Bmt-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix31.08.2018
ölçüsü0,76 Mb.
#65919
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

Mübahisələrin həlli 

 

 



1. İştirakçı dövlətlər bu Konvensiyanın tətbiqi və şərhi ilə bağlı yaranan mübahisələri danışıqlar 

vasitəsi ilə həll etməyə çalışır. 

2.   Bu  Konvensiyanın  tətbiqinə  və  şərhinə  dair  İştirakçı  dövlətlər  arasında  yaranan  hər  bir 

mübahisə  ağlabatan  müddət  ərzində  danışıqlar  vasitəsi  ilə  həll  oluna  bilmədikdə,  həmin 

mübahisə  İştirakçı  dövlətlərdən  birinin  xahişi  ilə  arbitraj  araşdırma  sına  təqdim  edilir.  Arbitraj 

haqqında  müraciət  edildiyi  gündən  etibarən  altı  ay  ərzində  həmin  İştirakçı  dövlətlər  arbitrajın 

təşkil  edilməsi  barədə  razılığa  gələ  bilmədikdə,  İştirakçı  dövlətlərdən  biri  Beynəlxalq 

Məhkəmənin  Nizamnaməsinə  uyğun  olaraq  müraciət  etməklə,  mübahisəni  həmin  məhkəməyə 

göndərə bilər. 

3.   Hər  bir  İştirakçı  dövlət  bu  Konvensiyanı  imzalayarkən,  ratifikasiya,  qəbul  və  ya  təsdiq 

edərkən  və  ya  ona  qoşularkən  bəyan  edə  bilər  ki,  o  özünü  bu  maddənin  2-ci  bəndinin 

müddəalarına  bağlı  hesab  etmir.  Digər  İştirakçı  dövlətlər,  bu  cür  qeyd-şərt  etmiş  istənilən 

İştirakçı dövlətə münasibətdə bu maddənin 2-ci bəndinin müddəalarına bağlı deyildir. 

4.  Bu maddənin 3-cü bəndinə uyğun olaraq bu cür qeyd-şərt etmiş hər hansı bir İştirakçı dövlət 

Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildiriş göndərməklə istənilən zaman həmin qeyd-

şərti geri götürə bilər. 

 

 

Maddə 36  



İmzalama, ratifikasiya, qəbuletmə, təsdiqetmə və qoşulma 

 

 



1.   Bu  Konvensiya,  2000-ci  il  dekabr  ayının  12-den  15-ne  qədər  İtaliyanın  Palermo  şəhərində, 

sonradan isə 2002-ci il dekabr ayının 12-ne qədər Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı 

Mərkəzi təşkilatlarında bütün dövlətlər tərəfindən imzalanmaq üçün açıqdır. 

2.   Bu  Konvensiya  həmçinin  regional  iqtisadi  inteqrasiya  təşkilatları  tərəfindən  de  imzalanmaq 

üçün  açıqdır,  bir  şərtlə  ki,  bu  cür  təşkilatın  en  azı  bir  üzv  dövləti  bu  maddənin  1  -ci  bəndinə 

uyğun olaraq həmin Konvensiyanı imzalamış olsun, 

3.  Bu Konvensiya ratifikasiya olunmalı, qəbul və ya təsdiq edilməlidir. Ratifikasiya fərmanları 

və  ya  qəbuletmə  və  ya  təsdiqetmə  haqqında  sənədlər  Birləşmiş  Millətlər  Təşkilatının  Baş 

katibinə saxlanca verilir. Regional iqtisadi inteqrasiya təşkilatları da, eger ən azı onun üzvü olan 

dövlətlərdən biri bu cür qaydada hərəkət etmişdirsə, öz ratifikasiya fərmanlarını və ya qəbuletmə 

və ya təsdiqetmə haqqında sənədlərini saxlanca verə bilərlər. Bu cür təşkilat, həmin ratifikasiya 

fərmanlarında  və  ya  qəbuletmə  və  ya  təsdiqetmə  haqqında  sənədlərində,  bu  Konvensiya  ilə 




tənzimlənən məsələlərə dair öz səlahiyyət çərçivəsi haqqında bildirir. Bu cür təşkilat həmçinin öz 

səlahiyyət çərçivəsində olan hər bir müvafiq dəyişiklik haqqında depozitariyə məlumat verir. 

4.   Bu  Konvensiya,  istənilən  dövlətin  və  ya  istənilən  regional  iqtisadi  inteqrasiya  təşkilatının 

hemin Konvensiyaya qoşulması üçün açıqdır, bir şərtlə ki, həmin təşkilatın ən azı bir üzv dövləti 

bu Konvensiyanın İştirakçısı olsun. Qoşulma haqqında sənədlər Birləşmiş Millətlər Təşkilatının 

Baş katibinə saxlanca verilir. Regional iqtisadi inteqrasiya təşkilatı qoşularkən bu Konvensiya ilə 

tənzimlənən məsələlərə dair öz səlahiyyət çərçivəsi haqqında bildirir. Bu cür təşkilat həmçinin öz 

səlahiyyət çərçivəsində olan hər bir müvafiq dəyişiklik haqqında depozitariyə məlumat verir. 

 

 

Maddə 37  



Protokollarla əlaqə 

 

 



1.  Bu Konvensiyaya bir və ya bir neçə protokolla əlavələr edilə bilər. 

2.   Protokolun  İştirakçısı  olmaq  üçün  dövlət  və  ya  regional  iqtisadi  inteqrasiya  təşkilatı  eyni 

zamanda bu Konvensiyanın da İştirakçısı olmalıdır. 

3.  Bu  Konvensiyanın  İştirakçı  dövləti,  eger  ancaq  o,  protokolun  müddəalarına  uyğun  olaraq 

hemin protokolun İştirakçısı deyilsə, protokolla bağlı hesab edilmir. 

4.   Bu  Konvensiyaya  əlavə  edilən  istənilən  protokol,  həmin  protokolun  məqsədi  nəzərə 

alınmaqla, Konvensiya ilə birgə şərh edilir. 

 

 



Maddə 38  

Qüvvəyə minmə 

 

 



1.  Bu  Konvensiya  qırxıncı  ratifikasiya  fərmanının  və  ya  qəbuletmə,  təsdiqetmə  və  ya  qoşulma 

haqqında sənədin saxlanca təqdim edildiyi tarixdən sonra gələn doxsanıncı gün qüvvəyə minir. 

Bu bəndin məqsədləri üçün regional iqtisadi inteqrasiya təşkilatı tərəfindən saxlanca verilən hər 

hansı bir bu cür fərman və ya sənəd həmin təşkilatın üzvü olan dövlətlər tərəfindən təqdim edilən 

fərmanlara və ya sənədlərə əlavə kimi hesab edilmir. 

2. Bu Konvensiyanı ratifikasiya, qəbul və ya təsdiq edən və ya qırxıncı ratifikasiya fərmanının və 

ya bu cür qüvvəyə malik olan sənədin saxlanca verilməsindən sonra ona qoşulan hər bir dövlət 

və  ya  regional  iqtisadi  inteqrasiya  təşkilatı  üçün  bu  Konvensiya  bu  cür  dövlət  və  ya  təşkilat 




tərəfindən  müvafiq  fərmanın  və  ya  sənədin  saxlanca  verilməsindən  sonra  gələn  otuzuncu  gün 

qüvvəyə minir. 

 

 

Maddə 39  



Düzəlişlər 

 

 



1.   Bu  Konvensiyanın  qüvvəyə  minməsindən  beş  il  sonra  Konvensiyanın  İştirakçı  dövləti  ona 

düzəliş təklif edə bilər və həmin düzəlişi Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərə 

bilər, o da öz növbəsində müzakirə etmək və ona dair qərar qəbul etmək məqsədi ilə təklif edilən 

düzəlişi  İştirakçı  dövlətlərə  və  Konvensiya  İştirakçılarının  Konfransına  ötürür.  İştirakçıların 

Konfransı  hər  bir  düzəlişə  dair  konsensusa  nail  olmaq  üçün  öz  səylərini  göstərir.  Əgər 

konsensusa  nail  olunmasına  bütün  cəhdlər  sərf  edilibsə  və  heç  bir  razılaşma  əldə  edilməyibsə, 

onda  düzəlişin  qəbul  edilməsi  üçün  son  vasitə  kimi  İştirakçıların  Konfransının  iclasında  və 

səsvermədə  iştirak  edən  bu  Konvensiyanın  İştirakçı  dövlətlərinin  üçdə  iki  səs  çoxluğu  tələb 

olunur. 

2.  Öz  səlahiyyətinə  daxil  olan  məsələlərlə  bağlı  regional  iqtisadi  inteqrasiya  təşkilatları  öz  səs 

hüququnu  bu  Konvensiyanın  İştirakçısı  olan  öz  üzv  dövlətlərinin  sayına  bərabər  səsə  malik 

olmaqla, bu maddəyə uyğun olaraq həyata keçirirlər. Bu cür təşkilatlar, əgər onların üzvü olan 

dövlətlər  öz  səs  hüququnu  həyata  keçirirlərsə,  öz  səs  hüququnu  həyata  keçirmirlər  və  yaxud 

əksinə. 


3.   Bu  maddənin  1-ci  bəndinə  uyğun  olaraq  qəbul  edilmiş  düzəliş  İştirakçı  dövlətlər  tərəfindən 

ratifikasiya, qəbul və ya təsdiq edilməlidir. 

4.  İştirakçı dövlətə münasibətdə, bu maddənin 1-ci bəndinə uyğun olaraq qəbul edilmiş düzəliş 

bu  cür  düzəlişin  qəbul  və  ya  təsdiq  edilməsi  haqqında  sənədin  və  ya  ratifikasiya  fərmanının 

Birləşmiş  Millətlər  Təşkilatının  Baş  katibinə  saxlanca  verildiyi  tarixdən  doxsan  gün  sonra 

qüvvəyə minir. 

5. Düzəliş qüvvəyə mindiyi  zaman həmin düzəlişə bağlı olması  haqqında öz razılıqlarını ifadə 

edən  İştirakçı  dövlətlər  üçün  məcburi  olur.  Digər  İştirakçı  dövlətlərin  bu  Konvensiyanın 

müddəalarına və onun əvvəl ratifikasiya, qəbul və ya təsdiq etdiyi istənilən düzəlişlərə bağlılığı 

davam edir. 

 

 

Maddə 40  



Ləğvetmə 


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə