Bmt-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə22/23
tarix31.08.2018
ölçüsü0,76 Mb.
#65919
1   ...   15   16   17   18   19   20   21   22   23

III. XƏBƏRDARLIQ, ƏMƏKDAŞLIQ VƏ DİGƏR TƏDBİRLƏR 

Maddə 10  



Məlumat 

 

 



1. Konvensiyanın 27-ci və 28-ci maddələrinə xələl gətirmədən İştirakçı dövlətlər, ilk növbədə isə 

ümumi sərhədi olan və ya miqrantların qeyri-qanuni gətirilməsi marşrutlarında yerləşən İştirakçı 

dövlətlər, bu Protokolun məqsədlərinə nail olmaq üçün öz daxili hüquqi və inzibati sistemlərinə 

uyğun olaraq aşağıda göstərilən məsələlərə dair müvafiq məlumat mübadiləsi həyata keçirirlər: 

a) bu Protokolun 6-cı maddəsində göstərilən əməllərin törədilməsində iştirak edən hər hansı bir 

mütəşəkkil cinayətkar qrup tərəfindən məlum olduğu və 

ya  şübhə  edildiyi  kimi  istifadə  olunan  göndərmə  və  təyinat  məntəqələri,  habelə  marşrutlar, 

daşıyıcılar və nəqliyyat vasitələri

b)  bu  Protokolun  6-cı  maddəsində  göstərilən  əməllərin  törədilməsində  məlum  olduğu  və  ya 

şübhə edildiyi kimi iştirak edən təşkilatlar və ya mütəşəkkil cinayətkar qruplar və onların istifadə 

etdiyi üsullar haqqında məlumat; 

c)  ölkədən  getmək  və  ölkəyə  gəlmək  üçün  İştirakçı  dövlət  tərəfindən  verilən  sənədlərin 

həqiqiliyini və düzgünlüyünü bildirən fərqli xüsusiyyətləri və ölkədən getmək və ölkəyə gəlmək 

üçün  blankların  və  ya  şəxsiyyət  vəsiqələrinin  oğurlanması  və  ya  onların  sonrakı  qeyri-qanuni 

istifadəsi haqqında məlumatlar

d) insanların gizlədilməsi və daşınması vasitələri və üsulları haqqında məlumat, bu Protokolun 6-

cı  maddəsində  göstərilən  əməllərin  törədilməsində  ölkədən  getmək  və  ölkəyə  gəlmək  üçün 

istifadə  olunan  sənədlərin  və  ya  şəxsiyyət  vəsiqələrinin  qeyri-qanuni  dəyişdirilməsi,  əldə 

olunması və ya qanunsuz istifadə edilməsi və onların aşkar edilməsi üsulları haqqında məlumat; 

e)   qanunverici  təcrübə,  habelə  bu  Protokolun  6-cı  maddəsində  göstərilən  əməllərin  qarşısının 

alınmasına və onunla mübarizəyə yönələn təcrübə və tədbirlər; və 

f)   bu  Protokolun  6-cı  maddəsində  göstərilən  əməllərin  qarşısının  alınması,  aşkar  edilməsi, 

istintaqı üzrə öz imkanlarının genişləndirilməsi və həmin cinayətlərlə əlaqəsi olan şəxslərin təqib 

edilməsi məqsədi ilə hüquq mühafizə orqanlarına faydalı ola bilən elmi-texniki məlumat. 

2. Məlumatı alan İştirakçı dövlət məlumatı təqdim edən İştirakçı dövlətin istənilən xahişini onun 

istifadəsinə dair məhdudiyyətlərin qoyulması ilə birlikdə yerinə yetirir. 

 

 

Maddə 11  




Sərhəddə nəzarət tədbirləri 

 

 



1.   İnsanların  azad  yerdəyişməsinə  dair  beynəlxalq  öhdəliklərə  xələl  gətirmədən  İştirakçı 

dövlətlər  miqrantların  sərhəddən  qanunsuz  keçirilməsinin  qarşısını  almaq  və  aşkar  etmək  üçün 

mümkün qədər sərhəd nəzarəti tədbirlərini müəyyən edirlər. 

2.   Hər  bir  İştirakçı  dövlət  kommersiya  məqsədi  güdən  daşıyıcılar  tərəfindən  istismar  olunan 

nəqliyyat  vasitələrinin, bu Protokolun 6-cı  maddəsinin l(a) bəndinə uyğun olaraq, cinayət  kimi 

tanınmış  cinayətlərin  törədilməsində  istifadəsinin  mümkün  qədər  qarşısını  almaq  üçün 

qanunverici və ya digər lazımi tədbirlər görür. 

3.  Lazım gəldikdə və tətbiq olunan beynəlxalq konvensiyalara xələl gətirmədən bu cür tədbirlər 

özündə kommersiya məqsədi güdən daşıyıcılar, o cümlədən hər hansı bir nəqliyyat şirkəti və ya 

sahibi  və  ya  hər  hansı  bir  nəqliyyat  vasitəsi  operatorları  üçün  bütün  sərnişinlərin  qəbul  edən 

dövlətə daxil olmasına lazım olan ölkədən getmək və ölkəyə gəlmək sənədlərinə malik olmasına 

əmin olmaq üçün öhdəliklərin müəyyən edilməsini əks etdirir. 

4.   Hər  bir  İştirakçı  dövlət  bu  maddənin  3-cü  bəndində  müəyyən  edilən  öhdəliyin  pozulmasına 

görə sanksiyanın nəzərdə tutulması üçün öz daxili qanunvericiliyinə uyğun olaraq zəruri tədbirlər 

görür. 

5. Hər bir İştirakçı dövlət bu Protokola əsasən cinayət kimi tanınmış cinayətlərin törədilməsi ilə 



əlaqəsi  olan  şəxslərin  ölkəyə  daxil  olmasının  öz  daxili  qanunvericiliyinə  uyğun  olaraq  rədd 

edilməsini  və  ya  onların  vizalarının  ləğv  edilməsini  mümkün  edən  tədbirlərin  görülməsi 

mümkünlüyünü müzakirə edir. 

6.   Konvensiyanın  27-ci  maddəsinə  xələl  gətirmədən  İştirakçı  dövlətlər  sərhəd  nəzarəti  üzrə 

orqanlar arasında o cümlədən birbaşa rabitə kanallarının yaradılması və saxlanılması vasitəsi ilə 

əməkdaşlığın möhkəmləndirilməsi mümkünlüyünü müzakirə edirlər. 

 

 

Maddə 12  



Sənədlərin etibarlılığı və onlara nəzarət 

 

 



Hər bir İştirakçı dövlət öz imkanları daxilində aşağıdakılar üçün zəruri ola bilən tədbirlər görür: 

a)   onlara  ölkədən  getmək  və  ölkəyə  gəlmək  üçün  verilən  sənədlərin  və  ya  şəxsiyyət 

vəsiqələrinin  qeyri-qanuni  istifadəsini  və  saxtalaşdırılmasını  və  ya  qanunsuz  dəyişdirilməsini, 

əks  olunmasını  və  ya  verilməsini  mümkün  qədər  çətinləşdirmək  üçün  onların  keyfiyyətinin 

artırılmasını təmin etmək; 



b)  İştirakçı dövlət tərəfindən və ya onun adından ölkədən getmək və ölkəyə gəlmək üçün verilən 

sənədlərin və ya şəxsiyyət vəsiqələrinin qorunmasını və etibarlılığını təmin etmək, habelə onların 

qeyri-qanuni düzəldilməsinin, verilməsinin və istifadəsinin qarşısını almaq. 

 

 



Maddə 13  

Sənədlərin qanuniliyi və həqiqiliyi 

 

 



İştirakçı  dövlət  öz  daxili  qanunvericiliyinə  uyğun  olaraq  digər  İştirakçı  dövlətin  xahişi  ilə 

ağlabatan müddət ərzində ölkədən getmək və ya ölkəyə gəlmək üçün onun adından verilmiş və 

ya guya onun adından verilmiş, bu Protokolun 6-cı maddəsində göstərilən əməllərin törədilməsi 

məqsədi  ilə  istifadə  edilməsinə  şübhə  doğuran  sənədlərin  və  ya  şəxsiyyət  vəsiqələrinin 

qanuniliyini və həqiqiliyini yoxlayır. 

 

 



Maddə 14  

Kadrların hazırlığı və texniki əməkdaşlıq 

 

 



1.  İştirakçı dövlətlər bu Protokolun 6-cı maddəsində göstərilən əməllərin qarşısını almaq və bu 

cür  əməllərin  obyekti  olmuş  miqrantlarla,  onların  bu  Protokolda  müəyyən  edilən  hüquqlarına 

hörmət  olunmasını  təmin  etməklə,  insani  rəftar  məsələləri  üzrə  miqrasiya  və  digər  müvafiq 

orqanların əməkdaşlarının ixtisaslaşdırılmış hazırlığını təmin edir və təkmilləşdirirlər. 

2.  İştirakçı dövlətlər bu Protokolun 6-cı maddəsində göstərilən əməllərin qarşısını almaq, aradan 

qaldırmaq  və  onunla  mübarizə  etmək,  habelə  bu  cür  əməllərin  obyekti  olmuş  miqrantların 

hüquqlarını  müdafiə  etmək  məqsədi  ilə  öz  ərazilərindəki  kadrların  lazımi  hazırlığının  təmin 

edilməsində,  lazım  gəldikdə,  bir-biri  ilə  və  səlahiyyətli  beynəlxalq  təşkilatlar,  qeyri-hökumət 

təşkilatları, 

digər müvafiq təşkilatlar və vətəndaş cəmiyyətinin digər elementləri ilə əməkdaşlıq edirlər. Bu 

cür hazırlığa aşağıdakılar daxildir: 

a) ölkəyə gəlmək və ölkədən getmək üçün sənədlərin keyfiyyətinin və etibarlılığının artırılması; 

b)  ölkəyə  gəlmək  və  ölkədən  getmək  üçün  saxta  sənədlərin  və  ya  şəxsiyyət  vəsiqələrinin 

tapılması və aşkar olunması; 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə