Bmt-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix31.08.2018
ölçüsü0,76 Mb.
#65919
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

1.  Hər bir İştirakçı dövlət bu Konvensiya ilə əhatə olunan cinayətlərdən, xüsusilə də qisas və ya 

hədə-qorxu  gəlmə  hallarında  zərərçəkmiş  şəxslərə  yardımın  göstərilməsi  və  müdafiə  olunması 

üçün öz imkanları daxilində müvafiq tədbirlər görür. 

2.   Hər  bir  İştirakçı  dövlət  bu  Konvensiya  ilə  əhatə  olunan  cinayətlərdən  zərərçəkmiş  şəxslərə 

zərərin  ödənilməsi  və  onlar  tərəfindən  kompensasiyanın  alınmasını  təmin  etmək  üçün  müvafiq 

prosedurlar müəyyən edir. 

3.  Hər  bir  İştirakçı  dövlət  öz  daxili  qanunvericiliyinə  riayət  etmək  şərti  ilə  zərərçəkmişlərə 

cinayət  icraatının  müvafiq  mərhələlərində  cinayəti  törətmiş  şəxslər  barəsində  öz  fikir  və 

narahatlıqlarını  izah  etmək  üçün  elə  bir  imkan  yaradır  ki,  bu,  müdafiənin  hüquqlarına  xələl 

gətirməsin. 

 

 

Maddə 26 



Hüquq mühafizə orqanları ilə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş tədbirlər 

 

 



1.  Hər  bir  İştirakçı  dövlət  mütəşəkkil  cinayətkar  qruplarda  iştirak  edən  və  ya  iştirak  etmiş 

şəxsləri aşağıdakılara təşviq etmək üçün lazımi tədbirlər görür: 

a)  istintaq və sübutetmə məqsədi ilə aşağıda göstərilən məsələlərlə əlaqədar səlahiyyətli orqanlar 

üçün faydalı ola bilən məlumatın təqdim edilməsi: 

i) mütəşəkkil cinayətkar qrupları aşkar edən məlumatlar, onların xarakteri, üzvlük tərkibi, 

strukturu, olduqları yer və fəaliyyəti kimi məsələlərlə əlaqədar

ii) digər mütəşəkkil cinayətkar qruplarla əlaqədar, o cümlədən beynəlxalq əlaqələr kimi 

məsələlərlə əlaqədar; 

iii)  mütəşəkkil  cinayətkar  qrupların  törətdiyi  və  ya  törədə  biləcəyi  cinayətlər  kimi 

məsələlərlə əlaqədar; 

b)   səlahiyyətli  orqanlar  üçün  mütəşəkkil  cinayətkar  qrupları  cinayətlərdən  əldə  etdikləri 

gəlirlərdən  və  ya  resurslardan  məhrum  etməsinə  kömək  edə  bilən  faktiki,  konkret  yardımın 

göstərilməsinə. 

2.   Hər  bir  İştirakçı  dövlət,  lazım  gəldikdə,  bu  Konvensiya  ilə  əhatə  olunan  cinayətlə  əlaqədar 

istintaqda və ya cinayət təqibində əhəmiyyətli dərəcədə əməkdaşlıq edən təqsirləndirilən şəxsin 

cəzasının yüngülləşdirilməsi mümkünlüyünün nəzərə alınması məsələsini müzakirə edir. 

3.   Hər  bir  İştirakçı  dövlət,  öz  daxili  qanunvericiliyinin  başlıca  prinsiplərinə  uyğun  olaraq,  bu 

Konvensiya  ilə  əhatə  olunan  cinayətlə  əlaqədar  istintaqda  və  ya  cinayət  təqibində  əhəmiyyətli 




dərəcədə  əməkdaşlıq  edən  şəxsə  cinayət  təqibindən  immunitetin  təqdim  edilməsi 

mümkünlüyünün nəzərə alınması məsələsini müzakirə edir. 

4.   Bu  cür  şəxslərin  müdafiəsi  bu  Konvensiyanın  24-cü  maddəsində  nəzərdə  tutulan  qaydada 

həyata keçirilir. 

5.   Bu  maddənin  1-ci  bəndində  adı  çəkilən  şəxs  bir  İştirakçı  dövlətin  ərazisində  olaraq  digər 

İştirakçı  dövlətin  səlahiyyətli  orqanları  ilə  əhəmiyyətli  dərəcədə  əməkdaşlıq  edə  bildiyi  halda, 

maraqlı  İştirakçı  dövlətlər  öz  daxili  qanunvericiliyinə  uyğun  olaraq  bu  maddənin  2-ci  və  3-cü 

bəndlərində  göstərilən  rejimin  təqdim  edilməsi  mümkünlüyünə  dair  sazişlərin  və  ya 

razılaşmaların bağlanılması mümkünlüyünü müzakirə edə bilərlər. 

 

 



Maddə 27  

Hüquq mühafizə orqanları arasında əməkdaşlıq 

 

 

1. İştirakçı dövlətlər bu Konvensiya ilə əhatə olunan cinayətlərlə mübarizə üçün hüquq mühafizə 



tədbirlərinin  səmərəliyini  artırmaq  məqsədi  ilə  öz  daxili  hüquqi  və  inzibati  sistemlərinə  uyğun 

fəaliyyət  göstərərək  bir-biri  ilə  sıx  əməkdaşlıq  edirlər.  Hər  bir  İştirakçı  dövlət,  xüsusilə 

aşağıdakılara yönəlmiş səmərəli tədbirlər görür: 

a)  onların  səlahiyyətli  orqanları,  təşkilatları  və  xidmətləri  arasında,  bu  Konvensiya  ilə  əhatə 

olunan  cinayətlərin  bütün  aspektlərinə  dair,  o  cümlədən,  əgər  maraqlı  İştirakçı  dövlətlər  bunu 

məqsədəmüvafiq  hesab  etsələr,  cinayətkar  fəaliyyətin  digər  növlərinin  bütün  aspektlərinə  dair 

məlumatın  tez  və  təhlükəsiz  mübadiləsini  təmin  etmək  üçün  rabitə  kanallarının  yaradılması  və 

lazım gəldikdə möhkəmləndirilməsi; 

b)  aşağıdakıları  aşkar  etmək  məqsədi  ilə  bu  Konvensiya  ilə  əhatə  olunan  cinayətlərlə  əlaqədar 

istintaqın aparılmasında digər İştirakçı dövlətlərlə əməkdaşlıq: 

i) bu cür cinayətlərin törədilməsində iştirak etməsi şübhə doğuran şəxslərin şəxsiyyətini, 

olduğu yeri və fəaliyyətini və ya bununla əlaqəsi olan digər şəxslərin olduğu yeri

ii) cinayətdən əldə olunan gəlirin və  ya bu cür cinayətlərin törədilməsi nəticəsində əldə 

olunan əmlakın yerdəyişməsini; 

iii)  bu  cür  cinayətlərin  törədilməsində  istifadə  olunan  və  ya  bu  cür  cinayətlərin 

törədilməsi  üçün  nəzərdə  tutulan  əmlakın,  avadanlığın  və  ya  digər  vasitələrin 

yerdəyişməsini; 

c) yoxlama və istintaq məqsədləri üçün, lazım gəldikdə, zəruri əşyaların və ya lazımi miqdarda 

maddələrin təqdim edilməsi



d) onların səlahiyyətli orqanları, təşkilatları və xidmətləri arasında əlaqələndirmənin səmərəliyini 

artırma  q,  əməkdaşların  və  digər  ekspertlərin  mübadiləsini  təşviq  etmək,  o  cümlədən  maraqlı 

İştirakçı  dövlətlər  arasında  ikitərəfli  sazişlərin  və  ya  razılaşmaların  bağlanılması  şərti  ilə 

əlaqələndirici əməkdaşların göndərilməsi üçün kömək göstərilməsi

e)   mütəşəkkil  cinayətkar  qruplar  tərəfindən  istifadə  olunan  vasitələr  və  üsullar,  o  cümlədən, 

lazım  gəldikdə,  marşrutlar  və  nəqliyyat  vasitələri,  habelə  saxta  şəxsiyyət  vəsiqələrindən, 

dəyişdirilmiş  və  ya  saxta  düzəldilmiş  sənədlərdən  və  ya    onların  fəaliyyətini  gizlədən  digər 

vasitələrdən istifadə edilməsi haqqında məlumat mübadiləsi

f) lazımi hallarda bu Konvensiya ilə əhatə olunan cinayətlərin vaxtlı-vaxtında açılması məqsədi 

ilə görülən inzibati və digər tədbirlərin əlaqələndirilməsi və məlumat mübadiləsi. 

2. Bu Konvensiyanın praktiki cəhətdən tətbiq edilməsi məqsədi ilə İştirakçı dövlətlər öz hüquq 

mühafizə  orqanları  arasında  bilavasitə  əməkdaşlığı  nəzərdə  tutan  ikitərəfli  və  ya  çoxtərəfli 

sazişlərin  və  ya  razılaşmaların  bağlanılması  mümkünlüyünü,  bu  cür  sazişlərin  və  ya 

razılaşmaların mövcud olduğu təqdirdə, onlara dəyişikliklərin edilməsi mümkünlüyünü müzakirə 

edirlər.  Bu  cür  razılaşma  və  ya  saziş  mövcud  olmadığı  təqdirdə,  maraqlı  İştirakçı  dövlətlər  bu 

Konvensiyanı həmin Konvensiya ilə əhatə olunan cinayətlərə dair öz hüquq mühafizə orqanları 

arasında qarşılıqlı əməkdaşlıq üçün əsas kimi götürə bilər. İştirakçı dövlətlər, lazım gəldikdə, öz 

hüquq  mühafizə  orqanları  arasında  əməkdaşlığı  genişləndirmək  üçün  beynəlxalq  və  regional 

təşkilatların  sazişlərindən  və  razılaşmalarından,  o  cümlədən  mexanizmlərindən  tam  həcmdə 

istifadə edirlər. 

3.  İştirakçı  dövlətlər  müasir  texnologiyaların  istifadəsi  ilə  törədilən  transmilli  mütəşəkkil 

cinayətlərə əks təsir göstərmək məqsədi ilə öz imkanları daxilində əməkdaşlığa çalışırlar. 

 

 

Maddə 28 



Mütəşəkkil  cinayətkarlığın  xarakteri  haqqında  məlumatın  toplanması  və  təhlili  və 

bu cür məlumatın mübadiləsi 

 

 



1.   Hər  bir  İştirakçı  dövlət  elmi  tədqiqat  dairələri  ilə  məsləhətləşmələr  əsasında  öz  ərazisində 

mütəşəkkil  cinayətkarlıq  sahəsində  tendensiyanın,  mütəşəkkil  cinayətkarlığın  mövcud  olduğu 

şəraitin,  habelə  cəlb  olunan  peşəkar  qrupların  və  istifadə  olunan  texnologiyaların  təhlilinin 

aparılması mümkünlüyünü müzakirə edir. 

2.   İştirakçı  dövlətlər  mütəşəkkil  cinayətkarlıq  fəaliyyətinə  dair  təhlilədici  biliklərin 

genişləndirilməsi  və  öz  aralarında  və  ya  beynəlxalq  və  regional  təşkilatlar  vasitəsi  ilə  həmin 

biliklərin mübadiləsi mümkünlüyünü müzakirə edirlər. Bu məqsədlə də, lazım gəldikdə, ümumi 

təriflər, anlayışlar, standartlar və metodologiyalar işlənib hazırlanmalı və istifadə edilməlidir. 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə