BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə42/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   38   39   40   41   42   43   44   45   ...   120

ABŞ bankirlərinə müraciət etdi. Amerikan bankirləri kredit vcnnəyə 
razı  olduqlarını  bildirdilər.  Kreditlər  alındı.  Amma  iqtisadi  böhran 
siyasi  həyata  da  mənfi  təsir  etdi.  Ölkədə  ümumi  böhran  xeyli 
dərinləşdi. 
İkinci  Leyborist  hökumətinin  xarici  siyasəti  başlıca  olaraq 
İngiltərənin  beynəlxalq  mövqelərinin  möhkəmləndirilməsinə 
yönəlmişdi. 
Xarici siyasətdə müstəmləkələr və dominionlar məsələsi xüsusi 
yer  tuturdu.  Yeni  şəraitdə  İngiltərə  müstəmləkələrinin  idarə 
olunmasım  təkmilləşdinnəyə  çalışırdı.  1930-cu  ildə  Hindistan 
konstitusiyası  hazırlandı.  1931-ci  ildə  İngiltərə  parlamenti  hələ 
1926-cı  ildə  İmperiya konfransında bəyənilmiş  qərarları təsdiq  etdi. 
Vestminster  statutu  qəbul  olundu.  Bu  qanuna  görə  İngiltərənin 
dominionlarına  daxili  və  xarici  siyasət  fəaliyyətində  tamamilə 
suveren  hüquqlar  verildi.  Bundan  sonra  Britaniya  qanunları  artıq 
onlar  üçün  məcburi  deyildi.  Vestminster  statutu  Britaniya  Millətlər 
Birliyinin hüquqi əsasını təşkil etdi. Dominionlar Britaniya Millətlər 
Birliyində birləşdilər. 
İkinci Leyborist hökuməti xarici siyasət fəaliyyətində SSRİ ilə 
münasibətlərə  xüsusi  diqqət  yetirirdi.  Leyboristlər  verdikləri 
seçkiqabağı  vədə  əməl  edərək  l929-cu  il  oktyabrın  3-də  SSRİ  ilə 
diplomatik  münasibətləri  bərpa  etdilər.  Lakin  iki  ölkə  arasında 
münasibətlər soyuq olaraq qalırdı. 
Leyboristlər hökumətinin xarici siyasətində Avropa ölkələri ilə 
münasibətlər özünəməxsus yer tuturdu. İngiltərə Avropada Almaniya 
ilə  Fransa  arasındakı  mövcud  ziddiyyətlərdən  istifadə  edərək 
hegemon  olmağa  çalışırdı.  1930-cu  ilin  birinci  yarısında  Londonda 
İngiltərə,  ABŞ,  Yaponiya,  Fransa  və  İtaliya  arasında  hərbi  dəniz 
donanmasının  qurulması  məsələsinə  həsr  olunmuş  konfransda 
kreyser,  esmines  və  sualtı  qayıqların  tikintisinin  həcminin 
müəyyənləşdirilməsi haqqında sənəd imzalandı. 
Almaniyanın  təzminatı  ödəməsini  təxirə  salmasına  dair 
amerikan prezidenti Huverin təklifini ingilis hökuməti qəbul etdi. 
129 


ölkənin  daxili  və  xarici  siyasətində  yaranan  problemlərin  həll 
edilməməsi  xalqın  narazılığını  artırırdı.  Sosial-siyasi  ziddiyyətlər 
kəskinləşirdi.  1930-cu  ilin  yanvar  ayında  işsizlərin  yürüşü  oldu. 
Ölkəni  böhran  bürüdü.  İkinci  Leyborist  hökuməti  1931-ci  ilin 
ortalarında  böhrana  qarşı  mübarizədə  gücsüz  olduğunu  etiraf  etdi. 
Parlamentdə  büdcə  məsələsi  müzakirə  edilərkən  R.Makdonald 
hökuməti  istefaya  getdi.  Mühafizəkarlar  Partiyası  belə  şəraitdə 
məsuliyyəti öz üzərinə götürmək istəmədi. Nəticədə R.Makdonaldm 
tərəfdarları olan milli leyborist, milli liberal və mühafizəkarlar Milli 
koalisiyaya  girərək  avqustun  24-də  Milli  hökumət  yaratdılar. 
Hökumətin  başçısı  yenə  də  R.Makdonald  oldu.  Koalisiyah 
hökumətdə əsas vəzifələri mühafizəkarlar tutdular. Nevil Çemberlen 
maliyyə  naziri  oldu.  Makdonald  açıq  şəkildə  mühafizəkarlar  tərəfə 
keçdi.  Belə  olduqda  partiya  yoldaşları  onu  Leyborist  Partiyasının 
üzvlüyündən  çıxardılar.  Partiyada  bu  məsələnin  müzakirəsi  zamanı 
yalnız  yeddi  nəfər  Makdonaldı  müdafiə  etdi.  Belə  olduqda 
Makdonald  və  tərəfdarları  Milli  Leyborist  Partiyasını  yaratdılar. 
Amma  edilən  dəyişikliklər  ölkədə  vəziyyəti  düzəltmədi.  Hökumət 
çətinliyə düşdü. 
Milli hökumətin daxili və xarici siyasəti 
1931-
 
ci  il  oktyabrın  27-də  parlamentə  keçirilən  seçkilərdə 
Milli  koalisiya  qələbə  qazandı.  Koalisiya  parlamentdə  497  deputat 
yerinə sahib oldu. Bunun 472-si mühafizəkarların idi. Liberallar 72, 
Artur Henderson başda olmaqla leyboristlər 46, milli leyboristlər 13, 
milli-liberallar  12  mandat  qazandılar.  Milli  hökumət  quruldu. 
Koalisiyah  olmasına  baxmayaraq,  əsas  mövqelərin  mühafizəkarlara 
məxsus olduğu hökumət fəal daxili siyasət həyata keçirməyə başladı. 
Milli  hökumətin  daxili  iqtisadi  siyasətinin  iki  əsas  vəzifəsi  var  idi: 
iqtisadi  planı  reallaşdırmaq;  büdcə  xərclərindən  səmərəli  istifadə 
etmək. Bu vəzifələri yerinə yetir 
130 


mək üçün hökumət başlıca diqqətini valyuta və idxal-ixrac sahəsinə 
yönəltdi. 
1931-ci  ildə  ölkədə  valyuta  islahatı  həyata  keçirildi.  Funt 
sterlinqin  qızıl  külçəyə  dəyişdirilinəsi  və  ya  funt  sterlinqin  qızıl 
standartı ləğv edildi. Milli valyutanın dəyəri aşağı düşdü. 1931-ci ilin 
sentyabr  ayından dekabrınadək onun dəyəri 30% endi.  Amma qızıl 
standartın  ləğvi  sənayenin  inkişafına  və  məhsulun  maya  dəyərinin 
aşağı düşməsinə müsbət təsir göstərdi. 
Milli hökumət ölkə iqtisadiyyatını inkişaf etdirmək, idxalı aşağı 
salmaq məqsədi ilə 1931-ci ilin sonu - 1932-ci ilin əvvəllərində xarici 
ticarətdə  proteksionizm  siyasətini  tətbiq  etdi.  1932-ci  ilin  fevral 
ayında  idxal  rüsumları  haqqında  qanunun  qəbul  edilməsi  ilə 
proteksionizm  siyasəti  qüvvəyə  mindi.  İdxal  olunan  mallar  üzərinə 
yüksək  rüsumlar  qoyuldu.  Müstəmləkələrlə  rüsumsuz  ticarət  tətbiq 
edildi.  Viedansız  idxal  haqqında  qanuna  müvafiq  olaraq  Ticarət 
Nazirliyi əmtəənin  dəyərinin 100%-i  həcmində rüsum qoya bilərdi. 
Qanun müvəqqəti xarakter daşıyırdı. Həmin ildə İngiltərəyə gətirilən 
bütün mallar üzərinə 10% gömrük rüsumu qoyulması haqqında yeni 
qanun  qəbul  edildi.  Bu  rüsum  hökumət  tərəfindən  artırıla  bilərdi. 
Köhnə qanunun müddəaları ingilis mallarına qarşı ayrı-seçkilik xətti 
yeridən  ölkələrə  münasibətdə  qüvvədə  saxlanıldı.  Proteksionizm 
siyasətinə  keçid  idxalı  azaldaraq  ölkə  sənayesinin  mövqelərini, 
bütövlükdə ingilis iqtisadiyyatını gücləndirdi. 
Maşınqayınua,  toxuculuq,  gəmiqayımıa,  aviasiya  və  kimya 
sənaye  sahələrində  istehsalın  təmərküzləşməsi  və  inhisarçılıq 
gücləndi.  Hərbi  sənayenin  inkişafına  xüsusi  diqqət  yetirildi. 
Hökumətin 
yeritdiyi 
iqtisadi 
siyasət 
nəticəsində 
sənaye 
modernləşdirildi.  Aqrar  bölmənin  böhrandan  çıxarılması  üçün 
kreditlər ayrıldı. 
Geniş sosial proqramlar həyata keçirildi. Yeni iş yerləri açıldı. 
1931-ci ilin avqust ayında işsizlərə yardım haqqında yeni qanun qəbul 
olundu. Qanuna görə mövsümi fəhlələr, ailəli qadınlar və fasiləsiz iş 
stajı olmayan şəxslər yardım almaqdan məhrum edilir 
131 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə