  Öz daxili qanunvericiliyinin və verilmə haqqında bağladığı müqavilələrin müddəalarına riayət 

etmək şərti ilə İştirakçı  dövlətlər, işin hallarının bunu tələb etdiyinə və təxirəsalınmaz xarakter 

daşıdığına əmin olaraq və İştirakçı dövlətin sorğusuna əsasən öz ərazisində olan, barəsində sorğu 

edilən  şəxsi  həbs  edə  bilər  və  ya  verilmə  proseduru  zamanı  onun  iştirakını  təmin  etmək  üçün 

digər lazımi tədbirlər görə bilər. 

10.   Ərazisində,  cinayətin  törədilməsində  şübhəli  bilinən  şəxsin  olduğu  İştirakçı  dövlət  bu 

maddənin tətbiq edildiyi cinayətlə bağlı bu cür şəxsi, onun 

vətəndaşlarından  biri  olduğuna  görə  təhvil  verməzsə,  onda  həmin  İştirakçı  dövlət  sorğu  edən 

İştirakçı  dövlətin  xahişinə  əsasən  səbəbsiz  ləngitmələrə  yol  vermədən,  işi  təqib  məqsədi  ilə  öz 

səlahiyyətli  orqanlarına  verməyə  borcludur.  Bu  orqanlar  öz  qərarlarım  və  işin  icraatını  həmin 

İştirakçı dövlətin daxili qanunvericiliyinə əsasən hər hansı bir digər ciddi xarakterli cinayətlərdə 

olduğu  kimi  burada  da  həmin  qaydada  qəbul  etməli  və  həyata  keçirməlidir.  Maraqlı  İştirakçı 

dövlətlər bu cür təqibin səmərəliliyini təmin etmək məqsədi ilə xüsusilə də prosessual və sübut 

etmə məsələlərində bir-biri ilə əməkdaşlıq edirlər. 




11.   İştirakçı  dövlət  onun  öz  daxili  qanunvericiliyinə  uyğun  olaraq  öz  vətəndaşlarından  birinin 

verilməsinə  və  ya  digər  qaydada  ötürülməsinə  icazə  verdikdə,  bu  cür  şərti  verilmə  və  ya 

ötürülmə  bu  maddənin  10-cu  bəndində  müəyyən  edilən  öhdəliklərin  yerinə  yetirilməsi  üçün 

kifayətdir;  yalnız  bu  şərtlə  ki,  həmin  şəxs  məhkəmə  araşdırması  və  ya  icraatı  zamanı  təyin 

edilmiş  cəzanı  çəkmək  üçün  bu  dövlətə  qaytarılsın  və  həmin  İştirakçı  dövlət  və  bu  şəxsin 

verilməsinə  sorğu  edən  İştirakçı  dövlət  bu  qayda  ilə  və  onların  müvafiq  hesab  etdiyi  digər 

şərtlərlə razılaşsın. 

12.   Hökmün  icra  edilməsi  məqsədi  ilə,  əgər  şəxsin  sorğu  alan  İştirakçı  dövlətin  vətəndaşı 

olmasına görə onun verilməsinə rədd cavabı verilirsə, onda sorğu alan İştirakçı dövlət, əgər onun 

daxili qanunvericiliyi buna icazə verirsə və o, bu cür qanunvericiliyin tələblərinə cavab verirsə, 

sorğu  edən  İştirakçı  dövlətin  müraciətinə  əsasən  sorğu  edən  İştirakçı  dövlətin  daxili 

qanunvericiliyinə uyğun olaraq çıxarılmış hökmün icrasının təmin edilməsi və ya hökmün qalan 

hissəsinin icra edilməsi məsələsini müzakirə edir. 

13.  Bu maddənin tətbiq edildiyi hər hansı bir cinayətlə əlaqədar barəsində cinayət işi açılan hər 

bir  şəxsə,  icraatın  bütün  mərhələlərində  ədalətli  rəftar,  o  cümlədən  ərazisində  olduğu  İştirakçı 

dövlətin  daxili  qanunvericiliyində  nəzərdə  tutulan  bütün  hüquq  və  təminatların  həyata 

keçirilməsinə zəmanət verilir. 

14.  Əgər sorğu alan İştirakçı dövlətin əhəmiyyətli dərəcədə əsası varsa ki, bu sorğunun məqsədi 

hər hansı şəxsi onun irqi, cinsi, dini, vətəndaşlıq, siyasi baxış və ya etnik mənsubiyyətindən asılı 

olaraq cəzalandırmaq və ya təqib etməkdir və ya bu sorğunun təmin edilməsi burada göstərilən 

səbəblərdən hər hansı birinə görə həmin şəxsin vəziyyətinə xələl gətirə bilər, bu konvensiyanın 

heç bir müddəası verilməyə dair öhdəlikləri müəyyən edən müddəa kimi şərh edilməməlidir. 

15.  İştirakçı dövlətlər verilmə haqqında sorğunun icra edilməsinə, yalnız onunla bağlı cinayətin 

həm də vergi məsələləri ilə əlaqəsi olmasına görə rədd cavabı verə bilməzlər. 

16.   Verilməyə  rədd  cavabı  verilənə  qədər  sorğu  alan  İştirakçı  dövlət  sorğu  edən  İştirakçı 

dövlətlə, sonuncuya öz mülahizələrini və sorğuda əks olunan faktlarla əlaqədar məlumatı təqdim 

etmək  üçün  ona  kifayət  qədər  imkan  yaratmaq  məqsədi  ilə,  lazım  gəldikdə,  məsləhətləşmələr 

aparır. 


17.  İştirakçı dövlətlər verilməni həyata keçirmək və ya onun səmərəliliyini artırmaq məqsədi ilə 

ikitərəfli və çoxtərəfli sazişlər və ya razılaşmalar bağlamağa çalışırlar. 

 

 

Maddə 17  



Məhkumların verilməsi 

 

 



İştirakçı dövlətlər məhkumlar öz cəzalarını onların ərazisində çəkməsi üçün bu Konvensiya ilə 

əhatə  olunan  cinayətlərə  görə  həbs  cəzasına  və  ya  digər  azadlıqdan  məhrumetmə  cəzasına 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə