Bmt-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix31.08.2018
ölçüsü0,76 Mb.
#65919
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

c)   mütəşəkkil  cinayətkar  qruplar  tərəfindən  dövlət  orqanlarının  həyata  keçirdiyi  ticarət 

qaydalarından və kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün dövlət orqanlarının verdiyi 

subsidiyalardan və lisenziyalardan sui-istifadənin qarşısının alınmasına; 

d)   mütəşəkkil  cinayətkar  qruplar  tərəfindən  hüquqi  şəxslərdən  sui-istifadənin  qarşısının 

alınmasına; bu cür tədbirlər özündə aşağıdakıları əks etdirə bilər: 

i)  hüquqi  şəxslərin  təsis  edilməsində,  idarə  edilməsində  və  onların  maliyyələşməsində 

iştirak edən hüquqi və fiziki şəxslərin dövlət reyestrinin yaradılması; 

ii) müəyyən edilmiş müddətə məhkəmənin qərarı əsasında və ya digər lazımi üsullarla bu 

Konvensiya ilə əhatə olunan cinayətlərə görə məhkum olunmuş şəxsləri öz yurisdiksiyası 

daxilində  qeydiyyata  alınmış  hüquqi  şəxsin  rəhbər  vəzifəsini  tutmaq  hüququndan 

məhrumetmə imkanının yaradılması; 

iii) hüquqi şəxsin rəhbər vəzifəsini tutmaq hüququndan məhrum olunmuş şəxslərin milli 

reyestrinin yaradılması; və 

iv)  bu  bəndin  (d)(i)  və  (iii)-cü  yarımbəndlərində  göstərilən  reyestrlərdə  əks  olunan 

məlumatın digər İştirakçı dövlətin səlahiyyətli orqanları ilə mübadiləsi. 

3.   İştirakçı  dövlətlər  bu  Konvensiya  ilə  əhatə  olunan  cinayətlərə  görə  məhkum  olunmuş 

şəxslərin cəmiyyətə yenidən inteqrasiya olunması üçün öz səylərini göstərirlər. 

4.  İştirakçı  dövlətlər  mütəşəkkil  cinayətkar  qrupların  etdikləri  sui-istifadələrin  zəif  nöqtələrini 

aşkar  etmək  məqsədi  ilə  müvafiq  məsələlər  üzrə  mövcud  olan  hüquqi  sənədlərin  və  inzibati 

təcrübə növlərinin müntəzəm olaraq qiymətləndirilməsinə çalışırlar. 

5.  İştirakçı dövlətlər transmilli mütəşəkkil cinayətkarlığın mövcud olması faktının, səbəblərinin 

və  təhlükəlilik  dərəcəsinin,  habelə  onun  yaratdığı  təhlükənin  ictimaiyyət  tərəfindən  dərindən 

dərk  edilməsinə  səy  göstərirlər.  Müvafiq  məlumat  özündə  bu  cür  cinayətkarlığın  qarşısının 

alınmasında  və  onunla  mübarizədə  əhalinin  iştirak  etməsinə  səy  göstərmək  üzrə  tədbirlər 

haqqında  məlumatı  əks  etdirə  və  lazım  gəldikdə,  kütləvi  informasiya  vasitələri  ilə  yayımlana 

bilər. 


6.   Hər  bir  İştirakçı  dövlət  digər  İştirakçı  dövlətlərə  mütəşəkkil  cinayətkarlığın  qarşısının 

alınması  üzrə  tədbirlərin  işlənib  hazırlanmasında  yardım  edə  biləcək  orqanın  və  ya  orqanların 

adını və ünvanını Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildirir. 

7.   İştirakçı  dövlətlər,  lazım  gəldikdə,  bu  maddədə  göstərilən  tədbirlərin  işlənib  hazırlanmasına 

və həyata keçirilməsinə yardım etmək məqsədi ilə bir-biri ilə və müvafiq beynəlxalq və regional 

təşkilatlarla əməkdaşlıq edirlər. Həmin tədbirlərə transmilli mütəşəkkil cinayətkarlığın qarşısının 

alınmasına  yönəlmiş  beynəlxalq  layihələrdə  iştirak  da  daxildir,  məsələn,  transmilli  mütəşəkkil 

cinayətkarlıq  fəaliyyəti  nöqteyi-nəzərindən  qeyri-qənaətbəxş  sosial  vəziyyətdə  olan  əhali 

qruplarının zəifliyinə təsir göstərən vəziyyətin yaxşılaşdırılması vasitəsi ilə. 

 

 




Maddə 32  

Konvensiya İştirakçılarının Konfransı 

 

 



1.   Bu  Konvensiya  əsasında,  transmilli  mütəşəkkil  cinayətkarlıqla  mübarizə,  habelə  bu 

Konvensiyanın həyata keçirilməsinə və onun həyata keçirilməsinə nəzarətə səy göstərmək üçün 

İştirakçı  dövlətlərin  imkanlarını  genişləndirmək  məqsədi  ilə  Konvensiya  İştirakçılarının 

Konfransı təsis edilir. 

2.   Birləşmiş  Millətlər  Təşkilatının  Baş  katibi  İştirakçıların  Konfransını  bu  Konvensiyanın 

qüvvəyə  minməsindən  sonra  bir  ildən  gec  olmayaraq  çağırır.  İştirakçıların  Konfransı  prosedur 

qaydaları və bu maddənin 3-cü və 4-cü bəndlərində göstərilən fəaliyyətləri tənzimləyən qaydalar 

(o cümlədən bu cür fəaliyyətin həyata keçirilməsi  ilə bağlı çəkilən xərclərin ödənilməsinə dair 

qaydalar) qəbul edir. 

3.  İştirakçıların  Konfransı,  aşağıdakılar  daxil  olmaqla,  bu  maddənin  1-ci  bəndində  göstərilən 

məqsədlərə nail olmaq üçün mexanizmləri razılaşdırır: 

a)  bu  Konvensiyanın  29,  30  və  31-ci  maddələrinə  əsasən,  o  cümlədən  könüllü  ödəmələrin 

səfərbər edilməsinə yardım etməklə, İştirakçı dövlətlərin fəaliyyətinə yardım etmək; 

b)  İştirakçı  dövlətlər  arasında  transmilli  mütəşəkkil  cinayətkarlığın  formaları  və  bu  sahədə 

tendensiyalar  haqqında,  habelə  onunla  mübarizə  üçün  müvəffəqiyyətli  üsullara  dair  məlumat 

mübadiləsinə yardım etmək; 

c)  müvafiq  beynəlxalq  və  regional  təşkilatlar,  habelə  qeyri-hökumət  təşkilatları  ilə  əməkdaşlıq 

etmək; 


d)   bu Konvensiyanın həyata keçirilməsi məsələsini vaxtaşırı müzakirə etmək

e)  bu  Konvensiyanın  təkmilləşdirilməsinə  və  onun  həyata  keçirilməsinə  aid  olan  tövsiyələri 

qəbul etmək. 

4.   Bu  maddənin  3  (d)  və  (e)  bəndlərinin  məqsədləri  üçün  İştirakçıların  Konfransı,  bu 

Konvensiyanın  həyata  keçirilməsi  üçün  İştirakçı  dövlətlər  tərəfindən  görülən  tədbirlər  və 

bununla əlaqədar onların üzləşdiyi çətinliklər haqqında zəruri məlumat alır. 

5.   Hər  bir  İştirakçı  dövlət  bu  Konvensiyanın  həyata  keçirilməsinə  yönələn  öz  proqramları, 

planları  və  təcrübəsi  haqqında,  habelə  qanunverici  və  inzibati  tədbirlər  haqqında  məlumatını, 

İştirakçılar Konfransının müəyyən etdiyi qaydada Konfrans İştirakçılarına təqdim edir. 

 

 



Maddə 33  


Katiblik 

 

 

1.   Birləşmiş  Millətlər  Təşkilatının  Baş  katibi  Konvensiya  İştirakçılarının  Konfransını  lazımi 



katiblik xidmətləri ilə təmin edir. 

2.  Katiblik: 

a)  bu  Konvensiyanın  32-ci  maddəsində  göstərilən  fəaliyyətin  həyata  keçirilməsində  Konfrans 

İştirakçılarına  yardım  edir,  eləcə  də  Konfrans  İştirakçılarının  sessiyalarını  təşkil  edir  və  onları 

lazımi xidmətlərlə təmin edir

b)  sorğu  əsasında,  bu  Konvensiyanın  32-ci  maddəsinin  5-ci  bəndində  nəzərdə  tutulduğu  kimi, 

məlumatın Konfrans İştirakçılarına təqdim edilməsində İştirakçı dövlətlərə kömək göstərir; və 

c) digər müvafiq beynəlxalq və regional təşkilatların katiblikləri ilə lazımi əlaqələndirməni təmin 

edir. 

 

 



Maddə 34  

Konvensiyanın həyata keçirilməsi 

 

 



1.   Hər  bir  İştirakçı  dövlət  bu  Konvensiyaya  əsasən  öz  üzərinə  götürdüyü  öhdəliklərin  həyata 

keçirilməsini  təmin  etmək  üçün  daxili  qanunvericiliyinin  başlıca  prinsiplərinə  uyğun  olaraq 

zəruri tədbirlər, o cümlədən qanunverici və inzibati tədbirlər görür. 

2.   Bu  Konvensiyanın  5,  6,  8  və  23-cü  maddələrinə  əsasən  cinayət  kimi  tanınmış  cinayətlər  bu 

Konvensiyanın  5-ci  maddəsinə əsasən mütəşəkkil cinayətkar qrupla əlaqəsi  olması  elementinin 

mövcud  olmasını  tələb  eden  hallar  istisna  olmaqla,  transmilli  xarakterindən  və  ya  bu 

Konvensiyanın  3-cü  maddəsinin  1-ci  bəndində  göstərildiyi  kimi,  mütəşəkkil  cinayətkar  qrupla 

əlaqəsi  olub-olmamasından  asılı  olmayaraq  hər  bir  İştirakçı  dövlətin  daxili  qanunvericiliyində 

cinayətlər kimi tanınır. 

3.   Hər  bir  İştirakçı  dövlət  transmilli  mütəşəkkil  cinayətkarlığın  qarşısını  almaq  və  onunla 

mübarizə  aparmaq  üçün  bu  Konvensiyada  nəzərdə  tutulan  tədbirlərdən  daha  sərt  və  ciddi 

tədbirlər görə bilər. 

 

 

Maddə 35  




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə