Bmt-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan


Sənədlərin qanuniliyi və həqiqiliyi



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə18/23
tarix31.08.2018
ölçüsü0,76 Mb.
#65919
1   ...   15   16   17   18   19   20   21   22   23

Maddə 13  

Sənədlərin qanuniliyi və həqiqiliyi 

  

İştirakçı  dövlət  öz  daxili  qanunvericiliyinə  uyğun  olaraq  digər  İştirakçı  dövlətin  xahişi  ilə 

ağlabatan müddət ərzində ölkədən getmək və ölkəyə gəlmək üçün onun adından verilmiş və ya 

guya onun adından verilmiş, barəsində insan alverində istifadəsinə şübhə doğuran sənədlərin və 

ya şəxsiyyət vəsiqələrinin qanuniliyini və həqiqiliyini yoxlayır. 

IV. YEKUN MÜDDƏALARI 

Maddə 14  

Xüsusi müddəa 

 

 



1.  Bu Protokolda heç nə beynəlxalq hüquqa əsasən, o cümlədən beynəlxalq humanitar hüquq və 

insan  hüquqları  sahəsində  beynəlxalq  hüquqa  əsasən  və  xüsusilə  də  bunlar  tətbiq  olunduğu 

zaman  qaçqınların  statusuna  aid  olan  1951-ci  il  Konvensiyasına  və  1967-ci  il  Protokoluna  və 

onlarda  təsbit  edilmiş  qovulmamaq  prinsipinə  əsasən  dövlətlərin  və  ayrı-ayrı  şəxslərin 

hüquqlarına, öhdəliklərinə və məsuliyyətinə toxunmur. 

2.  Bu Protokolda nəzərdə tutulan tədbirlərin insan alverinin qurbanı olan şəxslər barəsində şərhi 

və  tətbiqi,  onların  insan  alverinin  qurbanı  olmasına  görə  ayrı-seçkilik  salmamaqla  həyata 

keçirilir.  Bu  tədbirlərin  şərhi  və  tətbiq  edilməsi  beynəlxalq  tanınmış  ayrı-seçkilik  salmamaq 

prinsipinə uyğun olaraq həyata keçirilir. 

 

 



Maddə 15  

Mübahisələrin həlli 

 

 



1.   İştirakçı  dövlətlər  bu  Protokolun  tətbiqi  və  şərhi  ilə  bağlı  yaranan  mübahisələri  danışıqlar 

vasitəsi ilə həll etməyə çalışır. 

2.  Bu Protokolun tətbiqinə və şərhinə dair İştirakçı dövlətlər arasında yaranan hər bir mübahisə 

ağlabatan müddət ərzində danışıqlar vasitəsi ilə həll oluna bilmədikdə, həmin mübahisə İştirakçı 

dövlətlərdən  birinin  xahişi  ilə  arbitraj  araşdırma  sına  təqdim  edilir.  Arbitraj  haqqında  müraciət 

edildiyi gündən etibarən altı ay ərzində həmin İştirakçı dövlətlər arbitrajın təşkil edilməsi barədə 




razılığa  gələ  bilmədikdə,  İştirakçı  dövlətlərdən  biri  Beynəlxalq  Məhkəmənin  Nizamnaməsinə 

uyğun olaraq müraciət etməklə mübahisəni həmin məhkəməyə göndərə bilər. 

3.  Hər bir İştirakçı dövlət bu Protokolu imzalayarkən, ratifikasiya, qəbul və ya təsdiq edərkən və 

ya  ona  qoşularkən  bəyan  edə  bilər  ki,  o  özünü  bu  maddənin  2-ci  bəndinin  müddəalarına  bağlı 

hesab  etmir.  Digər  İştirakçı  dövlətlər  bu  cür  qeyd-şərt  etmiş  istənilən  İştirakçı  dövlətə 

münasibətdə bu maddənin 2-ci bəndinin müddəalarına bağlı deyildir. 

4.  Bu maddənin 3-cü bəndinə uyğun olaraq bu cür qeyd-şərt etmiş hər hansı bir İştirakçı dövlət 

Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildiriş göndərməklə istənilən zaman həmin qeyd-

şərti çıxara bilər. 

 

 



Maddə 16  

İmzalama, ratifikasiya, qəbuletmə, təsdiqetmə və qoşulma 

 

 



1.  Bu  Protokol,  2000-ci  il  dekabr  ayının  12-dən  15-nə  qədər  İtaliyanın  Palermo  şəhərində, 

sonradan isə 2002-ci il dekabr ayının 12-nə qədər Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı 

Mərkəzi təşkilatlarında bütün dövlətlər tərəfindən imzalanmaq üçün açıqdır. 

2.  Bu Protokol həmçinin regional iqtisadi inteqrasiya təşkilatları tərəfindən də imzalanmaq üçün 

açıqdır,  bu  şərtlə  ki,  bu  cür  təşkilatın  ən  azı  bir  üzv  dövləti  bu  maddənin  1-ci  bəndinə  uyğun 

olaraq həmin Protokolu imzalamış olsun. 

3.  Bu Protokol ratifikasiya olunmalı, qəbul və  ya təsdiq edilməlidir. Ratifikasiya fərmanları və 

ya qəbuletmə və  ya təsdiqetmə haqqında sənədlər Birləşmiş Millətlər Təşkilatının Baş katibinə 

saxlanca verilir. Regional iqtisadi inteqrasiya təşkilatları da, əgər ən azı onun üzv dövlətlərindən 

biri  bu  cür  qaydada  hərəkət  etmişdirsə,  öz  ratifikasiya  fərmanlarını  və  ya  qəbuletmə  və  ya 

təsdiqetmə  haqqında  sənədlərini  saxlanca  verə  bilər.  Bu  cür  təşkilat  həmin  ratifikasiya 

fərmanlarında  və  ya  qəbuletmə  və  ya  təsdiqetmə  haqqında  sənədlərində  bu  Protokol  ilə 

tənzimlənən məsələlərə  dair öz səlahiyyət  çərçivəsi haqqında bildirir.  Bu cür təşkilat  həmçinin 

özünün səlahiyyət  çərçivəsində olan hər bir müvafiq dəyişiklik haqqında depozitariyə məlumat 

verir. 

4. Bu Protokol istənilən dövlətin və ya istənilən regional iqtisadi inteqrasiya təşkilatının həmin 



Protokola  qoşulması  üçün  açıqdır,  bir  şərtlə  ki,  həmin  təşkilatın  ən  azı  bir  üzv  dövləti  bu 

Protokolun  İştirakçısı  olsun.  Qoşulma  haqqında  sənədlər  Birləşmiş  Millətlər  Təşkilatının  Baş 

katibinə saxlanca verilir. Regional iqtisadi inteqrasiya təşkilatı bu Protokola qoşularkən onunla 

tənzimlənən məsələlərə  dair öz səlahiyyət  çərçivəsi haqqında bildirir.  Bu cür təşkilat  həmçinin 

özünün  səlahiyyət  sahəsində  olan  hər  bir  müvafiq  dəyişiklik  haqqında  depozitariyə  məlumat 

verir. 



 

 

Maddə 17  



Qüvvəyəminmə 

 

 



1.   Bu  Protokol  qırxıncı  ratifikasiya  fərmanının  və  ya  qəbuletmə,  təsdiqetmə  və  ya  qoşulma 

haqqında sənədin saxlanca təqdim edildiyi tarixdən sonra gələn doxsanıncı gün qüvvəyə minir, 

lakin  o,  Konvensiya  qüvvəyə  minənə  qədər  qüvvəyə  minmir.  Bu  bəndin  məqsədləri  üçün 

regional iqtisadi  inteqrasiya  təşkilatı tərəfindən saxlanca verilən hər hansı  bir bu cür fərman və 

ya  sənəd  bu  cür  təşkilatın  üzvü  olan  dövlətlər  tərəfindən  təqdim  edilən  fərmanlara  və  ya 

sənədlərə əlavə kimi hesab edilmir. 

2. Bu Protokolu ratifikasiya, qəbul və ya təsdiq edən və ya qırxıncı ratifikasiya fərmanının və ya 

bu cür qüvvəyə malik olan sənədin saxlanca verilməsindən sonra ona qoşulan hər bir dövlət və 

ya regional iqtisadi inteqrasiya təşkilatı üçün bu Protokol bu cür dövlət və ya təşkilat tərəfindən 

müvafiq  fərmanın  və  ya  sənədin  saxlanca  verilməsindən  sonra  gələn  otuzuncu  gün  və  ya  bu 

maddənin 1-ci bəndinə uyğun olaraq Protokolun qüvvəyə mindiyi tarixdə qüvvəyə minir. 

 

 



Maddə 18  

Düzəlişlər 

 

 



1. Bu Protokolun qüvvəyə minməsindən beş il sonra, bu Protokolun İştirakçı dövləti ona düzəliş 

təklif edə bilər və həmin düzəlişi Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərə bilər, o da 

öz növbəsində müzakirə etmək və ona 

dair  qərar  qəbul  etmək  məqsədi  ilə  təklif  edilən  düzəlişi  İştirakçı  dövlətlərə  və  Konvensiya 

İştirakçılarının  Konfransına  ötürür.  İştirakçıların  Konfransında  iştirak  edən  bu  Protokolun 

İştirakçı dövlətləri hər bir düzəlişə dair konsensusa nail olmaq üçün öz səylərini göstərir. Əgər 

konsensusa  nail  olunmasına  bütün  cəhdlər  sərf  edilibsə  və  heç  bir  razılaşma  əldə  edilməyibsə, 

onda  düzəlişin  qəbul  edilməsi  üçün  son  vasitə  kimi  İştirakçıların  Konfransının  iclasında  və 

səsvermədə iştirak edən bu Protokolun İştirakçı dövlətlərinin 2/3 səs çoxluğu tələb olunur. 

2.   öz  səlahiyyətinə  daxil  olan  məsələlərlə  bağlı  regional  iqtisadi  inteqrasiya  təşkilatları  öz  səs 

hüququnu bu Protokolun İştirakçısı olan öz üzv dövlətlərinin sayına bərabər səsə malik olmaqla 

bu maddəyə uyğun olaraq həyata keçirirlər, Bu cür təşkilatlar, əgər onların üzvü olan dövlətlər öz 

səs hüququnu həyata keçirirlərsə, öz səs hüququnu həyata keçirmirlər və yaxud əksinə. 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə