Bmt-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix31.08.2018
ölçüsü0,76 Mb.
#65919
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

b)   əgər  (a)  yarımbəndində  göstərilən  təsir  vasitələrindən  hər  hansı  biri  istifadə  edilibdirsə,  bu 

maddənin (a) yarımbəndində adı çəkilən insan alveri qurbanının planlaşdırılmış istismara razılığı 

nəzərə alınmır; 

c) uşağın istismar edilməsi məqsədi ilə cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və 

ya  alınması,  hətta  bu  maddənin  (a)  yarımbəndində  göstərilən  hər  hansı  bir  təsir  vasitələrinin 

istifadəsi ilə bağlı olmadığı təqdirdə belə "insan alveri" hesab edilir; 

d)  "uşaq" dedikdə, 18 yaşma çatmamış istənilən şəxs başa düşülür. 

 

 



Maddə 4  

Tətbiq dairəsi 

 

 



Bu  Protokol,  əgər  onda  digər  qayda  nəzərdə  tutulmayıbsa  və  əgər  həmin  cinayətlər  transmilli 

xarakter daşıyırsa və mütəşəkkil cinayətkar qrupun iştirakı ilə törədilibdirsə, həmin Protokolun 

5-ci maddəsinə uyğun olaraq cinayət kimi tanınmış cinayətlərin qarşısının alınmasına, istintaqına 

və  cinayət  təqibinə,  habelə  bu  cür  cinayətlərin  qurbanı  olan  şəxslərin  hüquqlarının  müdafiə 

edilməsinə tətbiq edilir. 

 

 



Maddə 5  

Kriminallaşdırma 

 

 



1.   Hər  bir  İştirakçı  dövlət  bu  Protokolun  3-cü  maddəsində  göstərilən  əməlləri,  onlar  qəsdən 

törədildikdə,  cinayət  qanunu  ilə  cəzalandırılan  əməl  kimi  tanımaq  üçün  zəruri  qanunverici  və 

digər tədbirlər görür. 

2.  Hər bir İştirakçı dövlət eyni zamanda aşağıda göstərilənləri cinayət qanunu ilə cəzalandırılan 

əməl kimi tanımaq üçün zəruri qanunverici və digər tədbirlər görür: 

a) öz hüquq sisteminin əsas prinsiplərinə riayət etmək şərti ilə, bu maddənin 1-ci bəndinə uyğun 

olaraq cinayət kimi tanınmış hər hansı bir cinayətin törədilməsi cəhdi

b)   bu  maddənin  1-ci  bəndinə  uyğun  olaraq  cinayət  kimi  tanınmış  hər  hansı  bir  cinayətin 

törədilməsində cinayət İştirakçısı qismində İştirakçılığı; və 



c)   bu  maddənin  1  -ci  bəndinə  uyğun  olaraq  cinayət  kimi  tanınmış  hər  hansı  bir  cinayətin 

törədilməsi məqsədi ilə digər şəxslərin təşkilatlandırılması və ya onlara rəhbərliyi. 

II. İNSAN ALVERİ QURBANLARININ MÜDAFİƏSİ 

Maddə 6  



İnsan alveri qurbanlarına yardım və onların müdafiəsi 

 

 



1.   Hər  bir  İştirakçı  dövlət  lazım  gəldikdə  və  onun  öz  daxili  qanunvericiliyinin  imkan  verdiyi 

həcmdə, o cümlədən, bundan savayı, bu cür alverə aid olan icraatın məxfiliyini təmin etməklə, 

insan alveri qurbanlarının şəxsi həyatının və şəxsiyyətinin müdafiəsini təmin edir. 

2.   Hər  bir  İştirakçı  dövlət  təmin  edir  ki,  onun  daxili  hüquqi  və  ya  inzibati  sistemi  insan  alveri 

qurbanlarına lazım gəldikdə: 

a) müvafiq məhkəmə və inzibati araşdırma  haqqında məlumatın təqdim edilməsinə

b)  müdafiənin  hüquqlarına  xələl  gətirməyən,  müvafiq  cinayət  icraatı  mərhələlərində  cinayəti 

törətmiş  şəxslər  barəsində  onların  fikir  və  qorxularının  izah  edilməsinə  və  baxılmasına  imkan 

verən yardımın göstərilməsinə 

imkan verən tədbirləri nəzərdə tutsun. 

3.  Hər bir İştirakçı dövlət insan alveri qurbanlarının fiziki, psixoloji və sosial reabilitasiyasının 

təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi mümkünlüyünü, o cümlədən, lazım gəldikdə, 

qeyri-hökumət təşkilatları,  digər müvafiq təşkilatlar və vətəndaş  cəmiyyətinin  digər elementləri 

ilə əməkdaşlıq edərək və xüsusilə də: 

a)  lazımi sığınacağın verilməsini

b)   insan  alveri  qurbanlarına  aydın  olan  dildə  konsultativ  yardımın  və  məlumatın,  xüsusən  də 

onların hüquqlarına dair yardımın və məlumatın təqdim edilməsini

c) tibbi, psixoloji və maddi yardımın göstərilməsini; və 

d)   məşğulluq,  təhsil  və  mütəxəssis  hazırlığı  sahəsində  imkanların  verilməsini  nəzərdə  tutan 

tədbirlərin həyata keçirilməsi mümkünlüyünü müzakirə edir. 

4.   Hər  bir  İştirakçı  dövlət  bu  maddənin  müddəalarını  tətbiq  edən  zaman  insan  alveri 

qurbanlarının yaşını, cinsini və xüsusi tələbatlarını, xüsusilə də uşaqların xüsusi tələbatlarını, o 

cümlədən lazımi sığınacaq, təhsil və qayğıya münasibətdə tələbatlarını nəzərə alır. 

5.  Hər bir  İştirakçı dövlət insan alveri qurbanlarının öz ərazisində olan müddət ərzində onların 

fiziki təhlükəsizliyini təmin etməyə çalışır. 



6.   Hər  bir  İştirakçı  dövlət  təmin  edir  ki,  onun  daxili  hüquqi  sistemi  insan  alveri  qurbanlarına 

dəymiş zərərə görə kompensasiyanın alınmasını mümkün edən tədbirlər nəzərdə tutsun. 

 

 

Maddə 7  



İnsan alveri qurbanlarının qəbul edən dövlətlərdə statusu 

 

 



1.  Bu Protokolun 6-cı  maddəsinə əsasən görülən tədbirlərə əlavə olaraq hər bir İştirakçı dövlət 

insan  alveri  qurbanlarına,  lazım  gəldikdə,  onun  ərazisində  müvəqqəti  və  ya  daimi  əsaslarla 

qalmağa icazə verən qanunverici və digər tədbirlərin görülməsi mümkünlüyünü müzakirə edir. 

2.  Bu maddənin 1-ci bəndində nəzərdə tutulan müddəaları həyata keçirən zaman hər bir İştirakçı 

dövlət lazımi qaydada humanist mülahizələri nəzərə alır və rəhmlilik göstərir. 

 

 



Maddə 8  

İnsan alveri qurbanlarının repatriasiyası (qaytarılması) 

 

 



1. Vətəndaşı insan alverinin qurbanı olan İştirakçı dövlət qəbul edən İştirakçı dövlətin ərazisinə 

daxil  olduğu  zaman  həmin  dövlətdə  daimi  yaşamaq  hüququ  olan  bu  cür  şəxsin  geri 

qaytarılmasına yardım edir və onun təhlükəsizliyinin təmin edilməsi məsələsinə lazımi qaydada 

diqqət yetirərək, əsassız və səbəbsiz ləngitməyə yol vermədən onu qəbul edir. 

2.   İştirakçı  dövlət  insan  alveri  qurbanını  vətəndaşı  olduğu  və  ya  qəbul  edən  İştirakçı  dövlətin 

ərazisinə  daxil  olduğu  zaman  ərazisində  daimi  yaşamaq  hüququ  olduğu  İştirakçı  dövlətə  geri 

qaytaranda,  bu  cür  geri  qaytarma   həmin  şəxsin  təhlükəsizliyinin  təmin  edilməsi  məsələsinə, 

habelə  hər  hansı  bir  icraatın  xarakterinə  (belə  bir  xarakterin  ki,  həmin  şəxs  insan  alverinin 

qurbanı olub və bu cür qaytarılma könüllüdür) lazımi qaydada diqqət yetirərək həyata keçirilir. 

3.   Qəbul  edən  İştirakçı  dövlətin  xahişinə  əsasən  sorğu  alan  İştirakçı  dövlət  əsassız  və  ya 

səbəbsiz  ləngitməyə  yol  vermədən  insan  alverinin  qurbanı  olan  şəxsin  onun  vətəndaşı  olub-

olmamasını  və  ya  həmin  şəxs  qəbul  edən  İştirakçı  dövlətin  ərazisinə  daxil  olan  zaman  onun 

ərazisində daimi yaşamaq hüququnun olub-olmamasını yoxlayır. 

4.   Müvafiq  sənədi  olmayan insan  alveri  qurbanının  geri qaytarılmasına  yardım etmək məqsədi 

ilə, həmin şəxsin vətəndaşı olduğu və ya qəbul edən İştirakçı dövlətin ərazisinə daxil olan zaman 

ərazisində  daimi  yaşamaq  hüququnun  olduğu  İştirakçı  dövlət,  qəbul  edən  İştirakçı  dövlətin 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə