BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə27/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   23   24   25   26   27   28   29   30   ...   120

Almaniya siyasi həyatı geniş azadlıqların verilməsi ilə müşayiət 
olunurdu.  l924-cü  ildə  Almaniya  Kommunist  Partiyasının  rəhbəri 
E.Telmanın  başçılığı  ilə  fəhlələrin  Qırmızı  cəbhəçilər  ittifaqı 
yaradıldı.  Təxminən  100  min  nəfər  üzvü  olan  bu  ittifaqın  başlıca 
məqsədi  fəhlələrin  tədbirlərinin  nasional-sosialistlər  tərəfindən 
pozulmasının  qarşısını  qüvvə  ilə  almaq  idi.  Ölkədə  həmkarlar 
təşkilatlarının da fəaliyyəti güclənirdi. 
1924-
 
cü ildə reyxstaqa seçkilər keçirildi. Sosial-demokratlar 8 
mln., kommunistlər 2,7 mln., digər partiyalar isə 15 mln. səs aldılar. 
1925-ci il yanvarın 15-də Hans Lüterin təşkil etdiyi hökumət vergi və 
gömrük islahatlarını həyata keçirdi. 
Dövlətin  xarici  siyasəti  də  xeyli  fəallaşdı.  1925-ci  ildə 
imzalanan  Lokarno  sazişləri  Almaniyanı  Avropa  dövlətlərinin 
bərabərhüquqlu tərəfdaşına çevirdi. Ölkə 1926-cı il sentyabrın 10- da 
Millətlər Cəmiyyətinə daxil olub daimi üzv statusu ilə işində iştirak 
etməyə  başladı.  Bu  sazişlər  Almaniyanı  beynəlxalq  təcridçilikdən 
qurtardı. Siyasi bərabərlik bərpa edildi. 
1925-
 
ci il fevralın 28-də ölkənin ilk prezidenti, konstitusiyaya 
ciddi əməl edən, lakin respublika quruluşuna bağlı olmayan F. Ebert 
vəfat  etdi.  Aprelin  26-da  keçirilən  prezident  seçkilərində  sağ 
partiyaların  nümayəndəsi  kimi  namizədliyi  irəli  sürülən  ordunun 
keçmiş  faktiki  komandanı,  fcidmarşal  P.Hindenburqun  əsas  rəqibi 
Vilhelm  Marks  oldu.  Seçkilərin  birinci  turu  heç  kimə  qələbə 
gətirmədi. İkinci turda Hindenburq 14 mln. 655 min səs alaraq ölkə 
prezidenti seçildi. Marks isə 13 mln. 751 səs topladı. 1926-cı ilin may 
ayında  Lüter hökuməti  istefaya  getdi. Yeni  hökuməti  Marks qurdu. 
1927-ci  ilin  yanvar  ayında  isə  kabinet  dəyişikliyi  baş  verdi.  Marks 
yenidən  hökumət  yaratdı.  Hökumətin  tərkibinə  Milli,  Xalq  və 
Katolik-Mərkəz  partiyalarının  nümayəndələri  daxil  oldular.  Ölkədə 
hərbi dəniz donanması yenidən qunıldu. Ordunun sayı 350 min nəfərə 
çatdırıldı.  Ölkədə  qisasçılıq  və  irqçilik  təbliğatı  gücləndirildi.  Bu 
zaman Dəmir dəbilqəlilər dəstəsi üzvlərinin sayı 3 mln. nəfərə çatırdı. 
1928-ci il mayın 20-də reyxstaqa növbəti seçkilər keçirildi. 
83 


Sosial-demokratlar 9,1 mln. səs və ya 153 mandat, millətçilər 4,3 mln. 
səs  və  ya  73  mandat,  kommunistlər  3,3  mln.  səs  və  ya  45  mandat, 
nasional-sosialistlər  isə  810  min  səs  və  ya  12  mandat  qazandılar. 
1928-ci  ilin  iyun  ayında  sosial-demokratların  nümayəndəsi  German 
Müller Böyük koalisiya hökumətini  yaratdı. Müller hökuməti sosial 
sığorta,  qocalara  və  müharibə  əlillərinə  pensiya  verilməsi  işini 
qaydaya  saldı.  Hökumət  inhisarlara  faizsiz  kreditlər  verdi.  1928-ci 
ildə Bens və Daymier maşınqayırma zavodları birləşdirildi. 
Böyük  koalisiya  hökuməti  alman  hərbi  gücünü  dirçəltmək 
proqramını həyata keçirdi. Almaniya artıq 1929-cu ildə 13 ölkəyə, 
0
 
cümlədən  Fransa,  İspaniya  və  Belçikaya  silah  satırdı.  1928-ci  il 
avqustun 10-da hərbi dəniz qüvvələri yaradılması proqramının həyata 
keçirilməsinə başlandı. 
Böyük  koalisiyanın  hakimiyyəti  illərində  ölkədə  Milli  Partiya 
gücləndi. Dəmir dəbilqəlilər bu partiya ilə daha da yaxınlaşdılar. Əgər 
1928-ci ildə onun üzvlərinin sayı 620 min nəfər idisə, 1929- cu ildə 1 
mln. nəfərə çatdı. Həmin təşkilatlar Veymar konstitusiyasının ləğvini 
qətiyyətlə tələb edirdilər. 
Nasional-sosialist  hərəkatı  da  gücləndi.  1926-cı  ildə  bu 
partiyanın üzvlərinin sayı 17, 1929-cu ildə isə 120 min nəfərə çatdı. 
Hitlerin Bavariya və Prussiyaya daxil olmasını qadağan edən qərarlar 
qüvvədən  düşdü.  Xalq  içərisində  fəallıqlarını  xeyli  artıran 
nasional-sosialistlər təkcə 1928-ci ildə ölkə ərazisində 20 min mitinq 
keçirdilər.  Ölkədə  mövcud  olan  fəhlə  hərəkatına  qarşı  təkcə 
nasional-sosialistlər  deyil,  eyni  zamanda  hökumət  də  kəskin  mövqe 
tuturdu.  1929-cu  il  mayın  1-də  Berlində  nümayişə  çıxan  200  min 
fəhləni polis gülləbaran etdi. Az sonra Qırmızı cəbhəçilər ittifaqının 
fəaliyyəti qadağan olundu. 
84 


Almaniya dünya iqtisadi böhranı illərində 
Dünya  iqtisadi  böhranı  yarandıqda  Müllcr  hökuməti  Daues 
planına  yenidən  baxmağı  Qərb  ölkələrindən  xahiş  etdi.  Hökumət 
geniş  tədbirlər  həyata  keçirə  bilməyərək  1930-cu  il  aprelin  30-da 
istefaya  getdi.  Hakimiyyətə  gələn  Katolik-Mərkəz  Partiyasının 
nümayəndəsi  H.Bryuninq  hökuməti  təzminat  məsələsi  ilə  məşğul 
olmağa başladı. Bu məqsədlə amerikan bankiri O.Yunqun başçılığı ilə 
komissiya  yaradıldı.  1930-cu  ilin  may  ayında  Haaqada  keçirilən 
konfransda təzminat məsələsinin yeni həllinə dair Yunq planı qəbul 
edildi. Həmin plana görə Almaniya 59 il müddətinə təxminən 113,9 
mlrd, marka təzminat ödəməli idi. 
Dünya  iqtisadi  böhranı  istehsala  kəskin  zərbə  vurdu.  Dağ- 
mədən  və  avtomobilqayınna  sənayesində  istehsal  aşağı  düşdü. 
Bütövlükdə  1929-cu  illə  müqayisədə  1932-ci  ildə  ölkədə  istehsal 
təxminən  40%,  gəlir  42%,  xarici  ticarət  dövriyyəsi  isə  60%  azaldı. 
Markanın  alıcılıq  qabiliyyəti  aşağı  düşdü.  Bir  sıra  iri  banklar  iflasa 
uğradı. Polad əridilməsi əgər 1929-cu ildə 16,1 mln. ton idisə
1932-
 
ci ildə 5,6 mln. tona, çuqun əridilməsi isə 29%-ə endi. Kiçik 
müəssisələr  iflasa  uğradı.  Kütləvi  işsizlik  yarandı.  İşsizlərin  sayı 
1929-cu ilin sonunda 3,4, 1930-cu ilin sonunda 4,4, 1932-ci ildə isə 
təxminən 8 mln. nəfərə çatdı. Ümumi əmək haqqı fondu 2 dəfə azaldı. 
Belə  ağır  sosial-iqtisadi  şəraitdə  hökumət  təzminatı  ödəmək 
imkanında olmadığını bəyan etdi. 
H.Bryuninq  hökuməti  böhran  əleyhinə  ciddi  proqram  həyata 
keçinnəyə  başladı.  1930-cu  il  dekabrın  l-də  verilən  yeni  fövqəladə 
dekretə  görə  işsizlərə  edilən  yardımlar,  sosial  proqramlara  ayrılan 
xərclər  azaldılır  və  vergilər  çoxaldılırdı.  Hökumət  bank  sisteminin 
sağlamlaşdırılması  siyasətini  həyata  keçirdi.  Nəticədə  iri  bank  və 
kompaniyaların  bir  çoxunun  səhm  paketləri  dövlət  mülkiyyətinə 
çevrildi.  Qiymət  yə  əmək  haqqı  siyasəti  mərkəzləşdirildi.  Lakin  bu 
tədbirlər  kifayət  qədər  səmərəli  olmadı.  Şəhər  və  kəndlərdə  sosial 
ziddiyyətləri kəskinləşdirən böhran nasional-sosialist təbliğatı üçün 
85 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə