Bmt-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix31.08.2018
ölçüsü0,76 Mb.
#65919
1   ...   15   16   17   18   19   20   21   22   23

Maddə 3  

Anlayışlar 

 

 



Bu Protokolun məqsədləri üçün: 

a)   "miqrantların  qeyri-qanuni  gətirilməsi"  dedikdə  hər  hansı  bir  maliyyə  və  ya  digər  maddi 

mənfəətin birbaşa və  ya dolayı  alınması məqsədi  ilə istənilən  İştirakçı  dövlətin  ərazisinə, onun 

vətəndaşı  olmayan  və  ya  onun  ərazisində  daimi  yaşamayan  hər  hansı  bir  şəxsin  qeyri-qanuni 

daxil olmasının təmin edilməsi başa düşülür

b) "qeyri-qanuni  gəlmək" dedikdə, qəbul  edən dövlətə qanuni  əsaslarla daxil olmaq üçün vacib 

tələblərə riayət etməməklə sərhədi keçmək başa düşülür; 

c)  "ölkədən  getmək  və  ölkəyə  gəlmək  üçün  saxta  sənəd  və  ya  şəxsiyyət  vəsiqəsi"  dedikdə 

ölkədən getmək və ölkəyə gəlmək üçün aşağıdakı tərzdə olan hər hansı bir sənəd başa düşülür: 

i) qanuni qaydada dövlət adından ölkədən getmək və ölkəyə gəlmək üçün sənəd və ya şəxsiyyət 

vəsiqəsi düzəltməyə və ya təqdim etməyə səlahiyyəti olanlardan fərqli olaraq hər hansı bir şəxs 

və ya təşkilat tərəfindən hər hansı bir maddi üsulla dəyişdirilmiş və ya saxta düzəldilmiş sənəd; 

və ya 

ii) düzgün olmayan qaydada verilmiş və ya həqiqətə uyğun olmayan məlumatın, rüşvətin və ya 



məcbur etmənin və ya hər hansı bir qeyri-qanuni qaydada verilmiş və ya alınmış sənədlər; və ya 

iii) qanuni sahibindən fərqli olaraq digər şəxs tərəfindən istifadə edilən 

sənəd; 

d)  "gəmi"  dedikdə,  dövlətə  məxsus  olan  və  ya  onun  tərəfindən  istismar  edilən,  həmin  zaman 



ancaq dövlətin qeyri-kommersiya xidmətində olan hərbi gəmilər, köməkçi hərbi dəniz gəmiləri 

və ya digər növ gəmilər istisna olmaqla, hər növ üzən vasitələr, o cümlədən su basımı olmayan 

gəmilər və su üzərində nəqliyyat vasitəsi kimi istifadə edilən və ya edilə bilən hidroplanlar başa 

düşülür. 

 

 

Maddə 4  



Tətbiq dairəsi 

 

 




Bu  Protokol,  əgər  onda  digər  qayda  nəzərdə  tutulmayıbsa,  həmin  Protokolun  6-cı  maddəsinə 

uyğun  olaraq  cinayət  kimi  tanınmış  cinayətlərlə  əlaqədar,  əgər  həmin  cinayətlər  transmilli 

xarakter  daşıyırsa  və  mütəşəkkil  cinayətkar  qrupun  iştirakı  ilə  törədilibdirsə,  cinayətlərin 

qarşısının  alınmasına, istintaqına və  cinayət təqibinə, habelə bu cür cinayətlərin obyekti olmuş 

şəxslərin hüquqlarının müdafiə edilməsinə tətbiq edilir. 

 

 



Maddə 5  

Miqrantların cinayət təqibi 

 

 



Bu  Protokol  miqrantların  cinayət  təqibinə  tətbiq  edilə  bilməz,  yalnız  o  səbəbə  görə  ki,  onlar 

həmin Protokolun 6-cı maddəsində göstərilən cinayətlərin obyekti olmuşdurlar. 

 

 

Maddə 6  



Kriminallaşdırma 

 

 



1. Hər bir İştirakçı dövlət aşağıdakı əməlləri, onlar qəsdən və birbaşa və ya dolayı maliyyə və ya 

digər maddi mənfəət almaq məqsədi ilə törədildikdə, cinayət qanunu ilə cəzalandırılan əməl kimi 

tanımaq üçün lazımi qanunverici və digər tədbirlər görür: 

a)  miqrantların sərhəddən qanunsuz keçirilməsi

b)   əməllər  miqrantların  sərhəddən  qanunsuz  keçirilməsi  üçün  şəraitin  yaradılması  məqsədi  ilə 

törədilərkən: 

i) ölkədən getmək və ölkəyə gəlmək üçün saxta sənədin və ya şəxsiyyət 

vəsiqəsinin düzəldilməsi

ii) bu cür sənədin əldə olunması və ya verilməsi və ya bu cür sənədə malik olmaq; 

c)   aidiyyətli  dövlətin  vətəndaşı  olmayan  və  ya  onun  ərazisində  daimi  yaşamayan  hər  hansı  bir 

şəxsə  bu  bəndin  (b)  yarımbəndində  göstərilən  üsullar  və  ya  digər  hər  hansı  bir  qeyri-qanuni 

vasitələrlə  qanuni  qalmaq  üçün  zəruri  olan  qanuni  tələblərə  riayət  etməməklə,  bu  dövlətin 

ərazisində qalmağa imkanın yaradılması. 



2.   Hər  bir  İştirakçı  dövlət  eyni  zamanda  aşağıdakı  əməlləri  cinayət  qanunu  ilə  cəzalandırılan 

əməl kimi tanımaq üçün lazımi qanunverici və digər tədbirlər görür: 

a) öz hüquq sisteminin əsas prinsiplərinə riayət etmək şərti ilə bu maddənin 1-ci bəndinə uyğun 

olaraq cinayət kimi müəyyən edilmiş hər hansı bir cinayətin törədilməsinə cəhd

b)  bu  maddənin  l(a),  (b)(i)  və  ya  (c)  bəndinə  uyğun  olaraq  cinayət  kimi  müəyyən  edilmiş  hər 

hansı bir cinayətin törədilməsində cinayət  yoldaşı qismində İştirakçılıq və öz hüquq sisteminin 

əsas prinsiplərinə riayət etmək şərti ilə bu maddənin 1 (b)(ii) bəndinə uyğun olaraq cinayət kimi 

müəyyən edilmiş hər hansı bir cinayətin törədilməsində cinayət yoldaşı qismində İştirakçılıq; 

c)  bu maddənin 1-ci bəndinə uyğun olaraq cinayət kimi müəyyən edilmiş hər hansı bir cinayəti 

törətmək məqsədi ilə digər şəxslərin təşkilatlandırılması və ya onlara rəhbərlik. 

3.   Hər  bir  İştirakçı  dövlət  bu  maddənin  l(a),  (b)(i)  və  ya  (c)  bəndlərinə  uyğun  olaraq  cinayət 

kimi müəyyən edilmiş cinayətlərdə ağırlaşdırıcı hallar kimi tanımaq və öz hüquqi sisteminin əsas 

prinsiplərinə riayət etmək şərti ilə bu maddənin 2(b) və (c) bəndlərinə uyğun olaraq cinayət kimi 

müəyyən  edilmiş  hər  hansı  bir  cinayətdə  aşağıda  göstərinlən  halları  ağırlaşdırıcı  hallar  kimi 

tanımaq üçün lazımi qanunverici və digər tədbirlər görür: 

a) müəyyən miqrantların həyatını və ya təhlükəsizliyini təhlükə altına qoyan hallar və ya 

b)   bu  cür  miqrantlarla  qeyri-insani  və  ləyaqəti  alçaldan  rəftara  səbəb  olan  hallar,  o  cümlədən 

istismar məqsədi ilə. 

4.   Bu  Protokolun  heç  bir  müddəası  İştirakçı  dövlətə  onun  daxili  qanunvericiliyə  uyğun  olaraq 

əməli cəzalandırılan hər hansı bir şəxs barəsində tədbirlər görməyə mane olmur. 

II. MİQRANTLARIN DƏNİZLƏ SƏRHƏDDƏN QEYRİ-QANUNİ 

KEÇİRİLMƏSİ 

Maddə 7  

Əməkdaşlıq 

 

 



İştirakçı  dövlətlər  miqrantların  dənizlə  qeyri-qanuni  gətirilməsinin  qarşısını  almaq  məqsədi  ilə 

beynəlxalq dəniz hüququna uyğun olaraq mümkün qədər geniş şəkildə əməkdaşlıq edirlər. 

 

 

Maddə 8 



Miqrantların dənizlə sərhəddən qanunsuz keçirilməsinə qarşı müqavimət tədbirləri 


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə