Bmt-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix31.08.2018
ölçüsü0,76 Mb.
#65919
1   2   3   4   5   6   7   8   9   10   ...   23

məhkum  olunmuş  şəxslərin  verilməsi  haqqında  ikitərəfli  və  ya  çoxtərəfli  sazişlərin  və  ya 

razılaşmaların bağlanması mümkünlüyünü müzakirə edə bilərlər. 

 

 

Maddə 18  



Qarşılıqlı hüquqi yardım 

 

 

1.   İştirakçı  dövlətlər,  3-cü  maddədə  qeyd  olunduğu  kimi,  bu  Konvensiya  ilə  əhatə  olunan 



cinayətlərlə  əlaqədar  istintaqda,  cinayət  təqibində  və  məhkəmə  araşdırmasında  bir-birinə  ən 

geniş qarşılıqlı hüquqi yardım göstərir və əgər sorğu edən İştirakçı dövlətin 3-cü maddənin l(a) 

və  ya  (b)  bəndlərində  göstərilən  cinayətin,  təbiətcə  transmilli  olmasına,  o  cümlədən  bu  cür 

cinayətlərə  dair  zərərçəkmişlərin,  şahidlərin,  gəlirlərin  və  ya  sübutların  sorğu  alan  İştirakçı 

dövlətin  ərazisində olmasına, habelə bu cinayətin törədilməsində mütəşəkkil cinayətkar qrupun 

əlaqəsinin olmasına kifayət qədər əsası varsa, onda onlar bir-birinə qarşılıqlı əsaslarla buna oxşar 

digər yardım göstərirlər. 

2.   Sorğu alan  İştirakçı  dövlətdə bu Konvensiyanın 10-cu maddəsinə uyğun olaraq məsuliyyətə 

hüquqi şəxsin cəlb edilməsi mümkünlüyünü nəzərdə tutan cinayətlərlə əlaqədar istintaqa, cinayət 

təqibinə və məhkəmə araşdırma sına dair qarşılıqlı hüquqi  yardım sorğu alan İştirakçı dövlətin 

müvafiq  qanunlarına,  müqavilələrinə,  sazişlərinə  və  razılaşmalarına  əsasən  mümkün  olan 

həcmdə göstərilir. 

3.  Bu  maddəyə  uyğun  olaraq  göstərilən  qarşılıqlı  hüquqi  yardım  aşağıda  göstərilən  məqsədlər 

üçün xahiş oluna bilər: 

a)  şahid ifadələrinin və ya ayrı-ayrı şəxslərdən ərizələrin alınması; 

b) məhkəmə sənədlərinin təqdim edilməsi

c)  axtarışın, götürmənin və ya həbs etmənin keçirilməsi

d) obyektlərə və sahələrə baxış keçirilməsi

e) məlumatın, maddi sübutların və ekspert reylərinin təqdim edilməsi

f)  müvafiq  sənədlərin  və  materialların,  o  cümlədən  hökumət,  bank,  maliyyə,  korporativ  və  ya 

kommersiya  sənədlərinin  əsllərinin  və  ya  onların  müvafiq  təsdiq  edilmiş  surətlərinin  təqdirə 

edilməsi; 

g) sübutetmə məqsədi ilə cinayətdən əldə olunmuş gəlirlərin, əmlakın, cinayətin törədilməsində 

istifadə olunan vasitələrin və digər predmetlərin aşkar edilməsi və ya izlənilməsi




h) müvafiq  şəxslərin  könüllü şəkildə sorğu  edən  İştirakçı dövlətin  orqanlarına  gəlməsini təmin 

etmək üçün yardımın göstərilməsi; 

i) sorğu alan İştirakçı dövlətin daxili qanunvericiliyinə zidd olmayan hər hansı bir digər yardımın 

göstərilməsi. 

4.   Daxili  qanunvericiliyə  xələl  gətirmədən  İştirakçı  dövlətin  səlahiyyətli  orqanları,  əgər  onlar 

hesab edirlərsə ki, bu cür məlumatın həmin orqanlara təqdim 

edilməsi  istintaqın  və  cinayət  təqibinin  həyata  keçirilməsinə  və  ya  onun  müvəffəqiyyətlə  başa 

çatmasına  yardım  edə  bilər  və  ya  sonuncu  İştirakçı  dövlət  tərəfindən  bu  Konvensiyaya  uyğun 

olaraq  tərtib  edilmiş  sorğuya  gətirib  çıxara  bilər,  cinayət-hüquq  məsələlərinə  dair  məlumatı 

əvvəlcədən  bu  barədə  sorğu  almadan  digər  İştirakçı  dövlətin  səlahiyyətli  orqanına  təqdim  edə 

bilərlər. 

5.   Bu maddənin  4-cü bəndinə əsasən məlumatın  ötürülməsi  məlumatı  təqdim  edən səlahiyyətli 

orqanların  dövlətində  istintaqa  və  cinayət  icraatına  xələl  gətirmədən  həyata  keçirilir.  Məlumatı 

alan  səlahiyyətli  orqanlar  hətta  müvəqqəti  olsa  belə,  həmin  məlumatın  məxfilik  xarakterini 

qorumaq haqqında xahişi yerinə yetirir və ya onun istifadəsi ilə bağlı məhdudiyyətlərə əməl edir. 

Lakin bu, məlumatı alan İştirakçı dövlətə, onun ərazisində cinayət icraatı zamanı təqsirləndirilən 

şəxsə  bəraət  verən  məlumatın  açıqlanmasına  mane  olmur.  Belə  olduğu  təqdirdə,  məlumat 

açıqlanana  qədər  məlumatı  alan  İştirakçı  dövlət  məlumatı  təqdim  edən  İştirakçı  dövlətə  bu 

barədə  bildirir  və  bu  barədə  sorğu  alındıqda,  məlumatı  təqdim  edən  İştirakçı  dövlətlə 

məsləhətləşmələr  aparır.  Əgər  xüsusi  hallarda  əvvəlcədən  məlumatlandırmaq  mümkün  deyilsə, 

onda məlumatı alan İştirakçı dövlət təxirə salmadan bu cür açıqlama haqqında məlumatı təqdim 

edən İştirakçı dövləti məlumatlandırır. 

6.  Bu maddənin müddəaları qarşılıqlı hüquqi yardım məsələlərini tam və ya qismən tənzimləyən 

və  ya  gələcəkdə  tənzimləyəcək  istər  ikitərəfli,  istərsə  də  çoxtərəfli  müqavilələrdən  irəli  gələn 

öhdəliklərə toxunmur. 

7.  Əgər müvafiq İştirakçı dövlətlər qarşılıqlı hüquqi yardım haqqında hər hansı bir müqavilə ilə 

bağlı  deyilsə,  bu  maddənin  9-29-cu  bəndləri  bu  maddəyə  əsasən  göndərilən  sorğulara  tətbiq 

edilir.  Əgər  həmin  İştirakçı  dövlətlər  bu  cür  müqavilə  ilə  bağlıdırsa  və  əgər  ancaq  İştirakçı 

dövlətlər  onların  əvəzinə  bu  maddənin  9-29-cu  bəndlərinin  tətbiq  edilməsi  barədə  razılığa 

gəlməyiblərsə,  onda  həmin  müqavilənin  müvafiq  müddəaları  tətbiq  edilir.  İştirakçı  dövlətlərə, 

əgər bu onların əməkdaşlığına yardım edirsə, bu bəndlərin tətbiq edilməsi təkidlə təklif olunur. 

8.   İştirakçı  dövlətlər  bank  sirrinə  görə,  bu  maddəyə  əsasən  qarşılıqlı  hüquqi  yardımın 

göstərilməsindən imtina etməyəcəklər. 

9.  İştirakçı dövlətlər müvafiq əməlin cinayət olmasına dair ümumi razılığın olmamasına görə, bu 

maddəyə  əsasən  qarşılıqlı  hüquqi  yardımın  göstərilməsindən  imtina  edə  bilərlər.  Buna 

baxmayaraq, sorğu alan İştirakçı dövlət, məqsədə müvafiq hesab etsə, müvafiq əməlin sorğu alan 

İştirakçı  dövlətin  daxili  qanunvericiliyinə  uyğun  olaraq  cinayət  hesab  edilib-edilməməsindən 

asılı olmayaraq, öz mülahizələrinə əsasən həcmini müəyyən etdiyi yardımı göstərə bilər. 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə