müqavilələrə yenidən baxmağı və ölkənin daxili suverenliyini
gücləndiiTnək üçün təminat verməyi təklif etdi. Bundan sonra
İngiltərə-Çin münasibətlərində yumşalma baş verdi.
İngiltərə
ilə
dominionları
arasında
münasibətlərin
tənzimlənməsi sahəsində mühüm qərarlar qəbul olundu. Dünya
müharibəsindən sonra iqtisadi cəhətdən möhkəmlənən, millətləri
formalaşan və dövlətlərə çevrilən dominionlar xarici siyasət
sahəsində də hüquqlarının verilməsini tələb edirdilər. İngilis
hökuməti həmin tələblərin qarşısında geri çəkildi.
Çünki dominionlar
buna qədər müstəqil olaraq Versal sülh müqaviləsini imzalayıb
bərabərhüquqlu üzv kimi Millətlər Cəmiyyətinə daxil olmuşdular.
1926-cı ildə İngiltərə ilə dominionların nümayəndələrinin İmperiya
konfransı keçirildi. Konfransda tərəflər arasında qarşılıqlı
münasibətlərin hüquqi normaları işlənib hazırlandı. Dominionlar
daxili və xarici siyasətdə müstəqillik, İngiltərə ilə bərabərlik
qazandılar. Dominionların istəyi yerinə yetirildi. Bununla belə,
dominionlar Britaniya imperiyasının tərkibində qaldılar. İngilis kralı
eyni zamanda dominionların da kralı oldu. Belə uğurlu siyasi qərarlar
İngiltərə ilə dominionları arasında iqtisadi münasibətlərin inkişafına
da müsbət təsir etdi. Ticarət-iqtisadi əlaqələr artıq daxili deyil,
beynəlxalq iqtisadi münasibətlərin tərkib hissəsinə çevrildi.
İkinci Leyborist hökuməti
1928-ci ildə ölkədə yeni seçki qanunu qəbul edildi. Qanuna
əsasən qadın və kişilərin hüquqları bərabərləşdirildi. Bununla belə, 3
aylıq oturaq həyat tərzi, əmlak sahibi olmaq və universitet bitinrıək
senzi saxlanıldı. İşsizliyə görə yardım alan şəxslərin seçki hüququnun
məhdudlaşdınimasından imtina edildi.
Seçki ərəfəsində Mühafizəkarlar Partiyasında rəhbərlik uğrun-
da mübarizə qızışdı. Belə vəziyyət mühafizəkarların seçkiqabağı
cəlbedici proqram irəli sürməsinə mane olurdu.
Mühafizəkarlardan fərqli olaraq leyboristlər Leyborizm və
126