Bmt-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix31.08.2018
ölçüsü0,76 Mb.
#65919
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

sorğusuna əsasən, bu şəxsin onun ərazisinə qaytarılması üçün tələb oluna bilən ölkədən getmək 

və ölkəyə gəlmək üçün sənədlərin və ya digər icazələrin verilməsinə razılıq verir. 

5. Bu maddə qəbul edən İştirakçı dövlətin daxili qanunvericiliyinin istənilən müddəasına əsasən 

insan alveri qurbanlarına təqdim edilmiş hər hansı bir hüquqa xələl gətirmir. 

6.   Bu maddə tam və  ya qismən insan alveri  qurbanlarının qaytarılması  məsələsini tənzimləyən 

ikitərəfli və ya çoxtərəfli tətbiq edilən sazişlərə və ya razılaşmalara xələl gətirmir. 

III. QARŞISINI ALMA, ƏMƏKDAŞLIQ VƏ DİGƏR TƏDBİRLƏR 

Maddə 9  



İnsan alverinin qarşısının alınması 

 

 



1.  İştirakçı dövlətlər birgə əsaslarla: 

a) insan alverinin qarşısının alınması və onunla mübarizə; və 

b)  insan alveri qurbanlarının, xüsusilə də qadınların və uşaqların yenidən qurbana çevrilməkdən 

(reviktimizasiyadan) müdafiə olunması 

məqsədi ilə siyasət, proqramlar və digər tədbirlər işləyib hazırlayır və tətbiq edirlər. 

2.   İştirakçı  dövlətlər  insan  alverinin  qarşısının  alınmasına  və  onunla  mübarizəyə  yönələn 

tədqiqatların  keçirilməsi,  informasiya  kampaniyalarının,  o  cümlədən  həmin  kampaniyaların 

kütləvi  informasiya  vasitələrində  keçirilməsi,  eləcə  də  sosial-iqtisadi  təşəbbüslərin  həyata 

keçirilməsi kimi tədbirlərin görülməsinə çalışırlar.  

3.   Bu  maddəyə  uyğun  olaraq  işlənib  hazırlanan  və  qəbul  edilən  siyasət,  proqramlar  və  digər 

tədbirlər,  lazımi  hallarda,  qeyri-hökumət  təşkilatları,  digər  müvafiq  təşkilatlar  və  vətəndaş 

cəmiyyətinin digər elementləri ilə əməkdaşlığı özündə əks etdirə bilər. 

4.  İştirakçı dövlətlər, insan alveri nöqteyi-nəzərindən insanların, xüsusilə də qadın və uşaqların 

zəifliyini şərtləndirən yoxsulluq, inkişafın aşağı səviyyədə 

olması və bərabər imkanların olmaması kimi amillərin təsirinin azaldılmasına yönələn tədbirlər 

qəbul  edir  və  ya  təkmilləşdirirlər,  o  cümlədən  bunları  ikitərəfli  və  ya  çoxtərəfli  əməkdaşlıqla 

həyata keçirirlər. 

5.  İştirakçı  dövlətlər  insanların,  xüsusilə  də  qadın  və  uşaqların  istismarına  (onun  bütün 

təzahürlərinə  -  çünki  bu,  insan  alverinə  gətirib  çıxarır)  səbəb  olan  tələbata  qarşı  yönələn, 

məsələn,  təhsil  və  mədəniyyət  sahələrində  və  ya  sosial  sahələrdə  qanunverici  və  ya  digər 

tədbirlər  qəbul  edir  və  ya  təkmilləşdirirlər,  o  cümlədən  bunları  ikitərəfli  və  ya  çoxtərəfli 

əməkdaşlıqla həyata keçirirlər. 




 

 

Maddə 10  



Məlumat mübadiləsi və kadrların hazırlanması 

 

 



1.   İştirakçı  dövlətlərin  hüquq  mühafizə,  miqrasiya  və  ya  digər  müvafiq  orqanları,  lazım 

gəldikdə, öz daxili qanunvericiliklərinə uyğun olaraq aşağıda göstərilənləri müəyyən etmək üçün 

bir-biri ilə məlumat mübadiləsi vasitəsi ilə əməkdaşlıq edirlər: 

a) ölkədən getmək və ölkəyə gəlmək üçün sənədi olmadan və digər şəxslərə məxsus olan bu cür 

sənədlərlə beynəlxalq sərhədi keçən və ya keçməyə cəhd göstərən şəxslərin insan alverçilərinin 

və ya bu cür alverin qurbanları olub-olmamasını; 

b)  insan  alveri  məqsədi  ilə  bu  cür  şəxslərin  beynəlxalq  sərhədi  keçərkən  ölkədən  getmək  və 

ölkəyə gəlmək üçün istifadə etdikləri və ya istifadə etmək istədikləri sənədlərin növlərini

c)  insan alveri məqsədi ilə mütəşəkkil cinayətkar qrupların istifadə etdiyi vasitələri və üsulları, o 

cümlədən qurbanların cəlb edilməsi və daşınması, bu cür alverlə məşğul olan qruplar və ayrı-ayrı 

şəxslər  arasında  marşrutları  və  əlaqələri,  habelə  bu  cür  qrupların  daxilində  olan  əlaqələri  və 

onların aşkar edilməsi üçün mümkün tədbirləri. 

2.   İştirakçı  dövlətlər  hüquq  mühafizə,  miqrasiya  və  digər  müvafiq  orqanların  əməkdaşlarının 

insan alverinin qarşısının  alınması məsələlərinə  dair hazırlığını təmin  edir və  ya təkmilləşdirir. 

Göstərilən  hazırlıq  bu  cür  alverin  qarşısının  alınması  üsullarına,  bu  cür  alverlə  məşğul  olan 

şəxslərin cinayət təqibinə və qurbanların hüquqlarının müdafiəsinə, o cümlədən qurbanların  bu 

cür  alverlə  məşğul  olan  şəxslərdən  müdafiəsinə  yönəlməlidir.  Hazırlıq  zamanı  həmçinin  insan 

hüquqlarına  riayət  olunması  vacibliyi,  uşaq  və  gender  (cins)  problemləri  nəzərə  alınmalıdır, 

hazırlıq  qeyri-hökumət  təşkilatları,  digər  müvafiq  təşkilatlar  və  vətəndaş  cəmiyyətinin  digər 

elementləri ilə əməkdaşlığa yardım etməlidir. 

3.  Məlumatı alan İştirakçı dövlət məlumatı təqdim edən İştirakçı dövlətin hər bir xahişini onun 

istifadəsinə dair qoyulmuş məhdudiyyətlərlə birlikdə yerinə yetirir. 

 

 

Maddə 11  



Sərhəddə nəzarət tədbirləri 

 

 



1.  İştirakçı  dövlətlər  beynəlxalq  öhdəliklərə  xələl  gətirmədən  insanların  azad  yerdəyişməsinə 

münasibətdə, mümkün qədər, insan alverinin qarşısının 




alınmasına və aşkar edilməsinə tələb edilən sərhəddə nəzarət tədbirlərini müəyyən edirlər. 

2.   Hər  bir  İştirakçı  dövlət,  bu  Protokolun  5-ci  maddəsinə  uyğun  olaraq  cinayət  kimi  tanınmış 

əməllərin  törədilməsində  kommersiya  məqsədli  daşıyıcılar  tərəfindən  istismar  edilən  nəqliyyat 

vasitələrinin  istifadəsinin  qarşısını  almaq  məqsədi  ilə,  mümkün  qədər,  qanunverici  və  digər 

lazımi tədbirlər görür. 

3.  Lazım gəldikdə və tətbiq olunan beynəlxalq konvensiyalara xələl gətirmədən bu cür tədbirlər 

özündə kommersiya məqsədli daşıyıcılar, o cümlədən hər hansı bir nəqliyyat şirkəti və ya sahibi 

və  ya  hər  hansı  bir  nəqliyyat  vasitəsi  operatorları  üçün  bütün  sərnişinlərin  qəbul  edən  dövlətə 

daxil olmasına lazım olan ölkədən  getmək və ölkəyə  gəlmək sənədlərinə malik  olmasına amin 

olmaq üçün öhdəliklərin müəyyən edilməsini əks etdirir. 

4.  Hər bir İştirakçı dövlət öz daxili qanunvericiliyinə uyğun olaraq bu maddənin 3-cü bəndində 

müəyyən edilən öhdəliyin pozulmasına görə sanksiyanın nəzərdə tutulması üçün zəruri tədbirlər 

görür. 

5.  Hər bir İştirakçı dövlət öz daxili qanunvericiliyinə uyğun olaraq, bu Protokolda cinayət kimi 



tanınmış cinayətlərin törədilməsi ilə əlaqəsi olan şəxslərin ölkəyə daxil olmasını rədd edən və ya 

onların vizalarının ləğv edilməsini mümkün edən tədbirlərin görülməsi mümkünlüyünü müzakirə 

edir. 

6.   Konvensiyanın  27-ci  maddəsinə  xələl  gətirmədən  İştirakçı  dövlətlər,  sərhəd  nəzarəti  üzrə 



orqanlar arasında, o cümlədən birbaşa rabitə kanallarının yaradılması və saxlanılması vasitəsi ilə 

əməkdaşlığın möhkəmləndirilməsi mümkünlüyünü müzakirə edirlər. 

 

 

Maddə 12  



Sənədlərin etibarlılığı və onlara nəzarət 

 

 



Hər bir İştirakçı dövlət öz imkanları daxilində aşağıdakılar üçün zəruri ola bilən tədbirlər görür: 

a)   onlara  ölkədən  getmək  və  ölkəyə  gəlmək  üçün  verilən  sənədlərin  və  ya  şəxsiyyət 

vəsiqələrinin  qeyri-qanuni  istifadəsini  və  saxtalaşdırılmasını  və  ya  qanunsuz  dəyişdirilməsini, 

əks  olunmasını  və  ya  verilməsini  mümkün  qədər  çətinləşdirmək  üçün  onların  keyfiyyətinin 

artırılmasını təmin etmək; 

b)  İştirakçı dövlət tərəfindən və ya onun adından ölkədən getmək və ölkəyə gəlmək üçün verilən 

sənədlərin və ya şəxsiyyət vəsiqələrinin qorunmasını və etibarlılığını təmin etmək, habelə onların 

qeyri-qanuni hazırlanmasının, verilməsinin və istifadəsinin qarşısını almaq. 

  



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə