Bmt-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix31.08.2018
ölçüsü0,76 Mb.
#65919
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

10.   Bir  İştirakçı  dövlətin  ərazisində həbsdə olan və  ya azadlıqdan məhrumetmə cəzasını çəkən 

və digər İştirakçı dövlətdə iştirakı tələb olunan şəxs, bu Konvensiya ilə əhatə olunan cinayətlərlə 

bağlı istintaq, cinayət təqibi və məhkəmə icraatı üçün şəxsiyyətin müəyyən edilməsi, ifadələrin 

verilməsi və ya sübutların alınmasında digər yardımın göstərilməsi məqsədi ilə aşağıdakı şərtlərə 

riayət etməklə verilə bilər: 

a) həmin şəxs anlaqlı vəziyyətdə buna öz razılığını verdikdə; 

b) hər iki İştirakçı dövlətin səlahiyyətli orqanı özünün müvafiq hesab etdiyi belə şərtlərlə razılığa 

gəldikdə. 

11.  Bu maddənin 10-cu bəndinin məqsədləri üçün: 

a) verilən şəxsi qəbul edən İştirakçı dövlət, əgər şəxsi vermiş İştirakçı dövlət digər barədə xahiş 

etməmişdirsə və ya digər razılığa gəlməmişdirsə, verilmiş şəxsi həbs altında saxlamağa haqlıdır 

və bunu etməlidir

b)   verilən  şəxsi  qəbul  edən  İştirakçı  dövlət,  həmin  şəxsin,  onu  vermiş  İştirakçı  dövlətin 

sərəncamına verilməsi üzrə öz üzərinə götürdüyü öhdəliyi, əvvəlcədən razılaşdırılmış qaydada və 

ya  hər  iki  İştirakçı  dövlətin  səlahiyyətli  orqanı  tərəfindən  razılaşdırılmış  digər  qaydada  təxirə 

salmadan yerinə yetirir; 

c)  verilən  şəxsi  qəbul  edən  İştirakçı  dövlət  şəxsi  vermiş  İştirakçı  dövlətdən  həmin  şəxsin 

qaytarılması üçün verilmə prosedurunun başlanmasını tələb etmir; 

d)  verilmiş şəxsin onu vermiş dövlətin ərazisində çəkdiyi cəzaçəkmə müddətinə onu qəbul etmiş 

İştirakçı dövlətdə həbsdə olma müddəti hesablanır. 

12.   Bu  maddənin  10-cu  və  11-ci  bəndlərinə  uyğun  olaraq  hər  hansı  bir  şəxsi  verməli  İştirakçı 

dövlətin  razılığı  olmadan,  həmin  şəxs  hərəkətlə,  hərəkətsizliklə  və  ya  həmin  şəxsi  vermiş 

dövlətin ərazisini tərk edənə qədər olan müddətə aid olan məhkumluqla əlaqədar, həmin şəxsin 

vətəndaşlığından asılı  olmayaraq verildiyi  dövlətin  ərazisində cinayət  təqibinə, həbs etməyə və 

ya hər hansı bir azadlıqdan məhrumetmə cəzasına məruz qala bilməz. 

13.   Hər  bir  İştirakçı  dövlət  qarşılıqlı  hüquqi  yardımın  göstərilməsi  haqqında  sorğunun 

alınmasına və ya onun icra edilməsinə yaxud da həmin sorğunun səlahiyyətli orqanlar tərəfindən 

icra edilməsinə görə məsuliyyət daşıyan və müvafiq səlahiyyətə malik olan mərkəzi orqan təyin 

edir.  Əgər  İştirakçı  dövlətdə  xüsusi  region  və  ya  qarşılıqlı  hüquqi  yardımın  göstərilməsi  üzrə 

ayrıca  sistemə  malik  olan  ərazi  mövcuddursa,  onda  həmin  İştirakçı  dövlət  bu  cür  regiona  və 

əraziyə  dair  həmin  funksiyaları  yerinə  yetirən  xüsusi  mərkəzi  orqan  təyin  edə  bilər.  Mərkəzi 

orqanlar  aldıqları  sorğuların  təcili  və  lazımi  qaydada  icra  edilməsini  və  ya  həmin  sorğuların 

ötürülməsini  təmin  edirlər.  Əgər  mərkəzi  orqan  aldığı  sorğunu  icra  olunması  məqsədi  ilə 

səlahiyyətli orqana təqdim edirsə, onda bu orqan həmin sorğunun səlahiyyətli orqan tərəfindən 

təcili və lazımi qaydada icra edilməsinə yardım edir. Hər bir İştirakçı dövlət ratifikasiya fərmanı 

və ya bu Konvensiyanın qəbul və ya təsdiq edilməsi və ya ona qoşulması haqqında öz sənədini 

saxlanca verərkən, Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu məqsədlə təyin edilmiş mərkəzi 

orqan haqqında məlumatlandırılır. Qarşılıqlı hüquqi yardımın göstərilməsi haqqında sorğular və 




ya ona aid olan digər məlumatlar İştirakçı dövlətlər tərəfindən təyin edilmiş mərkəzi orqanlara 

ötürülür. Bu tələb İştirakçı dövlətin bu cür sorğuları və məlumatları ona diplomatik kanallarla və 

fövqəladə vəziyyətlərdə, İştirakçı dövlətlər bu barədə razılığa gəldikdə və əgər bu mümkündürsə, 

Beynəlxalq  Cinayət  Polisi  Təşkilatı  vasitəsi  ilə  göndərilməsini  tələb  etmək  hüququna  xələl 

gətirmir. 

14.  Sorğular yazılı şəkildə və ya, əgər bu mümkündürsə, yazılı şəkildə tərtib edilməsini mümkün 

edən hər hansı digər vasitələrlə, sorğu alan İştirakçı dövlətə onun autentikliyini müəyyən etməyə 

imkan  verən  şərtlərlə  və  həmin  dövlətin  məqbul  hesab  etdiyi  dildə  göndərilir.  Ratifikasiya 

fərmanı və ya bu 

Konvensiyanın  qəbul  və  ya  təsdiq  edilməsi  və  ya  ona  qoşulması  haqqında  sənəd  saxlanca 

verilərkən,  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  katibi  hər  bir  İştirakçı  dövlət  üçün  məqbul 

sayılan dil və ya dillər barədə məlumatlandırılır. Fövqəladə vəziyyətlərdə və İştirakçı dövlətlərlə 

razılaşdırdıqda,  sorğular  şifahi  şəkildə  göndərilə  bilər,  lakin  həmin  sorğular  sonra  təxirə 

salınmadan yazılı şəkildə təsdiq edilir. 

15.  Qarşılıqlı hüquqi yardım haqqında sorğuda aşağıdakılar göstərilir: 

a)  sorğu ilə müraciət edən orqanın adı; 

b)  sorğunun  aid  olduğu  məsələnin  mahiyyəti,  istintaqın,  cinayət  təqibinin  və  ya  məhkəmə 

icraatının  xarakteri,  habelə  həmin  istintaqı,  cinayət  təqibini  və  ya  məhkəmə  icraatını  həyata 

keçirən orqanın adı və funksiyaları; 

c)   məhkəmə  sənədlərinin  təqdim  edilməsinə  dair  sorğuları  istisna  etmək  şərti  ilə  müəyyən 

faktların qısa xülasəsi

d) sorğu edən İştirakçı dövlətin həyata keçirməsini xahiş etdiyi yardımın təsviri və hər hansı bir 

konkret prosedurlar haqqında ətraflı məlumat; 

e) hər hansı bir şəxsin şəxsiyyəti, olduğu yer və vətəndaşlığı haqqında mümkün qədər məlumat; 

və 

f) xahiş olunan sübutların, məlumatların və ya tədbirlərin məqsədi. 



16.  Sorğu alan İştirakçı dövlət, əgər bu onun öz daxili qanunvericiliyinə uyğun olaraq sorğunun 

icra edilməsi üçün zəruri hesab edilərsə və əgər bu, həmin sorğunun icra edilməsini asanlaşdıra 

bilərsə, əlavə məlumatın təqdim edilməsini xahiş edə bilər. 

17.   Sorğu,  onu  alan  İştirakçı  dövlətin  daxili  qanunvericiliyinə  uyğun  olaraq  və  onun  daxili 

qanunvericiliyinə  zidd  olmayan  həcmdə  və  mümkün  qədər  sorğuda  göstərilmiş  prosedurlara 

uyğun olaraq icra edilir. 

18.   Mümkün  qədər  və  daxili  qanunvericiliyinin  başlıca  prinsiplərinə  uyğun  olaraq,  əgər  hər 

hansı bir şəxs İştirakçı dövlətin ərazisindədirsə və həmin şəxs digər İştirakçı dövlətin məhkəmə 

orqanları tərəfindən şahid və ya ekspert qismində dinlənilməlidirsə, onda birinci İştirakçı dövlət, 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə