Bmt-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix31.08.2018
ölçüsü0,76 Mb.
#65919
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

3.   Hər  bir  İştirakçı  dövlət  mütəşəkkil  cinayətkarlığa  qarşı  mübarizə  üzrə  öz  siyasətinə  nəzarət 

etmək  və  onların  səmərəlilik  və  təsirlilik  dərəcəsinin  qiymətləndirilməsi  mümkünlüyünü 

müzakirə edir. 

 

 



Maddə 29  

Kadrların hazırlanması və texniki yardım 

 

 



1.  Hər  bir  İştirakçı  dövlət  bu  Konvensiya  ilə  əhatə  olunan  cinayətlərin  qarşısının  alınmasına, 

aşkar  edilməsinə  və  aradan  qaldırılmasına  məsul  olan  hüquq  mühafizə  orqanları  işçilərinin,  o 

cümlədən prokurorluq işçilərinin, müstəntiqlərin və gömrük orqanı əməkdaşlarının, habelə digər 

əməkdaşların konkret hazırlıq proqramlarını həyata keçirir, işləyib hazırlayır və ya təkmilləşdirir. 

Bu  cür  proqramlar  əməkdaşların  mübadiləsini  və  onların  ezam  edilməsini  özündə  əks  etdirə 

bilər. Bu cür proqramlar, xüsusilə də buna daxili qanunvericilik icazə verdiyi həcmdə aşağıdakı 

məsələlərə aid edilir: 

a)  bu  Konvensiya  ilə  əhatə  olunan  cinayətlərin  qarşısının  alınmasında,  aşkar  edilməsində  və 

aradan qaldırılmasında istifadə olunan üsullar

b) bu Konvensiya ilə əhatə olunan cinayətlərlə əlaqədə şübhəli bilinən şəxslərin istifadə etdikləri 

marşrut və vasitələr, o cümlədən tranzit ölkələrdə istifadə etdikləri marşrut və vasitələr, habelə 

müvafiq cavab tədbirləri; 

c)  qaçaqmalçılıq predmetlərinin yerdəyişməsinə nəzarət; 

d)   cinayətdən  əldə  olunan  gəlirlərin,  əmlakın,  avadanlığın  və  ya  cinayətin  törədilməsində 

istifadə olunan digər vasitələrin yerdəyişməsini aşkar etmək və bu cür yerdəyişməyə nəzarət və 

cinayətdən  əldə  olunan  gəlirlərin,  əmlakın,  avadanlığın  və  ya  cinayətin  törədilməsində  istifadə 

olunan digər vasitələrin gizlədilməsi, ört-basdır edilməsi və ötürülməsi üsullarını aşkar etmək və 

bu  cür  üsullara  nəzarət,  habelə  pul  vəsaitlərinin  yuyulmasında  və  digər  maliyyə  cinayətlərində 

istifadə olunan üsullar; 

e) sübutların toplanması; 

f)  azad ticarət zonalarında və azad limanlarda nəzarət üsulları; 

g)  hüquq mühafizə orqanlarının işində istifadə olunan müasir avadanlıq və üsullar, o cümlədən 

elektron müşahidə, nəzarət qaydasında mal alınma və agentur əməliyyatlar; 

h)  kompüterlərin,  telekommunikasiya  şəbəkələrinin  və  müasir  texnologiyaların  digər 

vasitələrinin istifadəsi ilə törədilən transmilli mütəşəkkil cinayətlərlə mübarizədə istifadə olunan 

üsullar; və 




i) zərərçəkmişlərin və şahidlərin müdafiəsində istifadə olunan üsullar. 

2.  İştirakçı dövlətlər tədqiqat proqramlarının və bu maddənin 1-ci bəndində göstərilən sahələrdə 

xüsusi  bilik  mübadiləsinin  təmin  edilməsi  məqsədini  daşıyan  kadrlar  mübadiləsinin 

planlaşdırılmasında və həyata keçirilməsində bir-birinə kömək göstərir və bu məqsədlə də lazım 

gəldikdə, əməkdaşlığa yardım etmək və qarşılıqlı maraq doğuran problemləri, o cümlədən tranzit 

ölkələrin  xüsusi  problem  və  tələbatlarını  müzakirə  etmək  üçün  regional  və  beynəlxalq 

konfranslardan istifadə edirlər. 

3.  İştirakçı dövlətlər kadrların hazırlanmasına və cinayətkarların verilməsinə və qarşılıqlı hüquqi 

yardımın göstərilməsinə yardım edə biləcək texniki yardımın göstərilməsinə  kömək göstərirlər. 

Kadrların  hazırlanmasında  və  texniki  yardım  zamanı  bu  cür  köməyin  göstərilməsinə  xarici 

dillərin  öyrənilməsi,  müvafiq  funksiyaları  yerinə  yetirən  mərkəzi  orqanların  və  ya  agentlik 

əməkdaşlarının mübadiləsi və ezam edilməsi aid edilə bilər. 

4.   İkitərəfli  və  ya^  çoxtərəfli  sazişlər  və  ya  razılaşmalar  mövcud  olduqda,  İştirakçı  dövlətlər 

beynəlxalq  və  regional  təşkilatlar  çərçivəsində  və  digər  ikitərəfli  və  çoxtərəfli  sazişlər  və  ya 

razılaşmalar  çərçivəsində  praktiki  və  təlim  tədbirlərinin  səmərəliyinin  maksimal  artmasına 

yönələn səylərini mümkün qədər aktivləşdirirlər. 

 

 

Maddə 30 



Digər  tədbirlər:  bu  Konvensiyanın  iqtisadi  inkişaf  və  texniki  yardımın  köməyi  ilə 

həyata keçirilməsi 

 

 



1.   İştirakçı  dövlətlər  mütəşəkkil  cinayətkarlığın  ümumilikdə  cəmiyyət,  o  cümlədən  davamlı 

inkişaf üçün neqativ təsirini nəzərə alaraq, mümkün qədər, beynəlxalq əməkdaşlıq vasitəsi ilə bu 

Konvensiyanın münasib qaydada həyata keçirilməsinə yardım edə bilən tədbirlər görürlər. 

2.   İştirakçı  dövlətlər  öz  aralarında,  eləcə  də  beynəlxalq  və  regional  təşkilatlarla  əlaqələndirmə 

əsasında aşağıdakılara dair mümkün qədər konkret səylər göstərirlər: 

a) transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması və onunla mübarizə sahəsində inkişaf 

edən ölkələrin imkanlarını möhkəmləndirmək məqsədi ilə sonuncularla müxtəlif səviyyələrdə öz 

əməkdaşlığını aktivləşdirmək; 

b) transmilli mütəşəkkil cinayətkarlığa səmərəli əks təsir göstərmək üzrə inkişaf edən ölkələrin 

səylərini  qoruyub  saxlamaq  və  bu  Konvensiyanın  müvəffəqiyyətlə  həyata  keçirilməsi  üçün 

onlara yardım etmək məqsədi ilə maliyyə və maddi yardımı genişləndirmək; 

c)  inkişaf  eden  ölkələrə  və  iqtisadi  keçid  dövrünü  yaşayan  ölkələrə,  bu  Konvensiyanın  həyata 

keçirilməsi  ilə  əlaqədar  onların  tələbatlarının  ödənilməsinə  yardım  etmək  məqsədi  ilə  texniki 



yardım  göstərmək.  Bunun  üçün  İştirakçı  dövlətlər  Birləşmiş  Millətlər  Təşkilatının  yaratdığı 

maliyyə  mexanizmində  bu  məqsəd  üçün  xüsusi  müəyyən  edilmiş  hesaba  müntəzəm  əsaslarla 

kifayət  qədər  könüllü  ödəmələrin  köçürülməsinə  çalışırlar.  İştirakçı  dövlətlər  eyni  zamanda  öz 

daxili  qanunvericiliyinə  və  bu  Konvensiyanın  müddəalarına  uyğun  olaraq,  pul  vəsaitlərinin 

müəyyən  qisminin  və  ya  bu  Konvensiyanın  müddəalarına  uyğun  olaraq  müsadirə  edilmiş 

əmlakın  və  ya  cinayətdən  eldə  olunan  gəlirin  bir  hissəsinin  yuxarıda  göstərilən  hesaba 

köçürülməsi məsələsini xüsusi müzakirə edə bilərlər; 

d)   digər  dövlətləri  və  maliyyə  təşkilatlarını  təşviq  və  emin  etmək,  bu  maddəyə  uyğun  olaraq, 

lazım  gəldikdə,  onların  göstərdikləri  səylərə  qoşulmaq,  o  cümlədən  onlara  bu  Konvensiyanın 

məqsədlərinə  nail  olunmasına  yardım  etmək  üçün  inkişaf  eden  ölkələr  üçün  kadrların  hazırlığı 

üzrə geniş həcmli proqramlar təqdim etməklə onların göstərdikləri səylərə qoşulmaq. 

3.  Bu tədbirlər, mümkün qədər, xarici yardım haqqında mövcud olan öhdəliklərə və ya maliyyə 

əməkdaşlığı  haqqında  ikitərəfli,  regional  və  beynəlxalq  səviyyədə  mövcud  olan  digər 

razılaşmalara xələl gətirmir, 

4,   İştirakçı  dövlətlər  bu  Konvensiyada  nəzərdə  tutulan  beynəlxalq  əməkdaşlığın  səmərəliyinin 

təmin edilməsi, habelə transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması və aşkar edilməsi 

və  onunla  mübarizə  üçün  zəruri  olan  maliyyə  razılaşmalarını  nəzərə  alaraq,  maddi-texniki 

yardım haqqında ikitərəfli və ya çoxtərəfli sazişlər və ya razılaşmalar bağlaya bilərlər. 

 

 

Maddə 31  



Transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması 

 

 



1.   İştirakçı  dövlətlər  transmilli  mütəşəkkil  cinayətkarlığın  qarşısının  alınmasına  yönələn  milli 

layihələrin  işlənib  hazırlanmasına  və  onların  səmərəliyinin  qiymətləndirilməsinə,  habelə 

siyasətin və təcrübənin münasib növlərinin aşkar və tətbiq edilməsinə çalışırlar. 

2.  İştirakçı  dövlətlər  öz  daxili  qanunvericiliyinin  başlıca  prinsiplərinə  uyğun  olaraq  lazımi 

qanunverici, inzibati və ya digər tədbirlər görməklə, mütəşəkkil cinayətkar qrupların cinayətdən 

əldə olunan gəlirlərin qanuni bazarlarda istifadəsi ilə mövcud olan və ya gələcəkdə ola biləcək 

fəaliyyət  göstərməsi  mümkünlüyünün  azaldılmasına  çalışırlar.  Bu  cür  tədbirlər  aşağıdakılara 

yönəldilməlidir: 

a)  hüquq mühafizə orqanları və ya prokurorluq orqanları ilə müvafiq özəl təşkilatlar, o cümlədən 

iqtisadiyyatın müxtəlif sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsinə

b)  ictimai və müvafiq özəl təşkilatların işində düzgünlüyün təmin edilməsi üçün nəzərdə tutulan 

standartların  və  prosedurların,  habelə  müvafiq  peşə  sahibləri,  xüsusilə  də  vəkillər,  notariuslar, 

vergi  məsələləri  üzrə  məsləhətçilər  və  mühasiblər  üçün  davranış  məcəlləsinin  işlənib 

hazırlanmasında yardımın göstərilməsinə; 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə