də hərbi vəziyyət hələ ləğv edilmədiyindən parlamentə komanda ilə,
kuponla seçkilər və ya "gümüşü seçkilər" adlandırılan seçkilər
keçirildi. Seçkilər nəticəsində icmalar palatasındakı 707 yerdən
484-nü mühafizəkar və liberallar qazandılar. Bunun 348 mandatı
mühafizəkarların, I36-sı liberalların idi. Leyboristlər isə 60 deputat
yerinə sahib oldular. L.Corcun başçılığı ilə koalisiyalı hökumət
yaradıldı. Kabinetdə əsas vəzifələri mühafizəkarlar tutdular. Bu
hökumətdə L.Corcun müavini Mühafizəkarlar Partiyasının lideri
Bonar Lou, müdafiə naziri Uinston Çerçil, xarici işlər naziri isə Lord
D. Kerzon təyin edildilər. 1922-ci ilə qədər hakimiyyətdə qalan yeni
hökumətin başlıca şüarı “İngiltərəni oyadın” oldu. Baş nazir ölkəni
qəhrəmanlarına layiq edəcəyini bildirdi.
L.Corc ölkəni ağır vəziyyətdən çıxamıağın yeganə yolunu
xüsusi sahibkarlığın inkişaf etdirilməsində görürdü. O, dövlət
tənzimlənməsi prinsipinin əleyhinə idi. İstehsal üzərində dövlət
nəzarəti ləğv edildi. Bundan fərqli olaraq dövlətin sosial funksiyaları
artırıldı. 1919-cu ildə funt sterlinqin qızıla olan paritetinin ləğv
edilməsi sənaye istehsalının artımına müsbət təsir etdi.
İctimai-siyasi hərəkatlar genişləndi. 1919-cu ildə ölkəni tətil
hərəkatı bürüdü. İşçilər əmək haqqının artırılmasını, iş gününün
azaldılmasını və həmkarlar ittifaqlarının yaradılması hüquqlarının
bərpa olunmasını tələb edirdilər. Şotlandiyada 100 min fəhlə ümumi
tətilə çıxdı. Hökumət güzəştə getdi. İşçilərin əmək haqqı artırıldı.
Sənayedə 7 saatlıq iş günü tətbiq edildi.
Dəmiryolçuların da tətilləri baş verdi. 6 mln. nəfərdən
çox fəhlə
iş həftəsinin azaldılmasına nail oldu.
1919-cu
ildə Kommunist İnternasionalının yaradılması
İngiltərədə sosialist və kommunist meyllərinin artmasına müəyyən
təsir etdi. Həmin ilin may ayında Londonda Britaniya Sosialist
Partiyası. Fehlə Sosialist Federasiyası və Cənubi Uels Sosialist
Cəmiyyəti nümayəndələrinin müşavirəsində Böyük Britaniya
Kommunist Partiyasını yaratmaq məqsədi ilə birləşmiş müvəqqəti
komitə
təşkil
109
olundu. 1920-ci il iyulun 30-dan avqustun 1-dək keçirilən qurultayda
Böyük Britaniya Kommunist Partiyası yaradıldı. 1920-ci ildə bu
partiyanın sıralarında 10 minədək üzv var idi. Lakin kommunistlərin
sosial dayaqları zəif idi. Xalq sinfi mübarizə və inqilab təbliğ edən
kommunistlərin arxasınca getmirdi. Cəmiyyətdə mərkəzçi və
islahatçılıq əhval-mlıiyyəsi üstünlük təşkil edirdi.
1920-
ci ilin sonlarına yaxın İngiltərəni bürüyən dərin iqtisadi
böhran 1922-ci ilədək davam etdi. Böhrandan çıxmaq üçün hökumət
tədbirlər proqramını həyata keçirdi. 1920-ci ildə taxılın qiymətini
müəyyənləşdirən qanun qəbul edildi. Böhran şəraitində hökumət
sosial xərcləri azaltdı, vergiləri artırdı. İngiltərədə vergilər digər
Avropa ölkələri ilə müqayisədə çox idi. 1920-ci ilin avqust ayında
parlamentdə hökumətə fövqəladə səlahiyyətlərin verilməsi haqqında
qanun qəbul olundu. Qanuna görə hökumət əleyhinə olan çıxışların
qarşısını almaq üçün fövqəladə vəziyyət tətbiq edilə bilərdi.
Fövqəladə vəziyyət tətbiq edilərkən hökumət qanun qüvvəsi daşıyan
fəniianlar verə və istənilən tədbiri həyata keçirə bilərdi. Bütün bunlara
baxmayaraq, böhran ölkə iqtisadiyyatını ağır vəziyyətə saldı. 1921-ci
ildə sənaye məhsulu müharibədən əvvəlki səviyyənin 68%-ni təşkil
edirdi. Bir il ərzində daş kömür çıxarılması 30%, çuqun və polad
istehsalı 3 dəfə, xarici ticarət dövriyyəsi isə 1913-cü illə müqayisədə 2
dəfə aşağı düşdü. İstehsalın azalması işsizlik problemini yaratdı.
İşsizlərin sayı 2 mln. nəfərə çatdı. Xalqın sosial-iqtisadi vəziyyəti
ağırlaşdı.
Müharibə illərində daş kömür sənayesi üzərinə qoyulmuş dövlət
nəzarəti 1921-ci ilin yazında ləğv edildi. Həmin ildə tred- yunionlar
konqresinin Ali Şurası yaradıldı. Əmək haqqının azaldılmasına
etiraz
edən işçilərə qarşı şaxta sahibləri lokaut elan edərək milyon nəfərdən
çox fəhləni işsiz qoydu. Hökumət həmin rayonlara ordu hissələri
yeritdi. Tətil 1921-ci il aprelin 15-nə təyin olunsa da nəqliyyatçıların
həmkarlar ittifaqlarının liderləri barışığa gedərək ondan imtina
etdilər. Fəhlələr bu günü qara cümə adlandırdılar. Sahibkarlarla
işçilər arasında anlaşma əldə olundu. Beləliklə, ölkədə tətil hərəkatı
zəiflədi.
110