Bmt-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix31.08.2018
ölçüsü0,76 Mb.
#65919
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

əgər həmin şəxsin sorğu edən İştirakçı dövlətin ərazisində şəxsi iştirakı mümkün deyilsə və ya 

məqsədə  müvafiq  deyilsə,  dinləmənin  videorabitənin  köməyi  ilə  aparılmasına  icazə  verə  bilər. 

İştirakçı  dövlətlər,  dinləmənin  sorğu  edən  İştirakçı  dövlətin  məhkəmə  orqanı  tərəfindən  sorğu 

alan  İştirakçı  dövlətin  məhkəmə  orqanları  nümayəndələrinin  iştirakı  ilə  keçirilməsi  haqqında 

razılığa gələ bilərlər. 

19.   Sorğu  edən  İştirakçı  dövlət  istintaqın,  cinayət  təqibinin  və  ya  məhkəmə  araşdırma  sının 

həyata  keçirilməsi  məqsədi  ilə  ona  sorğu  alan  İştirakçı  dövlət  tərəfindən  təqdim  edilən  və 

sorğuda  göstərilən  məlumatlardan  və  sübutlardan  fərqli  olaraq  digər  məlumatları  və  sübutları 

sorğu alan İştirakçı dövlətin buna öncə razılığı olmadan ötürmür və ya istifadə etmir. Bu bəndin 

heç bir müddəası sorğu alan İştirakçı dövlətdə icraat  gedən zaman təqsirləndirilən şəxsə bəraət 

verən məlumatların və sübutların açıqlanmasına mane olmur. Belə olduğu təqdirdə, sorğu edən 

İştirakçı  dövlət  məlumatlar  və  ya  sübutlar  açıqlanana  qədər  sorğu  alan  İştirakçı  dövləti 

məlumatlandırır və əgər bu barədə sorğu alınıbsa, sorğu alan İştirakçı dövlətlə məsləhətləşmələr 

aparır.  Əgər  xüsusi  hallarda,  əvvəlcədən  məlumatlandırmaq  mümkün  deyilsə,  onda  sorğu  edən 

İştirakçı dövlət bu cür açıqlama haqqında sorğu alan İştirakçı dövləti məlumatlandırır. 

20.  Sorğu edən İştirakçı dövlət sorğunun icrası üçün vacib sayılanlar istisna olmaqla, tələb edə 

bilər  ki,  sorğu  alan  İştirakçı  dövlət  sorğunun  verilməsini  və  onun  mahiyyətinin  məxfiliyini 

qorusun.  Əgər  sorğu  alan  İştirakçı  dövlət  məxfiliyə  dair  tələbləri  yerinə  yetirə  bilmirsə,  o,  bu 

barədə dərhal sorğu edən İştirakçı dövlətə məlumat verir. 

21.  Qarşılıqlı hüquqi yardımdan imtina oluna bilər: 

a) əgər sorğu bu maddənin müddəalarına uyğun olaraq təqdim edilməyibsə

b)   əgər  sorğu  alan  İştirakçı  dövlət  hesab  edirsə  ki,  sorğunun  yerinə  yetirilməsi  onun 

suverenliyinə, təhlükəsizliyinə, ictimai asayişinə və ya digər əhəmiyyətli maraqlarına xələl gətirə 

bilər; 


c)  əgər  sorğu  alan  İştirakçı  dövlətin  daxili  qanunvericiliyi  onun  orqanına  hər  hansı  bir  oxşar 

cinayətə  dair  xahiş  olunan  tədbirlərin  həyata  keçirilməsini  qadağan  edirsə,  əgər  bu  cür  cinayət 

onun  yurisdiksiyası  daxilində  istintaqın,  cinayət  təqibinin  və  ya  məhkəmə  baxışının  predmeti 

olsaydı; 

d)   əgər  sorğunun  yerinə  yetirilməsi  qarşılıqlı  hüquqi  yardım  məsələlərinə  dair  sorğu  alan 

İştirakçı dövlətin hüquqi sisteminə ziddirsə. 

22.  İştirakçı  dövlətlər  qarşılıqlı  hüquqi  yardım  haqqında  sorğunun  onda  göstərilmiş  cinayətin 

yalnız vergi məsələləri ilə əlaqəsi olduğuna görə icra edilməsindən imtina edə bilməzlər. 

23. Qarşılıqlı hüquqi yardımın göstərilməsinə dair hər hansı bir imtina əsaslandırılmalıdır. 

24.  Sorğu alan İştirakçı dövlət qarşılıqlı hüquqi yardım haqqında sorğunun yerinə yetirilməsini 

imkan daxilində qısa müddətdə həyata keçirir və sorğu edən İştirakçı dövlətin təqdim etdiyi və 

sorğunun özündə xüsusi əsaslandırılmış  hər hansı  bir son müddəti,  mümkün qədər tam şəkildə 

nəzərə alır. Sorğu alan İştirakçı dövlət sorğunun yerinə yetirilməsi ilə bağlı gedişata dair sorğu 



edən İştirakçı dövlətin müraciətlərinə cavab verir. Sorğu edən İştirakçı dövlət sorğu alan İştirakçı 

dövlətə dərhal məlumat verir ki, xahiş olunan yardıma daha ehtiyac duyulmur. 

25.  Qarşılıqlı  hüquqi  yardımın  göstərilməsinin  istintaqa,  cinayət  təqibinə  və  ya  məhkəmə 

baxışma əngəl törədə biləcəyinə əsas olduqda, həmin yardımın göstərilməsi sorğu alan İştirakçı 

dövlət tərəfindən təxirə salına bilər. 

26. Bu maddənin 21-ci bəndinə əsasən sorğunun yerinə yetirilməsindən imtina edənə qədər və ya 

bu maddənin 25-ci bəndinə əsasən sorğunun yerinə yetirilməsini təxirə salana qədər sorğu alan 

İştirakçı dövlət, yardımın sorğu alan İştirakçı dövlətin zəruri hesab etdiyi müddətdə və şərtlərlə 

göstərilib-göstərilə  bilməməsini  müəyyən  etmək  üçün  sorğu  edən  İştirakçı  dövlətlə 

məsləhətləşmələr aparır. Əgər sorğu edən İştirakçı dövlət yardımı bu cür şərtlərlə qəbul edirsə, 

onda o, həmin şərtlərə riayət edir. 

27.  Bu maddənin 12-ci bəndinin tətbiqinə xələl gətirmədən sorğu edən İştirakçı dövlətin xahişi 

ilə sorğu edən İştirakçı dövlətin ərazisində icraat zamanı ifadə verməyə və ya istintaqın, cinayət 

təqibinin və ya məhkəmə baxışının keçirildiyi zaman yardım etməyə razılıq verən şahid, ekspert 

və ya digər şəxs hərəkətə, hərəkətsizliyə və ya sorğu alan İştirakçı dövlətin ərazisini tərk edənə 

qədər olan müddətə aid olan məhkumetmə ilə əlaqədar bu ərazidə cinayət təqibinə, həbsetməyə, 

cəzalandırılmaya  və  ya  hər  hansı  bir  şəxsi  azadlığın  məhdudlaşdırılmasına  məruz  qala  bilməz. 

Əgər şahid, ekspert və ya digər şəxs, onun iştirakının məhkəmə orqanlarına daha lazım olmaması 

barədə  rəsmi  məlumatlandırıldığı  tarixdən  etibarən  15  ardıcıl  gün  ərzində  və  ya  İştirakçı 

dövlətlər arasında razılaşdırılmış istənilən müddət ərzində könüllü olaraq bu ərazidə qalmışdırsa 

və ya onu tərk etdikdən sonra öz şəxsi təşəbbüsü ilə geri qayıtmışdırsa, bu cür şəxsi təhlükəsizlik 

təminatının təsiri bitmiş hesab edilir. 

28.   Sorğunun  icrası  ilə  bağlı  adi  xərclər,  əgər  maraqlı  İştirakçı  dövlətlər  digər  razılığa 

gəlməyiblərsə,  sorğu  alan  İştirakçı  dövlət  tərəfindən  ödənilir.  Əgər  sorğunun  icrası  üçün 

əhəmiyyətli və ya fövqəladə xərclər tələb olunursa və ya tələb olunarsa, onda İştirakçı dövlətlər, 

sorğunun  yerinə  yetirilməsi,  habelə  xərclərin  ödənilməsi  qaydaları  və  şərtlərinin  müəyyən 

edilməsi məqsədi ilə məsləhətləşmələr aparırlar. 

29.  Sorğu alan İştirakçı dövlət: 

a) özünün sərəncamında olan və öz daxili qanunvericiliyinə uyğun olaraq ictimaiyyət üçün açıq 

olan hökumət materiallarının, sənədlərinin və ya məlumatlarının surətlərini sorğu edən İştirakçı 

dövlətə təqdim edir; 

b)  öz mülahizəsinə əsasən, tam və ya qismən və ya özünün münasib hesab etdiyi şərtlərə riayət 

etməklə özünün sərəncamında olan və öz daxili qanunvericiliyinə uyğun olaraq ictimaiyyət üçün 

açıq  olan  hökumət  materiallarının,  sənədlərinin  və  ya  məlumatlarının  surətlərini  sorğu  edən 

İştirakçı dövlətə təqdim edir. 

30.   İştirakçı  dövlətlər,  lazım  gəldikdə,  bu  maddənin  məqsədlərinə  cavab  verən,  onun  həyata 

keçirilməsini  təmin  edən  və  ya  onun  müddəalarını  gücləndirən  ikitərəfli  və  çoxtərəfli 

razılaşmaların və ya müqavilələrin bağlanması mümkünlüyünü müzakirə edirlər. 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə