Bmt-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix31.08.2018
ölçüsü0,76 Mb.
#65919
1   2   3   4   5   6   7   8   9   ...   23

 

Maddə 12  



Həbs və müsadirə 

 

1. İştirakçı dövlətlər öz daxili hüquq sistemi çərçivəsində aşağıdakıların: 

a)   bu  Konvensiya  ilə  əhatə  olunan  cinayətlərdən  əldə  olunan  gəlirlər  və  ya  dəyəri  bu  cür 

gəlirlərin dəyərinə müqabil olan əmlakın; 

b)   bu  Konvensiya  ilə  əhatə  olunan  cinayətlərin  törədilməsində  istifadə  olunan  və  ya  onun 

törədilməsi üçün nəzərdə tutulan əmlakın, avadanlıqların və ya digər vasitələrin

müsadirə edilməsini təmin etmək üçün lazımi tədbirlər görürlər. 

2.  İştirakçı dövlətlər sonradan müsadirə etmək məqsədi ilə bu maddənin 1-ci bəndində sadalanan 

hər hansı  bir əşyanın  aşkar edilməsi, izlənilməsi, həbsi  və  ya  götürülməsində tələb oluna bilən 

tədbirlər görürlər. 

3. Əgər cinayətdən əldə olunan gəlirlər qismən və ya tam şəkildə digər əmlaka çevrilibsə və  ya 

dəyişdirilibsə, onda bu maddədə nəzərdə tutulan tədbirlər həmin əmlaka münasibətdə də görülür. 

4.  Əgər cinayətdən əldə olunan gəlirlər qanuni əsaslarla əldə edilmiş əmlaka qatılıbsa, onda hər 

hansı  bir  həbs  qoyma  və  ya  götürmə  səlahiyyətlərinə  xələl  gətirmədən,  əmlakın  yalnız  cinayət 

nəticəsində əldə olunmuş gəlir qatılmış hissəsinin mütənasib qiymətləndirilmiş hissəsi müsadirə 

edilir. 


5.   Cinayət  nəticəsində  əldə  olunan  gəlirlərə  tətbiq  edilən  tədbirlər  eyni  zamanda  cinayət 

nəticəsində  əldə  olunan  gəlirlərdən  alınmış  hasilata  və  ya  mənfəətə,  cinayətdən  əldə  edilən 

gəlirlərə çevrilmiş və ya əvəz edilmiş əmlakdan alınmış hasilata və ya mənfəətə və ya cinayətdən 

əldə  edilən  gəlirlərin  qatıldığı  əmlakdan  alınmış  hasilata  və  ya  mənfəətə  də  eyni  qaydada  və 

həcmdə tətbiq edilir. 

6.  Bu maddənin və bu Konvensiyanın 13-cü maddəsinin məqsədləri üçün hər bir İştirakçı dövlət 

öz məhkəmələrinə və ya digər səlahiyyətli orqanlarına bank, maliyyə və kommersiya xarakterli 

sənədlərin təqdim edilməsi və ya onların üzərinə həbs qoyma haqqında qərar verməyə səlahiyyət 

verir.  İştirakçı  dövlətlər  bank  sirrinin  qorunub  saxlanılmasına  istinad  edərək,  bu  bəndin 

müddəalarına uyğun olaraq tədbirlər görməkdən çəkinmirlər. 

7.   İştirakçı  dövlətlər  öz  daxili  qanunvericiliyinin  prinsiplərinə  və  məhkəmə  araşdırma  sının  və 

digər araşdırmanın xarakterinə uyğun olan həcmdə cinayət törətmiş  şəxs tərəfindən cinayətdən 

əldə olunması güman edilən gəlirlərin və ya müsadirə edilməli digər əmlakın qanuni mənbəyinin 

sübut edilməsini şərtləndirən tələbin müəyyən edilməsi mümkünlüyünü müzakirə edə bilərlər. 

8.  Bu maddənin müddəaları üçüncü vicdanlı tərəflərin hüquqlarına zərər yetirən müddəalar kimi 

şərh edilmir. 




9.   Bu  maddədə  nəzərdə  tutulan  müddəalar  İştirakçı  dövlətin  daxili  qanunvericiliyinin 

müddəalarına  uyğun  olaraq  tədbirlərin  müəyyən  edilməsini  və  həyata  keçirilməsini  və  onlara 

riayət olunmasını nəzərdə tutan prinsiplərə toxunmur. 

 

 



Maddə 13  

Müsadirə məqsədi ilə beynəlxalq əməkdaşlıq 

 

 



1.  İştirakçı  dövlət  yurisdiksiyasına  bu  Konvensiya  ilə  əhatə  olunan  hər  hansı  bir  cinayətin  aid 

olduğu digər İştirakçı dövlətdən, onun ərazisində olan və həmin Konvensiyanın 12-ci maddəsinin 

1-ci  bəndində  göstərilən  cinayətdən  əldə  edilmiş  gəlirin,  əmlakın,  avadanlığın  və  ya  cinayətin 

törədilməsində  istifadə  olunan  digər  vasitələrin  müsadirəsi  haqqında  sorğu  aldıqda,  öz  daxili 

hüquq sistemi çərçivəsində mümkün ola bilən həcmdə: 

a) müsadirə haqqında qərar qəbul etmək üçün həmin sorğunu öz səlahiyyətli orqanına ötürür və 

bu cür qərar çıxarıldığı təqdirdə, həmin qərarın icrasını təmin edir, və ya 

b) sorğu edən İştirakçı dövlətin ərazisində məhkəmənin çıxardığı müsadirə haqqında qərarını bu 

Konvensiyanın  12-ci  maddəsinin  1-ci  bəndinə  uyğun  olaraq  sorğuda  göstərilmiş  həcmdə  və 

sorğu alan İştirakçı dövlətin ərazisində olan 12-ci maddənin 1-ci bəndində qeyd olunan gəlirlərə, 

əmlaka,  avadanlığa  və  ya  cinayətin  törədilməsində  istifadə  olunan  digər  vasitələrə  aid  olan 

həcmdə icra etmək məqsədi ilə öz səlahiyyətli orqanlarına ötürür. 

2.   İştirakçı  dövlət  yurisdiksiyasına  bu  Konvensiya  ilə  əhatə  olunan  hər  hansı  bir  cinayətin  aid 

olduğu  digər  İştirakçı  dövlətdən  sorğu  alarkən,  istər  sorğu  edən  İştirakçı  dövlət,  istərsə  də  bu 

maddənin  1-ci  bəndinə  əsasən  edilmiş  sorğuya  uyğun  olaraq  sorğu  alan  İştirakçı  dövlət 

tərəfindən müsadirə haqqında çıxarılmış qərar əsasında sonradan müsadirə etmək məqsədi ilə bu 

Konvensiyanın  12-ci  maddəsinin  1-ci  bəndində  qeyd  olunan  cinayət  nəticəsində  əldə  olunan 

gəlirin,  əmlakın,  avadanlığın  və  ya  cinayətin  törədilməsində  istifadə  olunan  digər  vasitələrin 

aşkar olunması, izlənilməsi, həbsi və ya tutulması üçün tədbirlər görür. 

3.  Bu Konvensiyanın 18-ci maddəsinin müddəalarına 



mutatis mutandis tətbiq edilir. 18-ci maddənin 15-

ci bəndində əks olunan məlumata əlavə olaraq, bu maddəyə əsasən göndərilmiş  sorğularda aşağıdakılar 

göstərilir:

 

a) bu maddənin 1 (a) bəndində nəzərdə tutulan sorğuya uyğun olaraq müsadirə olunmalı əmlakın 



təsviri və sorğu edən İştirakçı dövlətin istinad etdiyi və sorğu alan İştirakçı dövlət tərəfindən öz 

qanunvericiliyinə uyğun olaraq qərarın çıxarılması üçün tədbirlərin görülməsinə kifayət ola bilən 

faktları əks etdirən ərizə

b)  bu  maddənin  1  (a)  bəndində  nəzərdə  tutulan  sorğuya  uyğun  olaraq  sorğu  edən  İştirakçı 

dövlətin  çıxardığı  və  xahişin,  faktların  və  qərarın  icrasının  həcminə  dair  məlumatı  əks  etdirən 

ərizənin əsaslandığı, müsadirə haqqında qərarın hüquqi cəhətdən icrası mümkün olan surəti




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə