Bmt-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə23/23
tarix31.08.2018
ölçüsü0,76 Mb.
#65919
1   ...   15   16   17   18   19   20   21   22   23

c)  bu  Protokolun  6-cı  maddəsində  göstərilən  əməlin  törədilməsində  iştirakı  məlum  olan  və  ya 

şübhə doğuran mütəşəkkil cinayətkar qrupların aşkar edilməsinə aid olan cinayətlər və sərhəddən 

qeyri-qanuni  keçirilən  miqrantların  daşınması  üçün  istifadə  edilən  üsullar  Protokolun  6-cı 

maddəsində  göstərilən  əməlin  törədilməsi  məqsədi  ilə  ölkədən  getmək  və  ölkəyə  gəlmək  üçün 

sənədlərin və ya şəxsiyyət vəsiqələrinin qanunsuz istifadəsi və miqrantların sərhəddən qanunsuz 

keçirilməsində istifadə olunan məxfi üsullar haqqında əməliyyat məlumatının toplanması; 

d)   ölkədən  getmək  və  ölkəyə  gəlmək  üçün  müəyyən  edilmiş  və  ya  müəyyən  edilməmiş 

məntəqələrdə qeyri-qanuni  gətirilən şəxslərin  aşkar edilməsi prosedurlarının təkmilləşdirilməsi; 

və 

e)  miqrantlarla insani rəftar və onların bu Protokolda müəyyən edilmiş hüquqlarının müdafiəsi. 



3.  Müvafiq  mütəxəssislərə  və  təcrübəyə  malik  olan  İştirakçı  dövlətlər  bu  Protokolun  6-cı 

maddəsində göstərilən əməllərin obyekti olmuş şəxslər üçün dəfələrlə tranzit və ya mənşə ölkə 

olan dövlətlərə texniki yardımın göstərilməsi mümkünlüyünü müzakirə edirlər. İştirakçı dövlətlər 

6-cı  maddədə  göstərilən  əməllərlə  mübarizə  etmək  məqsədi  ilə  nəqliyyat  vasitələri,  kompüter 

sistemləri  və  sənədlərin  oxunması  üçün  istifadə  edilən  avadanlıqlar  kimi  lazımi  resursların 

təqdim edilməsi üçün bütün səylərini göstərirlər. 

 

 

Maddə 15  



Digər ehtiyat tədbirləri 

 

 



1. Hər bir İştirakçı dövlət bu Protokolun 6-cı maddəsində göstərilən əməllərin, tamah məqsədi ilə 

mütəşəkkil  cinayətkar  qruplar  tərəfindən  tez-tez  həyata  keçirilən  və  müvafiq  miqrantlar  üçün 

təhlükə  yaradan  cinayətkar  fəaliyyət  kimi  olmasının  cəmiyyət  tərəfindən  dərk  edilməsi  üçün 

informasiya proqramlarının yaradılması və ya təkmilləşdirilməsi üzrə tədbirlər görür. 

2.   Konvensiyanın  31-ci  maddəsinə  uyğun  olaraq  İştirakçı  dövlətlər  potensial  miqrantların 

mütəşəkkil  cinayətkar  qrupların  qurbanına  çevrilməsinin  qarşısını  almaq  məqsədi  ilə  ictimai 

məlumat sahəsində əməkdaşlıq edirlər. 

3.   Hər  bir  İştirakçı  dövlət  proqramların  işlənib  hazırlanmasına  və  inkişaf  sahəsində  milli, 

regional  və  beynəlxalq  səviyyədə  əməkdaşlığa  yardım  edir  və  ya  lazım  gəldikdə  miqrantların 

sosial-iqtisadi reallıqlarını nəzərə alaraq və miqrantların sərhəddən qanunsuz keçirilməsinə səbəb 

olan əlverişsiz və pis sosial-iqtisadi vəziyyətdə olan rayonlara xüsusi diqqət yetirərək, yoxsulluq 

və  inkişafın  aşağı  səviyyədə  olması  kimi  köklü  sosial-iqtisadi  səbəblərlə  mübarizə  aparmaq 

məqsədi ilə bu cür proqramları və əməkdaşlığı təkmilləşdirir. 

 

 




Maddə 16  

Müdafiə və yardım tədbirləri 

 

 



1. Bu Protokolu həyata keçirən zaman hər bir İştirakçı dövlət beynəlxalq hüquq üzrə öz üzərinə 

götürdüyü  öhdəliklərə  uyğun  olaraq  bütün  lazımi  tədbirlər  görür,  o  cümlədən  əgər  lazımdırsa, 

Protokolun  6-cı  maddəsində  göstərilən  əməllərin  obyekti  olmuş  şəxslərin  beynəlxalq  hüququn 

tətbiq  edilən  norma  larında  nəzərdə  tutulan  hüquqları,  xüsusilə  də  yaşamaq  hüququ  və 

işgəncələrə və ya digər qeyri-insani və ləyaqəti alçaldan rəftara və ya cəzalara məruz qalmamaq 

hüquqları  kimi  hüquqlarının  müdafiəsi və onlara riayət  edilməsi üçün qanunvericilik  sahəsində 

bütün lazımi tədbirlər görür. 

2.  Hər  bir  İştirakçı  dövlət,  ayrı-ayrı  şəxslər  və  ya  qruplar  tərəfindən  bu  Protokolun  6-cı 

maddəsində  göstərilən  əməllərin  obyekti  olmasına  görə  işgəncələrə  məruz  qala  biləcək 

miqrantlarla müvafiq müdafiənin təmin edilməsi üzrə lazımi tədbirlər görür. 

3.  Hər bir İştirakçı dövlət, həyatı və ya təhlükəsizliyi bu Protokolun 6-cı maddəsində göstərilən 

əməllərin obyekti olmasına görə təhlükə altına düşən miqrantlara lazımi yardım göstərir. 

4. Bu maddənin müddəalarım tətbiq edən zaman İştirakçı dövlətlər qadınların və uşaqların xüsusi 

tələbatlarını nəzərə alır. 

5.   Bu  Protokolun  6-cı  maddəsində  göstərilən  əməllərin  obyekti  olmuş  hər  hansı  bir  şəxs 

tutulduqda, hər bir  İştirakçı  dövlət Konsulluq əlaqələri  haqqında Vyana  Konvensiyası  əsasında 

öz  üzərinə  götürdüyü  öhdəlikləri,  o  cümlədən,  müvafiq  hallarda,  konsulluqların  vəzifəli 

şəxslərinə  göndərilən  bildirişlərə  və  bu  cür  vəzifəli  şəxslərlə  əlaqəyə  aid  olan  müddəalar 

haqqında həmin şəxsi təxirə salmadan məlumatlandırmaq öhdəliyini yerinə yetirir. 

 

 



Maddə 17  

Sazişlər və razılaşmalar 

 

 



İştirakçı  dövlətlər  aşağıdakılara  aid  olan  ikitərəfli  və  ya  regional  sazişlərin  və  ya  operativ 

razılaşmaların və ya qarşılıqlı anlaşmaların bağlanması mümkünlüyünü müzakirə edirlər: 

a)   bu  Protokolun  6-cı  maddəsində  göstərilən  əməllərin  qarşısını  almaq  və  onunla  mübarizə 

aparmaq üçün daha zəruri və səmərəli tədbirlərin görülməsinə; və ya 

b)  bu Protokolun müddəalarının öz aralarındakı əlaqələrə tətbiqinin inkişaf etdirilməsinə. 



 

 

Maddə 18  



Sərhəddən qanunsuz keçirilmiş miqrantların qaytarılması 

 

 



1. Hər bir İştirakçı dövlət bu Protokolun 6-cı maddəsində göstərilən əməllərin obyekti və həmin 

dövlətin  vətəndaşı  olan  və  ya  qaytarılma  zamanı  həmin  dövlətin  ərazisində  daimi  yaşamağa 

hüququ olan şəxsin geri qaytarılmasına və onun səbəbsiz və əsassız ləngitmələrə yol vermədən 

qəbul olunmasına kömək etməyə razılaşır. 

2.  Hər  bir  İştirakçı  dövlət  öz  daxili  qanunvericiliyinə  uyğun  olaraq  bu  Protokolun  6-cı 

maddəsində göstərilən əməllərin obyekti olmuş və ya qəbul edən dövlətə daxil olan zaman həmin 

dövlətin  ərazisində  daimi  yaşamağa  hüququ  olan  şəxsin  geri  qaytarılmasına  və  onun  qəbul 

olunmasına kömək edilməsi mümkünlüyünü müzakirə edir. 

3.   Qəbul  edən  İştirakçı  dövlətin  xahişinə əsasən sorğu alan  İştirakçı  dövlət səbəbsiz və əsassız 

ləngitmələrə  yol  vermədən, bu Protokolun 6-cı  maddəsində  göstərilən əməllərin  obyekti olmuş 

şəxsin  onun  vətəndaşı  olmasını  və  ya  onun  ərazisində  daimi  yaşamağa  hüququnun  olub-

olmamasını yoxlayır. 

4. Bu Protokolun 6-cı maddəsində göstərilən əməllərin obyekti olmuş və lazımi sənədi olmayan 

şəxsin  geri  qaytarılmasına  kömək  etmək  məqsədi  ilə,  həmin  şəxsin  vətəndaşı  olduğu  və  ya 

ərazisində daimi  yaşamağa hüququ olan  İştirakçı dövlət, qəbul  edən  İştirakçı  dövlətin  xahişinə 

əsasən  ölkədən  getmək  və  ölkəyə  gəlmək  üçün  bu  cür  sənədlərin  və  ya  həmin  şəxsin  onun 

ərazisinə qaytarılması üçün tələb oluna biləcək digər icazə sənədləri verilməsinə razılıq verir. 

5.   Bu  Protokolun  6-cı  maddəsində  göstərilən  əməllərin  obyekti  olmuş  hər  hansı  şəxsin 

qaytarılması ilə bağlı olan hər bir İştirakçı dövlət bu cür qaytarılmanın nizamlanmış şəkildə və 

həmin  şəxsin  təhlükəsizliyinə  təminat  və  ləyaqətinə  hörmət  məsələlərini  lazımınca  nəzərə 

almaqla həyata keçirilməsi üçün bütün zəruri tədbirləri görür. 

6.  İştirakçı  dövlətlər  bu  maddənin  həyata  keçirilməsi  məsələləri  üzrə  müvafiq  beynəlxalq 

təşkilatlarla əməkdaşlıq edə bilərlər. 

7.  Bu  maddə  qəbul  edən  İştirakçı  dövlətin  daxili  qanunvericiliyinin  hər  hansı  bir  müddəasına 

əsasən Protokolun 6-cı maddəsində göstərilən əməlin obyekti olmuş şəxslərə verilən hər hansı bir 

hüquqa xələl gətirmir. 

8.   Bu  maddə  Protokolun  6-cı  maddəsində  göstərilən  əməllərin  obyekti  olmuş  şəxslərin 

qaytarılması  məsələsini  tam  və  ya  qismən  tənzimləyən,  istər  iki-tərəfli,  istərsə  də  çoxtərəfli 

müqavilədən  və  ya  tətbiq  edilən  hər  hansı  bir  digər  operativ  sazişdən  və  ya  razılaşmadan  irəli 

gələn öhdəliklərə toxunmur. 

IV. YEKUN MÜDDƏALARI 



Maddə 19 

Xüsusi müddəa 

 

 



1.  Bu Protokolda heç nə beynəlxalq hüquqa əsasən, o cümlədən beynəlxalq humanitar hüquq və 

insan  hüquqları  sahəsində  beynəlxalq  hüquqa  əsasən  və  xüsusilə  də  bunlar  tətbiq  olunduğu 

zaman  qaçqınların  statusuna  aid  olan  1951-ci  il  Konvensiyasına  və  1967-ci  il  Protokoluna  və 

onlarda  təsbit  edilmiş  qovulmamaq  prinsipinə  əsasən  dövlətlərin  və  ayrı-ayrı  şəxslərin 

hüquqlarına, öhdəliklərinə və məsuliyyətinə toxunmur. 

2.   Bu  Protokolda  nəzərdə  tutulan  tədbirlərin  şəxslər  barəsində  şərhi  və  tətbiqi  onların  həmin 

Protokolun 6-cı maddəsində göstərilən əməllərin qurbanı olmasına görə ayrı-seçkilik salmamaqla 

həyata  keçirilir.  Bu  tədbirlərin  şərhi  və  tətbiq  edilməsi  beynəlxalq  tanınmış  ayrı-seçkilik 

salmamaq prinsipinə uyğun olaraq həyata keçirilir. 

 

 



Maddə 20  

Mübahisələrin həlli 

 

 



1.   İştirakçı  dövlətlər  bu  Protokolun  tətbiqi  və  şərhi  ilə  bağlı  yaranan  mübahisələri  danışıqlar 

vasitəsi ilə həll etməyə çalışır. 

2. Bu Protokolun tətbiqinə və şərhinə dair İştirakçı dövlətlər arasında yaranan hər bir mübahisə 

ağlabatan müddət ərzində danışıqlar vasitəsi ilə həll oluna bilmədikdə, həmin mübahisə İştirakçı 

dövlətlərdən birinin xahişi ilə arbitraj baxışına təqdim edilir. Arbitraj haqqında müraciət edildiyi 

gündən etibarən altı ay ərzində həmin İştirakçı dövlətlər arbitrajın təşkil edilməsi barədə razılığa 

gələ bilmədikdə, İştirakçı dövlətdən biri Beynəlxalq Məhkəmənin Nizamnaməsinə uyğun olaraq 

müraciət etməklə, mübahisəni həmin məhkəməyə göndərə bilər. 

3.  Hər bir İştirakçı dövlət bu Protokolu imzalayarkən, ratifikasiya, qəbul və ya təsdiq edərkən və 

ya ona qoşularkən bəyan edə bilər ki, o, özünü bu maddənin 2-ci bəndinin müddəalarına  bağlı 

hesab  etmir.  Digər  İştirakçı  dövlətlər  bu  cür  qeyd-şərt  etmiş  istənilən  İştirakçı  dövlətə 

münasibətdə bu maddənin 2-ci bəndinin müddəalarına bağlı deyildir, 

4.  Bu maddənin 3-cü bəndinə uyğun olaraq bu cür qeyd-şərt etmiş hər hansı bir İştirakçı dövlət 

Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildiriş göndərməklə istənilən zaman həmin qeyd-

şərti geri götürə bilər. 

 

 




Maddə 21  

İmzalama, ratifikasiya, qəbuletmə, təsdiqetmə və qoşulma 

 

 



1.   Bu  Protokol  2000-ci  il  dekabr  ayının  12-dən  15-nə  qədər  İtaliyanın  Palermo  şəhərində, 

sonradan  isə  2002-ci  i!  dekabrın  12-nə  qədər  Birləşmiş  Millətlər  Təşkilatının  Nyu-Yorkdakı 

Mərkəzi təşkilatlarında bütün dövlətlər tərəfindən imzalanmaq üçün açıqdır. 

2. Bu Protokol həmçinin regional iqtisadi inteqrasiya təşkilatları tərəfindən də imzalanmaq üçün 

açıqdır, bu şərtlə ki, bu cür təşkilatın üzvü olan ən azı bir dövlət bu maddənin 1-ci bəndinə uyğun 

olaraq həmin Protokolu imzalamış olsun. 

3.  Bu Protokol ratifikasiya olunmalı, qəbul və  ya təsdiq edilməlidir. Ratifikasiya fərmanları və 

ya qəbuletmə və  ya təsdiqetmə haqqında sənədlər Birləşmiş Millətlər Təşkilatının Baş katibinə 

saxlanca verilir. Regional iqtisadi inteqrasiya təşkilatları da, əgər onun üzvü olan dövlətlərdən ən 

azı  biri  bu  cür  qaydada  hərəkət  etmişdirsə,  öz  ratifikasiya  fərmanlarını  və  ya  qəbuletmə  və  ya 

təsdiqetmə  haqqında  sənədlərini  saxlanca  verə  bilər.  Bu  cür  təşkilat  həmin  ratifikasiya 

fərmanlarında  və  ya  qəbuletmə  və  ya  təsdiqetmə  haqqında  sənədlərində  bu  Protokol  ilə 

tənzimlənən məsələlərə  dair öz səlahiyyət  çərçivəsi haqqında bildirir.  Bu cür təşkilat  həmçinin 

özünün səlahiyyət  çərçivəsində olan hər bir müvafiq dəyişiklik haqqında depozitariyə məlumat 

verir. 

4.  Bu Protokol istənilən dövlətin və ya istənilən regional iqtisadi inteqrasiya təşkilatının həmin 



Protokola qoşulması üçün açıqdır, bu şərtlə ki,  həmin təşkilatın üzvü olan ən azı  bir dövlət bu 

Protokolun  İştirakçısı  olsun.  Qoşulmaq  haqqında  sənədlər  Birləşmiş  Millətlər  Təşkilatının  Baş 

katibinə  saxlanca  verilir.  Regional  iqtisadi  inteqrasiya  təşkilatı  Protokola  qoşularkən  onunla 

tənzimlənən 

məsələlərə  dair  öz  səlahiyyət  çərçivəsi  haqqında  bildirir.  Bu  cür  təşkilat  həmçinin  özünün 

səlahiyyət sahəsində olan hər bir müvafiq dəyişiklik haqqında depozitariyə məlumat verir. 

 

 

Maddə 22  



Qüvvəyəminmə 

 

 



1.   Bu  Protokol  qırxıncı  ratifikasiya  fərmanının  və  ya  qəbuletmə,  təsdiqetmə  və  ya  qoşulma 

haqqında sənədin saxlanca təqdim edildiyi tarixdən sonra gələn doxsanıncı gün qüvvəyə minir, 

lakin  o,  Konvensiya  qüvvəyə  minənə  qədər  qüvvəyə  minmir.  Bu  bəndin  məqsədləri  üçün 

regional iqtisadi inteqrasiya təşkilatı tərəfindən saxlanca verilən hər hansı bir bu cür fərman və 




ya  sənəd  bu  cür  təşkilatın  üzvü  olan  dövlətlər  tərəfindən  təqdim  edilən  fərmanlara  və  ya 

sənədlərə əlavə kimi hesab edilmir. 

2.  Bu Protokolu ratifikasiya, qəbul və ya təsdiq edən və ya qırxıncı ratifikasiya fərmanının və ya 

bu cür qüvvəyə malik olan sənədin saxlanca verilməsindən sonra ona qoşulan hər bir dövlət və 

ya regional iqtisadi inteqrasiya təşkilatı üçün bu Protokol bu cür dövlət və ya təşkilat tərəfindən 

müvafiq  fərmanın  və  ya  sənədin  saxlanca  verilməsindən  sonra  gələn  otuzuncu  gün  və  ya  bu 

maddənin 1-ci bəndinə uyğun olaraq Protokolun qüvvəyə mindiyi tarixdə qüvvəyə minir. 

 

 



Maddə 23  

Düzəlişlər 

 

 



1.   Bu  Protokolun  qüvvəyə  minməsindən  beş  il  sonra,  Protokolun  İştirakçı  dövləti  ona  düzəliş 

təklif edə bilər və həmin düzəlişi Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərə bilər, o da 

öz növbəsində müzakirə etmək və ona dair qərar qəbul etmək məqsədi ilə təklif edilən düzəlişi 

İştirakçı  dövlətlərə  və  Konvensiya  İştirakçılarının  Konfransına  ötürür.  İştirakçıların 

Konfransında iştirak edən bu Protokolun İştirakçı dövlətləri hər bir düzəlişə dair konsensusa nail 

olmaq üçün öz səylərini göstərir. Əgər konsensusa nail olunmasına bütün cəhdlər sərf edilibsə və 

heç  bir  razılaşma  əldə  edilməyibsə,  onda  düzəlişin  qəbul  edilməsi  üçün  son  vasitə  kimi 

İştirakçıların  Konfransının  iclasında  və  səsvermədə  iştirak  edən  bu  Protokolun  İştirakçı 

dövlətlərinin 2/3 səs çoxluğu tələb olunur. 

2.  Öz  səlahiyyətinə  daxil  olan  məsələlərlə  bağlı  regional  iqtisadi  inteqrasiya  təşkilatları  öz  səs 

hüququnu, bu Protokolun İştirakçısı olan öz üzv dövlətlərinin sayına bərabər səsə malik olmaqla 

bu maddəyə uyğun olaraq həyata keçirirlər. Bu cür təşkilatlar, əgər onların üzvü olan dövlətlər öz 

səs hüququnu həyata keçirirsə, öz səs hüququnu həyata keçirmirlər və yaxud əksinə. 

3.   Bu  maddənin  1-ci  bəndinə  uyğun  olaraq  qəbul  edilmiş  düzəliş  İştirakçı  dövlətlər  tərəfindən 

ratifikasiya, qəbul və ya təsdiq edilməlidir. 

4.  Bu maddənin 1-ci bəndinə uyğun olaraq qəbul edilmiş düzəliş İştirakçı dövlətə münasibətdə 

bu  cür  düzəlişin  qəbul  və  ya  təsdiq  edilməsi  haqqında  sənədin  və  ya  ratifikasiya  fərmanının 

Birləşmiş  Millətlər  Təşkilatının  Baş  katibinə  saxlanca  verildiyi  tarixdən  doxsan  gün  sonra 

qüvvəyə minir. 

5.   Düzəliş  qüvvəyə mindiyi  zaman həmin düzəlişə bağlı olması  haqqında öz razılıqlarını  ifadə 

edən İştirakçı dövlətlər üçün məcburi olur. Digər İştirakçı 

dövlətlərin  bu  Protokolun  müddəalarına  və  onun  əvvəl  ratifikasiya,  qəbul  və  ya  təsdiq  etdiyi 

istənilən düzəlişlərə bağlılığı davam edir. 



 

 

Maddə 24  



Ləğv etmə 

 

 

1.  İştirakçı dövlət Birləşmiş Millətlər Təşkilatının Baş katibinə yazılı bildiriş göndərməklə bu Protokolu 

ləğv edə bilər. Bu cür ləğv etmə Baş katibin bildirişi aldığı tarixdən etibarən bir il müddət bitəndən sonra 

qüvvəyə minir.

 

2.   Regional  iqtisadi  inteqrasiya  təşkilatı,  onun  üzvü  olan  bütün  dövlətlər  bu  Protokolu  ləğv 



etdikdən sonra, həmin Protokolda iştirakını başa çatdırır. 

 

 



Maddə 25  

Depozitari və dillər 

 

 



1.  Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Protokolun depozitarisi təyin edilir. 

2.   Bu  Protokolun  ingilis,  ərəb,  Çin,  rus  və  fransız  dillərində  olan  mətnləri  autentikdir,  mətnin 

əsli Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca verilir. 

BUNUN  TƏSDİQİ  OLARAQ,  öz  hökumətləri  tərəfindən  lazımi  qaydada  buna  vəkil  edilmiş 

aşağıda imza edən səlahiyyətli nümayəndələr bu Protokolu imzaladılar. 

  

BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" 

Konvensiyasına dair Azərbaycan Respublikasının 

BİLDİRİŞ VƏ BƏYANATLARI 

  

1.  Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş 

ərazilərində  Konvensiyanın  müddəalarının  yerinə  yetirilməsinə  işğal  olunmuş  ərazilər  azad 

olunana  qədər  təminat  vermək  iqtidarında  deyildir  (İşğal  olunmuş  ərazilərin  sxematik  xəritəsi 

əlavə olunur).

*

 




2.  Azərbaycan Respublikası Konvensiyanın 16-cı maddəsinin 5-ci bəndinə uyğun olaraq bəyan 

edir  ki,  o,  bu  Konvensiyadan  digər  İştirakçı  dövlətlər  ilə  ekstradisiya  üzrə  əməkdaşlıq  üçün 

hüquqi əsas kimi istifadə edəcəkdir. 

3.  Azərbaycan  Respublikası  Konvensiyanın  18-ci  maddəsinin  13-cü  bəndinə  uyğun  olaraq 

bildirir ki, qarşılıqlı hüquqi yardımın göstərilməsi haqqında sorğunun alınmasına və ya onun icra 

edilməsinə  yaxud  da  həmin  sorğunun  səlahiyyətli  orqanlar  tərəfindən  icra  edilmək  üçün 

göndərilməsinə  görə  məsuliyyət  daşıyan  və  müvafiq  səlahiyyətə  malik  olan  mərkəzi  dövlət 

orqanı kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini təyin edir. 

4.   Azərbaycan  Respublikası  Konvensiyanın  18-ci  maddəsinin  14-cü  bəndi  ilə  əlaqədar  bildirir 

ki, sorğular və ona əlavə edilən sənədlər Azərbaycan dilinə tərcümə edilməklə BMT-nin rəsmi 

dilləri olan rus və ya ingilis dillərində təqdim olunmalıdır. 

5.  Azərbaycan  Respublikası  Konvensiyanın  31-ci  maddəsinin  6-cı  bəndi  ilə  əlaqədar  olaraq 

bildirir ki, aşağıda göstərilən dövlət orqanı digər İştirakçı dövlətlərə mütəşəkkil cinayətkarlığın 

qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanmasında yardım edə bilər: 

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 

Ünvan: H. Hacıyev küçəsi, 7, 

370005 Bakı şəhəri, Azərbaycan Respublikası 

6.  Azərbaycan Respublikası Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq bəyan 

edir ki, o, özünü Konvensiyanın 35-ci maddəsinin 2-ci bəndinin müddəaları ilə bağlı hesab etmir. 

  

BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" 

Konvensiyasını tamamlayan "İnsan alverinin, xüsusən qadın və 

uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və 

cəzalandırılması haqqında" Protokola dair 

AZƏRBAYCAN RESPUBLİKASININ BƏYANATLARI  

  

1.  Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş 

ərazilərində Protokolun müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana 

qədər  təminat  vermək  iqtidarında  deyildir  (İşğal  olunmuş  ərazilərin  sxematik  xəritəsi  əlavə 

olunur). 



2.  Azərbaycan Respublikası Protokolun 15-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq bəyan edir 

ki, o, özünü Protokolun 15-ci maddəsinin 2-ci bəndinin müddəaları ilə bağlı hesab etmir. 



  

BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" 

Konvensiyasını tamamlayan "Miqrantların quru, dəniz və hava ilə 

sərhəddən qanunsuz keçirilməsinə qarşı" Protokola dair 

AZƏRBAYCAN RESPUBLİKASININ BİLDİRİŞ VƏ BƏYANATLARI  

  

1.  Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş 

ərazilərində Protokolun müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana 

qədər  təminat  vermək  iqtidarında  deyildir  (İşğal  olunmuş  ərazilərin  sxematik  xəritəsi  əlavə 

olunur). 

2.  Azərbaycan Respublikası Konvensiyanın 8-ci  maddəsinin 6-cı bəndinə uyğun olaraq bildirir 

ki,  yardım  göstərilməsi  haqqında  sorğular,  gəminin  qeydiyyatının  və  ya  onun  bayrağı  altında 

üzmək  hüququnun  təsdiq  edilməsi,  habelə  lazımi  tədbirlərin  görülməsi  üçün  icazə  almaq 

haqqında  sorğuları  alan  dövlət  orqanı  kimi  Azərbaycan  Respublikasının  Nəqliyyat  Nazirliyini 

təyin edir. 

3. Azərbaycan Respublikası Protokolun 20-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq bəyan edir 

ki, o, özünü Protokolun 20-ci maddəsinin 2-ci bəndinin müddəaları ilə bağlı hesab etmir. 

 

 

*



 Bax: "Azərbaycan Respublikasının qanunvericilik toplusu", 2003-cü il, № 4, səh. 712.

 

 



 

 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə