Bmt-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix31.08.2018
ölçüsü0,76 Mb.
#65919
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

 

 

Maddə 19  



Birgə istintaqlar 

 

 



İştirakçı  dövlətlər,  bir  və  ya  bir  neçə  dövlətdə  istintaqın,  cinayət  təqibinin  və  ya  məhkəmə 

baxışının  predmeti  olan  işlərlə  əlaqədar  maraqlı  səlahiyyətli  orqanlara  birgə  istintaqların 

aparılması  üzrə  orqanların  yaradılmasına  səlahiyyət  vermək  üçün  əsas  olan  ikitərəfli  və  ya 

çoxtərəfli  sazişlər  və  ya  razılaşmaların  bağlanılması  mümkünlüyünü  müzakirə  edirlər.  Bu  cür 

sazişlərin və ya razılaşmaların olmadığı təqdirdə, birgə istintaqlar hər bir xüsusi halda razılaşma 

əsasında  həyata  keçirilir.  Müvafiq  İştirakçı  dövlətlər,  ərazisində  bu  cür  istintaqın  aparılacağı 

İştirakçı dövlətin suverenliyinə tam hörmət bəsləyir. 

 

 



Maddə 20  

İstintaqın xüsusi üsulları 

 

 



1.  Əgər  buna  onun  daxili  hüquqi  sisteminin  başlıca  prinsipləri  icazə  verirsə,  hər  bir  İştirakçı 

dövlət  öz  imkanları  çərçivəsində  və  onun  daxili  qanunvericiliyinin  müəyyən  etdiyi  şərtlərlə  öz 

ərazisində  mütəşəkkil  cinayətkarlıqla  səmərəli  mübarizə  aparmaq  məqsədi  ilə  öz  səlahiyyətli 

orqanlarına  nəzarət  qaydasında  mal  alınmasının  istifadə  edilməsinə  və  məqsədəmüvafiq  hesab 

etdiyi hallarda, elektron müşahidə və ya digər müşahidə formaları, habelə agentlik əməliyyatları 

kimi  digər  xüsusi  istintaq  üsullarının  istifadə  edilməsinə  icazə  vermək  üçün  lazımi  tədbirlər 

görür. 

2.   Bu  Konvensiya  ilə  əhatə  olunan  cinayətlərin  istintaqı  məqsədi  ilə  İştirakçı  dövlətlər, 



beynəlxalq  səviyyədə  əməkdaşlıq  kontekstində  bu  kimi  xüsusi  istintaq  üsullarının  istifadə 

edilməsinə dair, lazım gəldikdə, müvafiq ikitərəfli və ya çoxtərəfli sazişlərin və ya razılaşmaların 

bağlanmasına  təşviq  edilməlidirlər.  Bu  cür  sazişlər  və  ya  razılaşmalar  dövlətlərin  suverenlik, 

bərabərlik prinsipinə tam şəkildə riayət etməklə bağlanır və yerinə yetirilir və bu sazişlərin və ya 

razılaşmaların şərtlərinə uyğun şəkildə dəqiqliklə həyata keçirilir. 

3. Bu maddənin 2-ci bəndində göstərilən sazişlər və ya razılaşmalar mövcud olmadığı təqdirdə, 

bu cür xüsusi istintaq üsullarının beynəlxalq səviyyədə istifadə edilməsi haqqında qərarlar hər bir 

xüsusi halda qəbul edilir və lazım gəldikdə, maraqlı İştirakçı dövlətlər tərəfindən yurisdiksiyanın 

həyata keçirilməsinə dair maliyyə razılaşmaları və qarşılıqlı anlaşmalar nəzərdə tuta bilər. 

4.  Nəzarət  qaydasında  mal  alınmasından  beynəlxalq  səviyyədə  istifadə  haqqında  qərarlarda 

maraqlı  İştirakçı  dövlətlərin  icazəsi  ilə  yüklərin  tutulması  və  onların  toxunulmamış  vəziyyətdə 



saxlanılması  və  ya  yüklərin  tam  və  ya  qismən  dəyişdirilməsi  və  ya  götürülməsi  kimi  üsullar 

nəzərdə tutula bilər. 

 

 

Maddə 21  



Cinayət icraatının verilməsi 

 

 



İştirakçı  dövlətlər  hesab  etsələr  ki,  cinayət  icraatının  verilməsi  ədalət  mühakiməsinin  lazımi 

qaydada aparılması tələblərinə cavab verəcək və xüsusilə cinayət işlərinin birləşdirilməsində bir 

neçə  yurisdiksiyanın  maraqlarına  toxunulacaq,  cinayət  təqibi  məqsədi  ilə  bu  Konvensiya  ilə 

əhatə olunan cinayətlə əlaqədar cinayət icraatının qarşılıqlı verilməsi mümkünlüyünü müzakirə 

edirlər. 

 

 



Maddə 22  

Məhkumluq haqqında məlumat 

 

 



Hər bir İştirakçı dövlət, istintaqı aparılan cinayətin törədilməsində şübhəli bilinən şəxs barəsində 

digər  dövlətdə  əvvəl  çıxarılmış  hər  hansı  bir  ittiham  hökmünün,  özü  məqsədəmüvafiq  hesab 

etdiyi  şərtlər  və  məqsədlər  əsasında  nəzərə  alınması  və  bu  cür  məlumatın  bu  Konvensiya  ilə 

əhatə olunan cinayətlə əlaqədar cinayət icraatı zamanı istifadəsi üçün zəruri ola bilən qanunverici 

və ya digər tədbirlər görə bilər. 

 

 



Maddə 23  

Ədalət mühakiməsi əleyhinə olan cinayətlərin kriminallaşdırılması 

 

 



Hər  bir  İştirakçı  dövlət  aşağıdakı  əməlləri,  onlar  qəsdən  törədildikdə,  cinayət  qanunu  ilə 

cəzalandırılan cinayətlər kimi tanımaq üçün müvafiq qanunverici və digər tədbirlər görür: 

a)  bu Konvensiya ilə əhatə olunan cinayətlə əlaqədar icraat zamanı yalan ifadələrin verilməsinə 

sövq  etmək  və  ya  sübutlar  təqdim  edilən  və  ya  ifadə  verilən  zaman  prosesə  müdaxilə  etmək 

məqsədi ilə fiziki qüvvə tətbiqi, hədə-qorxu gəlmə və ya qorxutma və ya qeyri-qanuni mənfəət 

vəd, təklif və ya təqdim etmə




b) bu Konvensiya ilə əhatə olunan cinayətlə əlaqədar icraat zamanı məhkəmə orqanlarının və ya 

hüquq mühafizə orqanlarının vəzifəli şəxslərinin vəzifə borcunun yerinə yetirilməsinə müdaxilə 

etmək  məqsədi  ilə  fiziki  qüvvənin  tətbiqi,  hədə-qorxu  gəlmə  və  ya  qorxutma.  Bu  yarımbəndin 

müddəaları  İştirakçı  dövlətlərə  digər  kateqoriyalı  dövlət  vəzifəli  şəxslərin  müdafiəsini  təmin 

edən qanunvericiliyə malik olması hüququna xələl gətirmir. 

 

 



Maddə 24  

Şahidlərin müdafiəsi 

 

 



1.   Hər  bir  İştirakçı  dövlət  öz  imkanları  daxilində,  cinayət  icraatında  iştirak  edən  və  bu 

Konvensiya ilə əhatə olunan cinayətlərə dair ifadə verən şahidlər barəsində və lazım gəldikdə, 

onların  qohumları  və  onlara  yaxın  olan  digər  şəxslər  barəsində  ehtimal  olunan  qisasdan  və  ya 

hədə-qorxudan səmərəli müdafiənin təmin edilməsinə yönələn tədbirlər görür. 

2.  Bu maddənin 1-ci bəndində nəzərdə tutulan tədbirlərə, təqsirləndirilən şəxsin hüquqlarına, o 

cümlədən  lazımi  qaydada  araşdırma   hüququna  xələl  gətirmədən,  xüsusilə  aşağıdakılar  daxil 

edilə bilər: 

a)   bu  cür  şəxslərin  fiziki  müdafiəsi  üçün  prosedurların  müəyyən  edilməsi,  məsələn,  lazım 

gəldikdə  və  praktiki  cəhətdən  həyata  keçirilməsi  mümkün  olduqda,  onların  digər  yerə 

köçürülməsi  və  lazım  gəldikdə,  bu  cür  şəxslərin  şəxsiyyətinə  və  olduqları  yerə  aid  olan 

məlumatın açıqlanmaması və ya bu cür məlumatın açıqlanmasına məhdudiyyətlərin qoyulması; 

b)  şahidə, şahid ifadələrinin verilməsinə təhlükəsizliyi təmin edən sübutetmə qaydalarının qəbul 

edilməsi,  məsələn  videorabitə  və  ya  digər  oxşar  vasitələr  kimi  rabitə  vasitələri  ilə  şahid 

ifadələrinin verilməsinə icazə vermək. 

3.   İştirakçı  dövlətlər  bu  maddənin  1-ci  bəndində  göstərilən  şəxslərin  köçürülməsinə  dair  digər 

dövlətlərlə sazişlərin və razılaşmaların bağlanması məsələsini müzakirə edirlər. 

4.  Bu  maddənin  müddəaları  həmçinin  şahid  qismində  çıxış  etdiyinə  görə  zərərçəkmişlərə  də 

tətbiq edilir. 

 

 

Maddə 25  



Zərərçəkmişlərə yardım və onların müdafiəsi 

 

 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə