BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə38/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   34   35   36   37   38   39   40   41   ...   120

imzalanan müvafiq sazişə görə  İngiltərə borcları ödəmək öhdəliyini 
öz üzərinə götürdü. Bunun müqabilində İngiltərənin ödəyəcəyi borc 
30% aşağı salındı. İngilis hökuməti bu borcu ildə 3,5% olmaqla 62 il 
ərzində ödəməli idi. 
İngiltərənin  xarici  siyasəti  Yaxın  Şərqdə  xeyli  fəallaşdı.  Bu 
istiqamətdə  xarici  siyasətin  başlıca  məqsədi  itirilmiş  ingilis 
mövqelərini  bərpa  etmək  idi.  Lakin  hökumət  Yaxın  Şərqdə  sovet 
hökumətinin  apardığı  qatı  antiingilis  təbliğatı  ilə  üzləşdi.  Sovet 
hökuməti  dünya  kommunist  inqilabını  yaymaq,  mövqelərini 
möhkəmləndirmək  və  təbii  sərvətlər  ələ  keçinnək  məqsədilə  bu 
ölkələrdən  ingilislərin  çıxarılmasına  çalışırdı.  Buna  cavab  olaraq 
xarici işlər naziri Lord Kerzon 1923-cü il mayın 8-də Rusiyaya nota 
verərək  İran  və  Əfqanıstanda  İngiltərə  əleyhinə  təbliğat  apannağı 
dayandırmağı,  ingilis  balıqçı  gəmilərini  tutub  saxlamaqdan  əl 
çəkməyi,  müharibə  illərində  casusluqla  ittiham  olunan  ingilis 
Hodsonun  güllələnməsinin,  katolik  keşiş  Butkeviçin  məhkəmə 
təhqiqatının  dayandırılmasını  tələb  etdi.  Sovet  hökuməti  belə  bir 
təbliğat  apannadığmı  bildirdi.  Bununla  belə,  Kerzonun  notasında 
qaldırılan  bəzi  tələblərə  dair  kompromis  əldə  edildi.  Lakin  iki  ölkə 
arasında münasibətlər hələ də kəskin olaraq qalırdı. 
Rəsmi Londonun Rur avantürasını pisləyərək fransız ordularının 
işğal  olunmuş  ərazilərdən  çıxarılmasını  tələb  etməsi  nəticəsində 
ingilis-fransız münasibətləri də soyuqlaşdı. 
Bonar  Lounun  hakimiyyəti  uzun  sünnədi.  O,  xəstəliyi  ilə 
əlaqədar olaraq 1923-cü ilin may ayında istefaya getdi. Bundan sonra 
baş nazir Stenli Bolduin (1867-1947) oldu. Parlament buraxıldı. Yeni 
seçkilər təyin edildi. 
17 


Stenli Bolduin hökuməti 
Mühafizəkarlar  Partiyasının  nümayəndəsi,  sənayeçi  ailəsində 
doğulmuş  baş  nazir  Stenli  Bolduin  ölkə  iqtisadiyyatını 
gücləndirməkdən  ötrü  geniş  tədbirlər  həyata  keçinnəyə  başladı.  O, 
proteksionizm siyasətini tətbiq etdi. Lakin proteksionizm sənayeçilər 
tərəfindən  narazılıqla  qarşılandı.  Bolduin  1923-cü  ilin  dekabr 
seçkilərini  də  proteksionizm  şüarı  altında  apardı.  Amma  seçicilər 
proteksionizm  siyasətini  qəbul  etmədilər.  Bununla  belə,  seçicilər 
mühafizəkarların rəqibləri olan leyboristlərə də üstünlük vermədilər. 
Leyboristlər məğlubiyyətə uğradılar. Seçkilərdə mühatlzəkarlar 259, 
leyboristlər  191,  liberallar  isə  155  yer  qazandılar.  S.Bolduin  yeni 
hökumət yaratdı. Lakin icmalar palatası bu hökuməti təsdiq etmədi. 
Belə olduqda yeni hökumət yaratmaq sosial dayağı əsasən fəhlələrdən 
ibarət  olan  Leyboristlər  Partiyasının  nümayəndəsi  Ramsey 
Makdonalda (1866-1937) tapşırıldı. 
Birinci Leyborist hökuməti 
R.Makdonald  İngiltərə  tarixində  ilk  dəfə  olaraq  Birinci 
Leyborist  hökumətini  qurdu.  Seçkiqabağı  kampaniyada  əsasən 
populist şüarlar irəli sürən leyboristlər kapital üzərinə vergi qoymaq, 
işsizliyi aradan qaldırmaq, mənzil problemini həll etmək və dünyada 
sülh yaratmaq vədlərini vennişdilər. 
Birinci  Leyborist  hökuməti  daxili  siyasətdə  iqtisadi  və  sosial 
problemlərin  həllinə  xüsusi  diqqət  yetirdi.  Lakin  leyboristlər 
parlamentdə  azlıqda  qaldıqlarından  ciddi  işlər  həyata  keçirə 
bilmədilər.  Uitli  planına  əsasən  mənzil  tikintisinə  ayrılan  xərclər 
artırıldı.  İşsizlərə  edilən  yardımlar,  fəhlələrə  və  əlillərə  verilən 
pensiya  çoxaldıldı.  Çay,  qənd  və  ərzaq  üzərinə  qoyulan  vergilər 
azaldıldı.  Sosial  sığorta  qaydaya  salındı.  Bununla  belə,  hökumət 
işsizliyi ləğv edə bilmədi. 
Leyborist hökuməti yeni dövlət büdcəsi layihəsini işləyib 
118 


hazırladı. Müharibə dövründə və ondan sonrakı illərdə tətbiq olunan 
proteksionizmdən və ticarətdə alınan əlavə rüsumlardan imtina edildi. 
Amma bu, mühafizəkarların kəskin narazılığına səbəb oldu. 
Birinci Leyborist hökuməti ordu quruculuğuna da xüsusi diqqət 
yetirdi.  İngiltərənin  dəniz  hegemonluğunu  təmin  etmək  məqsədilə 
hərbi  dəniz  donanması  artırıldı.  Hərbi  aviasiyaya  çəkilən  xərclər 
çoxaldıldı. 
Makdonald hökumətinin xarici siyasəti mahiyyət və məqsədləri 
etibarı  ilə  mühafizəkar  hökumətlərin  davamı  olsa  da  həyata 
keçirilməsi  metodlarında  yumşalma  baş  verdi.  Xarici  siyasətdə 
pasifist prinsiplər tətbiq edildi. İngilis diplomatiyası 
1923-
 
cü  il  Lozan  konfransında  iştirak  edərək  Türkiyə  ilə 
münasibətlərini  tənzimlədi.  Konfransda  Süveyş  kanalı  üzərində 
Böyük  Britaniyanın  hüquqları  təsdiq  edildi.  Hökumət  müstəmləkə 
siyasətini davam etdirsə də İraq və Misirdə müharibələrin aparılması 
metodlarında  dəyişiklik  baş  verdi.  İngilis  hökuməti  1923-1924-cü 
illərdə  dominionlarla  münasibətlərdə  mövcud  olan  ziddiyyətləri 
yumuşaltdı. 
Londonda  keçirilən  konfransda  dominionlarla 
metropoliyanın  azad  və  bərabərhüquqlu  tərəfdaş  statusu 
möhkəmləndirildi. 
Birinci  Leyborist  hökuməti  ABŞ-la  əlaqələri  genişləndirdi. 
Xarici siyasətin üstün istiqamətlərindən biri ABŞ-la münasi- bətlərlər 
oldu.  İngilis  diplomatiyası  fransız-alman  ziddiyyətlərinin  həll 
edilməsində və Daues planının tərtibində böyük rol oynadı. 
Seçkiqabağı vədə əməl edən leyboristlər 1924-cü il fevralın 1- 
də  SSRİ-ni  diplomatik  cəhətdən  tanıyaraq  əlaqələr  qurdular. 
Avqustun 8-də isə iki ölkə arasında ticarət müqaviləsi imzalandı. 
Makdonald  hökuməti  fəhlə  hökuməti  adlandırılsa  da  xalq, 
xüsusən  fəhlələr  ondan  narazı  idilər.  Belə  vəziyyətdə  leyboristlərə, 
mərkəzçi  və  islahatçı  xətt  yeridən  tred-yunionlara  müxalifətdə  olan 
fəhlələr azlıq hərəkatında birləşdilər. Onların ilk ümumi konfransı 
1924-
 
cü  ilin  avqust  ayında  keçirildi.  Konfransda  qəbul  edilmiş 
proqramda əmək haqqının artırılması, istehsalat prinsiplərinə əsa 
19 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə