çap edilmiş “Britaniyanın sənaye gələcəyi” (bu əsərə bəzən “Sarı
kitab”da deyilir) adlı kitabı oldu. Onlar dövlətin geniş sosial siyasət
yeritməsinin, istənilən forma və təzahürləri ilə sosializmin əleyhinə
çıxaraq fərdin azadlığını və rəqabəti irəli sürürdülər. Biuna görə
dövlət cəmiyyətin inkişafının mexanizmlərini işləyib hazırlamalı, idi.
Bütün bunlar əslində Keyniz inqilabı olub “yeni kurs” mahiyyətini
daşısa da liberalların proqramı geniş tərəfdar qazanmadı. Seçkilərdə
mühafizəkarlar 387, leyboristlər isə 154 yer aldılar. Hökuməti
mühafizəkarlar təşkil etdilər. Baş nazir İngiltərənin mövqelərinin
gücləndirilməsi uğrunda siyasəti fəal müdafiə edən S.Bolduin oldu.
Hökumətdə xarici işlər naziri vəzifəsini Semuel Xor, maliyyə naziri
vəzifəsini isə Nevil Çemberlen tutdular. Çemberlenin əvvəlki
illərdəki sosial mühafizəkarlıq baxışları keçmişdə qaldı. O, əsl toriyə
çevrildi, daha da təkəbbürlü oldu. Bununla belə, Çemberlen mötədil
xətt yeridilməsinin tərəfdarı idi.
Bolduin hökumətinin daxili siyasəti başlıca olaraq ölkə
iqtisadiyyatının sağlamlaşdırılmasına yönəlmişdi. Hökumətin həyata
keçirdiyi geniş iqtisadi və sosial tədbirlər nəticəsində iqtisadiyyat
sağlamlaşdı. Sənaye və kənd təsərrüfatında yüksəliş əldə edildi.
Əmək məhsuldarlığı 1932-37-ci illərdə 20% artdı. İqtisadi yüksəliş
1937-ci ilədək davam etdi. İşsizliyin səviyyəsi aşağı düşdü. Əgər
1934-cü ildə ölkədə işsizlərin sayı 2 mln. nəfər idisə, 1935-37-ci
illərdə 1,7 mln. nəfər oldu.
Parlamentin hələ 1934-cü ildə qəbul etdiyi işsizlərə yardım
verilməsi haqqında qanun uğurla tətbiq edildi. Bolduin hökuməti
ölkədə ictimai qayda-qanunu möhkəmləndinnək üçün tədbirlər həyata
keçirdi. 1935-ci ildə qiyam, 1936-cı ildə isə ictimai qayda- qanun
haqqında qanunlar qəbul edildi. Bununla belə, hakimiyyətin yuxarı
dairələri arasında narazılıqlar hökm sürürdü. 1936-cı ildə ölkənin
siyasi həyatı qalmaqallarla müşayiət olundu. Həmin ildə
soyuqdəymədən vəfat edən kral V Georqun yerinə VIII Eduard kral
olmalı idi. Lakin duyğusal, əhlikef və subay olan VIII Eduard
135
1937-ci ildə evləndikdən sonra kral olacağını bəyan etdi. Onun
sevgilisi bundan əvvəl iki dəfə ailə qunnuş və boşanmış amerikalı
Uellis Simpson idi. Hökumət kral ailəsinin şərəfi üçün alçaldıcı olan
bu nikaha qarşı çıxdı. Bolduin hökumətin istefa verəcəyi və
böhranının yaranacağı ilə hədələdi. Yaranmış vəziyyət haqqında VIII
Eduarda radio ilə nitq söyləməyi qadağan etdi. Onun qarşısına iki şərt
qoyuldu: ya həmin qadından imtina edib kral taxt-tacına yiyələnsin,
ya da onunla evlənib kral taxt-tacından imtina etsin. U.Çerçil
gözlənilmədən kralı müdafiə etməyə başladı. O hətta parlamentdə
partiyalararası Kral fraksiyası yaratmağa çalışırdı. Lakin VIII Eduard
başqa cür hərəkət etdi. O, kral taxt-tacından əl çəkdi. Onun əvəzinə
qardaşı VI Georq kral oldu. Beləliklə, böhran aradan qaldırıldı. Lakin
monarxiya böhranının aradan qaldırılması hakimiyyət dairələrində
birliyi bərpa edə bilmədi. Siyasi həyatın leytmotivi Çerçil və
Çemberlenin fraksiyaları arasında kəskin mübarizə ilə səciyyələnirdi.
Partiyadaxili diskussiya parlament səviyyəsinə keçdi. Əsas mübahisə
xarici siyasət problemləri ətrafında gedirdi.
Böhrandan sonra ölkədə idarəçilik sisteminin daha da
təkmilləşdirilməsi işi davam etdirildi. 1937-ci ildə nazirlər haqqında
qanunun qəbul edilməsi ilə icra hakimiyyətinin səlahiyyətləri xeyli
genişləndirildi. Baş nazir üstün hüquqlar aldı.
Bolduin hökumətində Makdonald da təmsil olunmuşdu.
Nəşriyyat işləri naziri kimi o, 1937-ci ildə Latın Amerikasında
səfərdə ikən vəfat etdi.
Xarici siyasətdə Avropa ölkələri ilə münasibətlər xüsusi yer
tuturdu. İngiltərə Almaniya və İtaliya ilə əlaqələrini sıxlaşdıraraq
faşizmi sakitləşdimıək xəttini götünnüşdü. 1935-ci ilin iyun ayında
Almaniya və İngiltərə hökumətləri hərbi dəniz sazişini imzaladılar.
Sazişə görə Almaniyanın hərbi dəniz donanması İngiltərə
donanmasının 35%-i qədər ola bilərdi.
İyulun 15-də İngiltərə Almaniya, İtaliya və Fransa ilə birlikdə
Versal sülh müqaviləsində Almaniya üçün nəzərdə tutulan
136
məhdudiyyətlərə yenidən baxılmasını mümkün sayan Razılıq və
əməkdaşlıq paktını imzaladı.
İtaliya Həbəşistana hücum edərkən İngiltərə hökuməti Millətlər
Cəmiyyətindən İtaliyaya qarşı iqtisadi sanksiyalar tətbiq olunmasını
tələb etdi. Lakin bu tələb heç bir nəticə vemıədi. 1935-ci ilin dekabr
ayında Semuel Xor və Fransanın baş naziri Laval Həbəşistanın bir
hissəsinin İtaliyaya verilməsini nəzərdə tutan sazişi imzaladılar.
Hökumət 1936-cı ildə yeni silahlanma proqramını qəbul etdi.
Həmin ildə Böyük Britaniya İspaniya işlərinə Avropa dövlətlərinin
qarışmamasına dair sazişin işlənib hazırlanmasının iştirakçısı oldu.
İngiltərə Sakit okeanda Yaponiya ilə digər dövlətlər arasında mövcud
olan ziddiyyətlərdən məharətlə istifadə edərək Uzaq Şərqdə
yaponların hərəkətlərini şirnikləşdirir və regionda yapon hökumətini
sabitliyin təminatçısı kimi qəbul edirdi.
İngiltərənin xarici siyasətində mühüm yerlərdən birini Hindistan
tuturdu. Milli azadlıq mübarizəsinin genişləndiyi bir vaxtda ingilis və
hind ictimai-siyasi xadimlərinin nümayəndələri 1935-ci ildə yeni
konstitusiyanı qəti hazırlayaraq qəbul etdirdilər. Hindistan federasiya
oldu. Hindistanlıların iştirakı ilə mərkəzi və yerli icraedici və
qanunverici orqanlar yaradıldı. Beləliklə, Hindistanda qarşıdurma və
antiingilis əhval-ruhiyyəsi zəiflədi.
Nevil Çemberlen hökuməti
1937-ci ildə Milli hökumətin tərkibində dəyişiklik edildi. Stenli
Bolduin istefaya getdi. Yeni baş nazir N.Çemberlen (1869- 1940)
oldu. Bolduinin istefaya getməsi onun təcavüzkarı sakitləşdirmək
siyasətinin iflasa uğraması ilə bağlı idi. 1938-ci ildə xarici işlər naziri
İden və müavini Lord Krenbori də istefaya getdilər. Yeni xarici işlər
naziri Halifaks oldu. Çemberlen hökuməti fəal daxili siyasət
yeritməyə başladı. O, hökumətin içində “daxili
137
Dostları ilə paylaş: |