Bmt-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix31.08.2018
ölçüsü0,76 Mb.
#65919
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

 

 

1.  İştirakçı  dövlət  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  katibinə  yazılı  bildiriş  göndərməklə  bu 



Konvensiyanı  ləğv  edə  bilər.  Bu  cür  ləğvetmə  Baş  katibin  bildirişi  aldığı  tarixdən  bir  il  sonra 

qüvvəyə minir. 

2.  Regional  iqtisadi  inteqrasiya  təşkilatı,  onun  üzvü  olan  bütün  dövlətlər  Konvensiyam  ləğv 

etdikdən sonra, bu Konvensiyada İştirakçılığını başa çatdırır. 

3.  Bu maddənin 1-ci bəndinə uyğun olaraq bu Konvensiyanın ləğv edilməsi ona əlavə edilən hər 

hansı bir protokolun ləğv edilməsi ilə nəticələnir. 

 

 

Maddə 41  



Depozitari və dillər 

 

 



1. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Konvensiyanın depozitarisi təyin edilir. 

2.   Bu  Konvensiyanın  ingilis,  ərəb,  Çin,  rus  və  fransız  dillərində  olan  mətnləri  autentikdir, 

mətnin əsli Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca verilir. 

BUNUN  TƏSDİQİ  OLARAQ,  öz  hökumətləri  tərəfindən  lazımi  qaydada  buna  vəkil  edilmiş 

aşağıda imza edən səlahiyyətli nümayəndələr bu Konvensiyanı imzaladılar. 

 

 



Birləşmiş  Millətlər  Təşkilatının  Transmilli  mütəşəkkil  cinayətkarlığa  qarşı 

Konvensiyasını tamamlayan, 

  

İnsan  alverinin,  xüsusən  qadın  və  uşaq  alverinin  qarşısının  alınması,  aradan 

qaldırılması və cəzalandırılması haqqında 

  

PROTOKOL 

  

Ali Məclisin 2000-ci il 15 noyabr tarixli 55/25 saylı 

 



Qətnaməsi ilə qəbul edilmişdir

 

 



 

PREAMBULA 

 

 

Bu Protokolun İştirakçı dövlətləri



insan  alverinin,  xüsusən  qadın  və  uşaq  alverinin  qarşısının  alınması  üzrə  səmərəli  tədbirlərin 

görülməsinə  və  onunla  mübarizə  aparmaq  üçün  mənşə,  tranzit  və  təyinat  ölkələrində  bu  cür 

alverin qarşısının alınmasına, bununla məşğul olan şəxslərin cəzalandırılmasına və bu cür alverin 

qurbanlarının  müdafiəsinə,  o  cümlədən  onların  beynəlxalq  səviyyədə  tanınmış  insan 

hüquqlarının müdafiəsinə yönələn tədbirləri özündə əks etdirən hərtərəfli beynəlxalq yanaşmanın 

zəruriliyini bəyan edərək, 

insanın, xüsusən qadın və uşaqların istismarı ilə mübarizədə əməli tədbirləri və normaları özündə 

cəmləşdirən bir sıra beynəlxalq sənədlərin mövcud olmasına baxmayaraq, insan alverinin bütün 

aspektlərinə toxunan universal sənədin olmamasını nəzərə alaraq

insan alveri nöqteyi-nəzərindən zəif olan şəxslərin kifayət qədər müdafiə olunması üçün bu cür 

sənədin olmamasından narahatlıq keçirərək

transmilli  mütəşəkkil  cinayətkarlığa  qarşı  hərtərəfli  beynəlxalq  Konvensiyanın  işlənib 

hazırlanması,  xüsusilə  də  qadın  və  uşaq  alverinə  qarşı  mübarizə  üzrə  beynəlxalq  sənədin 

hazırlanması haqqında məsələnin müzakirə edilməsi üçün açıq 

tərkibli  xüsusi  hökumətlərarası  komitənin  yaradılmasını  əks  etdirən  Ali  Məclisin  1998-ci  il  9 

dekabr tarixli, 53/111 saylı qətnaməsinə istinad edərək

Birləşmiş  Millətlər  Təşkilatının  "Transmilli  mütəşəkkil  cinayətkarlığa  qarşı"  Konvensiyasının 

insan  alverinin  xüsusən  qadın  və  uşaq  alverinin  qarşısının  alınması,  aradan  qaldırılması  və 

cəzalandırılması  haqqında  beynəlxalq  sənədlə  tamamlanması,  bu  cür  cinayətlərin  qarşısının 

alınmasına və onunla mübarizəyə yardım edəcəyinə əmin olaraq

aşağıdakılar barədə razılığa gəldilər: 

I. ÜMUMİ MÜDDƏALAR 

Maddə 1 

Birləşmiş  Millətlər  Təşkilatının  "Transmilli  mütəşəkkil  cinayətkarlığa  qarşı" 

Konvensiyası İlə əlaqə 

 

 



1.   Bu  Protokol  Birləşmiş  Millətlər  Təşkilatının  "Transmilli  mütəşəkkil  cinayətkarlığa  qarşı" 

Konvensiyasını tamamlayır. O, həmin Konvensiya ilə birlikdə şərh edilir. 

2.   Əgər  digər  hal  nəzərdə  tutulmayıbsa,  Konvensiyanın  müddəaları  bu  Protokola  mutatis 

mutandis tətbiq edilir. 

3.   Bu Protokolun  5-ci  maddəsinə uyğun olaraq cinayət  kimi  tanınmış  cinayətlər Konvensiyaya 

uyğun olaraq cinayət kimi tanınmış cinayətlər hesab olunur. 

 

 



Maddə 2  

Məqsədlər 

 

 



Bu Protokolun məqsədi aşağıdakılardan ibarətdir: 

a)   qadınlara  və  uşaqlara  xüsusi  diqqət  yetirərək,  insan  alverinin  qarşısının  alınmasından  və 

onunla mübarizə etməkdən

b)  bu  cür  alverin  qurbanları  olan  şəxslərə,  onların  insan  hüquqlarına  tam  hörmət  bəsləyərək 

müdafiə və yardım etməkdən; və 

c)  bu  məqsədlərin  gerçəkləşməsində  İştirakçı  dövlətlər  arasında  əməkdaşlığı  təşviq  etməkdən 

ibarətdir. 

 

 



Maddə 3  

Anlayışlar 

 

 



Bu Protokolun məqsədləri üçün: 

a) "insan alveri" dedikdə, güc tətbiq etmək hədəsi ilə və ya güc tətbiq etməklə və ya məcburetmə

oğurlama, dələduzluq, aldatma, hakimiyyətdən və ya vəziyyətin zəifliyindən sui-istifadə etməklə 

yaxud da digər şəxsə nəzarət  edən şəxsin  razılığını almaq üçün ödəniş  və  ya mənfəət  şəklində 

rüşvət  verməklə  insanların  istismar  məqsədi  ilə  cəlb  edilməsi,  daşınması,  təhvil  verilməsi, 

gizlədilməsi və ya alınması başa düşülür. İstismar en azı digər şəxslərin fahişəliyinin istismarını 

və ya cinsi istismarın digər forma larım, icbari əməyi və ya xidmətləri, köləliyi, köləliyə bənzər 

adətləri, asılılıq vəziyyətini və ya orqanların çıxarılmasını nəzərdə tutur; 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə