Bmt-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix31.08.2018
ölçüsü0,76 Mb.
#65919
1   2   3   4   5   6   7   8   9   ...   23

2.  İştirakçı dövlətlər nağd pul vəsaitlərinin və müvafiq dövriyyə sənədlərinin öz sərhədlərindən 

yerdəyişməsini  aşkar  etmək  üzrə  və  məlumatın  lazımi  qaydada  istifadəsinin  təmin  edilməsinə 

yönələn təminatlara riayət etməklə, eləcə də qanuni kapitalın yerdəyişməsinə hər hansı bir maneə 

törətmədən bu cür yerdəyişməyə nəzarət üzrə praktiki cəhətdən mümkün olan tədbirlərin tətbiq 

edilməsinə dair məsələləri müzakirə edirlər. Bu cür tədbirlər belə bir tələb nəzərdə tuta bilər ki, 

fiziki  şəxslər  və  kommersiya  təşkilatları  böyük  həcmdə  nağd  pul  vəsaitlərinin  transsərhəd 

köçürmələri və müvafiq dövriyyə sənədlərinin ötürülməsi haqqında məlumat versinlər. 

3.   Bu  maddənin  müddəalarına  uyğun  olaraq  daxili  tənzimləmə  və  nəzarət  rejimi  müəyyən 

edərkən və bu Konvensiyanın hər hansı bir digər maddəsinə xələl gətirmədən İştirakçı dövlətlərə 

regional,  regionlararası  və  çoxtərəfli  təşkilatların  pul  vəsaitlərinin  yuyulmasına  qarşı  olan 

müvafiq təşəbbüslərini rəhbər tutmaq təklif olunur. 

4.   İştirakçı  dövlətlər  pul  vəsaitlərinin  yuyulması  ilə  mübarizə  məqsədi  ilə  məhkəmə  və  hüquq 

mühafizə  orqanları,  habelə  maliyyə  siyasətinə  nəzarət  edən  orqanlar  arasında  qlobal,  regional, 

subregional və ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə və təşviq etməyə səy göstərirlər. 

 

 

Maddə 8  



Korrupsiyanın kriminallaşdırılması 

 

 



1.  Hər  bir  İştirakçı  dövlət  aşağıdakı  əməlləri,  onlar  qəsdən  törədildikdə,  cinayət  qanunu  ilə 

cəzalandırılan cinayətlər kimi tanımaq üçün müvafiq qanunverici və digər tədbirlər görür: 

a)  vəzifəli şəxsin öz vəzifə borcunu yerinə yetirərkən hər hansı bir hərəkət və ya hərəkətsizliyi 

etmək məqsədi ilə dövlət vəzifəli şəxsə, həmin vəzifəli şəxsin özü və ya digər fiziki və ya hüquqi 

şəxs üçün şəxsən və ya vasitəçinin köməyi ilə hər hansı bir qeyri-qanuni üstünlüyün vəd, təklif 

və ya təqdim edilməsi

b) vəzifəli şəxsin özü vəzifə borcunu yerinə yetirərkən hər hansı bir hərəkət və ya hərəkətsizliyi 

etmək məqsədi ilə dövlət vəzifəli şəxs tərəfindən, həmin vəzifəli şəxsin özü və ya digər fiziki və 

ya hüquqi şəxs üçün şəxsən və ya vasitəçinin köməyi ilə hər hansı bir qeyri-qanuni üstünlüyün 

tələb edilməsi və ya alınması. 

2.   Hər  bir  İştirakçı  dövlət,  bu  maddənin  1-ci  bəndində  qeyd  olunan  cinayətlərdə  hər  hansı  bir 

əcnəbi vəzifəli şəxs və  ya beynəlxalq  mülki qulluqçu iştirak etdikdə, həmin cinayətləri cinayət 

qanuni  ilə  cəzalandırılan  cinayətlər  kimi  tanımaq  üçün  lazımi  qanunverici  və  digər  tədbirlərin 

görülməsi mümkünlüyünü müzakirə edir. Hər bir İştirakçı dövlət həmçinin korrupsiyanın digər 

növlərini  cinayət  qanunu  ilə  cəzalandırılan  cinayətlər  kimi  tanımaq  mümkünlüyünü  müzakirə 

edir. 



3.   Hər bir  İştirakçı  dövlət  həmçinin  bu maddəyə uyğun olaraq cinayət  kimi tanınmış  hər hansı 

bir cinayətdə cinayət  İştirakçısı qismində  İştirakçılığı  cinayət  qanunu ilə  cəzalandırılan cinayət 

kimi tanımaq üçün lazımi tədbirlər görür. 

4.   Bu  maddənin  1-ci  bəndinin  və  bu  Konvensiyanın  9-cu  maddəsinin  məqsədləri  üçün  "dövlət 

vəzifəli şəxs" dedikdə, İştirakçı dövlətin daxili qanunvericiliyində müəyyən edildiyi kimi ictimai 

vəzifəli şəxs və ya həmin İştirakçı dövlətin cinayət qanunvericiliyi ilə tətbiq edildiyi kimi, həmin 

dövlətdə hər hansı bir ictimai xidmət göstərən vəzifəli şəxs başa düşülür. 

 

 



Maddə 9  

Korrupsiyaya qarşı tədbirlər 

 

 



1.  Bu Konvensiyanın 8-ci maddəsində göstərilmiş tədbirlərə əlavə olaraq hər bir İştirakçı dövlət 

dövlət vəzifəli şəxslər arasında korrupsiyanın aşkar edilməsi və qarşısının alınması və buna görə 

həmin şəxslərin cəzalandırılması məqsədi ilə öz hüquqi sisteminə uyğun olaraq və tələb olunan 

həcmdə qanunverici, inzibati və digər səmərəli tədbirlər görür. 

2.   Hər  bir  İştirakçı  dövlət,  dövlət  vəzifəli  şəxslər  arasında  korrupsiyanın  aşkar  edilməsi  və 

qarşısının  alınması  və  buna  görə  həmin  şəxslərin  cəzalandırılması  sahəsində  öz  orqanlarının 

səmərəli  fəaliyyətini  təmin  etmək,  o  cümlədən  bu  cür  orqanlara,  onların  fəaliyyətinə  qeyri-

qanuni  edilən  təzyiqlərin  qarşısını  almaq  üçün  kifayət  qədər  müstəqillik  verərək,  səmərəli 

fəaliyyətini təmin etmək üçün tədbirlər görür. 

 

 



Maddə 10  

Hüquqi şəxslərin məsuliyyəti 

 

 



1.  Hər  bir  İştirakçı  dövlət  öz  hüquqi  prinsiplərini  nəzərə  alaraq,  hüquqi  şəxslərin  mütəşəkkil 

cinayətkar  qrupun  əlaqədar  olduğu  ciddi  cinayətlərdə  və  bu  Konvensiyanın  5,  6,  8  və  23-cü 

maddələrinə  uyğun  olaraq  cinayət  kimi  tanınmış  cinayətlərdə  iştirakına  görə  məsuliyyətini 

müəyyən etmək üçün zəruri ola bilən tədbirlər görür. 

2.   İştirakçı  dövlətin  hüquqi  prinsiplərinə  riayət  etmək  şərti  ilə  hüquqi  şəxslərin  məsuliyyəti 

cinayət, mülki-hüquqi və inzibati məsuliyyət ola bilər. 

3.  Bu cür məsuliyyətin hüquqi şəxsin üzərinə qoyulmasının cinayət törətmiş fiziki şəxsin cinayət 

məsuliyyətinə heç bir təsiri yoxdur. 




4.   Hər  bir  İştirakçı  dövlət  bu  maddəyə  uyğun  olaraq  məsuliyyətə  cəlb  edilən  hüquqi  şəxslər 

barəsində  xüsusilə  səmərəli,  mütənasib  və  preventiv  təsirə  malik  olan  cinayət  və  qeyri-cinayət 

sanksiyalarının, o cümlədən maliyyə sanksiyalarının tətbiq edilməsini təmin edir. 

 

 



Maddə 11  

Cinayət təqibi, məhkəmə qərarının çıxarılması və sanksiyalar 

 

 



1.  Hər bir İştirakçı dövlət bu Konvensiyanın 5, 6, 8 və 23-cü maddələrində nəzərdə tutulan hər 

hansı bir cinayətin törədilməsinə görə həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə alan 

sanksiyaların tətbiq edilməsini nəzərdə tutur. 

2.   Hər  bir  İştirakçı  dövlət  Konvensiya  ilə  əhatə  olunan  cinayətlərə  dair  ən  səmərəli  hüquq 

mühafizə tədbirlərinə nail olmaq və bu cür cinayətlərin törədilməsinin qarşısını almaq zərurətinə 

lazımi  diqqət  yetirərək,  bu  cür  cinayətlərə  görə  şəxslərin  təqibinə  aid  olan  və  öz  daxili 

qanunvericiliyində  nəzərdə  tutulan  hər  hansı  bir  diskresion  hüquqi  səlahiyyətdən  istifadənin 

təmin edilməsinə çalışır. 

3.   Bu  Konvensiyanın  5,  6,  8  və  23-cü  maddələrinə  əsasən  cinayət  kimi  tanınmış  cinayətlərə 

münasibətdə  hər  bir  İştirakçı  dövlət  öz  daxili  qanunvericiliyinə  uyğun  olaraq  və  müdafiənin 

hüququna lazımi diqqət yetirərək, elə lazımi tədbirlər görür ki, məhkəməyə qədər azad olunma 

haqqında qərarla əlaqədar və ya apellyasiya şikayəti və ya protest əsasında qərar qəbul edilənə 

qədər  müəyyən  edilmiş  tədbirlərdə  təqsirləndirilən  şəxsin  sonrakı  cinayət  icraatında  iştirakının 

təmin edilməsi vacibliyi nəzərə alınsın. 

4.  Hər  bir  İştirakçı  dövlət  təmin  edir  ki,  onun  məhkəmə  və  ya  digər  səlahiyyətli  orqanları  bu 

Konvensiya ilə əhatə olunan cinayətlərə görə məhkum edilmiş şəxslərin vaxtından əvvəl və  ya 

şərti  azad  olunması  mümkünlüyü  məsələlərinə  baxanda  bu  cür  cinayətlərin  təhlükəlilik 

xarakterini nəzərə alsınlar. 

5.   Hər  bir  İştirakçı  dövlət,  öz  daxili  qanunvericiliyinə  uyğun  olaraq,  zəruri  hallarda,  bu 

Konvensiya  ilə  əhatə  olunan  hər  hansı  bir  cinayətə  görə  cinayət  təqibinin  başlanması  üçün 

uzunmüddətli cinayət məsuliyyətinə cəlb etmə müddəti müəyyən edir, cinayətin törədilməsində 

şübhəli  bilinən  şəxs  ədalət  mühakiməsindən  boyun  qaçırdıqda  isə  ən  uzunmüddətli  cinayət 

məsuliyyətinə cəlb etmə müddəti müəyyən edir. 

6.  Bu Konvensiyada nəzərdə tutulan müddəalar həmin Konvensiyaya uyğun olaraq cinayət kimi 

tanınmış cinayətlərin müəyyən edilməsini hər bir  İştirakçı  dövlətin  daxili qanunvericiliyinə  aid 

edən  prinsiplərə  və  müvafiq  hüquqi  mülahizələrin  və  ya  əməllərin  qanuna  uyğunluğunu  əks 

etdirən  digər  hüquqi  prinsiplərə  və  bu  cür  cinayətlərə  görə  cinayət  təqibinin  və  cəzanın  həmin 

qanunvericiliyə uyğun olaraq həyata keçirilməsini nəzərdə tutan prinsiplərə toxunmur. 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə